54
Beləliklə, E-bələdiyyeçiliyi, texnoloji inkişafın sürətlə dəyişdirdiyi dünyada,
inkişaf edən texnologiyaları istifadə edərək, insana xidmət etmənin və şəffaflaşmanın
ə
sasını təşkil edən müasir bələdiyyəçilik anlayışı olaraq təyin edə bilərik.
Ə
vvəldə də qeyd etdiyimiz kimi E- bələdiyyəçilik yalnız bir neçə düymədən
ibarət, mexaniki bir sistem deyil. Şəffaf və nəzarət edici bir quruluşdur. Bu eyni
zamanda yerli rəhbərliklərin daha plüralist olmasının bir yoludur. Məkana həbs
edilmiş xidmət tərzinin, məkan xaricinə çıxaraq 7 gün 24 saat istənilən məlumata ən
qısa və eyni zamanda sürətli şəkildə çatmağı hədəfləyir. Rəqəmsal mühitlərə yazılan
məlumatın, kağız istifadəsinin yerinə keçdiyi bir sistemdir.
Müasir dünya, vətəndaşların yerli rəhbərlik xidmətlərindən faydalanmaq və
işlərini həll etmək üçün bələdiyyə qapısına getmək məcburiyyətində qalmadığı bir
sistemə doğru sürətlə irəliləməkdədir.
Xüsusilə ünsiyyət sahəsindəki texnoloji irəliləyişlər, həyatın təşkilini həm
rəhbərlik, həm də vətəndaş üçün çox asanlaşdırır. Bu gün inkişaf etmiş qərb
ölkələrində vətəndaşlar rəhbərliklə olan işlərinin 50% -dən çoxunu internet üzərindən
edə bilirlər. Bu faizin aşağı olduğu olduğu ölkəmizdə bu mövzuda ciddi işlərin
görülməsi prosesi davam edir.
Son illərdə ölkəmizdə də tətbiqləri görülən “e-bələdiyyə”anlayışının
genişləndirilməsi prosesləri aparılır.(https://e-belediyye.gov.az/)
E-Bələdiyyənin lazımlılığı:
• Fərdlərin və təşkilatların yerli rəhbərliklərdən istəkləri;
• Bələdiyyə xidmətlərində fəaliyyət və məhsuldarlıq,
• Daha nizamlı və sağlam bir ətraf,
• Düzgün bir nəqliyyat və yol, yollarda istiqamətləndirmə,
• Abunə əməliyyatlarında və ödəmələrdə sürət,
• Fəlakət zamanı sürətli, təsirli və faydalı müdaxilə,
• Yenidənqurma əməliyyatlarında sürət,
55
• Səlahiyyətli şəxslərə problemini danışmaq, çatdıra bilmək,
kimi əsas tələblər önə çıxmaqdadır.
E-bələdiyyəçilik,
vətəndaşın
rəhbərliyə
qatılması,
şə
ffaflığın,
hesab
verəbilmənin təmin edilməsi üçün əhəmiyyətli bir mühit hazırlayır. Cəmiyyət
rəhbərliyi
təşkilatları
arasında
informasiya
mübadiləsini
asanlaşdıraraq
bürokratiyanın gərəksiz əməliyyatlarının və təkrarların azaldılmasına imkan verir.
E-bələdiyyəçilikdə “ vətəndaş mərkəzli xidmət “ anlayışı əsas götürülür. Bu da,
21-ci əsrin ictimai rəhbərliyinə işıq tutması hədəflənən idarəçilik faktının qanunları
ilə birbaşa əlaqəlidir.
Demokratik iştirakın elektron sistemlər vasitəsi ilə təmin edilməsi, hal-hazırda
birbaşa demokratiyanın önündəki zaman, məkan və bənzəri maneələri aradan
qaldıracaq və demokratik iştirakın xərcini aşağı salacaq.
E-bələdiyyəçilik anlayışının iştirakçı bələdiyyəçilik anlayışına olan müsbət
təsirlərindən biri də, bələdiyyənin məclis qərarları kimi idarəetmə qərarlarını yerli
xalqla elektron mühitdə paylaşa bilməsidir. Bu tip proqramlar, idarə-idarə edən
dövrünü və adlandırmalarını gedərək dəyişdirə biləcək bir quruluşda olub, günümüz
rəhbərlik anlayışına “Paylaş” faktı qatılmaqdadır.
Xalqın yaşadığı ətraf mühitə bağlı əldə edə biləcəyi məlumatlar arasında, yerli-
regional məlumatlandırma, hava-yol vəziyyəti, yerli anket nəticələri, nəqliyyat
məlumatları, ictimai tədbirlər, aktual qərarlar və tətbiqlərə dair bir çox məsələ yer ala
bilməkdədir.
E-bələdiyyəçiliyə keçid etməyi hədəfləyən yerli idarəçilər, digər yerli
rəhbərliklərin təcrübələrini araşdıraraq öz rəhbərlik vahidinin tutum və ehtiyaclarına
ə
n uyğun məlumat və xidmətlərə yönəlməli, hədəfləri doğru qoymalı, vətəndaş-
mərkəzli fəaliyyət göstərməli, fayda-xərc analizini diqqətli etməli, birdən bütün
məlumat və xidmətləri təqdim etməkdənsə, mərhələli olaraq, keçmiş təcrübələrdən
dərslər çıxararaq və yeni işlərdən təcrübə qazanaraq hərəkət etməlidir.
56
E-bələdiyyəçilik, yalnız internet səhifəsi açmaq deyil, inzibati, ictimai və
məlumatlandırma məqsədli bütün proseslərin, zaman və məkan məhdudlaşdırması
olmadan, sürətli və təsirli bir şəkildə elektron mühitdə reallaşdırmaq deməkdir.
E-bələdiyyəçiliyin tətbiqi ilə bələdiyyələrdə çağın tələb etdiyi texnoloji
infrastrukturun istifadə edilməsi ilə klassik bələdiyyəçilik anlayışının xaricinə
çıxılacaq və gerçək mənada problemlər həll yolunu tapacaqdır. Eyni zamanda
şə
ffaflıq təmin ediləcək, səhv və risklər minimum səviyyəyə düşəcəkdir. Bələdiyyə
ə
məliyyatlarının azaldılması və sürətli əməliyyat edilə bilməsi ancaq bu tətbiq ilə
mümkün olacaq.
57
III Fə sil. Rə qə msal iqtisadiyyatda KT
3.1.Azə rbaycanda KT və onun Azə rbaycan iqtisadiyyatının inkiş afına
tə siri
XX əsrin son dövrlərində KT cəmiyyətin inkişafına təsir göstərən əsas
amillərdən biri hesab olunur. Onların əhatə dairəsinə dövlət strukturları, iqtisadi-
sosial sahələr,vətəndaş cəmiyyəti institutları, elm və təhsil, mədəniyyət və bütövlükdə
insanların həyat tərzidaxildir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
KT-nin verdiyi üstünlüklərdən faydalana bilirlər. Bun gün ölkəmizdə informasiya
texnologiyaları sahəsi prioritet sahə kimi elan edilmişdir. Prezident lham Əliyev
bildirmişdir ki,informasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafımızda
çox önəmli rolu olacaqdır. Çünki bütün dünyanın elmi-texniki tərəqqisi bu
istiqamətdə inkişaf edəcəkdir.Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci
il 9 yanvar tarixində qəbul edilmiş 865 nömrəli sərəncamına əsasən Birləşmiş
Millətlər Təşkilatının nkişaf Proqramı ilə birlikdə hazırlanmış, müvafiq milli və
beynəlxalq qurumların müsbət rəyini almış “Azərbaycan Respublikasının inkişafı
naminə KT üzrə Milli Strategiya (2003—2012-ci illər)” qəbul edilmişdir [2]. Milli
Strategiya isə KT-dən istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini
ə
ks etdirir.Bundan əlavə başlıca məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas
istiqamətlərini müəyyən edir. Milli Strategiya cəmiyyətin tələbini və qabaqcıl dünya
təcrübəsini nəzərə alaraq ölkənin inkişafı, demokratik cəmiyyət quruculuğu,
Azərbaycanın beynəlxalq cəmiyyətə inteqrasiya olunması kimi proseslərə təsir edir.
Dünya təcrübəsi göstərir ki, KT-dən geniş istifadə edilməsi dövlətin hərtərəfli
şə
kildə inkişafına xidmət edir və məhz belə texnologiyalardan istifadə
olunmasıcəmiyyətin sosial-iqtisadi vəziyyətində olan mövcud problemlərin həll
edilməsi və yoxsulluğun azaldılması üçün əsaslı vasitələrdən hesab olunur.
Dostları ilə paylaş: |