17
Məsələn, Kanada öz ölkəsinə daha çox ixtisaslaşmış təcrübəli
işçilər (Skilled Worker Class) qrupunu cəlb edir. Kanadanın
Vətəndaşlıq və İmmiqrasiya Nazirliyi immiqrasiya xidməti
əməkdaşları
üçün
Federal
Skilled
Worker
Program
(İxtisaslaşmış İşçilər üzrə Federal Proqram), Federal Skilled
Trades Program (İxtisaslı Peşə sahibləri Proqramı) və Canadian
Experience Class (Kanada Təcrübə Sinfi) proqramlarına uyğun
olaraq ərizələrin hazırlanması üçün qərarlar qəbul etmişdir. Bu
qərarlar İşxtisaslı İşçilər üzrə Federal Proqrama uyğun olaraq
2014-cü ilin may ayının 1-dən qüvvəyə minirdi. Kanada kvota
şəkilində immiqrasiya üzrə aşağıdakı ixtisaslar üzrə ərizələri
qəbul etməyə icazə verib:
– maliyyə, kommunikasiya və digər biznes xidmətləri üzrə
böyük menecerlər;
– ticarət sahəsi, teleradioyayım və digər xidmətlər üzrə
böyük menecerlər;
–
maliyyə menecerləri;
– alış-veriş menecerləri;
– sığorta, mülkiyyət və maliyyə broker fəaliyyəti üzrə
menecerlər;
–
səhiyyə,
tikinti
işləri,
mülklərin
və
binaların
rekonstruksiyası üzrə menecerlər;
– təbii ehtiyatların istehsalı və balıqtutma üzrə menecerlər;
–
emal sənayesi üzrə menecerlər;
– maliyyə auditorları və mühasiblər;
– maliyyə və sərmayə üzrə analitiklər;
– qiymətli kağızlar üzrə agentlər, sərmayə dilerləri və
brokerlər;
– reklam sahəsi, marketinq və ictimaiyyətlə əlaqələr üzrə
professional işçilər;
– maliyyə və sığorta sahəsində ofis işçiləri və rəhbərləri;
– əmlak
sahəsi üzrə administratorlar;
–
geofiziklər və okeanoqraflar