Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

 

30

l  ərzində  inflyasiyaya  təsir  edən  amilləri  daim  nəzarətdə  saxlanılmışdır. 



Məqsədyönlü  monetar  tənzimləmə,  daxili  tələblə  müqayisədə  təklifin  daha  çox 

genişlənməsi,  dünya  bazarlarında  ərzağın  ucuzlaşması  inflyasiyaya  azaldıcı  təsir 

etmişdir.  Mərkəzi  Bankın  real sektor  müəssisələri  və  ev  təsərrüfatları  arasında  apardığı 

konyuktur sorğular  inflyasiya  gözləntilərinin  azalmasını  göstərir.  Dövr  ərzində  əhalinin 

pul  gəlirlərinin  artımı  inflyasiya  tempini  üstələmişdir.  Nəticədə  11  ayda  əhalinin 

sərəncamında qalan gəlirlər real olaraq 3.6%, real əmək haqqı isə 4% artmışdır.  

2014-cü  ildə  Mərkəzi  Bank  əlverişli  xarici  iqtisadi  mövqeyə  əsaslanan 

məqsədyönlü  məzənnə  siyasəti  həyata  keçirərək  milli  valyutanın  -  manatın  sabitliyini 

qorumuşdur. Mərkəzi Bank valyuta bazarındakı proseslərə çevik reaksiya verərək burada 

tarazlığı  təmin  etmişdir.  Məzənnə  siyasəti  makroiqtisadi  və  maliyyə  sabitliyi,  habelə 

qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunması hədəfləri nəzərə alınmaqla həyata 

keçirilmişdir. Məzənnə siyasətinin həyata keçirilməsi  mexanizmi dəyişməz saxlanılmış, 

ABŞ  dolları/manat  ikitərəfli  məzənnəsi  bu  siyasətin  əməliyyat  hədəfini  təşkil  etmişdir. 

Bir  sıra  xarici  ticarət  tərəfdaşı  ölkələrində  milli  valyutaların  əhəmiyyətli  devalvasiyaya 

uğraması şəraitində 2014-cü ildə manatın ABŞ dollarına qarşı məzənnəsi demək olar ki, 

dəyişməmişdir. Daxili inflyasiyanın partnyor ölkələrdəki inflyasiyadan əhəmiyyətli aşağı 

olması isə real effektiv məzənnəyə azaldıcı təsir etmişdir.  

Valyutaya  tələb,  nağd  və  qeyri-nağd bazarda xarici  valyutanın  alışı  mənbələri və 

motivləri, təklif mənbələri, bəzi tərəfdaş ölkələrin valyutalarının dəyərsizləşməsi ilə bağlı 

psixoloji  amillər  Mərkəzi  Bank  tərəfindən  operativ  izlənilmişdir.  Bu  əsasda  müvafiq 

tənzimləmə  tədbirləri  görülmüş,  nəticədə  valyuta  bazarında  sabitlik  qorunmuş  və 

manatın məzənnəsində tərəddüdlər baş verməmişdir.  

Azərbaycan  iqtisadiyyatının  mövcud  xüsusiyyətləri  şəraitində  manatın 

məzənnəsinin sabitliyi bir daha öz makroiqtisadi əhəmiyyətini təsdiq edir. Sabit məzənnə 

inflyasiya  və  inflyasiya  gözləntilərinin  idarə  olunmasında,  əhalinin  və  real  sektorun 

aktivlərinin  dəyərinin  qorunmasında,  bank  sektorunun  maliyyə  sabitliyində  əhəmiyyətli 

amildir.  Eyni  zamanda  məzənnənin  sabitliyində  makroiqtisadi  dayanıqlığın  daha  da 

möhkəmləndirilməsinə  yönəlmiş  struktur  siyasətlər  və  iqtisadi  siyasətin  koordinasiyası 

da mühüm rol oynayır.  



 

31

2014-cü  ildə  aşağı  inflyasiya  şəraitində  Mərkəzi  Bank  pul  siyasətinin  təşviqedici 



imkanlarından  istifadə  etmişdir.  qtisadi  artımın  daxili  və  xarici  amillərini,  ümumən, 

iqtisadi tsikldəki meyilləri nəzərə alaraq Mərkəzi Bank pul siyasətini yumşaltmışdır.  

Qeyri-neft  sektorunda  investisiya  fəallığının  daha  da  artmasına  və  faiz 

dərəcələrinin  enməsinə  şərait  yaratmaq  üçün  Mərkəzi  Bank  2014-cü  ildə  faiz  dəhlizi 

parametrlərinə  2  dəfə  dəyişiklik  etmişdir.  Nəticədə  uçot  dərəcəsi  mərhələlərlə  4.75%-

dən  3.5%-ə  endirilmişdir.  Eyni  zamanda  bankların  xarici  və  daxili  öhdəlikləri  üzrə 

məcburi ehtiyat normaları 3%-dən 2%-ə endirilmişdir. Bu tədbirlər depozit və kreditlər 

üzrə faiz dərəcələrinə azaldıcı təsir etmişdir. 2014-cü ilin 11 ayında manatla pul kütləsi 

pula tələbə uyğun olaraq 6.6% artmış, onun strukturunun yaxşılaşması davam etmişdir. 

Qeyri-nağd pul kütləsinin artımı nağd pul kütləsinin artımını 22 faiz bəndi üstələmişdir.  

Bank  sisteminin  xarici  və  daxili  şoklara  qarşı  dayanıqlığı  artırılmış,  maliyyə 

sabitliyi  qorunmuş,  maliyyə  resurslarının  effektiv  mobilizasiyası  və  bölüşdürülməsi 

təmin edilmişdir. Bank sistemində risklərin akkumulyasiyasının qarşısının alınması üzrə 

zəruri  tədbirlər  görülmüşdür.  Bankların  kapitalizasiyası  davam  etdirilmiş,  əsas  risklərin 

tənzimlənməsinə yönəlmiş prudensial nəzarət çərçivəsi tətbiq edilmişdir.  

Bank sektorunda əsas trendlərin diaqnostikası əsasında sistem əhəmiyyətli risklər 

preventiv qaydada məhdudlaşdırılmışdır. “Kontr-tsiklik” idarəetmə və erkən xəbərdarlıq 

sistemləri gücləndirilmişdir.  

Sektorun aktivlərinin keyfiyyətinin qorunması və kredit risklərinin tənzimlənməsi 

məqsədilə  portfelin  strukturunun  yenidən  balanslaşdırılması  istiqamətində  müxtəlif 

vektorlu  destimulyasiya  tədbirləri  həyata  keçirilmiş,  makroprudensial  nəzarət  çərçivəsi 

sərtləşdirilmişdir.  

Bankların  kapitalizasiyası  davam  etdirilmiş,  kapitalizasiya  potensialı  aşağı  olan 

banklar  üzrə  intensiv  nəzarət  rejimi  tətbiq  olunmuşdur.  Kapitalizasiya  qərarının 

qəbulundan (avqust 2012) ötən dövr ərzində bankların məcmu kapitalı 95% və ya 2 mlrd. 

manat artaraq 4,2 mlrd. manata çatmışdır. Sektorun aktivlərinin 99%-nə malik bankların 

kapitalının həcmi 50 mln. manatdan yuxarı olmuşdur.  

Bank  nəzarətinin  risk  əsaslı  yeni  metodoloji  çərçivəsi  hazırlanmışdır.  Bankların 

davranış  standartlarının  müəyyənləşdirilməsi,  arzuolunmaz  biznes  praktikasının  aradan 



 

32

qaldırılması məqsədilə kredit təşkilatlarının sosial məsuliyyətlərinin artırılmasını nəzərdə 



tutan  “məsuliyyətli”  kreditləşmə  üzrə  yeni  metodoloji  çərçivə  müəyyən  olunmuşdur. 

Banklara etimadın artırılması tədbirləri çərçivəsində maliyyə xidmətləri istehlakçılarının 

müdafiə  mexanizmlərinin  formalaşdırılması,  mübahisələrin  operativ  tənzimlənməsi, 

banklarda  istehlakçıların  hüquqlarının  müdafiəsi  işinin  institutlaşdırılması  davam 

etdirilmişdir.  

Hazırda  milli  bank  sektorunun  dayanıqlığının  əsas  indikatoru  olan  kapital 

adekvatlığı  12%-lik  normaya  qarşı  18,7%  təşkil  edir.  Bank  sisteminin  məcmu  kapitalı 

cari  ilin  11  ayında  21,3%  artmışdır.  Bank  sektorunun  likvidliyi  yüksəkdir,  öhdəlik  və 

hesablaşmaların  icrası  fasiləsiz  həyata  keçirilir.  Sistemin  ani  likvidlik  əmsalı  minimum 

tələbi 2 dəfə üstələyir. Bank aktivlərinin keyfiyyət göstəriciləri qənaətbəxş səviyyədədir. 

Real sektorun və əhalinin bank sisteminə vaxtı keçmiş borclarının portfeldə xüsusi çəkisi 

5.5% təşkil edir. Bu da banklar tərəfindən yaradılmış ehtiyatlarla tam örtülür. Xarici borc 

öhdəliklərinin  bank  resurslarında  xüsusi  çəkisi  cəmi  22%  təşkil  edir  və  bu  dayanıqlıq 

baxımından  təhlükəsiz  səviyyədir.  Bankların  mənfəəti  ötən  illə  müqayisədə  23% 

artmışdır. Sistemin aktivlərinin gəlirliliyi 2%, kapitalın gəlirliyi isə 13,8% təşkil etmişdir.  

2014-cü  ildə  bank  sektorunun  iqtisadi  inkişafda  rolunun  daha  da  yüksəlməsi 

müşahidə  olunmuşdur.  Ölkənin  strateji  inkişaf  hədəflərinə  uyğun  olaraq  Mərkəzi  Bank 

biznes  kreditləşməsinin  genişləndirilməsi  üzrə  müvafiq  tədbirlər  həyata  keçirmişdir. 

Bankların  maliyyələşmə  mənbələrinin  dəyərinin  azaldılması,  biznes  kreditləri  üzrə 

xərclərin optimallaşdırılması sahəsində mühüm tədbirlər görülmüşdür. Ölkə üzrə maliyyə 

sistemi  aktivlərinin 90%-ni  özündə  cəmləşdirən  bank  sektorunun  maliyyə  dərinliyi  cari 

ildə artmaqda davam etmişdir. Sektorun aktivləri 21.2% artaraq qeyri-neft ÜDM-in 78%-

nə çatmışdır. Hazırda Azərbaycan bank sektorunun maliyyə dərinliyi bank sistemləri orta 

inkişaf səviyyəsində olan ölkələrə uyğundur.  

Bank kreditləri 18%, o cümlədən uzunmüddətli kreditlər 19.2% artmışdır. Hazırda 

kredit protfelinin 81%-dən çoxunu uzunmüddətli kreditlər təşkil edir. Cari ilin 11 ayında 

biznes kreditləri 18%, o cümlədən, sənaye və istehsala 36.3%, kənd təsərrüfatı və emala 

14.1%  artmışdır.  Biznes  kreditlərinin  cəmi  kredit  portfelində  xüsusi  çəkisi  73% 

olmuşdur.  Regionlara  kredit  qoyuluşları  isə  39,4%  artmışdır.  stehlak  kreditlərində 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə