Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

İnformasiya sistemləri menecmenti
 
149 
üçün yığılan sərvət və qiymətlilər kimi baxılır. Statistik 
məlumatlara görə, bu gün dünya üzrə investisiya qoyuluşunun 
57,7% -ni maliyyə, 42,3%-ni isə material resursları təşkil edir.  
İnvestisiyanın mahiyyəti onun növlərində daha geniş 
izah olunur. İnvestisiya əsasən iki növə bölünür: material və 
pul formalı investisiya. 
Material formalı investisiya dedikdə, istehsal və qeyri-
istehsal sahələrinin yeni maşın və avadanlıqlar, ehtiyat 
hissələri ilə  təmin etmək, eyni zamanda, xammal ehtiyatının 
artırılmasına yönəldilmiş material-texniki vəsait başa düşülür.  
Pul formalı investisiya isə iqtisadi sahələrdə maddi 
material bazanın, istehsal prosesinin fasiləsizliyinin təmin 
edilməsinə yönəldilmiş pul kapitalıdır. 
İstiqamət sferasından asılı olaraq investisiyalar üç yerə 
bölünür: 
1.
 
Real investisiya, 
2.
 
Maliyyə investisiyası, 
3.
 
Qeyri-maddi (intellektual) investisiya.  
Real investisiya iqtisadiyyatın o sahələrinə yönəldilir 
ki, orada real kapital, yəni istehsal vasitələri, maddi-material 
qiymətlilər və ehtiyatların artması təmin edilsin. 
Maliyyə investisiyası  özündə,  əsasən, səhmlərə, istiq-
razlara, digər qiymətli kağızlara və maliyyə alətlərinə qoyulan 
vəsaiti  əks etdirir. Bu investisiyada real maddi kapitalın 
artması deyil, daha çox mənfəətin çoxalması üstünlük  təşkil 
edir. Mənfəətin artmasına, eyni zamanda, alqı-satqı zamanı 
qiymətli kağızın məzənnəsinin dəyişməsi  əhəmiyyətli təsir 
göstərir. Maliyyə investisiyasının tərkibində portfel inves-
tisiya mövcuddur ki, bu da, əsasən,  şəxsin yüksək gəlir  əldə 
etmək və müxtəlif qiymətli kağızların riskinin azaldılması 
məqsədi ilə adlı formada qiymətli kağızlara qoyulan puldur. 
Maliyyə investisiyaları aşağıdakı qruplara bölünür: 


İnformasiya sistemləri menecmenti
 
150 
1. Qiymətli kağızlara qoyuluşlar (o cümlədən, dövlət və 
qeyri-dövlət). 
2. Bank depozitlərinə və sertifikatlara qoyuluşlar.   
Qeyri-maddi (intellektual) investisiya lisenziyanın 
alınması, ticarət nişanının işlənməsi, elmi tədqiqat işlərinə
işçilərin təhsil alması və ixtisas səviyyəsinin yüksəldilməsinə 
yönəldilən pul vəsaitidir.  İnvestisiyanın real aktivliyinin ha-
zırlanması  və  təhlili hər  şeydən  əvvəl firmanın qarşısında 
duran problemin bu növ investisiyanın köməkliyi ilə  həll 
edilməsindən asılıdır.  İnvestisiya fəaliyyətinin  əsas isti-
qamətləri aşağıdakı məsələləri özündə birləşdirir: 

 
istehsalın səmərəliliyinin yüksəldilməsinə investisiya qo-
yuluşu. Bu cür investisiyaların məqsədi firmada xərcin aşağı 
salınması üçün köhnə avadanlıqların yenisi ilə  əvəz edilmə-
sini, işçilərin ixtisas səviyyəsinin yüksəldilməsini, istehsalın 
və əməyin səmərəli təşkilini və s. təmin etməkdən ibarətdir. 

 
istehsalın genişlənməsinə investisiya qoyuluşları. Belə 
investisiyaların qarşısında duran əsas vəzifə mövcud istehsal 
prosesi miqyasında  əvvəlcədən yaranmış bazar üçün əmtəə 
buraxılışının həcminin və çeşidinin genişləndirilməsini həyata 
keçirməkdir. 

 
yeni istehsalın yaradılmasına investitisya qoyuluşu. Bu 
tip investisiyalar yeni müəssisələrin yaradılmasına yönəldilir 
və bunun əsasında çoxçeşidli və yüksək keyfiyyətli  əmtəə 
istehsalı  həyata keçirilir ki, bu da firmanın dünya bazarına 
çıxmasına imkan verir. 
İnvestisiya qoyuluşunda istifadə olunan risk anlayışı 
potensial investor tərəfindən qoyulmuş  vəsaitin itirilməsi 
deməkdir. Eyni zamanda, risk hər bir investisiya layihələrinin 
reallaşdırılması gedişində ziyanın baş verməsi və ya layihənin 
səmərəliliyinin aşağı düşməsi ilə  nəticələnən arzuolunmaz 
halların yaranması ilə  əlaqədar olan qeyri-müəyyənlikdir. 
Ümumi formada risk investisiya layihəsinin reallaşdırılma-


İnformasiya sistemləri menecmenti
 
151 
sında  əmələ  gələn zərər və ya ziyanın ehtimalıdır. Məhz bu 
baxımdan  risk dərəcəsinə görə investisiya iki yerə bölünür
etibarlı və riskli. 
İnvestisiya bir sıra  əlamətinə görə  aşağıdakı kimi 
təsnifləndirilir: 
1.
 
İnvestisiya müddətinə görə iki yerə bölünür: qısa- 
müddətli (bir ilə qədər)  uzunmüddətli (üç ildən yuxarı) 
2.
 
İnvestisya mülkiyyət formasına görə: xüsusi (özəl), 
dövlət və xarici investisyalar. 
3.
 
İnvestisya qoyuluşlarında iştirakının xarakterinə 
görə: birbaşa və dolayı investisiyalar. 
Birbaşa investisiyalar dedikdə, bilavasitə maddi ob-
yektlərə qoyulan investisiyalar başa düşülür ki, bu zaman 
investor investisiya obyektinin və qoyulan vəsaitin seçilməsi, 
eyni zamanda idarə, edilməsində iştirak hüququ əldə  edir. 
Dolayı investisiyalar dedikdə, isə investisya fondu və 
ya maliyyə vasitəçisinin köməkliyi ilə reallaşdırılan 
investisiyalar başa düşülür. Belə investisiyalara misal olaraq 
portfel investisiyaları göstərmək olar. 
 
10.2. İnformasiya sistemlərində investisiyanın rolu və 
onun xüsusiyyətləri 
 
Hazırda informasiya sistemləri  şirkətləri biznes fəaliy-
yətinin tərkib hissəsi hesab olunur və bunun vasitəsilə biznes 
prosesləri həyata keçirilir. Müəssisənin informasiya sistem-
lərinin yaradılmasına və  tətbiq edilməsinə  çəkilən xərclər 
investisiya adlanır. Menecerlər üçün bu xərclər daha əhəmiy-
yətlidir. Beləliklə, menecment nöqteyi-nəzərindən müəssisədə 
informasiya sistemlərinin yaradılması  və  tətbiq edilməsi 
prosesi investisiya layihəsidir.  İnformasiya sistemləri (İS) 
sahəsinin spesifikası belə layihələrlə ixtisaslaşmış  şöbənin, 
yəni informasiya texnologiyaları menecerlərinin fəaliyyətini 
nəzərdə tutur.  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə