Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

İnformasiya sistemləri menecmenti
 
168 
sidir. Bu biznes proseslərin optimallaşdırılmasının və 
təhlilinin, emal proseslərinin avtomatlaşdırılmasında təşkilat-
ların tələbatlarını  təmin edən informasiya sistemləridir. 
Burada istifadəçi idarəetmə metodikalarının realizasiyasını 
təmin edən adəti alətləri onun üçün tətbiq edir. Bu cür 
sistemlər sadə elektron cədvəllərdən tutmuş biznes mode-
lləşdirmənin, maliyyə hesabatının birləşməsi, büdcələşdirmə 
tapşırıqlarının həlli üçün ixtisaslaşdırılmış proqramlaradək 
kifayət qədər müxtəlif ola bilərlər. Məhz bu kateqoriyaya 
tətbiqi proqramdan BSİ  (Biznesin səmərəli idarəedilməsi ) 
məhsulları aiddir. 
 
Adından məlum olduğu kimi, analitik proqramlar 
təhlilin aparılmasına hədəflənmişdir. Onun məqsədi isə  daha 
dərindən başa düşülməsi və  dərk edilməsidir. Bu mənada 
analitik proqramlar ayrı-ayrı əməliyyatların, hər şeydən öncə, 
emalına hədəflənmiş tranzaksiya sistemlərindən həqiqətən 
fərqlənir, ancaq eyni zamanda idarənin çoxfunksiyalı komp-
leksi sistemini yaradaraq  onları tamamlayır.  
Sistemin analitik proqramı hesab edilməsi üçün o, 
aşağıdakı kriteriyaları təmin etməlidir. 

 
İdarə informasiyasının keyfiyyətinin yüksəldil-
məsinə kömək edən prosesləri strukturlaşdırmaq və avtomat-
laşdırmaq öz növbəsində  qərarların qəbulunun keyfiyyətinin 
yüksəldilməsinə  gətirəcək. Buna biznes problemlərin həllinə 
yönəldilmiş texnologiyaların və prosedurların tətbiqi yolu ilə 
nail olunur; 

 
Analitik funksiyaları  dəstəkləmək, yəni gələcəkdə 
hadisələrin proqnozlaşdırılmasının və trendlərin təhlilini daxil 
etməklə ən müxtəlif mənbələrdən (daxili və xarici, maliyyə və 
əməliyyat) prosedur və texnologiyaların, qaydaların tətbiqi 
yolu ilə nail olunur; 

 
Tranzaksiya sistemlərindən asılı olmayaraq işləyə 
biləcək sərbəst proqram məhsulunu özü ilə  təqdim etmək, 


İnformasiya sistemləri menecmenti
 
169 
lakin eyni zamanda, həm tranzaksiya verilənlərinin alınması 
sahəsində  hər iki tərəfə, onların emalının nəticələrinin  əks 
ötürülməsi sahəsində işləyə bilər. 
Bundan başqa, analitik proqramlara qeyri-standart
qabaqcadan məlum olmayan hallarda rast gəlinir. Belə hallar 
yeni bölmənin yaradılmasının və yeni korporativ model-
ləşdirmənin, təzə məhsulun istehsalının tədarükündə, həm də 
büdcələrin yenidən baxılmasında, birləşmələrin və  əldə 
olunmaların nəticələrinin qiymətləndirilməsində meydana 
çıxa bilər.  
Analitik proqramları verilənlərin çoxölçülü bazalarına 
tez-tez əsaslanır (bu isə məlumatların nisbi bazalarını istifadə 
edən tranzaksiya sistemlərindən onları  həm də  fərqləndirir). 
Bu analitik proqramlara həm bütün zəruri məlumatların, həm 
də müəyyən biznes tapşırıqların nöqteyi-nəzərindən onların 
qarşılıqlı  əlaqələrini təsvir edən biznes qaydaları effektiv 
istifadə etmək imkanı verir. 
Analitik proqramların üç əsas kateqoriyasını qeyd 
edirlər: 

 
Biznesin səmərəli idarəedilməsi sistemləri (Business 
Performance Management); 

 
Əməliyyat və istehsal fəaliyyətinin təhlili üçün 
proqramlar (Operations/ Production Analysis); 

 
Müştərilərlə qarşılıqlı münasibətlərin təhlilinin sis-
temləri (CRMAnalysis). 
Busines Performance Management (BPM) sinfinin 
sistemləri. Bu tipin analitik proqramları tapşırıqların geniş 
dairəsi üçün nəzərdə tutulmuşdur. Buraya maliyyə indika-
torlarının təhlili və optimallaşdırılması,  şirkətin inkişaf  
strategiyasının müəyyən edilməsi, maliyyə birləşməsi aiddir. 
Büdcələşdirmə  və birləşmə (konsolidasiya)  birinci 
hazır-analitik proqramların sırasında yaradılmış, çünki bu 
tapşırıqlar metodiki olaraq yaxşı hazırlanmış, əksər rəhbərlərə 


İnformasiya sistemləri menecmenti
 
170 
aydındır və bütün sahələrdə praktiki olaraq tətbiq olunur. Son 
illər biznesin strateji idarəsinin və funksional-dəyər təhlili, 
maliyyə birləşməsi, büdcə planlaşdırmasını  və proqnozlaş-
dırılmasını  və bir sıra yeni funksiyaları özünə birləşdirən 
inteqrasiya edilmiş sistemlərin hazırlanması sahəsində keyfiy-
yətli sıçrayış baş verdi.  
Əməliyyat və istehsal fəaliyyətinin təhlili üçün 
proqramlar. (Operations / Production Analysis). Xidmətlərin 
məhsulların istehsalı və tədarükü proseslərinin optimallaşdırıl-
ması  və  təhlili üçün nəzərdə tutulmuşdur (məsələn, tələbatın 
planlaşdırılması, heyətin işinin optimallaşdırılması). 
Müştərilərlə qarşılıqlı münasibətlərin təhlilinin 
sistemləri (CRM Analysis) marketinq təhlili, sifarişlərin cəlb 
olunmasına yönəlmiş  tədbirlərin işlənib hazırlanması, müş-
tərilərin gəlirliliyinin qiymətləndirilməsi kimi tapşırıqların 
həlli məqsədi ilə  nəzərdə tutulmuşdur. Müştəri bazasının 
təhlilinin ixtisaslaşdırılmış analitik proqramları  şirkətlərin 
marketinq bölmələrinin fəaliyyəti üşün  əsas (özül) kimi baş-
lanğıcdan istifadə olunurdu, ancaq indi onlar çox- funksi-
yalıdır, çünki müştərilərlə qarşılıqlı münasibətlərin təşkili 
prosesinə təşkilatın başqa bölmələri cəlb olunur.  
 
11.2. Analitik sistemlər və idarəetmə qərarlarının  
qəbul edilməsi 
 
Məlumdur ki, analitik sistemlərdən əldə onunan mənfəət 
şirkətin fəaliyyətinə müsbət təsir edən düzgün idarəetmə 
qərarlarının qəbul edilməsində ifadə olunmalıdır. Bu, nəzərdə 
tutur ki, analitik sistemlər istifadəçilərinə informasiyanın sadə 
təqdim edilməsinə nisbətən daha çox töhfə verə bilər. Onlar 
qərarların qəbulu prosesində bələdçi kimi xidmət edə bilər.  
Analitik sistemlərin istifadəsindən səmərə  aşağıdakı 
amillərlə şərtləndirilir: 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə