Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

 
 
Bundan sonra qalan yerlərinə bax. Əgər qaş-gözdə 
gözəllik, burunda zəriflik, dodaq və dişlərdə  şirinlik, dəridə 
təmizlik varsa al, bədəninə, əl-qoluna fikir vermə. Bunların heç 
biri yoxdursa, onda məlahətli olmalıdır. Mənim  əqidəmə görə, 
gözəlliyi olmayan məlahət məlahəti olmayan gözəllikdən 
yaxşıdır. 
Demişəm, qulu hansı iş üçün alırsan al, gərək o, hər şeydə: 
uzunluq-gödəklikdə, köklük-arıqlıqda, ağlıq-qırmızılıqda, 
yekəpərlik və naziklikdə, boyunun yoğun və incəliyində, saçın 
cod və yumşaqlığında mütənasib olsun. O, girdədal, yumşaqət, 
gözəlqamət, hamardəri, düzsümük, qəhvəyisaç, qaragöz, 
enliqaş, nazikburun, incəbel, yumruçənə, ağdiş  və onun 
bədəninin bütün üzvləri dediyimə münasib olmalıdır. Hansı qul 
gözəl, xoşxasiyyət və qürurlu olsa, o, yumşaq təbiət, iş bacaran 
və şirinsöhbət olar. 
Ev üçün alınan xoşbəxt qulun əlamətləri: qaməti düz
köklüyü orta, dərisi ağ, rəngi al, enlikürək, barmaqları aralı, alnı 
geniş,  şəhlagöz, gülərüz olmaqdır. Belə qul elm öyrənmək, 
təsərrüfatı idarə etmək, katiblik, xəzinədarlıq və başqa bütün 
işlərə yarar. 
Musiqi üçün yarayan qulun: əti yumşaq və az, xüsusilə dal 
tərəfdə nə kök, nə arıq və barmaqları nazik olmalıdır. Ayıq ol, 
üzü  ətli alma, heç nə öyrənə bilməz. Lakin ovucu yumşaq, 
barmaqları aralı, üzügülər, dərisi nazik, tükü nə uzun, nə gödək, 
nə tünd qırmızı, nə tünd qara, şəhlagöz, ayağının altı düz 
olmalıdır. 
Belə qul hansı peşəni istəsən tez öyrənər, xüsusilə 
musiqişünaslığı. 
Hərbi işə yarayan qulun: tükü cod, qaməti uca, yekəpər, əti 
möhkəm, sümüyü bərk, oynaqları qüvvətli olmalı,  əzələləri 
uzun, qabarıq, bütün bədənində damarlar aydın və iri 
görünməlidir, barmaqları  sərt, ovucu iri, sinəsi geniş, kürəyi 
enli, boynu güclü, başı yumru (daz olsa daha yaxşı), qarnı batıq, 
beli təng, yeriyərkən baldırları yuxarı dartılan, üzü qəzəbli, gözü 
qanlı olmalıdır. Belə qulam vuruşda şücaətli və xoştaleli olar. 
Hərəmxana üçün yarayan qul: qaradəri, turşüz, gönüqalın, 
qurubədən, naziktük, qayışpaça, yoğundodaq, yastıburun, 
gödəkbarmaq,  əyribel, çöpboyun olmalıdır. Belə qul 
hərəmxanaya xidmət etməyə layiqdir, amma ağdərili, alyanaqlı 
yaramaz. 
100 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Kürən quldan, xüsusilə saçlarını uzadanlardan ehtiyatlı ol, 
onların gözündə  nəmlik və  qəmlik olmamalıdır. Belələri ya 
arvadsevən olar, ya aradüzəldən. 
Utanmaq bilməyən ortayaşlı qul mehtərliyə yaxşıdır. O, 
enliqaş, irigöz, enlikürək, əl-ayağı kobud və gödək, xüsusilə əyri 
olmalıdır. Üzü kürən, gözü göy, gözünün ağında qırmızı 
dənələr, uzundodaq, iridiş, böykağız olmalıdır. Belə qul çox 
həyasız, nanəcib, ədəbsiz, qarayaxan və dava axtaran olar. 
Aşpazlığa və  fərraşlığa
88
 yarayan qulun əlamətləri 
bunlardır: onun üzü təmiz, bədəni pak, çöhrəsi girdə,  əl-ayağı 
zərif, gözləri mavi, boyu uca, az danışan, saçı qumral və uzun 
olmalıdır. Belə qul dediyim işə yarar. 
Deməli, bil, dediyim bu şərtləri nəzərə al. 
İndi də onların hərəsinin müsbət və  mənfi cəhətlərini 
deyirəm, biləsən. 
Türkan
89
 qulları doqquz cür olur, hərəsinin də özünə görə 
ayrı xasiyyəti və təbiəti var. Onların hamısından pis xasiyyətlisi 
qıpçaq və quzlardır
90
, hamısından xoşxasiyyət və üzüyolaları isə 
xötənlilər
91
, xalluxlar
92
, bəxşilər
93
, tibetlilər
94
, hamısından süst 
və  tənbəlləri çigillər
95
, hamısından ürəkli və  şücaətliləri 
rumilərdir
96
. Hamısından zəhmətkeş,  əməksevən və  işə 
yarayanları çiyan
97
, tatar
98
 və yağmalardır
99

Türklərin gözəllikləri ümumi görünüşlərindən mə'lum olar, 
onların yaxşı cəhətlərini tə'rif, pis tərəflərini tənqid etməkdən bir 
şey çıxmaz. Hindlilərdə isə  əksinə. Məsələn, türkə baxdıqda, 
başı böyük, üzü enli, gözləri kiçik, burnu yastı, dişləri kobud 
nəzərə çarpır və ayrılıqda bunların heç biri gözəl deyildir, lakin 
hamısına bir yerdə baxanda sima çox qəşəng görünər. 
Hindlilərin üzləri isə  əksinədir, ayrı-ayrı baxdıqda hərəsi 
özlüyündə gözəldir, lakin hamısına birlikdə baxdıqda türklərin 
surəti kimi görünər, lakin türklərdə elə xasiyyət, məziyyət və 
adət var ki, onlar hindlilərdə yoxdur. Amma cəldlikdə türklərə 
çatan olmaz, türklərin nəyi gözəldirsə—ən gözəldir, nəyi 
pisdirsə—ən pisdir. Onların  ən böyük eybi odur ki, huşsuz, 
nadan, dikbaş, davakar, narazı, qəddar, bədməst, səbəbsiz 
qarışıqlıq salan, danışığını bacarmayan olarlar. Gecələr daha 
cür'ətli olarlar, gecə göstərdikləri  şücaəti gündüzlər göstərə 
bilməzlər. Onların üstün cəhəti odur ki, çox igiddirlər, 
qorxmadan, açıqdan-açığa düşmənçilik edər, tapşırılan bütün 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
işləri hərisliklə yerinə yetirərlər. Çox incə ruhlu və kefcil 
olarlar, eyş-işrət məclislərində, şənliklərdə onların üstü yoxdur. 
Səqləbilər
100
, rumilər, alanlar
101
  təbiət e'tibarı ilə türklərə 
yaxındırlar, lakin türklərdən daha təmkinli və  zəhmətkeşdirlər. 
Alanlar gecə türklərdən daha çox igid, daha çox Allahpərəst 
olarlar.  İşləməkdə rumilərə yaxın olsalar da, ruhda türklərə 
yaxın olarlar. Lakin onlarda bir neçə eyib vardır: oğurluq, əmrə 
tabe olmamaq, vəfasızlıq, qeyri-səmimilik, səbirsizlik, 
yavaşkarlıq, süstlük, ağasına düşmənlik, bir ayağı qaçmaqda 
olmaq. 
Üstün cəhətləri: bədəni yumşaqlıq, xoştəbiətlilik, 
istiqanlılıq, səliqə ilə  işləmək, doğru danışmaq, qoçaqlıq, 
üzüyolalıq, hafizəlilik. 
Ruminin eyibləri: danışıq bilməyən, kinli, süst təbiətli, 
nasaz, çırtqoz, acgöz və dünyapərəst olmaqdır. 
Üstün cəhətləri: özünə baxan, mehriban, xoşətirli, 
təsərrüfatçı, zarafatçı, dillərini saxlayan olmalarıdır. 
Erməninin eybi: bədfe'l, kündəbədən, oğru, 
gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, 
yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş sevən, ürəyi xıltlı, 
ağasına düşmənçilikdir. Ümumiyyətlə, onlar başdan ayağa 
müsbətdən çox mənfiyə yaxındırlar, lakin doğru danışan, tez 
başa düşən, işlərini bilən və zəhmətsevən olarlar. 
Hindlilərin eybi odur ki, dili bilməzlər, evdəki kənizləri 
rahat buraxmazlar. Lakin hindlilərin də cinsi başqa tayfaların 
cinsinə oxşamaz, çünki hindlilərdən başqa, bütün xalqlar bir-biri 
ilə qarışmışlar, hindlilərin Adəm zamanından başlamış belə bir 
adətləri var ki, heç bir təbəqə başqa təbəqəyə qatışmaz, 
baqqallar qızlarını baqqallara, qəssablar qəssablara, çörəkçilər 
çörəkçilərə, hərbçilər hərbçilərə, brəhmənlər brəhmənlərə 
verərlər. Onlarınt hərəsinin isə bir xasiyyəti var və bunları bir-
bir  şərh edə bilmərəm, kitab əndazədən çıxar. Onların yaxşısı: 
həm mehribanı, həm ağıllısı, həm şücaətlisi ya brəhmən olar, ya 
brəhmən kimilər. 
Nubilərin
102
  və  zəncilərin eybi daha azdır. Zənci nubidən 
yaxşıdır, peyğəmbərin hədisində  zəncilərin haqqında çox 
tə'riflər vardır. Cinsləri tanımaq, onların hərəsinin mənfi və 
müsbət cəhətlərini bilmək bunlardan ibarətdir.  
İndi də üçüncü şərti deyirəm, biləsən. 
Zahiri və batini xəstəliklərin hamısını xarici əlamətdən 
bilməyi öyrən ki, xam düşüb ilk baxışdan almayasan. Çünki ilk 
102 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
baxışda gözəl nəzərə  gələnlərin çoxları sonradan çirkin 
görünürlər, çox çirkinlər olur ki, sonra gözəl görünür. Bir də 
insanın üzü həmişə bir qaydada qalmır, həmişə gah gözəlliyə 
meyl edər, gah çirkinliyə. Ona diqqətlə bax ki, heç şey sənin 
nəzərindən qaçmasın. Bir çox daxili xəstəliklər olar ki, gəlməyə 
hazırlaşarlar, lakin hələ gəlməmiş olarlar. Bir neçə gündən sonra 
başlayacaq xəstəliklərin isə xüsusi əlamətləri olar. Məsələn, 
əgər yanağı bir az sarıya çalsa, dodağının rəngi qaçmış olsa 
gözləri pərişanlıq ifadə etsə, bu babasil əlamətidir; göz qapaqları 
həmişə  şişmiş olsa, istisqa
103
  xəstəliyidir. Gözün qırmızılığı, 
alın damarlarının şişkinliyi ürəkkeçmə xəstəliyi əlamətidir. 
Kirpikləri gec-gec vurmaq, dodağı tez-tez gəmirmək, 
melanxoliyalıq, burun sümüyünün əyriliyi, burunun düz 
olmaması burun babasili
104
  və burundan qanaxma xəstəliyi 
əlamətidir. Tük tünd qara, cod və arabir daha qara olsa, demək, 
o, saçını qaraltmışdır. Bədənin dağlanma yeri olmayan müxtəlif 
yerlərində dağ olsa, duda sürtə bilərlər, fikir ver cüzam olmasın; 
dodağın rənginin qaçması, gözünün sarılığı sarılıq xəstəliyinə 
dəlalət edər. 
Qul alarkən arxası üstə yerə uzat, hər iki böyrünü əlinlə 
yoxla, gör şiş, ağrıyan yeri varmı, olsa bu, qaraciyər və ya dalaq 
xəstəliyinin olduğuna dəlildir.  
Gizli xəstəlikləri yoxladıqdan sonra açıq xəstəlikləri 
yoxlamağa başla: ağzın iyini, burnun iyini, qulağın karlığını, 
dilin pəltəkliyini, səsin yoğun və  cırlığını, sözün səlis və 
pozğunluğunu, yerişini, dişin sıra və saflığını, diş diblərinin 
möhkəmliyini yoxla ki, səni aldatmasınlar. Bütün bu 
dediklərimi etdikdən, görüb hər  şeyi aydınlaşdırdıqdan sonra, 
alacağın qulu e'tibarlı  və düz adamdan al, qoy sənin də evində 
düz dolansın. 
Əcəmi
105
 tapsan, fars alma, çünki xaricini öz xasiyyətinə 
uyğunlaşdıra bilərsən, farsı isə yox. 
Şəhvət üstün gələn vaxt qul və cariyələrin göstərilməsini 
tələb etmə, qul çirkinsə, ehtirasın çoxluğu onu sənin gözünə 
gözəl göstərər. Əvvəlcə, şəhvətini söndür, sonra onları almaqla 
məşğul ol. Başqa yerdə  əzizlənmiş qulu alma. Əzizləsən, sənə 
minnətdar olmaz, çünki başqa yerdə bunu görmüşdür, pis 
saxlayıb  əzizləməsən, qaçar, ya satılmasını istər, ya ürəyində 
sənə qarşı kin bəslər. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə