14
həmin insanların öz imkanları ilə birlikdə yerdəyişmələrinə
şərait yaradır. Bu baxımdan Beynəlxalq Miqrasiya Təşkilatının
Nizamnaməsində də qeyd olunur ki, miqrasiya prosesləri
iqtisadi, sosial və mədəni inkişafla, həmçinin insanların azad
yerdəyişmə hüququ ilə əlaqəlidir.
17
Əvvəlcə də qeyd olunduğu kimi, ümumdünya köç
prosesləri müxtəlif səbəbləri özündə cəmləşdirir və nəticə
etibarilə də formaları meydana gətirir. Köç prosesləri iqtisadi
və qeyri-iqtisadi xarakter kəsb edir. Lakin hər ikisinin
bazasında sosial amillər mühüm rol oynayır və nəticələr sosial-
hüquqi faktorlara hesablanır. İnsan hüquqlarının kobud şəkildə
pozulması (müharibələr, münaqişələr, böhranlar anında) halları
da miqrasiyanı şərtləndirir. Miqrasiya prosesləri özündə dünya
üzrə əmək ehtityatlarının axınını meydana gətirir, bu baxımdan
immiqrasiya mərkəzlərində sosial-demoqrafik sentralizasiyanı
(mərkəzləşməni), emiqrasiya mərkəzlərində isə sosial-
demoqrafik desentralizasiyanı (ətraflara bölünməni, mər-
kəzdən qaçmanı) ortaya qoyur. Desentralizasiya sistemdə
(məsələn, dövlətdə, onun təsərrüfat, təhlükəsizlik sistemində və
s.) resurs çatışmazlığını yaradır. Potensialı azaldır. Bu iki
proses arasında baş verən qeyri-tarazlı nisbət isə (kəmiyyət
fərqi) ölkələrin və regionların inkişaf fərqlərini meydana
gətirməkdə böyük rol oynayır. Belə ki, mütəxəssis axınları bir
tərəfdə (təyinat ölkədə) zənginliyi yaradırsa, digər tərəfdə
(mənşə
ölkədə)
kasadlığı,
çatışmazlığı
üzərə
çıxarır.
İmmiqrasiyadan bir çox ölkələr faydalar əldə edirlər, digərləri
isə kadr ehtiyatlarını və ixtisaslaşmış və ixtisaslaşma üçün tələb
olunan işçi qüvvələrini (buraya daha çox kadr kimi yetişəcək
yeniyetmə və gəncləri aid etmək olar) itirirlər. Dövlətə və
cəmiyyətə
xidmət
edən
potensialın
ardıcıllığı
itir.
Emiqrasiyadan da dövlətlər və onların əhalisi müəyyən
17
Международная организация по миграции. (МОМ).
http://www.unrussia.ru/ru/agencies/mezhdunarodnaya-organizatsiya-po-
migratsii-mom
15
qazanclar əldə edirlər. Məsələn, MDB ölkələrindən Rusiyada
işləyən immiqrantlar hər il öz ölkələrinə (ailələrinə) pul
göndərirlər.
Qeyd:
İnformasiya
vasitələrinin
Dünya
Bankının
hesabatına istinadən verdikləri məlumata əsasən, dünyada
miqrantların ən çox pul göndərdiyi ölkə Hindistandır. 2013-cü
ilin məlumatına əsasən, ildə Hindistana 71, Çinə 60, Filippinə
26, Meksikaya 22, Nigeriyaya 21, Misirə isə 20 milyard dollar
göndərilir. Azərbaycana xaricdəki miqrantlar tərəfindən 2
milyard 200 milyon dollar (ÜDM-nin 4 faizi), Ermənstana 2,4
milyard dollar (ÜDM-nin 1/5-i), Gürcüstana isə 2 milyard
dollar göndərilir. Tacikistanda ÜDM-nin 48 faizi miqrantların
göndərdikləri pulların hesabına formalaşır. Qırğızıstan
iqtisadiyyatının 31, Moldova iqtisadiyyatının isə 24 faizi
miqrantların pulları hesabına formalaşır.
18
Bu faktor da mənşə ölkələri (emiqrant göndərən ölkələr)
üçün, onların bank sektorları və bazarları üçün əlavə qazanclar
gətirir. Resurslar bu sahələri aktiv vəziyyətdə saxlayır. Xarici
ölkələrdə çalışan Türkiyə vətəndaşlarının qazanclarını da buna
nümunə göstərmək olar. Emiqrantlar öz ölkələrinin maliyyə
bazarlarını, eləcə də əmlak bazarlarını aktiv (fəal) vəziyyətdə
saxlayırlar. Məsələn, pul köçürmələr yolu ilə ölkəyə gələn
valyuta axını ölkənin bank sektorunun dirçəlməsini təmin edir,
banklar əlavə gəlirlər əldə edirlər. Tikilən evlərin, obyektlərin
satılması prosesi sürətlənir. Kapital qoyuluşu silsilə şəkildə
təsərrüfatın dirçəlməsini təmin edir. Miqrasiya prosesləri
ümumən mənşə və təyinat ölkələrinə bu və ya digər səviyyədə
qazanclar gətirir. Lakin qazanclarla yanaşı, həmin ölkələr
müəyyən itkilərlə də üzləşirlər. Məsələn, qəbul edən ölkə
sıxlıqdan gərginliklə üzləşirsə, göndərən ölkə isə sistemdəki
çatışmazlıqla üz-üzə qalır. Göndərən ölkə həm də faydalar əldə
18
Xaricdə işləyənlərin göndərdikləri pullar. AzeriNews.Tv Informasiya
Agentliyi.azerinews.org/index.php?newsid=2249
16
edir və sistemdəki sıxlaşmanın qarşısını alır. Məsələn, hesab
etmək olar ki, Azərbaycandan Rusiyada işləyən miqrantlar öz
ölkələrinə qayıdaraq, qalarlarsa müəyyən sıxlıqlarla, çatış-
mazlıqlarla, ehtiyaclarla üzləşə bilərlər. İqtisadçı mütəxəssislər
hesab edirlər ki, miqrantların öz ölkələrinə qayıtması əmək
bazarında gərginliyi yarada bilir.
19
Onu da qeyd etmək lazımdır
ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, il ərzində
azərbaycanlı emiqrantlar Rusiyadan Azərbaycana təxminən 1
milyard dollar göndərir. Rusiya tərəfi isə bu rəqəmin reallıqda
3 milyard dollar olmasını bildirir.
20
Sistem öz nisbi bərabər
tarazlığını dəyişə bilər və yeni tarazlıqlar ortaya çıxana qədər
çoxlu sayda problemlər meydana gələr. Deməli, həm
immiqrasiya, həm də emiqrasiya prosesləri müsbət və mənfi
hallarla nəticələnir. Sistemləri həm doldurur, həm də
sistemlərin sıxlaşmasının qarşısını alır. Sistemdə elementin
(subyektin) məkana nisbətini, tənasüblüyünü (mütənasibliyini,
yəni, tamuyğunluğunu) həm pozur, həm də formalaşdırır.
İmmiqrantların kütləvi olaraq öz ölkələrinə geri qayıtmaları
(məcburən və ya da istəklərdən irəli gələrək) öz ölkələrində
köklü problemləri yarada bilər. Çünki mövcud sistem və onun
resursları tələblərə cavab verməyə bilər. Gərginliklər sosial
partlayışlara gətirib çıxara bilər və ÜDM-nin səviyyəsi aşağı
düşə bilər.
Miqrasiya beynəlxalq əmək bazarının formalaşmasına öz
müsbət təsirlərini göstərir və onun əsas komponentini,
hərəkətverici qüvvəsini təşkil edir. Bu baxımdan miqrasiya
proseslərini birtərəfli mənfi və ya da müsbət mütləq addım
hesab etmək olmaz. Hər iki proses arasında olan nisbət
kəmiyyətindən tərəflər həm ziyan çəkirlər, həm də qazanırlar.
İmmiqrasiya proseslərindən müəyyən inkişaf etmiş dövlətlər
faydalanırlar və öz elmi-intellektual potensiallarını artırırlar.
19
Rusiyadakı Azərbaycanlıların geri dönüşü nə vəd edir? 14.08.2014.
virtualaz.org/bugun/6586.
20
Yenə orada.
Dostları ilə paylaş: |