Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix24.06.2018
ölçüsü0,51 Mb.
#50966
1   ...   13   14   15   16   17   18   19   20   21

58 

 

 



 

Son dövrlərdə Azərbaycanda  KT-dən istifadə sahəsində müəyyən işlərgörülmüş 

və  bir  sıra  sferalarda  bu  texnologiyaların  tətbiq  edilməsində    ciddi  nailiyyətlər 

qazanılmış  vədaha  dəqiq  desək,  bu  sahə  ölkə  siyasətinin  prioritetlərindən  birinə 

çevrilmişdir.Ölkəmizdə telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, ən 

yeni  texnologiyaların  tətbiqi  üzrə  ciddi  işlər  görülməkdədir.  Yerli  şirkətlərin 

dünyanın ayrı-ayrı ölkələrinin  KT şirkətləri ilə əməkdaşlığı nəticəsində bu sahədəki 

beynəlxalq  təcrübə  ölkəmizə  gətirilir,  həmçinin  şirkətlərimizin  təcrübəsi  və 

peşəkarlığı  artır.  Artıq  Azərbaycan  şirkətləri  həm  regionun  KT  bazarında,  həm  də 

qlobal  bazarda  iştirak  edirlər.  Eyni  zamanda,  ölkəmizin  coğrafi  mövqeyi  imkan 

yaradır ki, Azərbaycan region üçün istehsal və ixrac, informasiya resursları və tranziti 

mərkəzi kimi formalaşa bilsin.Azərbaycanda bir çox fəaliyyət göstərən şirkətlər uğur 

qazanaraq proqram təminatı məhsulları bazarında fəaliyyət göstərir.Bunlara aid bəzi 

ş

irkətləri nəzərdən keçirək. 



AtaTexnologiya  

“AtaTexnologiya”  KT-nin  əsas  sahələrindən  biri  olan  proqram  təminatı 

məhsulları  bazarında  fəaliyyət  göstərir.  Proqram  təminatı  məhsullarına  gəldikdə  isə 

burada da həddindən artıq çox istiqamətlər var. Fəaliyyəti ERP (Enterprise Resource 

Planning)  sistemləri  sahəsini  əhatə  edir.  ERP  -  hər  hansı  bir  müəssisənin  biznes 

proseslərini  avtomatlaşdıran  bir  sistemdir.  Burada  anbar  uçotu,  mühasibatlıq,  insan 

resurslarının  idarə  olunması,  tədarük,  satış  prosesləri,  servis  və.s   tam  bir  sistem 

vasitəsilə avtomatlaşdırılır. 

 “AtaTexnologiya” MMC-nin təklif etdiyi ERP  məhsulları Türkiyənin “Netsis” 

ş

irkətinin  məhsullarıdır.    Bu  məhsul  tam  Azərbaycana  uyğunlaşdırılıb,  poqram 



Azərbaycan  dilində,  Azərbaycan  qanunvericiliyinə  uğun  hazırlanmışdır.  Eyni 

zamanda  proqram  həm  yerli,  həm  də  beynəlxalq  maliyyə  uçotu  stanartlarına  cavab 

verir.  ERP  sistemini  bank,  sığorta  və  səhiyyə  sistemi  xaric  bütün  sahələrə 

uyğunlaşdırıb tətbiq etmək olar. 




59 

 

 



 

Ş

irkət  ilk  fəaliyyətinə   Azərbaycanın  nformasiya  Texnologiyaları  bazarının 



 zəif  inkişaf  etmiş  sahələrindən  biri  olan  proqram  təminatı  məhsulları  sahəsində 

 başlamışdır.  Həmin  məhsullar  banklar,  iri  müəssisələr  və   digər  təşkilatlar  üçün 

nəzərdə tutulmuşdur. Bu məqsədlə “AtaTexnologiya” MMC bir sıra xarici ölkələrin 

öndə  gedən   “Yaz”,  Netsis,  HP,  Dell,  Cisco,  Microsoft  və  Oracle  şirkətləri  ilə  

ə

məkdaşlıq edir. Hal-hazırda şirkət  Türkiyənin “Yaz” şirkətinin Azərbaycanda rəsmi 



nümayəndəsi  olaraq   banklar  üçün  “marbas  ii”  avtomatlaşdırılmış  bank  əməliyyat 

sistemini,  müəssisə   və  təşkilatlar  üçün  isə   Netsis   Enterprise  Resourse  Planning 

 “Red  Code”   proqram  təminatını   təklif  edir.  Həmçinin,  “AtaTexnologiya”   MMC 

müəssisələr  üçün  lazım  olan  bütün  növ  kompüter  və  T  avadanlıqlarının  satışını  və 

tətbiqinə yönələn xidmətlərin göstərilməsini həyata keçirir. 

Ş

irkət  Bankların  tələbatlarına  uyğun  proqram  təminatı  məhsulu  təklif  edir.  Bu 



məqsədlə  Türkiyənin  “Yaz”  şirkətini  Azərbaycanda  təmsil  edirlər  “Yaz”  şirkətinin 

banklarda  əməliyyatları  avtomatlaşdıran  “Marbas  ii”  proqram  təminatı  məhsulunu 

artıq 4 bankda tətbiq etmişlər. 

AtaTexnologiya”  MMC    T  avadanlıqlarının  satışı,  quraşdırılması  və  ona 

xidmətin  göstərilməsilə  də  məşğul  olur.  Bu  sahəyə  proqram  təminatı  ilə  eyni 

zamanda  başlanılmamışdır.  Son  iki  ildə  bu  istiqamətdə  ciddi  addımlar  atılır.  Bu 

məqsədlə hazırda “HP” və “Dell” şirkətləri ilə əməkdaşlıq edilir. 

“Card PRO”şirkəti 

 Bu  şirkət  2004-cü  ildə  fəaliyyət  göstərməyə  başlayıb.Belə  ki,  şirkətin  mobil 

telefon  operatorları,internet  provayderləri  üçün  “scratch-off”  adlandırılan  kartların 

istehsalı üzrə fəaliyyət göstərdiyini qeyd ede bilərik.Bu gün şirkətdə 65 nəfərlik işçi 

heyəti çalışır.  “Card PRO” şirkətinin1500 m

2

  sahəsi Bakı şəhərindən təxmini olaraq 



10 km aralıda yerləşir[36]. 

“Card PRO” şirkəti müştərilərə göstərdiyi aşağıdakı xidmətlərə görə fərqlənir. 




60 

 

 



 

•  Münasib qiymət  

•  Kompleks həll,  

•  Yüksək keyfiyyət,  

•  Qısa müddətə çatdırma  

Fəaliyyət göstərdiyi zaman çərçivəsində bir çox şirkətlərlə əməkdaşlıq etmiş və 

onların əsas partnyoruna çevrilmişdir.Bu şirkətlərə aşağıdakılar daxildir: 

•  Azərbaycan  Respublikası    Rabitə  və 

nformasiya  Texnologiyaları 

Nazirliyi,  

•  Azercell,  

•  GeoCell,  

•  KCELL,  

• 

ntrans,  



•  Azeronline və s. 

Ş

irkət  2007-ci  ildə  SO  9001:2000  sertifikasiya  prossesinə  başlamışdır. stehsal 



prosesi ərzində 

•  dəqiqlik,  

•  təhlükəsizlik, 

•  konfidensiallığın  

təmin  olunması  üçün  lazımi  tədbirlər  görülür.  Beləliklə  istehsal  sahələri  fasiləsiz 

olaraq, xüsusi kameralar, ixtisaslaşmış nəzarətçi qrupu tərəfindən qorunur[36]. 




61 

 

 



 

stehsalat 

“Scratch-off”  kartlarının    istehsalını  bir  neçə  əsas  addımlardan  ibarət  olan  

kompleks prosses hesab etmək olar. Bu addımlara aşağıdakılar daxildir: 

•  350-380 qr-lıq kağız üzərində çap edilməsi, 

•   kodların və seriyaların həkk olunması, 

•  örtülməsi,  

•  kartların qablaşdırılması.  

Kartlar  çap  edildikdən    sonra  müxtəlif  kəsim  alətləri  vasitəsiylə  onları  ixtiyari 

formaya  salmaq  olar.Prosesin  sonunda  isə  kartlar,  ciddi  nəzarətdən  keçərək  hazır 

məhsul  kimi  təsdiq  edilir.  Bütün  bu  prosseslərın  çoxu    yüksək  keyfiyyətli  alman,  

italyan,  yapon  avadanlıqları  vasitəsiylə  həyata  keçirilir.Şirkət  fəaliyyət  göstərdiyi 

gündən bəri əsas  məsələlərdən biri heyətə yüksək ixtisaslı kadrların cəlb edilməsidir. 

Məhsulların  yüksək  keyfiyyətinə  zəmanət  verən  əsasünsürlərdən  biri  də  məhz  bu 

hesab olunur. 

Təhlükəsizlik 

“Card PRO”-un istehsal sahəsi müxtəlif CCTV sistemləri vasitəsi ilə sutkada 24 

saat  və  bütün  həftə  boyu  nəzarət  olunaraq  qorunur.  Şirkətin  bütün  ərazisi  boyu 

yerləşdirilmiş  mühafizə  kameralarının  çəkdikləri  görüntülər  mərkəzləşdirilmiş 

şə

kildə video serverdə yadda saxlanılır və prosedur qaydalarına əsasən arxivləşdirilir. 



Həmçinin  kameralar  vasitəsi  ilə  istehsal  rəhbərləri  tərəfindən  istehsalata 

mərkəzləşdirilmiş  qaydada  tam  nəzarət  olunur.  Şirkətə  olan  bütün  girişlər  ciddi 

nəzarət  altındadır.  Xüsusi  ProxyCard  sistemi  şirkətin  əsas  giriş  qapısına  və  istehsal 

bölümlərinin  girişlərinə  quraşdırılmışdır.  Şirkətin  kadr  siyasəti  təhlükəsizlik 

qaydalarına  uyğun  olaraq  bir  neçə  yoxlanış  mərhələsindən  ibarətdir.  Şirkətə  qəbul 

olmaq  arzusunda  olan  işçinin  bütün  verilənləri,  əlaqələri,  profesional  bacarıqları  və 

şə

xsi keyfiyyətləri müfəssəl şəkildə araşdırılır sonra isə şirkət tərəfindən qərar verilir. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə