Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix15.07.2018
ölçüsü1,84 Mb.
#55966
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

 
 
 
 
 
 
 
 
 
 
 
On beşinci fəsil 
KEF ÇƏKMƏK QAYDALARI HAQQINDA 
Birini sevsən, ayıq və  məst halda onunla əlaqədə olma, 
səndən ayrılan hər nütfədə, mə'lumdur ki, bir şəxsin, bir canlının 
toxumu vardır.  Əlaqədə olsan, heç olmasa, sərxoş vaxtı olma, 
ziyanı daha çoxdur, lakin xumar vaxtı daha yaxşıdır. Nə vaxt 
yadına düşdü, o saat onunla məşğul olmağa başlama. Bu, 
heyvan xasiyyətidir. Heyvan hər işin yerin bilməz, nə vaxt 
yadına düşsə, o vaxtda məşğul olar. Adama müəyyən vaxt 
lazımdır ki, onunla heyvan arasında bir fərq olsun... 
Dediyim kimi, çox əlaqədə olmağın ziyanı var, ona görə 
hər nə etsən iştaha ilə et, zorla etmə, ziyanı az olar. Lakin istər 
meylin olsun, istərsə yox, yayın istisindən və qışın soyuğundan 
özünü qoru. Bu fəsillərdə ziyanı daha çox olar, xüsusilə 
qocalara. Bütün fəsillərdən ən yaxşısı bahardır, ən münasibi də 
budur. Bahar fəslində hava mülayim olar, sular çoxalar, dünya 
gözəlliyə  və rahatlığa doğru üz qoyar. Böyük aləm belə 
olduqda, kiçik aləm sayılan bizim bədənimiz də onun tə'sirindən 
mülayimləşər. Bədəndə olan ünsürlər arasında müvazinət 
yaranar, damarlardakı qan artar, beldəki kişilik maddəsi çoxalar 
və insanlar təbii olaraq bir-biri ilə  əlaqədə olmağa meyl 
göstərərlər. Bu meyl təbii ehtiyacdan doğduğundan ziyanı az 
olar. 
Bir də bacardıqca yayın istisində  və  qışın soyuğunda qan 
aldırma. Bədənində qanın artdığını hiss etsən, yemək içməklə 
qaydaya sal. Fəslə zidd heç nə yemə
76
. Yayda və qışda qadınlara 
çox meyl etmə. 
Bu barədə qısa danışdım, bundan artıq danışağa da ehtiyac 
yoxdur. 
84 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
 
 
 
 
 
On altıncı fəsil  
HAMAMA ҜETMƏK QAYDALARI HAQQINDA 
Bil, ey oğul, hamama gedəndə tox getmə, ziyanı var. 
Hamam çox yaxşı  şeydir, demək olar ki, alimlər bina tikməyə 
başlayandan bəri hamamdan daha gözəl heç bir şey 
yaratmamışlar. Lakin bütün yaxşılığına baxmayaraq, hamama 
hər gün getmək olmaz, bunun həm bədənə xeyri olar, həm 
vasvasılıqda sənə eyib tutmazlar... Hər gün hamama getməyin 
nəinki xeyri yoxdur, hətta zərəri vardır:  əsəbləri, oynaqları 
yumşaldar, onların bərkliyini azaldar və insan təbiəti hər gün 
hamama getməyə adət edər. Bir gün getmədikdə adam xəstə 
kimi olar, bədənin üzvləri kobudlaşar. Buna görə hər iki gündən 
bir hamama getmək lazımdır. 
Qışda və yayda hamama getdikdə əvvəlcə soyuq otaqda bir 
az otur ki təbiətin oranın havasına öyrənsin, sonra orta otağa 
keçib bir qədər də burada otur ki, o otaqdan da fayda götürmüş 
olasan, sonra isti otağa get, orada da bir az otur ki, bədənin 
istiyə alışsın. hamamın istisi sənə  tə'sir edəndə  xəlvətxanaya 
gedib, orada başını yu. Gərək hamamda çox qalmayasan, öz 
üstünə çox isti və çox soyuq su tökməyəsən, ilıq yaxşıdır. 
Hamam xəlvət olsa böyük xoşbəxtlikdir. Alim adamlar boş 
hamamı bütün qənimətlərdən qiymətli hesab edirlər. Hamamdan 
çıxdıqda saçını yaxşı-yaxşı qurutmalısan, sonra dişarı  çıxa 
bilərsən. Saçı yaş yola düzəlmək nə  ağıllı adamlara, nə adlı-
sanlı adamlara yaraşar. Hamamdan saçı yaş  çıxıb böyük 
adamların yanına getmək yaramaz, bu tərbiyəsizlik sayılar. 
Hamamın xeyri və ziyanlarının hamısını dedim, vəssalam. 
Lakin hamamda su və pivə içməkdən özünü qoru çox zərərlidir. 
Nəticədə  bədən boşluqlarında su yığılması  xəstəliyinə  səbəb 
olar.  Əgər xumarlının varsa onu yatırmaq üçün bir az içmək 
olar, bunun zərəri azdır. Yaxşısını isə Allah bilir. 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
On yeddinci fəsil 
YUXU VƏ İSTİRAHƏT HAQQINDA 
Ey oğul, bil və agah ol ki, Rum alimlərin
77
də belə bir adət 
vardır, onlar hamamdan çıxdıqdan sonra hamamın soyunacaq 
otağında bir az yatmayınca dişarı çıxmazlar. Belə bir adət başqa 
heç bir xalqda yoxdur. Müdrik adamlar yuxunu kiçik ölüm 
adlandırmışlar, çünki istər yatmış olsun, istər ölmüş, heç birinin 
bu dünyadan xəbəri olmur, fərq ondadır ki, biri nəfəsli ölüdür, 
biri nəfəssiz. Çox yatmaq tə'riflənəsi adət deyildir: bədəni 
süstləşdirər, xasiyyəti yerindən oynadar, insanın sifətini təbii 
halından çıxarıb, qeyri-təbii hala salar. Beş  şey insana üz 
verdikdə  dərhal onun simasını  dəyişdirər: biri gözlənilməz 
şadlıq, biri qəflətən baş vermiş bədbəxtlik, biri qəzəb, biri yuxu, 
biri sərxoşluqdur. Altıncısı qocalıqdır, insan qocaldıqda onun 
siması dəyişilər, amma bu başqa növ dəyişmədir. 
Lakin insan yuxuda olarkən nə diri hesab edilə bilər, nə 
ölü. Ölüyə irad tutmaq mümkün olmadığı kimi, yatmışa da irad 
tutmaq olmaz. Mən demişəm: 
 
R üb a i 
Hərçənd cəfa edib bükdün belimi,  
Lakin mən üzmərəm səndən əlimi.  
Yatmısan, yatanı danlamaq olmaz,  
İncidib atmaram mən gözəlimi. 
 
Çox yatmaq ziyan olduğu kimi, az yatmağın da zərəri 
vardır.  Əgər bir adam yetmiş saat qəsdən yatmasa və ya zorla 
onu oyaq saxlasalar, ölüm təhlükəsi qarşısında qalmış olar. 
Lakin hər işin öz əndazəsi vardır. Alimlər deyiblər ki, 
gecə-gündüz iyirmi dörd saatdır. Bunun iki hissəsini oyaq olub
bir hissəsini yatmaq lazımdır, bunlardan səkkiz saatı Allaha 
ibadətə və təsərrüfata, səkkiz saatını kef, əyləncə və ruhi ləzzətə, 
səkkiz saatını isə istirahətə  sərf etmək lazımdır ki, on altı saat 
içərisində yorulmuş  bədənin üzvləri rahatlanıb dincələ bilsin. 
Cahil adamlar bu iyirmi dörd saatın yarısını yatıb, yarısını oyaq 
qalarlar, tənbəllər iki hissəsini yuxulayıb bir hissəsini məşğul 
olarlar, ağıllılar isə bir hissəsini istirahət edər, iki hissəsini ayıq 
olarlar. 
 Dediyimiz kimi, hər səkkiz saatı başqa cürə geçirmək 
lazımdır. Bilməlisən ki, haqq-taala gecəni yatmaq üçün, 
86 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
bəndələrin dincəlməsi üçün yaratmışdır. Necə ki demişdir: "Biz 
gecəni örtük yaratdıq"
78
. Bu həqiqəti də bil ki, bütün canlılar 
bədən və candan ibarətdir. Bədən məskəndir, can isə onun 
sakini. Canın üç xüsusiyyəti vardır: yaşamaq, yüngüllük və 
hərəkət; bədənin də üç xüsusiyyəti vardır: ölmək,  ətalət və 
ağırlıq. Canla bədən bir yerdə olduqca can öz xüsusiyyətləri ilə 
bədəni idarə edər, həm işlədər, həm yaşadar, bə'zən isə bədənin 
öz xüsusiyyətləri onu işdən qoyar, qəflətə sövq edər. Bədən öz 
xüsusiyyətini büruzə verdikdə ölüm, ağırlıq,  ətalət, yatmağa 
meyl göstərərlər, yatmaq evin dağılmağına oxşar, ev dağılanda 
nə varsa, hamısı aşağı töküldüyü kimi, bədən də yatanda insanın 
bütün ruhunu əhatə etmiş olar, nə qulaq eşidər, nə göz görər, nə 
burun qoxu bilər, nə damaq ləzzət anlar, nə toxunmaq üzvü 
ağırlıq, yüngüllük, bərklik və yumşaqlıq hiss edər, nə  də dil 
nitqə  gəlib bir şey deyə bilər, hər nə öz yerindədirsə, hamısını 
əhatə etmiş olar. Hafizə  və fikir öz məkanlarından xaricdə 
olduqlarından onlara tə'sir edə bilməz. Görmürsənmi, bədən 
yatdıqdan sonra fikir müxtəlif yuxular görür, hafizə isə onu 
yadında saxlayır və insan ayıldıqdan sonra nağıl edir ki; "elə 
görmüşəm, belə görmüşəm".  Əgər bunlar da öz yerlərində 
olsaydılar, onları da əhatə edərdi, beləliklə nə fikir bir şey deyə 
bilərdi, nə hafizə bir şey yadda saxlaya bilərdi. 
Əgər nitq və yazı  da  öz  yerində olsaydı, o zaman bədən 
yata bilməzdi, yata bilib danışa bilsəydi, o halda yuxu və 
istirahət özü ola bilməzdi, çünki bütün canlıların istirahəti 
yuxudadır. Deməli, haqq-taala heç bir) şeyi hikmətsiz 
yaratmamışdır. Gündüz zorla da olsa, özünü yatmaqdan xilas et, 
bacarmasan, az yatmağa çalış, gecəni gündüzə çevirmək ağıllı iş 
deyil. Lakin böyük və dövlətli adamlarda belə adət vardır onlar 
yayda günorta vaxtı dincəlməyə gedərlər, ola bilər yatsınlar, ola 
bilər yox. Lakin dincəlməyin  əsil yolu budur ki, adət olduğu 
üzrə bir saat istirahət edəsən. Bu mümkün deyilsə vaxtın xoş 
keçdiyi bir adamla xəlvətə  çəkilmək lazımdır ki, günəş keçsin
hərarətin kəsəri azalsın. Sonra dişarı çıxmaq olar. Ümumiyyətlə, 
çalışmaq lazımdır ki, ömrün çoxu ayıqlıqda keçsin, onsuz da 
çox yatmaq lazım gələcəkdir. 
Lakin istərsə gecə, istərsə gündüz yatmaq istərkən, tək 
yatmaq lazım deyildir, elə adamla yatmaq lazımdır ki. o sənin 
ruhunu oxşamış olsun, çünki ölmüş və yatmış müəyyən mə'nada 
eyni deməkdir: nə bunun, nə  də onun dünyadan xəbəri olmur, 
biri diri yatır, biri ölü. Bu iki yatmış arasındakı  fərq ondan 
ibarətdir ki, biri çarəsizlik və məcburiyyət üzündən tək yatır, o 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə