Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə10/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   6   7   8   9   10   11   12   13   ...   50

Эюйярчин 
 
 
48
Platon dururdu yolun başında, 
Amma Kant etmişdi sonunda isbat. 
Kantın fəlsəfəsi sələflərinə 
Üçlü münasibət üzrə gedirdi. 
Lokku
15
 təsdiqləyir, haqq verir ona, 
Volfu
16
 – Leybnits
17
i təkzib edirdi. 
Hyumu
18
 həm sevir, həm təshih edir, 
Həm də yararlanır fəlsəfəsindən. 
Kim Kantı öyrənmək istəsə, nə sirr, 
Başlasın gərək bu səhifəsindən.  
Yəni ideal və real olanın 
Tam əksliyindən bəhs edir təlim. 
Artur təlimini sevmişdi onun, 
Seçmişdi özünə Kantı müəllim. 
Kant göstərirdi ki, dünyanın özü, 
Şərtlənmiş, subyektin dərk üsuluyla. 
Təcrübə düz yola aparmır bizi, 
Həqiqət məlumsa a prioriylə
Obyektin, subyektin dərinliyinə 
Varmadan mənanı dərk etmək olmaz. 
Subyektsiz, obyektiz mahiyyət heç nə, 
Mahiyyət mənada biri tək olmaz. 
Dünyanın məğzini – “özündə şey”i, 
Dərk etmək çətindir obyekt, subyektsiz.   
Kantın fəlsəfəsi yeni söz deyir, 
Ona bu mənada çox borcluyuq biz. 
                                                 
15
 Con Lokk– britaniya filosofu 
16
 Xristian Volf – alman filosofu 
17
 Q.V. Leybnits – alman filosofu, Berlin Elmlər Akademiyasının 
yaradıcısı və ilk prezidenti 
18
 David Hyum – şotlandiyalı filosof 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
49
Kantın fəlsəfədə xidməti böyük
Səhvi də var idi Artura görə. 
Ehkamçı fəlsəfə
19
 həqiqətə yük, 
İmkanı dar idi Artura görə: 
– Subyektsiz obyekt də var ola bilməz, 
Bunu vaxt keçdikcə biləcək hamı. 
İradə nə sonlu, nə sola bilməz, 
Bir gün eyni fikrə gələcək hamı. 
Zaman içindəydik biz Kanta qədər, 
Kantdan sonra zaman içimizdədir. 
Ondan mənə qədər yazılan hədər, 
Fəlsəfi estafet ikimizdədir. 
Kantın fikirləri çox vaxt qınanıb, 
Filosof məqsədə olmur vasitə. 
Fəlsəfə Kant gedən yerdə dayanıb, 
Ondan sonra mənəm bilavasitə. 
Bir tək “Etikası” bəs edərdi ki, 
Kanta dünya boyda şöhrət gətirsin. 
Yeni mənalıdır onun təlimi, 
Fikri orijinal, parlaqdır irsi. 
Bizim varlığımız və dünya özü, 
Məşum tapmaca tək görünür bizə. 
Kantın qaranlıqdır fikrindən bəzi, 
Bəzi də yol açır məslə


Эюйярчин 
 
 
50
Sonadək dərk etmək olmur dünyanı, 
Biliyi həmişə hissmi törədir? 
Qavrayış olmadan anlayış kordur, 
Onun orqanıdır məkanla, zaman. 
Zəka tör-töküntü hisslərlə boldur, 
Məna kəsb eləmir nizamlanmadan. 
Birinci nəşrində Kantın əsəri, 
Daha bitkin idi, daha mükəmməl. 
Sonra dəyişdirmiş bəzi yerləri, 
Şil-küt eləmişdi mətni üstəgəl. 
Açıq, Berklinin müddəasından, 
Sonrakı nəşrlər yan keçmişdi o. 
Anlaya bilmirdim, onu azından, 
Bu imtina idi və yaxud qorxu? 
Onu qınayırdım oxuduqca mən, 
Fikri bir-birinin ziddinə idi. 
Böyük sevinc duydum ilkin nəşrdən, 
Əsil Kant mövqeyi bu nəşrdəydi. 
“Subyektsiz obyekt yox”, deməsə də Kant, 
Bunu dolayısı təsdiq edirdi. 
Düz mövqe seçmişdi bu əsərdə Kant, 
Özü kəşf etdiyi yolla gedirdi. 
Hər sual elmdə yeni bir məktəb, 
Əxlaq mənasıdır hər bir insanın. 
Son reallıq nədir? Nədir ilk səbəb?  
Zaman başlanğıcı varmı dünyanın? 
Dərrakə hər dəfə yeni şəkildə 
Açıqlanır Kantın fəlsəfəsində. 
Görkəmli zəkanı təsdiq etsə də, 
Fikirləri uyğun gəlmir, əslində. 
Birinci nəşriylə son fikirləri, 
Onda zidiyyətli görünür, ya da 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
51
Sonrakı nəşrdən belə çıxır ki,  
Dərkli də, dərksiz də movcuddur dünya. 
Onun transsendental estetikası, 
Möhkəm əqidənin ifadəsidir. 
İşıq içindədir düzgün əsası, 
Dahi olmaq üçün Kantın bəsidir. 
Analitikası qeyri-müəyyən, 
Şərhləri çəkingən, üslub çaşqındır.  
Ona bu mənada haqq vermirəm mən, 
İddia mənasız, fikir tutqundur. 
Əsas–dərrakənin əsas qanunu,
20
 
Əsasdır yeganə quruluşu da. 
Etiraf etməyə məcburam bunu, 
Gizlədə bilmərəm nöqsanı Kantda. 
Kantla fəlsəfənin üçüncü dövrü, 
Başladı, sanki o, inqilab etdi. 
Qədim təlimlərin bir çoxu öldü
Köhnə doqmatizm arxivə getdi. 
Amma “inqilab”dan sonra, nə yazıq, 
Başladı müdhiş bir mənəvi boşluq. 
“Mükəmməllik” kimi ya mənasızlıq, 
Ya işıq... qaranlıq, qaranlıq... işıq. 
Bir fikrin necə cür təkrarı vardı, 
Hər yeni təkrarın tətbiq qaydası. 
Bəzən isbat deyil, onda isrardı, 
Təki pozulmasın simmetriyası. 
Onda zərurilik, təsadüfilik, 
Anlayışları da qarışdırılır. 
Amma iki yerə ayrılır bilik, 
Düzgün, hərtərəfli araşdırılır. 
                                                 
20
 Kafi əsas qanunu   


Эюйярчин 
 
 
52
Əgər Kant əyani təsəvvürləri 
Ayıra bilsəydi düşünüləndən
Onda bilərdi ki, hansının yeri 
Hardadır, fərqlənir biri-birindən. 
Onun səhvlərini qeyd eləməyim, 
Əslində, özümə bəraətimdir. 
Kant böyük iş görmüş, deyim-deməyim, 
Bu mənim şagirdlik qənaətimdir. 
Ondan öyrənmişəm sirrini elmin, 
Ona çox borcluyam müəllim kimi. 
Gizlədib altında şərhi əlimin,  
Bağlaya bilmirəm səhvə gözümü. 
Kant bir işıq kimi dünyaya düşmüş
Parlaq ziyasından yararlanırıq. 
Ən düzgün, mükəmməl yol ilə getmiş, 
Biz onun ardınca yuvarlanırıq. 
Kantın fəlsəfəyə verdiyi töhfə, 
Müqəddəs ruhuna alqış gətirdi. 
Diqqət eləməsək bir neçə səhvə, 
Fəlsəfəyə yeni baxış gətirdi. 
Nə qədər işlətsək, tükənən deyil, 
Yeni fəlsəfədir o hər mənada. 
Elə ucada ki, heç enən deyil
Dünya öz oxunda fırlanmasa da. 
İntellektualdır əslində baxış, 
Kant bunu nədənsə inkar eyləyir. 
Obyektin ən əsas qismi qavrayış, 
Baxış və düşüncə fərqlidir deyir. 
Hüquq haqqındakı fikirlərimi 
Aid eləmişəm etikaya mən. 
Amma bu anlayış müstəqil kimi 
Ortaya qoyulur Kant tərəfindən. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə