Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə16/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   12   13   14   15   16   17   18   19   ...   72

47 
 
keçirmələri 
fəaliyyəti 
miqrasiyanın 
tarixi-siyasi-hüquqi 
terminologiyasını, terminoloji lüğətini böyütmüşdür.  
Miqrasiyanın tipləri miqrasiya proseslərinin əhatə dairəsini 
böyüdür  və  buna  müvafiq  olaraq  terminologiya  da  genişlənir. 
Miqrasiya  terminologiyasının  formalaşmasında  miqrasiya 
proseslərinin 
ayrı-ayrı 
istiqamətləri 
və 
istiqamətlər 
arasında  zəruri  bağlayıcılıq  mühüm  rol  oynayır.  Bundan 
da  geniş  terminalogiya  meydana  gəlir.  Ən  geniş  istifadə 
olunan  terminologiyalar  siyasi  və  hüquqi  terminologiyalardır. 
Miqrasiyanı formalaşdıran terminləri təsnifat və qruplaşdırmaq 
baxımından  birbaşa  əhatə  edən  (birbaşa  sahəyə  aid  olan), 
dolayı yolla əhatə edən (geniş mənada aid olan) , eləcə də cari 
olaraq tez-tez istifadə olunan və yalnız müəyyən vaxtlarda və 
şə
raitlərdə istifadə  olunan  tarixi-hüquqi (məsələn, xalqların-
qaçqın  və  məcburi  köçkün  düşmüş  xalqların  və  onların  bir 
qrupunun-  repatriasiyasını  buna  nümunə  göstərmək  olar) 
terminlərə  ayrımaq  olar.  Bununla  yanaşı,  vaxtilə  bir  ölkədə 
cinayət  törətmiş  və  başqa  ölkəyə  qaçmış  şəxslərin  cinayət 
törətdiyi  ölkəyə  və  ya  da  öz  ölkəsinə  ekstradisiyası  da 
miqrasiyanın  tərkibi  kimi  qəbul  edilə  bilər.  Cinayət  motivi  və 
nəticəsi  də  cinayətkarın  başqa  ölkədə  sığınacaq  tapıb 
yaşamasına  (fərdi  olaraq  və  ailəsi  ilə  birlikdə)  səbəb  olur. 
Ümumi  miqrasiya  terminləri  qrupu  içərində  xüsusi 
miqrasiya  terminlərini  ayrıd  etmək  mümkündür.  Miqrasiya 
proseslərinin dövlətlər tərəfindən tənzim olunması məhz bütün 
terminlərin 
hüquqi-siyasi 
məna 
kəsb 
etməsinə 
səbəb 
olmaqdadır.  Müasir  dövrdə,  eləcə  də  indiki  zamanda  yaşayış 
yerinin  dəyişməsi  hallarının  (ölkələrdaxili  və  ölkələrarası)  çox 
olması  məhz  miqrasiya 
terminologiyasını  ensiklopedik 
əsaslarla  formalaşdırmışdır.  Miqrasiya  terminologiyasının 
formalaşmasında  həmçinin  vətəndaşlıq  (onun  verilməsi, 
bərpası,  bunlarla  yanaşı,  sosial-siyasi  statusların  və 
sığortaların  verilməsi,  hüquqi  yardımların  edilməsi  və  s.), 
vətəndaşsızlıq  (apatrid  halı)  və  digər  siyasi-hüquqi  statuslar 


48 
 
da  böyük  rol  oynayır.  Şəxslərin  öz  ölkələrinə  və  yaxud  da 
gəldikləri 
ölkələrə 
qayıtması 
(məsələn, 
readmissiya, 
repatriasiya)  hallarının  çoxəsaslı  olması  da  miqrasiya 
terminologiyasının geniş çalarlarını ortaya qoymaqdadır.  
 
Miqrasiya  terminləri.  Hüquq  ensiklopedik  lüğətdə  qısa 
məzmun  etibarilə,  miqrasiya  (xüsusiləşmiş  termin  kimi) 
anlayışına-yaşayış  yerinin  dəyişdirilməsi  ilə  əlaqədar  əhalinin 
bir  yerdən  başqa  yerə  köçməsi  kimi  izah  verilir.
51
 Başqa  bir 
ensiklopedik  lüğətə  əsasən,  əhalinin  miqrasiyası  -əhalinin 
yaşayış yerini dəyişməsi ilə müşaiyət olunan yerdəyişməsi kimi 
başa düşülür. Bu, cəmiyyətin həyatında və fərdi olaraq insanın 
həyatında baş verən çətin bir proses kimi dəyərləndirilir.
52
  
Belə  ümumiləşdirmə  aparmaq  olar  ki,  eləcə  də  dialektik 
vəhdətin tərkibi olaraq, miqrasiya termini xüsusi halda “ümumi 
köç” mənasını bildirir. Ümumiləşmiş, yəni tərkib istiqamətlərə 
ayrılmış  halda  isə  “xüsusi  köç”  hallarını  ifadə  edir.  “Xüsusi 
köç” 
halları 
miqrasiya 
prosesinin 
çoxstrukturlu 
və 
çoxistiqamətli olmasını üzərə çıxarır.  
Elmi izahlarda belə hesab olunur ki, miqrasiyanın iqtisadi, 
tarixi,  sosial rolu mövcuddur. (Bunlar xüsusi termini yaradan 
aspektlər  kimi  xassələndirmək  olar).  Əhali  miqrasiyasının 
tarixi  rolu  -  torpaqda  məskunlaşma,  xalqların  və  irqin 
yaranması  və  qarışması  ilə;  iqtisadi  rolu    –  torpaqların 
təsərrüfat  əsasları  ilə  mənimsənilməsi,  məhsuldar  (istehsal) 
qüvvələrinin  inkişafı,  ərazi  baxımdan  bölüşdürülmüş  təbii 
resursların  və  istehsalat  vasitələrinin  işçi  qüvvəsi  ilə 
                                                 
51
 Aqşin İsabala oğlu Quliyev. Hüquq Ensiklopediyası. Bakı. Qanun-2007, 
1108 səh., səh. 753. 
52
 Экономический словарь. Миграция Населения. 
http://abc.informbureau.com/html/ieadaoess ianaeaiess.html 


49 
 
birləşdirilməsi ilə; sosial  rolu-əhalinin yaşayış mənzillərinə, iş 
yerlərinə olan tələbatlarını tam realizə etməklə əlaqəlidir.
53
 
Miqrasiyanın ümumiləşdirilmiş tərifini qısa məzmununu 
özündə saxlamaqla, belə vermək olar- Miqrasiya -lat.migratio-
köçmə  sözündən  götürülüb,  əhalinin  (fərdin)  bir  ölkənin  bir 
yaşayış  məskənindən  digərinə,  bir  ölkədən  başqa  ölkəyə,  bir 
regiondan  başqa  regiona,  bir  qitədən  başqa  bir  kontinentə,  bir 
şəhərdən  başqa  bir  şəhərə  və  yaxud  da  digər  yaşayış 
məskənlərinə,  sosial,  iqtisadi,  siyasi,  hərbi,  mədəni  zərurətlər 
baxımından  köçməsi  deməkdir.  Bu  köçmənin  qrup  halını 
(xalqın  və  onun  bir  hissəsinin,  etnik  qrupların,  ailələrin,  bir 
kəndin,  şəhərin  və  ya  digər  yaşayış  məskənlərinin  əhalisinin 
könüllü və ya da məcburi olaraq yerdəyişməsi, köç etməsi) və 
fərdi formasını (bir ailənin, bir şəxsin) vurğulamaq olar.  
Miqrasiya anlayışı (burada daha çox əmək miqrasiyası) ilk 
növbədə  sosial  bir  mahiyyət  kəsb  edir.  Digər  aspektlərdə  isə 
iqtisadi  və  siyasi  çalarlara,  həmçinin  zəruri  –  fövqəladə 
əhəmiyyətə malik olur. Belə bir prinsipdən çıxış etmək olar ki, 
dünya  resurslarının  və  əmək  məhsuldarlığının  yaşayış 
məskənləri  və  ölkələr  üzrə  qeyri-bərabər  paylanması  (əhalinin 
cəmi  halda  olan  tələbatları  nisbətində)  miqrasiyanın  baş 
verməsinin  əsaslarında  dayanır.  Sənayedə  işçi  qüvvəsinə 
tələbat  ölkədaxili  urbanizasiyanı  yaradır.  Əvvəlcə  də  qeyd 
olunduğu  kimi,  miqrasiya  anlayışının  tarixi  məzmununun 
formalaşması  daha  çox  müharibələr,  məcburi  deportasiyalar, 
əhalinin  böyük  köçləri,  yeni  kəşf  olunan  torpaqların 
mənimsənilməsi,  yeni  resursların  axtarışları  ilə  əlaqədar 
olmuşdur.  Bu  tarixi  məzmunun  bazasında  isə  resurslar  amili 
dayanmış  və  eyni  zamanda  böyük  imperiyaların  yaranması 
faktorları  böyük  rol  oynamışdır.  Bu  kimi  proseslər  miqrasiya 
anlayışına  tarixi  yanaşmaların  əsaslarını  meydana  gətirmiş 
                                                 
53
 Экономический словарь. Миграция Населения. 
http://abc.informbureau.com/html/ieadaoess ianaeaiess.html 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə