41
böyük olan ölkələr daxilində
– demoqrafik-sosial tarazlığın
formalaşmasını
(buna “yayılan miqrasiya” demək olar) təmin
edir. “Yığılan miqrasiya” ölkəyə öz mənfi təsirlərini göstərir,
demoqrafik tarazlığı pozur, bu baxımdan əhalinin ölkə üzrə
tarazlı yayılmasına, tarazlı demoqrafik və digər sosial struktura
zərbələr vurur. Meqapolislər əksər hallarda məkan-insan
tarazlığını pozur. Həmçinin ölkənin iqtisadi-inzibati rayonlar
üzrə tarazlı inkişafı üçün tələb
olunan resurslar azlığını (burada
həm işçi qüvvələr, xüsusilə intellektual qüvvələr azlığını, həm
də istehlak məqsədilə istismar olunması üçün tələb olunan təbii
resursların çatışmazlığını) meydana gətirir. Maddi və
maddinin özündə əks etdirdiyi mənəvi resursların azlığı
ölkənin tarazlı qaydada sistemli müdafiəsinə zərbələr vurur və
onun təhlükəsizliyi və müdafiəsi üçün zəiflikləri, potensial
çatışmazlığını yaradır. “Yığılan miqrasiya” meqapolislərin
yaranmasına, şəhərlərin böyüməsinə xidmət edir və bu
baxımdan da şəhər həyatında ekoloji tarazlı vəziyyətlərin
gərilməsinə səbəb olur. “Yığılan miqrasiya”da ekoloji vəziyyət
gərginləşməklə yanaşı, demoqrafik “partlayışlar” da yaranır.
“Yığılan miqrasiya” ölkənin sosial-siyasi, iqtisadi-mədəni
strukturları arasında tarazlı əlaqələr formasının yaranmasına
zərbələr vurur və bu baxımdan da ölkə tarazlı inkişaf tempini
təmin edə bilmir. Bu gün dünya ölkələrində, xüsusilə də inkişaf
etməkdə olan ölkələrdə əhalinin şəhərlərdə cəmləşməsi
(urbanizasiya) və bundan irəli gələrək kənd-şəhər tarazlığının
pozulması bir problem kimi dövlətin və cəmiyyətin qarşısında
durur. Bir çox ölkələrdə bu proseslərin qarşısını almaq üçün
tədbirlər həyata keçirilir, ali məktəblər köçürülür, yeni paytaxt
şəhərləri və inzibati mərkəzlər yaradılır. Kənd həyatının
uyğunlaşdırılması prosesləri həyata keçirlir. Regionların
infrastrukturları yaxşılaşdırılır. Son dövrlərdə Azərbaycanda
regionların tarazlı inkişafına dair dövlət proqramlarının qəbul
edilməsi və icrasının yerinə yetirilməsi bir baza məqsəd kimi
məhz ölkədə “yığılan miqrasiya” formasının qarşısını