Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

71 
 
 
hekayəsinin arxasında böyük mətləblər durur. Nizami bunları o qədər cazibədar təsvir 
edir ki, insan ürəklə onları oxuyub mütaliə etməyə başlayır. 
 
III FƏSİL 
«Xosrov və Şirin» 
«Sirlər xəzinəsi»nin yazılmasından bir il sonra, hələ onun təravəti bitməmiş 
Gəncəli  şair «Xosrov və  Şirin» kimi ecazkar bir eşq  əsəri yaratdı. Hələ indiyədək 
«Xosrov və  Şirin» dastanı kimi bir eşq, mehr, məhəbbət  əsəri dünya ədəbiyyatına 
gəlməmişdir. Bu əsər sadəcə  eşq deyil, əxlaqi məsələləri  özündə ehtiva edir. Əlbəttə, 
Nizami özündən  əvvəl yazan Firdovsinin «Şahnamə»sindən bəhrələnmişdir. Digər 
tərəfdən Nizami, Ənsəri və  Fəxrəddin Gürganidən də  məlumatı var idi. Əgər Firdovsi 
Şirin haqqında yazanda onun artıq 60 yaşı  var idisə, Nizami bunu 40 yaşında etmişdir. 
Bu yaşda eşqin təcəlliyatı daha güclü olur. 
Gəncə  və  Bərdədə bu eşq dillər  əzbəri olmuş  və buradan Bağdad və  Məkkəyə 
gedən insanlar «Xosrov və  Şirin»i hər yerdə yaymağa başlamışlar. Pərviz sarayı 
Mədaində  hələ  də öz nişanələrini göstərir.  Şirinin eşqinə  çəkilən «süd arxı» Fərhadın 
əfsanəvi adı və Şəbdizin daşlar üzərində çəkdiyi rəsmlər indi də qalmaqdadır. 
Nizami, Firdovsinin dediklərini təkrarlamamış, əksinə bu sahədə yeni bir cığır açıb 
ona ətirli bir təravət gətirmişdir. Həqiqətən Nizami bu əsəri yazmaqla öz qadını Afaqı  
nəzərdə tutmuşdur. Nizaminin dövrü Atabəylər hakimiyyəti illərinə təsadüf edir. 
Atabəy Cahan Pəhləvan, Toğrul  İbn Arslan həm  şeir, həm də musiqi vurğunu 
olduğundan Nizamiyə böyük hüsnü-rəğbət bəsləmişlər, onu mükafatlandırmışlar. 
Atabəy Məhəmməd Eldəgiz Bərdədə Nizami əsərlərinin yayılmasına şərait yaratmışdır. 
Nizami 576-cı ildə bu əsəri Cahan Pəhləvana təhvil verir. Afaqın sonrakı ölümü isə 
şairi sarsıdır və bu zaman oğlu Məhəmmədin 7 yaşı var idi.  Atabəy öz vardatının bir 
hissəsini şairə bağışladı, ancaq onun qəflətən ölümü 581-ci ildə şairin əliboş qalmasına 
gətirib çıxartdı. Lakin Qızıl Arslan Nizamiyə hörmətinin nəticəsi kimi bir qism mülk 
verib şairi ruhlandırdı. 


72 
 
 
Xosrov, Hörmüz şahın oğlu on yaşında ikən at sürməyi, qılınc tutmağı və ov etməyi 
bacarırdı. 14 yaşlı Xosrov dünya  axarışlarına başladı. Ustadı ona böyük ümid 
bəsləyirdi. Şah onu bütün dünyada bəlkə canından çox istəyirdi. Camaatın onun ömrünə 
dua oxumasını istəyən  şah Xosrovun ədalətli olacağına, məmləkəti layiqincə 
qoruyacağına inanırdı. Təsadüfən Xosrov  bir günün səhəri seyr və ov üçün səhraya 
gedir. Orada kef məclisi qurur. Sərxoşluq zəminində bir kəndlinin qorasını qoparıb, 
üzüm tənəklərini  əzdiklərinə görə  xəbər  şaha çatanda o, Xosrovu tənbeh etdi. Xosrov 
hərəkəti müqabilində şahdan üzr istədi, şah onu bağışladı. 
Daha sonra Xosrov yuxuda Şirini görüb ona vurulur. Bu hadisəni rəsam  Şapura 
danışır. Şapur göstərir ki, Dərbənddən Arrana və ta Ərmənə qədər Şirin adlı bir hökmdar 
oranı idarə edir. Adı kimi özü də şirindir. Xosrov Şirini eşqin gücüylə sevir və onunla 
evlənməyə qərar verir. 
Şapur özünü bir ay içərisində  Ərmənə çatdırır. Eşidir ki, Şirin 70 gözəllə dağ 
ətəyindəki çəməndə  əyləncə  məclisi keçirir. Şapur Xosrovun şəklini bir ağacın 
gövdəsinə  çəkdiyi kağızda yapışdırır.  Şirin qızlarla dolaşanda bu şəkli görür və  şəklin 
gətirib ona verilməsini əmr edir. Şirin şəklə baxdıqda şövqdən can quşu pərvazlanmağa 
başladı. Bu vaxt Şapur oradan keçib diqqəti Şirinin onu göstərməsinə çəkdi. Şirin şəklin 
kim olduğunu Şapurdan soruşdu. Şapur onunla təkbətək qalmağını xahiş etdi. Bu zaman 
Xosrovun haqqında  Şirinə danışdı.  Şirin də Xosrovla maraqlandığı üçün Şapura söz 
verdi ki, yenə bir gün qızlarla gəzintiyə  gəlsin və atı  Şəbdizlə onlardan uzaqlaşıb 
Xosrovla görüşmək imkanı əldə etsin. Həmin bəhanə ilə yolunu Mədainə salır. Şirin kişi 
libasında olur ki, onu tanımasınlar. Nəhayət,  Şirin çeşmə başında bədənini yuyarkən 
Xosrov onu görür və bir könüldən min könülə ona vurulur. Şirin də tanımadığı bir gənci 
görəndə onun Xosrov olduğunu təxmin etdi. Lakin bir-birlərini tanımadıqları üçün 
Xosrov Ərmənə, Şirin isə Mədainə tələsdi. Birinci tanışlıq belə bitsə də, Xosrov Şirini 
görmək məqsədiylə Azərbaycana, Muğana, Ərmənə yol tutdu. Burada Şirinlə qarşılaşdı. 
Şirin laqeyd qalmayıb onu tanıdı  və evə  dəvət etdi. Banu da şahı layiqincə qarşıladı. 
Məhin bu eşqdən xəbərdar olduğundan  Şirinə  ağıl və  məsləhət verdi. Xosrovu Şirinlə 


73 
 
 
tək buraxmadı. Ertəsi gün Şirin öz qız yaşıdları ilə Xosrovun sarayına gəldi. Orada 
çovqan oynadılar, mahnı oxudular, lakin Xosrov Şirini təklikdə görə bilmədi.  Şirin 
xəlvəti şərait üçün Xosrova imkan yaratmadı. Şirin eşqbazlığı başqa bir vaxta saxladı. 
Əli boşa çıxan Xosrov Konstantinopola üz tutdu. Rum hökmdarı öz qızı Məryəmi 
izdivac üçün ora gətirdi. Bu zaman Xosrov Bəhramı döyüşdə yenib Mədainə qayıtdı. 
Ancaq fikri Şirinin yanında qaldı.  Şirin də Xosrovun ayrılığına biganə qala bilmirdi. 
Məhin Banu və Şapur ona təsəlli verirdilər. Bir qədər sonra Məhin banu xəstələndi və 
yatağa düşdü, özünü ölüm ayağında görüb saray və  xəzinəsinin açarların  Şirinə verdi, 
canını tapşırdı. Ərmənin hökmdarlığı Şirinin ixtiyarına keçdi, o isə ədalətlə oranı idarə 
etməyə başladı, lakin bundan o qədər də xoşhal deyildi. Çünki fikri Xosrovun yanında 
idi. Bu xəyal da onu Xosrovun yanına Mədainə getməyə vadar etdi. Şapuru və bir neçə 
qızı da özü ilə apardı. Xosrov, Şirinin bu gəlişinə sevinsə  də, Məryəmlə  əhdi-peyman 
bağladığından eşqdən danışmadı. Xosrov Şapurla  Şirinə    xəbər göndərib eşqini bəyan 
etdisə də, Şirin rədd cavabı verdi, isti hərarəti Şirinə təsir etdiyindən, o, süddən başqa bir 
şey yeyib-içmirdi. Qəsrə isə südü hər dəqiqə gətirmək olmurdu. Bu zaman Şapur öz dərs 
yoldaşı mühəndis Fərhadı  Şirinin yanına çağırıb ondan süd arxı  çəkməsini xahiş etdi. 
Fərhad bu işi öz öhdəsinə götürdü. Süd arxının tamamlanmasına az qalmış  Şirin 
Fərhadın sənətinə baxmağa gəldi. Şirin Fərhadın bu qüdrətinə «afərin» deyib, hətta öz 
sırğalarını qulağından çıxarıb onun ayaqları altına atır. Eşq dastanı da elə buradan 
başlayır. Tezliklə hər yana yayılır. Bu xəbər Xosrova da çatır. Təbii ki, Xosrov buna razı 
ola bilməzdi. O da Fərhadın sənətinə vurulur, Lakin Şirinin eşqi onu rahat buraxmır. 
Daşlar üzərində  çəkilmiş  şəkillər və xüsusən  Şirinin portreti Xosrovu heyran edir. 
Fərhad Xosrovdan Şirini sevdiyini bildirib, ona kömək etməsini xahiş edirsə də, Xosrov 
ona rəqib kimi baxır. Fərhad Bisitun dağında Şirinin, Xosrovun və Şəbdizin rəsmlərini 
çəkir. Fərhad gecə düşəndə Şirinin heykəli qarşısında diz çöküb onun eşqiylə yaşadığını 
dilə gətirir. 
Xosrov rəqibini yox etmək üçün hiyləyə  əl atdı  və göndərdiyi qarı ilə  Fərhada 
Şirinin qəfil ölümünü söylədi. Fərhad  Şirinsiz ömr etmək olmaz deyib öz  külüngünü 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə