Tək inci kimi parlayan xan qızı Xurşidbanu Natəvan



Yüklə 26,24 Kb.
səhifə1/4
tarix01.10.2023
ölçüsü26,24 Kb.
#125129
  1   2   3   4
Tək inci kimi parlayan xan qızı Xurşidbanu Natəvan


Tək inci kimi parlayan xan qızı Xurşidbanu Natəvan
A.1 – Salam hörmətli qonaqlar, əziz dostlar! Azərbaycan ədəbiyyatının xanım şairələrindən biri, parlaq bədii istedada malik söz sənətkarı, ədəbiyyatımızın tarixində özünəməxsus layiqli yeri olan, Qarabağ xanlarının vərəsəsi sayılan Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr etdiyimiz ”Tək inci kimi parlayan xan qızı Natəvan” adlı tədbirimizdə xoş gördük sizləri!
Tədbirimizi açıq elan edirik: Səslənir: Azərbaycan Respublikasının Dövlət
HİMNİ
A.2 – Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı , İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşa şəhərində anadan olub. Ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün onu sarayda “Dürrü yekta” yəni “tək inci”, el arasında isə Xan qızı çağırırdılar. 1945- ci ildə Mehdiqulu xanın vəfatından sonra onun hüquqları qızı Xurşidbanuya keçir.
A-1 Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şairə və rəssam kimi şöhrət tapmışdı. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini mütaliə edir və onların yaradıcıllığından bəhrələnirdi. O, təkcə bədii yaradıcılıqla məşğul olmaqla kifayətlənməyərək, dövrünün ədəbi mühitinə yaxınlaşmaq məqsədilə ədəbi məclislər yaratmış, saray xaricində baş verənlərlə maraqlanmağa təşəbbüs etmişdir.

A-2 Geniş dünyagörüşünə malik şairə öz zamanında bir sıra Azərbaycan şairlərinin meydana çıxmasına yardımçı olmuş, onlara köməklik göstərmişdir. Natəvan qəzəlləri, düşündürücü və müdrik kəlamları, həmçinin əsl vətəndaşa layiq bir hünərlə xalqı uğrunda gördüyü işlərə görə ədəbiyyat və mənəviyyat tariximizdə fəxri yer tutmuşdur.


A-1 Deyilənə görə, Xurşidbanu Natəvan gözəl şahmat oyunu ilə fransız yazıçısı Aleksandr Dümanı təəccübləndirmişdir. O, şairəyə şahmat taxtası hədiyyə etmiş və şərq qadınının bu cür yüksək intellektə malik olmasını yüksək qiymətləndirmişdir.
A -2 Gəlin, dərnək üzvümüz Mehnazın ifasında “Bənövşə” qəzəlini dinləyək. Bunu da qeyd edək ki. şairə özünün “Bənövşə “ rədifli qəzəlində təbiət gözəlliyinə məftunluğunu poeziyanın sehrikar dili ilə tərənnüm edir.


Yüklə 26,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə