47
e-hökümətin Maliyyəsi: Finansist üçün klassik büdcə hazırlama prosedurlarının
xaricinə çıxılmalıdır və yeni modellər yaradılmalıdır.
nsan: Cəmiyyətin düşünülən və planlaşdırılan sistemlərə uyğunlaşması və
sistemi istifadə üçün lazımlı təhsil təmin edilməli, dəyişmə rəhbərliyi həyata
keçirilməlidir.
Xidmət infrastrukturunu yaratmaq: stifadəçilərin ən məhsuldar və təsirli bir
şə
kildə xidmət ala biləcəyi texnologiyalar müəyyən edilməli və lazımlı infrastruktur
yaradılmalıdır.
Xidmət mexanizmini Yaratmaq: Xidmət mexanizmini yaratmaq, sistem
komponentlərinin bir arada iş prinsiplərini təyin edir. Məlumata çatma, saxlama,
paylaşma prinsipləri xidmət mexanizmi tərəfindən müəyyən edilir. e-Hökümətdə
bütün vahidlər arasında təsirli bir məlumat paylaşma sistemi yaradılmalı və məzmun
meydana gətirilməlidir.
Təhlükəsizlik
və
Məxfilik:
e-Hökümət
xidmətləri,
istifadəçilərinin
məlumatlarını etibarlı bir mühitdə saxlamalı, və istifadəçilər gizlilik prinsiplərinin
tətbiq olunduğundan əmin olmalıdırlar.
Kritik Müvəffəqiyyət faktorlarının müəyyən edilməsi: e-Hökümətə keçişdə
performans qiymətləndirməsi edə bilmək üçün kritik müvəffəqiyyət faktorlarını
müəyyənləşdirilməlidir.
Bir Koordinasiya Mərkəzinin Yaradılması: Ən əhəmiyyətli prioritetlərdən
biridir. Bütün Cəmiyyət təşkilatlarının tək bir koordinasiya mərkəzindən idarə
olunması və tək bir Hökümət portalının yaradılması lazımdır. Bunların yanında bir
digər prioritet də qeyri-hökumət təşkilatlarınındır. E-Hökümət mexanizmini işlər hala
gətirən hökümətlər, qeyri-hökumət təşkilatlarından böyük dəstək almışlar. Məlumat
texnologiyalarına söykənən qeyri-hökumət təşkilatlarının Hökümət təşkilatlarına
faydaları olduqca yüksək ölçülərdə olacaq. Xüsusilə Hökümətin bu xidmətləri
istifadə edən vətəndaşlar ilə əlaqədar qərarların (qanunvericilik, qanun, müdiriyyət və
48
s.) alınması prosesində qeyri-hökumət təşkilatlarının dəstəyini alması həm qərarların
təsirini artıracaq həm də hökümət və vətəndaşlar arasında güvən duyğusunun
inkişafına köməkçi olacaq.
ndiki vaxtda e-hökümət hökümət rəhbərliklərinin imtina edilməz ünsürləri
olaraq qarşımıza çıxmaqdadır.
e-hökümət portalı, dövlət qulluğuna tək bir nöqtədən giriş imkanı təmin edən bir
internet saytıdır. Portalın məqsədi ictimai xidmətlərin vətəndaşlara, müəssisələrə,
ictimai təşkilatlara məlumat və ünsiyyət texnologiyaları vasitəsilə təsirli və
məhsuldar bir şəkildə təqdim etməkdir.
e-hökümət portalı necə istifadə edilir?
Şə
xsi məlumatlara giriş və ya təhlükəsizlik tələb edən inteqrasiya elektron
xidmətlərə giriş üçün şifrə, e-imza və ya mobil imza kimi identifikasiya vasitələrinə
ehtiyac duyulmaqdadır. Tək bir şəxsiyyət təsdiqləməsi (şifre, e-imza, mobil imza və
s.) ilə bir çox inteqrasiya elektron xidmətləri eyni ünvandan ala bilərsiniz.
Eyni zamanda, e-hökümət portalı üzərindən alınacaq bəzi elektron xidmətlər
üçün (vergi, xərc və s kimi) ödəmə edilməsi lazım olduqda vahid ödəmə xidməti
sayəsində bu ödəmə əməliyyatları də etibarlı bir mühitdə e-hökümət portalı üzərindən
edilə bilməkdədir.
nteqrasiya elektron xidməti nədir?
nteqrasiya elektron xidmət, ictimai təşkilatlarının verdiyi elektron xidmətlərdən
e-hökümət portalında inteqrə (inteqrasiya) edilmiş və tək bir şəxsiyyət
doğrulamasıyla (şifrə, elektron imza, mobil imza) əldə edilən xidmətlərdir.
Şə
xsiyyətin təsdiqlənməsi nə deməkdir?
Xidmətlərdən faydalanmaq istəyən kəslərin, qarşıya qoyduqları adam
olduqlarının doğrulanmasıdır. dentifikasiya üçün fərqli vasitələr istifadə edilə bilər:
49
stifadəçi adı və parol, e-poçt və parol və s. e-hökümət portalı, identifikasiyası üçün
Şə
xsiyyət vəsiqəsinin nömrəsi və şifrə, e-imza, mobil imza istifadə edilir.
e-hökümət portalında hansı xidmətlər göstərilir?
e-hökümət portalı üzərindən vətəndaşlara verilən xidmətlər ümumiyyətlə belə
qruplaşdırılır:
• Məlumatlandırma xidmətləri
• Quraşdırılmış (inteqrasiya) elektron xidmətlər
• Ödəmə əməliyyatları
• Təşkilat və quruluşlara qısa yollar
• Bunun yanında ictimai təşkilatları arasında məlumat və sənədlərin
mübadiləsi
e-hökümət portalı tərəfindən təqdim edilən xidmətlər ilə təmin edilir.
e-hökümət portalının üstünlükləri nələrdir?
e-hökümət portalı; elektron mühitdən təqdim edilən dövlət qulluğuna tək bir
ünvan (https://www.e-gov.az/) üzərindən giriş imkanı təqdim etməkdədir. Şəxsən
ictimai qurum və təşkilatlar tərəfindən təmin edilən ictimai xidmətlər ilə əlaqədar
doğru və aktual məlumatlara çatma imkanını təmin etməkdədir.
Cəmiyyət təşkilatları arasında məlumat və sənədlərin mübadiləsi e-hökümət
portalı tərəfindən təqdim edilən xidmətlər ilə də təmin edilə bilməkdədir. e-hökümət
portalında tək bir identifikasiya sayəsində bir çox xidməti ikinci bir şəxsiyyət
doğrulamasına ehtiyac duyulmadan əldə etmək olar .
e-hökümət portalı üzərindən göstəriləcək bəzi elektron xidmətlər zamanı (vergi,
xərc və s.) ödəmə edilməsi lazım olarsa, ödəmə xidməti sayəsində bu əməliyyatı
portal üzərindən sadə şəkildə yerinə yetirmək olar. e-hökümət portalının başlıca
məqsədi, yalnız 1 ünvan üzərindən və eyni zamanda şifrə, e-imza, mobil e-imza kimi
Dostları ilə paylaş: |