Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə15/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   11   12   13   14   15   16   17   18   ...   72

44 
 
Tələbələr  əsasən,  B.Britaniya,  Kanada,  Latviya,  Litva,  Polşa, 
ABŞ  və  Çexiyaya  üz  tuturlar.  Ukrayna  miqrasiya  üzrə  lider 
ölkələr arasında ilk onluğa daxildir. Ölkə inkişaf etmiş ölkələr 
üçün  tək  “beyin  donoru”  rolunu  oynamır,  həmçinin  “təmiz 
qan”  mənbəyi  rolunda  çıxış  edir.  Ukraynanı  ildə  6  min  nəfər 
həkim  tərk  edir.  Ukraynanın  əməkçi  miqrantlarının  ən  çox  üz 
tutduğu  ölkə  (miqrantların  49  faizi) Rusiyadır. Sonrakı yerləri 
İtaliya  (13  faiz),  Çexiya  (13  faiz),  Polşa  (7  faiz),  İspaniya  (4 
faiz) və digər ölkələr bölüşürlər.
44
 
 
Qeyd:
 
Rusiyalı  tədqiqatçı  Yelena  Malinovskaya  2014-cü 
ilin  mart  ayında  belə  bir  məlumatla  çıxış  edirdi  ki,  Rusiya 
ukraynalılar üçün ən böyük xarici əmək bazarı rolunu oynayan 
dövlətdir.  Lakin  Rusiyada  işləyən  ukraynalıların  sayı  getdikcə 
azalmaqdadır.  2008-ci  ildə  ukraynalı  emiqrantlarının  ümumi 
nisbətində  Rusiyanın  payı  48  faiz  idisə,  hal-hazırda  bu  rəqəm 
43  faizə  düşüb.  İkinci  yerdə  isə  Polşa  dayanır.  Polşa 
Ukraynanın  sərhədətrafı  rayonlarına  vizasız  girişi  təmin  edir. 
Hal-hazırda  Rusiyada  iki  yüz  min  nəfər  rəsmi  icazəsi  olan 
ukraynalı miqrant işləyir. Bundan əlavə Rusiyada işləmək üçün 
milyondan  çox  patent  verilib.  Hansı  ki,  verilən  patentlərin  7 
faizi Ukrayna vətəndaşlarına aiddir.
45
 
 
Belə  bir  fakir  var  ki,  miqrasiya  son  illərdə  açıq  şəkildə 
etnososial  və  etnosiyasi  xarakter  aldığından  yerli  sosiumların 
həyatına  korrektivləri  gətirir,  dövlət  siyasətinin  suveren 
əsaslarla həyata keçməsinə təsirlərini göstərir, ən əsası isə rahat 
həyat  və  yaxşı  gələcək  axtarışı  məqsədilə  başqa  ərazilərə 
                                                 
44
 Количество украинских мигрантов достигло 6 млн человек-
Международная организация по миграции. 
http/www.vu.ua/news/4460.html 
45
 Елена Малиновская. Главный научный сотрудник Национального 
института стратегических исследований. Сколько украинских 
мигрантов работает в России. И каков их вклад в экономику нашей 
страны. 13 март 2014. http://forbes.ua/opinions/1367144-skolko-
ukrainskih-migrantov-rabotaet-rossii 


45 
 
məcburən  (zərurətdən  irəli  gələrək)  köç  edən  şəxslərin  şəxsi 
xüsusiyyətlərini dəyişir.
46
  
Miqrasiya  prosesləri  ölkələr  arasında  qarşılıqlı  təzyiq 
vasitələrini  meydana  gətirir.  Rusiya  bu  təzyiq  vasitələrindən 
keçmiş  SSRİ  respublikalarına  qarşı  istifadə  edir.  Məsələn, 
2014-cü  ildə  Rusiyanın  özünün  miqrasiya  qanunvericiliyinə 
dəyişiklik etməsi Rusiyada işləyən digər ölkə vətəndaşları üçün 
müəyyən çətinlikləri meydaa gətirib. 
Qeyd:
 
2014-cü  ilin  fevral  ayının  25-də  Rusiya  Federal 
Miqrasiya Xidmətinin rəisi K. Romodanovski Rusiya prezidenti 
Vladimir  Putinlə  görüşü  zamanı  bildirirdi  ki,  Xidmət  əmək 
miqrasiyası  ilə  bağlı  qanunvericiliyə  dəyişikliklərlə  bağlı 
təkiliflər  hazırlayıb.  Bu  təkliflər  mart  ayında  ölkə  miqrasiya 
siyasəti  üzrə  Dövlət  Komissiyasında  müzakirə  ediləcək,  sonra 
isə  Dövlət  Dumasına  göndəriləcək.
47
 Rusiyanın  miqrasiyadan 
mənşə  ölkəyə  qarşı  təzyiqinə  misal  olaraq  belə  bir  faktı  qeyd 
etmək  olar  ki,  2014-cü  ilin  başlanğıcından  5,5  min  nəfər 
Moldova  vətəndaşı  Rusiya  ərazisinə  daxil  ola  bilməyib. 
Qastarbayterlərin  (əməkçi  emiqrantların)  Moldovaya  kütləvi 
qayıdışı  ölkə  iqtisadiyyatına  köklü  zərbələr  vura  bilər.
48
 
Məlumata  görə,  Rusiya  ərazisində  240  min  nəfər  Moldova 
vətəndaşı  qeyri-leqal  yaşayır.  Mütəxəssislər  belə  hesab  edirlər 
ki,  qastarbayterlərin  ölkəyə  kütləvi  qayıdışı nəinki  onların ailə 
büdcəsinə,  eləcə  də  Moldova  iqtisadiyyatına  mənfi  təsirlərini 
göstərə bilər. Belə ki, tək 2013-cü il ərzində xaricdə yaşayan və 
işləyən  Moldova  vətəndaşları  öz  ölkələrinə  1  milyard  600 
milyon  dollar  pul  köçürüblər.  Bu  pulların  yarıdan  çoxu 
Rusiyadan  köçürülmələrdir.  Moldova  iqtisadiyyatının  demək 
                                                 
46
 Проблемы миграции и ее современное состояние. 
http://www.migrations.ru/problem of migration/ 
47
 Rusiya 600 min miqrantın ölkəyə girişinə qadağa qoydu. 25.02.2014. 
http://news.lent.az/news/157060 
48
 Изменение миграционных законов России усложнило жизнь 
молдован. Кишинев. 14 февраля. http://mir24.tv/news/society/9860110 


46 
 
olar  ki,  üçdə  biri  pul  köçürmələrindən  formalaşır.
49
 Müqayisə 
üçün o da qeyd olunur ki, 2006-2007-ci ildə Rusiya tərəfindən 
Moldova şərabına embarqo tətbiq olunması Moldova üçün hər 
il 200 milyon dollara yaxın pul itkisi ilə nəticələnmişdi.
50
  
Onu  da sadalamaq  yerinə  düşər  ki,  miqrant  göndərən ölkə 
miqrantın  olduğu  ölkəyə  təsir  imkanları  əldə  edir  və  nəticə 
etibarilə  lobbiçilik  və  diaspora  fəaliyyəti  meydana  gəlmiş 
olur.  Bu  kimi  qruplar  da  miqrant  olduğu  ölkənin  makro  və 
mikro  iqtisadiyyatında  və  siyasətində  iştirak  imkanlarının 
qazanılmasını  təmin  edirlər.  Deməli,  miqrasiya  qarşılıqlı  təsir 
imkanlarını  yaradan  bir  amil  kimi  əhəmiyyət  kəsb  edir  və  bu 
baxımdan  da  dövlətlərarası  sülh  münasibətlərinin  yaranma-
sında şərtləndirici faktor kimi mühüm rola malik olur.  
Miqrasiyanın  ümumi  tərkibi  iqtisadi  resursların  axın 
tərkibini  genişləndirir,  eləcə  də  sosial  əlaqələrin  tərkib 
strukturunu  böyüdür.  Miqrasiya  özündə  tarixi-siyasi  prosesləri 
cəmləşdirən  böyük  məna  kəsb  edir.  Miqrasiya  anlayışını 
konseptual  əsaslarla  meydana  gətirən  terminlər  (hüquqi  və 
iqtisadi-sosial, eləcə də siyasi terminlər) çoxluq təşkil edir. Bu, 
hər  şeydən  öncə  köç  proseslərinin  ölkələr  daxilində  və 
xaricində təbii və siyasi-məcburi, eləcə də sosial-siyasi zəruri 
xarakter  almasından  irəli  gəlir.  Xüsusilə,  ölkələr  arasında, 
həmçinin,  ölkələr  daxilində  vaxtilə  baş  vermiş  müharibələr, 
əhalinin  bu  müharibələrdə  məcburən  köç  etməsi,  öz 
vətənlərindən  və  daimi  yaşayış  yerlərindən  məcburən  köçmə-
ləri  (qaçqına,  məcburi  köçkünə,  eləcə  də  cinayətkara 
çevrilməsi-məsələn,  siyasətçilərin  və  hərbçilərin  soyqırımla 
bağlı  cinayətkara  çevrilmələri), sonradan beynəlxalq hüququn 
inkişafı  sayəsində  və  beynəlxalq  hüququn  daxili  qanunverici-
liyə geniş tətbiqi ilə dövlətlərin hüquqi-bərpa siyasətini həyata 
                                                 
49
 Изменение миграционных законов России усложнило жизнь 
молдован. Кишинев. 14 февраля. http://mir24.tv/news/society/9860110  
50
 Yenə orada.  


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə