__________________ Milli Kitabxana_________________________
183
Boşdur görəcəklər söz çinədanın,
Daşqır eləməyə dən qalmayacaq.
Onda deyəcəklər yerini tanı;
Onda üz tutmağa yölu qalmayacaq!
Onda əl istisi gedər yaxandan,
Əlinə "qurdyeməz" kababı düşər,
Cıdır meydanına dolu yağanda
Bəxtinə yəhərsiz bir yabı düşər...
Onda görəcəksən görmürsən daha
Ayağın başdadır, başın ayaqda.
Təzə nağılımız qalsın sabaha...
İstəsən sabahsız, bır ayrı vaxta...
22 avqust, 1982
YAZI MASAMA
Biz iki ocaq kimi
Sinə-sinəyə yandıq.
Odumuz öpüşəndə
Közümüzə inandıq.
Dərd eləmə, desəm ki:
Yazı masam, ölürəm!
Ölə-ölə yazmıram:
Yaza-yaza ölürəm...
9 avqust, 1982
__________________ Milli Kitabxana_________________________
184
BİZ QOŞA GETMƏLİYİK
Bu həyatdır, əzizim,
Ömür alan, gün satan;
Toyuna da gül satan,
Vayına da gül satan;
Bu üzdə çay körpüsüz,
O üzdə körpü çaysız;
Təzə nəğmə oxumur
Dərəsi köhnə çaysız.
Doğmalığı yadlığa
Döndərən döngə qısa...
Ocaqsız bir düşərgə
Düşsə də baxtımıza,
Bu yolu getməliyik;
Andını möhkəm elə!
Hər təpə bir yumurta,
Hər qaya bır göbələk –
Aşırmaq çox asandır.
Aşırmarıq, aşarıq.
İnamdan kəmənd hörüb,
Zirvəyə dırmaşarıq.
Yolları tərlətməli
Vaxtımız belə öndə.
Tərsi avand olacaq
Baxtımız hələ öndə.
Dan yerində hər kəsin
Gözü də var, payı da;
Hələ görən olmayıb:
Səhər - küsə, gecikə,
Gələ, geri qayıda.
Üzümüzü örtəcək
sonuncu səhərəcən,
Biz qoşa getməliyik!
Nitqimizi bağlayan
sonuncu qəhərəcən
Biz qoşa getməliyik!
Bu şüarı gumulda:
Bizsizsə dünya əgər –
Göysüzdü göydəkilər,
Yersizdi yerdəkilər.
Oktyabr, 1982
__________________ Milli Kitabxana_________________________
185
QIRX DOQQUZ YAŞIM
14 oktyabr - qırx doqquz yaşım...
Görüşdük onunla xəstəxanada.
Əyləşib dərmanım, dərdim yanaşı,
Təklikdən qorxanda təklənir adam.
İl qaldı bir əsri yarı bölməyə,
Bəs sonra? –
Sonranın sonu görünməz.
İşığın qəfildən dönər kölgəyə,
Od elə donar ki, donu görünməz.
Çaylara qol olan çağlarım hanı,
Gəzəm, görməyim yox, baxmağım qalıb.
Üfuqlər dalında qovum, qovdanım,
Üfüqlər qaşında çaxmağım qalıb.
Hər səsi eşitmir əsrin qulağı,
Ozümə yağışam, özümə çətir.
Fikrimin çəkisi çəkimdən ağır,
Dartmaq da çətindi,
Atmaq da çətin...
Yolumu gözləyir bir donqar yoxuş,
Arxada uçrum var, qarşıda qala,
Dur, daha qələm də, söz də yorulmuş,
Dur, azca qurdalan, azca xırdalan!..
Baxıram bu aləm öz aləmində,
Mən açan çiçəyəm,
Solan yarpağam.
Nə vaxtsa, dünyanın duru dəmində
Yenidən dünyaya qayıdacağam.
Hardasa, nə vaxtsa tökülən dolur,
Qum üstə arzular göyərir onda.
Bir ömrü axırdan əvvələ doğru
Yaşayan olacaq mən olmayanda.
__________________ Milli Kitabxana_________________________
186
Ömrün öz tufanı ömrümü didir,
Yox ayrı dərmanım dözümdən özgə.
Qırx doqquz yaşıma əlvida dedim,
Bir kimsə bilmədi özümdən özgə.
14 oktyabr, 1982
Fevral, 1983
QAYTAR MƏNİ
Yaşar Əliyevə
Gönül, bu gün nağıl danış,
Dünənimə qaytar məni.
Ələnməmiş, üyünməmiş
Öz mənimə qaytar məni.
Mamırına dolu yatan
Bir dağ döşü -bir daş otaq...
Nə əl dəyən, nə zəng çatan
Ünvanıma qaytar məni.
Nədir itən, nədir qalan?..
Beş-on sözdür ümid - qalam.
Baş aparsam, başsız qallam,
Yüyənimə qaytar məni.
Aramızda tufan yaşar,
Sahillərdən punhan yaşar.
Yaşamağa güman yaşar,
Gümanıma qaytar məni.
1980
__________________ Milli Kitabxana_________________________
187
HAQQIN YOXDU, HAQQIN VAR...
Çox oldu ürəyimi diqtəsinə baxmadın,
İlğımlar qova-qova yulğunlar qucaqladın,
Sən ağlından qəlbinə gedən yolu bağladın.
Haqqın yox, Məmməd Araz,
Haqqın yox yaşamağa!
Boğazına sarınan ilanı tumarladın,
Qazancın bu oldu ki, mülayim oldu adın.
Haqq yolu göstərdiyin haqqını qamarladı,
Haqqın yox, Məmməd Araz,
Haqqın yox yaşamağa!
Sən məqamı gələndə Araza bənd olansan,
Hər sözün işığında göyə bülənd olansan,
Sən arzuya bələdçi, şərə kəmənd olansan,
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa!
Budaqda qarğa dördgöz, marıqda qırğı -
quldur,
Qasırğa hədəfində qumru yuvası qurdun.
Kirpiyinin ucuna qonub, ötürsə qur-qur:
Haqqın yox, Məmməd Araz,
Haqqın yox yaşamağa!
Şəkərini zəhərə alanların çoxu sağ,
Üzüntülü ömürdən çox uzaqsan, çox uzaq.
İydə dənəsi boyda qurğuşuna əl uzat...
Bu haqdı, Məmməd Araz,
Haqqın yox yaşamağa!
Çox tozanaq atlını təmkin atınla keçdin,
Sel boğan dərələri bir mərd qadınla keçdın.
Bütün keçilməzliyi, Vətən, adınla keçdim...
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa!
4 sentyabr, 1982
Dostları ilə paylaş: |