Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə7/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   2   3   4   5   6   7   8   9   10   ...   50

Эюйярчин 
 
 
32
Üstə çıxmaq üçün fürsət gəzirdi. 
Hər budaq bir ayrı qar qalağıydı, 
Həyat cəlb edirdi pəncərələri. 
Dağlara zirvəsi kəlağayıydı, 
Şal altdan süzürdü gen dərələri. 
Süd tək ağarmışdı səmanın üzü, 
Aramla sıxırdı kirpiklərini. 
Yerin dodağında sükutun izi
Qar üstə yazırdı təbriklərini. 
Dördgöz pəncərələr dalğın baxırdı, 
Bu rəsmin rəssamı bəyaz qar idi. 
Elbanın göz yaşı səssiz axırdı, 
Deyəsən gizli bir dərdi var idi.  
Sükut dözüm verir bəzən hər kəsə, 
Bəzən də içindən yeyir qurd kimi. 
Gecənin sükutu bənzəmir səsə, 
Bir ayrı pərdədə dindirir simi. 
Şaxtadan bir gilə əsər yox idi, 
Göylər duman idi, hava mülayim.  
Təbiətdən gözəl əsər yox idi, 
Zövqü yaşanırdı sanki min ayın. 
Çünki həyat özü donmuşdu gecə
Tək canlı – bacalar tüstülənirdi. 
Bir qəlbin işığı sönmüşdü gecə, 
Xəyalı göylərdə eşq dilənirdi. 
Qar göyün eşqi tək qonmuşdu yerə, 
Torpaq dincəlirdi ağ yorğan altda. 
Yer Göyə qovuşub dönmüşdü yerə, 
Rəngi ağarmışdı qorxudan hətta. 
Niyə təbiətə bənzəmir insan, 
Zülm edir insana qısa ömürdə? 
Bir dalğa min qəlbi susdurur bir an. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
33
Çiçək tək saralır, solur ömür də. 
Yenə də təbiət səxavətlidir, 
Yenə də təbiət əl tutur bizə. 
O kəs ki əməli ədavətlidir, 
Daha tez yol tapır ürəyimizə. 
Bir qəlbin işığı sönmüşdü gecə, 
Xəyalı göylərdə eşq dilənirdi. 
Reqina Hamburqa dönmüşdü gecə, 
Həsrətdən ürəyi tüstülənirdi. 
Gəlmişdi Arturu görməsin deyə
Bir yeni sevdaya açsın səhəri. 
Sual, ya təsəlli verməsin deyə, 
Oyatmağa qorxdu yatmış şəhəri. 
Sabahdan özünə iş axtarmalı, 
Bir yolla başını qatmalı idi. 
Hamburqlu günləri o qaytarmalı, 
Arturu qəlbindən atmalı idi. 
Natamam təhsilli həkim idi o, 
İşləyə bilərdi feldşer kimi. 
Bir eşqə təməldir bir eşqin sonu, 
Məcnunu olmayan bir qız Leylimi?!
8
 
Neyləsin, taleyə baş əymək olmaz, 
Həyatı təzədən başlamaq gərək. 
Məhəbbət solsa da, iradə solmaz
Unutsa, təzədən sevəcək ürək. 
Qalxıb pəncərənin önünə gəldi, 
Bəyaz düşüncəyə dalmışdı şəhər. 
Elə bil qar deyil, yatmış əcəldi, 
Qoynunda uyuyub qalmışdı şəhər. 
                                                 
8
 Azərbaycanın böyük şairi və  mütəfəkkiri M. Füzulinin “Leyli və 
Məcnun” əsərinin qəhrəmanları 


Эюйярчин 
 
 
34
Dağlardan o yana üfüq qızarır, 
Şəklindən bu yanda göl qızarırdı. 
Sübhün ilk şəfəqi az-az işarır, 
Günü udmuş kimi göl işarırdı. 
Göl bir ayna kimi kəsirdi yolu, 
Bir dağ ürəyində, biri önündə. 
Elbanın meşədən keçirdi qolu
Yalqız dolanırdı bu qarlı gündə. 
Özəl xəstəxana, doğum evində, 
İşə düzəlsəydi, yaxşı olardı. 
Bəxtini sınaya bilsəydi bir də, 
Bu, ona əvəzsiz bəxşiş olardı. 
Bu soyuq ümidlər üşütdü qızı, 
Çay süzdü özünə isinsin deyə. 
Sanki bütün dünya eşitdi qızı, 
Vaxt badəyə döndü, ayrılıq meyə. 
Qaldırdı badəni içə bilmədi, 
Yadına nədənsə Sokratı
9
  saldı. 
Taleyi üzünə onun gülmədi
Amma xatirələr könlünü aldı. 
... Reqina qayğılı, Reqina dalğın, 
İş üçün gedirdi mərkəzə sarı. 
Nəzəri ətrafda gəzirdi oğrun, 
Qopurdu gəncliyin ilk yarpaqları. 
Baş həkim görəndə tanıdı onu, 
Bir həkim dostunun qız balasıydı. 
Qızın da həkimə qaynadı qanı, 
Fərqi yox, nə olmuş, nə olasıydı. 
Hər hansı şöbədə olursa-olsun, 
Təki iş verəydi baxıb imkana. 
                                                 
9
  Zəhər içmək cəzasına məhkum olunmuş qədim yunan filosofu 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
35
Məhəbbət ürəkdən çıxmırsa, qalsın, 
Reqina məhkumdur ayrı ünvana. 
Hicran cövhərini qəndsiz içmişdi, 
Qanında artmışdı zəhərin həddi. 
Həkim Reqinanı başa düşmüşdü, 
Ona kömək idi əsas məqsədi. 
Ürək ağrıdırdı pərişan halı, 
Hüsnü taleyindən xəbər verirdi. 
Titrək dodağında sözlər ədalı, 
Öylə bihaldır ki, bihal... öylə ki. 
Baxışı dağınıq olmuşdu su tək
Barsız ağac kimi rəngi boğunuq. 
İdrakla döyüşə qalxmışdı ürək, 
Xəyanət qırmışdı sevgi bağını. 
Geyimi çox gözəl, zövqü mürəttəb, 
Məğrurdur, devrilmiş iqtidar kimi. 
Məhəbbət ən sadə və ən mürəkkəb, 
Ən gizli duyğudur aşikar kimi. 
Bura köçməmişdi səbəbsiz o qız, 
Berlində hava, su, yer Artur idi. 
Əfsus ki, dünyanı unutmuşdu qız, 
Yadından çıxmayan bir Artur idi. 
Başını yuxarı tuta bilmirdi, 
Küncdə saxlanılan kiçik uşaq tək.  
Verdiyi qərarı tuta bilmirdi, 
Daşı ətəyindən tökmürdü ürək. 
Baş həkim “mübarək” söylədi ona, 
Sabah ilk iş günü sayılacaqdı. 
Həkimlik arzusu qalmışdı, sonda 
Ona da bir nöqtə qoyulacaqdı.  
Nə fərqi həkim, ya tibb bacısıdır? 
Başı xəstələrə qarışacaqdı. 


Эюйярчин 
 
 
36
Onu ruhdan salan eşq acısıdır, 
Qalib gəlmək üçün yarışacaqdı. 
Peşiman-peşiman qayıtdı evə, 
Sobanı yandırıb yatağa girdi. 
“Artura yer yoxdur ürəyimdə də”, 
Deyib and içsə də yüz yol, sevirdi... 
Keçmişi bir təhər unuda gərək, 
Ayrı cür Reqina özü ölürdü. 
İki sevən aşiq qovuşar tək-tək, 
Bunu nağıllardan çoxdan bilirdi. 
“Yatmaq yaxşı deyil gün gedən vaxtı”
10

Vurnuxdu, yuxuya gedə bilmədi. 
Qalxıb pəncərədən eşiyə baxdı, 
Gördü gölün üzü ilmə-ilmədi. 
Sanki küknar rəsmi çəkiblər gölə, 
Rənglər çiçəklərə meydan oxuyur. 
Səmanı necə var əkiblər gölə, 
Göl Göyün eşqinə çələng toxuyur. 
Bu şən mənzərədən heyrətə gəldi, 
Dodağı allandı, üzü qızardı. 
Buralar Berlinə bənzəmirdi ki, 
Berlində Arturdan başqa nə vardı?! 
Bir az dağ tərəfdə, göldən aralı,  
Uşaqlar xizəkdə sürüşürdülər. 
Kimi qonaq idi, kimi buralı, 
Yıxılır, dikəlir, gülüşürdülər... 
Yaxşı ki, uşaqlar bəxtəvər idi, 
Yaxşı ki, qan-qada arxada qalmış. 
Yaxşı ki, Reqina yurdsevər idi, 
Yaxşı ki, Hamburqda arxa da qalmış. 
                                                 
10
 Bəzi inanclara görə axşamüstü yatmaq bədbəxtlik gətirər. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə