Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

 

36

daim izlənəcəkdir. Pul siyasətinin adekvat reaksiyasının formalaşmasında Mərkəzi Bank 



iqtisadi tsikl modelinin nəticələrini də nəzərə alacaqdır.  

2015-ci  ildə  məzənnə  siyasətini  həyata  keçirərkən  Mərkəzi  Bank  makroiqtisadi 

sabitliyin  təmin  edilməsi,  maliyyə  sabitliyinin  və  qeyri-neft  iqtisadiyyatının  rəqabət 

qabiliyyətinin  qorunması  kimi  hədəfləri  əsas  götürəcəkdir.  Manatın  sabit  məzənnəsi 

aşağı  təkrəqəmli  inflyasiya  hədəfinə  nail  olunmasında,  sosial  rifahın  və  investisiya 

aktivliyinin qorunmasında mühüm rol oynayır. Bunu nəzərə alaraq 2015-ci ildə manatın 

məzənnəsinin sabitliyi mühüm prioritetdir. Məzənnə rejimi əsasən dəyişməz saxlanacaq, 

ABŞ  dolları/manat  məzənnəsinin  hədəflənməsi  növbəti  ildə  də  məzənnə  siyasətinin 

ə

məliyyat  çərçivəsini  təşkil  edəcəkdir.  Növbəti  ildə  də  ikitərəfli  məzənnə  ilə  yanaşı, 



manatın nominal və real effektiv məzənnələri monitorinq ediləcəkdir.  

Pul  təklifinin  məqbul  artım  tempinə  nail  olmaq  üçün  2015-ci  ildə  Mərkəzi  Bank 

pul bazarında likvidliyin verilməsi və ya sterilizasiyası alətlərindən istifadə edəcəkdir.  

Makroiqtisadi  proqnozlar  pula  tələbin  stabilləşməsi  meyilinin  2015-ci  ildə  də 

davam edəcəyini göstərir.  

Pul  bazarındakı  vəziyyətdən  asılı  olaraq  Mərkəzi  Bank  tərəfindən  likvidliyin 

tənzimlənməsi, 

cümlədən 



inyeksiya 

ə

məliyyatlarından 



istifadə 

diqqətdə 

saxlanılacaqdır.  Bazar  əməliyyatları  pul  siyasəti  məqsədləri  ilə  yanaşı  bank  sistemində 

sabitliyin  qorunması,  maliyyə  vasitəçiliyinin  stimullaşdırılması  və  ödənişlərin  vaxtlı-

vaxtında  həyata  keçirilməsinə  xidmət  edəcəkdir.  Klassik  alətlərlə  yanaşı  qeyri-ənənəvi 

pul siyasəti alətlərindən də zəruri hallarda istifadə edilməsi təmin olunacaq, o cümlədən 

banklar vasitəsilə biznesin kreditləşdirilməsi alətləri inkişaf etdiriləcəkdir.  

Likvidlik  alətləri  üzrə  faiz  dərəcələri  “faiz  dəhlizi  konsepsiyası”na  uyğun  olaraq 

müəyyənləşdiriləcəkdir.  2015-ci  ildə  faiz  dəhlizinin  parametrləri  iqtisadi  mühitə  çevik 

şə

kildə uyğunlaşdırılacaqdır. Öz əməliyyatları üzrə faiz dərəcələrini müəyyənləşdirərkən 



Mərkəzi Bank ölkədə kreditlər üzrə faiz dərəcələrinin azaldılması prioritetini də nəzərə 

alacaqdır.  

Pul  siyasəti  alətlərinin  kəmiyyət  parametrlərini  müəyyən  edərkən  pul  siyasətinin 

iqtisadiyyata ötürücülük qabiliyyəti - transmissiyası xüsusiyyətləri də nəzərə alınacaqdır. 

Pul  siyasəti  alətlərinin  təkmilləşdirilməsi  və  onların  iqtisadiyyata  təsirlərinin 



 

37

gücləndirilməsi  istiqamətində  tədbirlər  davam  etdiriləcəkdir.  Xüsusilə  banklararası  pul 



bazarının  fəaliyyətinin  gücləndirilməsi  diqqətdə  saxlanacaq,  buradakı  faiz  dərəcələrinin 

faiz dəhlizi mexanizminə inteqrasiyası imkanlarına baxılacaqdır.  

Mərkəzi Bank pul siyasətinin strateji çərçivəsini 2015-ci ildə də təkmilləşdirməkdə 

davam  edəcəkdir.  Bu  təkmilləşdirmə  bir  tərəfdən  inflyasiyanın  birbaşa  hədəflənməsi 

rejiminə keçid şərtlərinin reallaşdırılması, digər tərəfdən isə Mərkəzi Bankın tənzimləmə 

arsenalının genişləndirilməsi istiqamətlərində aparılacaqdır.  

Beynəlxalq  təcrübəyə  görə  inflyasiyanın  birbaşa  hədəflənməsi  qiymət  sabitliyini 

təmin etməyin ən effektiv çərçivəsidir. Mərkəzi Bankın faiz dərəcələri vasitəsilə məcmu 

tələbə, iqtisadi artıma və inflyasiyaya  yüksək təsir imkanlarını nəzərdə tutan bu siyasət 

çərçivəsi inflyasiya gözləntilərini sabitləşdirir və makroiqtisadi şokların təsirlərini çevik 

neytrallaşdırmağa imkan verir. Bunun üçün müvafiq şərait formalaşdıqca (xarici valyuta 

mənbələrinin şaxələnməsi, maliyyə və kapital bazarlarının dərinləşməsi, bank sektorunun 

maliyyə  dərinliyinin  artması  və  s.)  faiz  dərəcəsindən  məcmu  tələbə  təsir  edən  operativ 

hədəf kimi istifadə olunması imkanları yaranacaqdır.  

Pul  siyasəti  çərçivəsinin  təkmilləşdirilməsi  zamanı  son  vaxtlar  dünyada  pul 

siyasəti  dizaynında  baş  verən  dəyişikliklər  də  nəzərə  alınacaqdır.  Son  qlobal  böhran 

göstərdi  ki,  mərkəzi  banklar  dayanıqlı  iqtisadi  inkişafı  yalnız  qiymət  sabitliyi  ilə 

dəstəkləməklə  kifayətlənməməlidirlər.  Hazırda  dünyada  mərkəzi  bankların  hədəf 

perimetrinin  (qiymət  sabitliyi  ilə  yanaşı,  iqtisadi  artım  və  maliyyə  sabitliyi)  və  alət 

arsenalının genişləndirilməsi məsələsi aktuallaşmışdır.  

Maliyyə  sektorunda  riskli  artımın  makroiqtisadi  disbalanslar  yarada  bilmə 

ehtimalını 

nəzərə 

alaraq 


monetar 

siyasət 


makroprudensial 

siyasətlə 

sıx 

ə

laqələndiriləcəkdir. Pul siyasəti alətləri ilə təmin olunan makroiqtisadi sabitlik maliyyə 



sektorunda hərarətlənmənin qarşısını alan kontr-tsiklik makroprudensial alətlərin tətbiqi 

ilə gücləndiriləcəkdir.  

Mərkəzi  Bank  2015-ci  ildə  də  bank  sektorunun  potensial  risklərə  qarşı 

dayanıqlığının  yüksəldilməsinə,  risklərin  preventiv  rejimdə  məhdulaşdırılmasına 

yönəldilmiş fəaliyyətini davam etdirəcəkdir.  



 

38

2015-ci  ildə  bank  nəzarəti  çərçivəsinin  təkmilləşdirilməsi  Bazel  III  prinsipləri, 



habelə  bank  fəaliyyətinin  yerli  mühitinin  xüsusiyyətləri  nəzərə  alınmaqla  davam 

etdiriləcəkdir. Risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin həyata keçirilməsinə 

imkan  verən  siyasət  modelinin  qurulması,  hər  bir  risk  növünün  prudensial  tələblərlə 

ə

hatəsi üzrə işlər davam etdiriləcəkdir.  



Sektorun  aktivlərinin  keyfiyyətinin  qorunması  üçün  bankların  təmkinli  kredit 

fəallığı və kredit portfelinin strukturunun yenidən balanslaşdırılması təmin olunacaqdır. 

Kredit  qoyuluşlarının  dinamikasının  iqtisadi  inkişaf  strategiyası  ilə  uzlaşmasını  təmin 

etmək  üçün  istehlak  kreditləri  üzrə  artımın  tənzimlənməsi  davam  etdiriləcəkdir. 

Banklarda  “məsuliyyətli  kreditləşmə”  fəlsəfəsinin  tətbiqi  inkişaf  etdiriləcək,  girovların 

realizasiyası  mexanizminin  təkmilləşdirilməsinə  dair  yeni  təşəbbüslər  göstəriləcəkdir. 

Bank  sektorunda  riskli  artımın  qarşısını  almaq  üçün  növbəti  ildə  də  yeni  prudensial 

nəzarət alətlərinin tətbiqi imkanları araşdırılacaqdır.  

2015-ci  ildə  əməliyyat  riskləri  üzrə  tənzimləmə  çərçivəsinin  yaradılması  və 

ə

məliyyat  risklərinin  kapital  adekvatlığının  hesablanmasında  nəzərə  alınması  nəzərdə 



tutulur.  Bank  sistemində  konsolidasiya  prosesləri  davam  etdiriləcəkdir.  Sistem 

ə

həmiyyətli  bankların  risk  profilinə  uyğun  nəzarət  çərçivəsinin  seçilməsi  diqqətdə 



saxlanılacaq, zəruri hallarda restrukturizasiya istiqamətində tədbirlər görüləcəkdir.  

Banklarda  risklərin  idarə  edilməsi  üzrə  daxili  potensialın  yüksəldilməsi  üçün 

korporativ  idarəetmə  standartlarının  kompleks  tətbiqi,  idarəetmənin  keyfiyyətinə, 

menecmentin kompetensiyalarına, texnoloji və kadr potensialına tələblərin yüksəldilməsi 

istiqamətində fəaliyyət davam etdiriləcəkdir.  

Ə

hali  və  korporativ  sektorun  bank  sisteminə  etimadının  artırılmasına  yönəlmiş 



tədbirlər  çərçivəsində  maliyyə  xidmətləri  istehlakçılarının  maraqlarının  müdafiəsi 

sisteminin  gücləndirilməsi  mühüm  priortetlərdən  biri  olacaqdır.  Əhalinin  maliyyə 

savadlığı səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyət gücləndiriləcəkdir. Maliyyə 

Maarifləndirilməsi Portalının bu işdə xüsusi rol oynayacağı gözlənilir. Maliyyə savadlığı 

sahəsində  müxtəlif  təşkilatlarla  birgə  kütləvi  tədbirlər  davam  etdiriləcəkdir.  Bu 

istiqamətdə yeni maarifləndirici vasitə və məhsulların hazırlanması təmin ediləcəkdir.  




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə