Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

 
 
birisi isə  məcburiyyət olmadığından nə üçün bu birisi kimi tək 
yatsın?! Elə buna görədir ki, bu dünyada səninlə yatan adam 
ruhunu oxşamalıdır, o biri dünyada isə kimin səninlə 
yatacağının  əhəmiyyəti yoxdur. Belə olduqda diri və ölü 
yatmağın fərqi aşkar olar. 
Səhər tezdən durmağı adət etmək lazımdır. Elə etmək 
lazımdır ki, gün çıxmamışdan qabaq durasan və Allahın 
borcunu vermiş olasan. Gün çıxanda duran adamın ruzisi az 
olar, çünki bir tərəfdən namazı buraxmış olar, ikinci tərəfdən 
namazın babalı onun boynunda qalar. Deməli, səhər tezdən dur 
və Allahın borcunu ver ondan sonra öz işlərinə başla. Səhər bir 
işin olmasa ova və ya gəzməyə gedə bilərsən, həm  şikar 
ovlarsan, həm kef çəkərsən. Allah qoysa edərsən. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
On səkkizinci fəsil  
OVA ҜETMƏK HAQQINDA 
 Ey  oğul, bil ki, at minmək, ov etmək, çövkan oynatmaq 
böyük adamlara xasdır, xüsusilə cavanlıqda. Lakin hər işin öz 
vaxtı, həddi,  əndazəsi olmalıdır, hər gün ova getmək olmaz. 
Həftədə yeddi gün vardır, iki gün ova get, üç gün şərab iç, iki 
gün isə öz təsərrüfat işlərinlə  məşğul ol. Lakin ata mindikdə 
alçağına minmə, adam yekəpər olsa da, alçaq at onu kiçik 
göstərər, balaca boy olanda isə uca at onu hündür nəzərə 
çarpdırar. Yorğa və sakit ata yalnız səfərə çıxarkən min, çünki at 
88 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
sakit olanda adam özünü boş saxlayır. Şəhər içərisində və başqa 
atlılarla birlikdə getdikdə, oynaq və tünd qaçan ata min ki, onun 
tündlüyü səni ayıq olmağa məcbur etsin. Həmişə atda düz, şəstlə 
otur ki, gözə pis dəyməyəsən. 
 Ovlaqda boş yerə at çapma, hədərə at çapmaq qulamların 
və  uşaqların işidir. Yırtıcı heyvanların arxasınca da at salma, 
çünki yırtıcı heyvan ovundan xeyir gəlməz. Həyat üçün isə 
təhlükəli olar. İki böyük şah yırtıcı heyvan ovunda həlak 
olmuşdur. Biri atamın babası  Vəşmgir ibn Ziyar, ikincisi isə 
əmioğlum  Əmir  Şərəfülməalidir
79
. Qoy səndən kiçiklər 
çapsınlar, sən çapma. Yalnız böyük şahların qarşısında ad 
qazanmaq və ya özünü göstərmək üçün çapmağına dəyər. 
Deməli, ovu sevirsənsə  qızılquş, çərğ
80
,  şahin, qaplan və 
tazı ilə ova get. Həm ovun ov olsun, həm təhlükə baş verməsin. 
Yırtıcı heyvanların nə  əti yeməli olar, nə  dərisi geyməli. 
Əgər qızılquşla ova getsən, bil ki, şahlar bunu iki cür edirlər: 
Xorasan padşahları  qızılquşu özləri uçurtmazlar, İraq  şahları 
adətlərinə görə özləri uçurdarlar, hər ikisi olar. Şah olmasan, nə 
cür istəyirsən, elə də et, şah olsan və özün uçurtmaq istəsən, o 
da mümkündür. 
Lakin qızılquşu heç vaxt bir dəfədən artıq uçurtma, çünki 
padşaha bir quşu iki dəfə uçurtmaq yaraşmaz. Bir dəfə uçurt, 
sonra tamaşa et, gör ov gətirir ya yox, sonra başqa qızılquş tələb 
et.  Şahın ovdan məqsədi tamaşa olmalıdır, yemək tamahı 
olmamalıdır.  Əgər  şah tazı ilə ova çıxırsa, iti o özü 
tutmamalıdır, qulları iti onun qabağınca aparmalıdırlar, o isə 
tamaşa etməlidir. Ovun dalınca at çapma, qaplanla ova çıxsan, 
heç vaxt onu arxadan atının tərkinə mindirmə, qaplan gəzdirmək 
şaha yaraşmaz, bir də  yırtıcı heyvanı öz arxasına mindirmək 
ağıllı iş hesab edilməz, xüsusilə şahlara və hökmdarlara. Ov və 
onun şərtləri bundan ibarətdir.  
 
 
 
 
 
 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
On doqquzuncu fəsil  
ÇÖVKAN OYUNU HAQQINDA 
Ey oğul, bil, əgər çövkan oynamaqdan həzz alsan. çox 
oynamağı özünə adət etmə, çox adamlar çövkan oynamaqdan 
zərər görüblər. 
Hekayət: Belə deyirlər ki, Əmr Leysin
81
 bir gözü kor imiş. 
Xorasan  əmiri olduqdan sonra bir dəfə çövkan oynamaq üçün 
meydana gedir. Onun Əzhər Xər
82
 adlı bir sərkərdəsi var imiş, 
gəlib onun atının cilovundan tutur və deyir: "Qoymaram səni 
top vurub çövkan oynayasan". Əmr  Leys  deyir:  "Necə olur ki, 
siz top vurmağı özünüzə  rəva görürsünüz, çövkan oynamağı 
mənə rəva görmürsünüz?". Əzhər cavabında deyir: Ona görə ki, 
bizim iki gözümüz vardır,  əgər top gözümüzə  dəysə, bir 
gözümüz kor olar, bir gözümüz qalar və bununla işıqlı dünyanı 
görə bilərik, sənin isə bir gözün vardır, bədbəxtlikdən əgər top o 
gözünü də  çıxartsa, gərək Xorasan əmirliyinin fatihəsi 
90 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
oxunsun". Əmr Leys deyir: "Bütün eşşəkliyinə baxmayaraq düz 
deyirsən, söz verirəm ki, nə qədər sağam topa əl vurmayam". 
Əgər ildə iki dəfə çövkan oynamağa həvəs göstərən, razı 
qalaram. Lakin at üstündə çox oynamaq lazım deyildir, qorxusu 
var. Top vurmaq üçün süvarilərin sayı  səkkizdən artıq 
olmamalıdır. Sən meydanın bu başında dur, bir nəfər də o başda 
dursun, altı  nəfər isə ortada top vursun. Top sənin tərəfinə 
gələrsə, onu vurub geri qaytar və atı da o qədər çap, lakin 
qarmaqarışıqlığa soxulma ki, həm sədəmədən özüdü qoruyasan, 
həm məqsədə çatmış olasan. Böyük adamların çövkan oynamaq 
qaydaları bundan ibarətdir, kömək isə Allahdandır. 
 
 
 
 
 
 
 
 
İyirminci fəsil  
DÖYÜŞ HAQQINDA 
Ey oğul, döyüş meydanında olsan, orada yavaş  tərpənib 
süstlük göstərmək yaramaz. Düşmən sənə üstün gəlib axşam 
xörəyi yeməmişdən əvvəl, sən ona qələbə çalıb səhər çayını iç. 
Döyüşün ortasına düşmüş olsan, özünü itirib canından qorxma, 
gorda yatmalı olan adam heç bir vəchlə evdə yata 
bilməyəcəkdir, necə ki təbəri dilində mən demişəm: 
R ü b a i 
Heç qorxusu yoxdur, düşmən olsa şir, 
Bilirəm dünyada mən qorxu nədir,  
Nə gözəl demişdir o ağıllı pir:  
"Öləsi adama ev olar qəbir!". 
 
Həmin mə'nanı farsca da deyirəm ki, hamıya mə'lum olsun: 
Açıq ya da gizli şir olsa düşmən,  
Şirə sən şəmşirlə cavab ver həmən  
Gorda tək yatmağa məhkum olsan sən  
Evdə nigarınla yata bilməzsən! 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə