5
[lat. mandatum-tapşırıq] 1914-1918-ci illərdəki dünya mühari-
bəsində qalib gələn ölkələrə Almaniyanın keçmiş müstəmləkə-
lərini və Osmanlı imperiyasının bir hissəsini idarə etmək üçün
Millətlər Cəmiyyəti tərəfindən verilən hüquq) və digər asılı
bölgələrdən ibarət olan Britaniya imperiyasının ərazisi 1918-ci
ildən 1940-cı ilə qədər dünya ərazisinin 30 faizini, dünya
əhalisinin isə 25 faizini təşkil edirdi.
2
Britaniya imperiyası
tarixində ən böyük ərazi itkisini 1776-1783-cü illərdə 13
Amerika koloniyasının üsyanından və Amerika Birləşmiş Ştat-
larının yaranmasından itirib.
3
Bu baxımdan miqrasiya coğrafi-
fiziki, mədəni-sosial və siyasi aspektləri özündə cəmləş-
dirmişdir və imperiya siyasəti ilə məzmun tərkibi mövcuddur.
Yeni ərazilərdə ucuz işçi qüvvələri, insan əməyinin rahat
şəkildə istismar edilə bilməsi imkanları məhz imperiyalardan,
mərkəzi dövlətlərdən bu ərazilərə miqrasiyanın zəruri
formasını meydana gətirmişdir. Burada imperiyaların kapitalı
və əhali amili əhali yayılmasını təmin edən vasitələr olaraq,
zəruri və məcburi köç etmənin əsaslarını formalaşdırmışdır.
İmperiyalar öz koloniyalarında (müstəmləkələrində) əlaqəli və
şəbəkəli sistemləri meydana gətirmiş və tutulan (zəbt olunan)
və işğal olunan ərazilərdə ticarət mərkəzlərini və ticarət
yollarını
yaratmaqla,
müvafiq
ərazilərdə
məskunlaşma
siyasətini təmin edə bilmişdir. Miqrasiyanın digər bir forması
da təqiblərdən, cinayət törədənlərin cəzadan qaçma istəklə-
rindən meydana gəlmişdir. Amerika qitəsində (məsələn, orta
əsrlərdə indiki ABŞ-ın Texas ərazisində) qızıl axtarmaq
istəyənlərin sayı da çox olmuşdur. Bu baxımdan da miqrasiya
proseslərində cəlbedici (məkana) və itələyici (məkandan)
faktorlar mühüm rol oynamışdır. Ümumiyyətlə, miqrasiya
formalarının bazasında səbəblər əsas rol oynayır və səbəblər
məkandan itələyici və məkana cəlbedici (pull-push factors)
funksiyanı yerinə yetirir.
2
James B. Alcock. Historical Atlas of the British Empire and
Commonwealth. www.atlasofbritempire.com
3
Yenə orada.
6
Tarixdə olduğu kimi bu gün də əhali köçü davam
etməkdədir. Əhali köçü prosesləri tarixi mahiyyətini bir qədər
saxlamış və xüsusilə, əhalisi az olan və əmək resurslarına
ehtiyac duyulan məskənlərə (məsələn, Kanadaya, Avstraliyaya,
Rusiya və Qazaxıstana) köç etmək xüsusiyyətlərini özündə
qorumuşdur. Məsələn, belə bir statistik göstərici var ki, 1990-cı
illərdən bu yana hər il Kanada 250 min nəfərdən yuxarı
immiqrant qəbul edir.
4
Qeyd:
Belə bir rəqəm var ki,
Avstraliya II Dünya Mühari-
bəsindən bu yana bütün dünyadan 7 milyon nəfərdən çox
immiqrant qəbul edib. Keçən 20 ildə ölkənin əhali artımında
ölkədə doğulanlarla immiqrantlar arasında bərabərlik nisbəti
olub. Lakin 2006-cı ildən bu bərabərlik pozulub. 2006-cı ildə
miqrasiya prosesləri əhali artımının 58 faizini, 2007-ci ildə 63
faizini, 2008-ci ildə isə 66 faizini təşkil edib. 2007-2008-ci
illərdə Avstraliyaya 200 ölkədən çox miqrant daxil olub:
Çindən 28700 nəfər, Yeni Zellandiyadan 27400 nəfər,
Birləşmiş Krallıqdan 24000 nəfər və Hindistandan 23900
nəfər. 2009-cu ilin dekabr ayının məlumatına əsasən, illik əhali
artımı 432,600 nəfər olub. Bunlardan 277,700 nəfəri, yəni 64
faizi miqrasiya hesabına, 154,900 nəfəri, yəni 36 faizi isə təbii
artımın hesabına baş tutub.
5
2008-2009-cu illər ərzində qaçqınlar üçün humanitar
vizalar Çindən, Şri Lankadan, Əfqanıstandan, İraq, Pakistan,
İran və Birmadan, eləcə də Banqladeş və Misirdən gələnlərə
verilib.
6
2006-2011-ci illər ərzində 850 min nəfər daimi
miqrant Avstraliyada məskunlaşıb).
7
4
İmmigration Watch Canada.www.immigrationwatchcanada.org.
5
İmmigration.www.abc.net.au/tv/populationpuzzel/immigration.html
6
Yenə orada.
7
GLENN-The Census Expert. October 4,2011. Australia’s newest
migrants-where are they coming from?
bloq.id.com.au/2011/population/australian-demographic-trends/australia-
newest-migrants/
7
Bu gün də dünyanın yeni köç mərkəzləri özlərinin əvvəlki
qaydada
tranzit
köçü
ehtiva
edən
baza
trayektorik
xüsusiyyətlərini saxlayır. Məsələn, ABŞ, Kanada, Avstraliya
kimi ölkələrə, həmçinin Avropaya əvvəlki əsrlərdə olduğu
kimi, bu gün də köç prosesləri davam etməkdədir. Klassik
mənbə mərkəzi olan Birləşmiş Krallıqdan Kanadaya,
Avstraliyaya və digər ölkələrə köç prosesləri yenə də
mövcuddur. Eləcə də Asiyadan, Afrikadan, Latın Amerikası
ölkələrindən Avropaya, Kanada və Avstraliyaya köç edənlər
çoxalmaqdadır. Məsələn, Latın Amerikasından (ispan mənşəli
əhali) Kanadaya köç edənlərin sayı çoxalmışdır.
Qeyd: 2001-ci ildə Kanadada təxminən 212 min nəfər
İspan mənşəli əhali yaşamışdırsa, 2006-cı ilə artıq bu rəqəm
təxminən 700 min nəfər təşkil etmişdir.
8
2001-ci ildə Latın
Amerikası mənşəli miqrantlardan Kanadaya gedənlərin 15
faizini Meksikadan gələnlər, 14 faizini Çilidən gələnlər, 11
faizini El Salvadordan gələnlər, 7 faiz Perudan gələnlər, 6
faizini isə Kolumbiyadan gələnlər təşkil etmişdir.
9
Həmin proseslər sosial-iqtisadi faktorlara və insan
hüquqlarının yüksək səviyyədə təmin edilməsinə əsaslanır.
Əvvəlki tranzitlər bir qədər başqa mahiyyət etibarilə (deyək ki,
burada artıq sosial amillər, insan hüquqlarının nisbətən yüksək
səviyyədə təmin olunması məsələsi daha çox mahiyyətin
kökünə oturub) öz xidmətlərini göstərir. Əvvəlki mərkəzlərlə
yanaşı, dünyanın yeni köç mərkəzləri də meydana gəlmişdir.
Bu ərazilərə ələlxüsus yeni (XXI əsrin) iqtisadi miqrasiya
mərkəzləri kimi ad vermək olar. İnkişaf etməkdə olan və neft
ölkələri belə mərkəzlər rolunu oynayır.
8
Daniel Schugurensky&Jorge Ginieniewicz. The Latin American
Community in Canada: Some Challenges Ahead. 2007/07/15.
dialogos.ca/2007/07/the-latin-american-community-in-canada-some-
challlenges-ahead/
9
The Latin American Comunity in Canada. www.statcan.gc.ca/pub/89-621-
x/89-621-x2007008-eng.htm
Dostları ilə paylaş: |