Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   ...   12   13   14   15   16   17   18   19   20

 
 
85
Haşiyə: Vüqar Tahir oğlu Əlişanbəyli 1970-ci il mar-
tın 24-də Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə 
42 saylı orta məktəbi bitirmiş və Politexnik İnistitutuna 
daxil olmuşdur. İnstitutda oxuya-oxuya Azərenerjidə ça-
lışmış, sonrakı illərdə Bakı elektrik təchizatının Maştağa 
bölməsinin mühəndisi olmuşdur. Ali savadına, rəhbərli-
yin tapşırığının vaxtında məsuliyyətlə yerinə yetirdiyinə 
və qayğıkeşliyinə görə kollektivdə seçilir və sevilir. Ca-
maatla səbr və  təmkinlə davranır.  İdmanı sevir, futbol 
və yüngül atletika ilə məşğul olmuşdur. Peşəsindən asılı 
olmayaraq  ədəbiyyata,  şeirə maraq və sevgisi var. Vü-
qarın daxili aləmi ilə tanış olanda onun nə  qədər zərif, 
incə zövqə malik olduğunu görürsən. Növündən asılı ol-
mayaraq hər hansı bir incəsənət əsərinin ən zövqlüsünü 
seçir. Ailəlidir, iki övlad atasıdır. 
 Martın 24-ü Vüqarın ad günüdür. Bu gündə çox ar-
zular, xoş diləklər dilə gəlir. Biz də Vüqarı çalışdığı mü-
əssisənin-Bakı elektrik şəbəkə”ASC-nin kollektivi və 
sevimli ailəsi adından ürəkdən təbrik edir, ona can sağlı-
ğı, uzun ömür, iş həyatında uğurlu yüksəliş arzulayır və 
yazımızı ona həsr etdiyimiz şeirlə yekunlaşdırırıq:  
 
Bu dünyanın nə çox qəmi, kədəri, 
Yolunda qəm, kədər olmasın, Vüqar! 
Sevinc bağçasında bitən arzular 
Qəlbində açıbsa, solmasın,Vüqar! 
 
 
Hərarətli sevgin qoy günəş olsun, 
Qədəm qoyduğun ev nur ilə dolsun, 
Qoyma sevgi gülün saralıb-solsun, 
Kədər ürəyinə dolmasın,Vüqar ! 


 
 
86
 Uğurla yolların nura bələnsin, 
Göylərdən başına sevgi ələnsin
Ülviyyə də sənə arzu diləsin; - 
Bir arzun da nakam qalmasın, Vüqar! 
  
 
ALLAHIN MÜKAFATI 
 
Allahım mənə ömrümün 34-cü yayında kamil bir əsər 
bəxş elədi. Vüsalə adında bir mələyim, onunla birlikdə 
min bir diləyim doğuldu. Mən Allahımdan elə bir övlad 
istəmişdim ki, hər dəfə ona baxanda Allahıma olan 
şükrlərlə gözlərim yaşla dolsun. Şükr sənə,  İlahi! Bu 
gün bu şükrlərin yiyəsiyəm. Qızımın 3 yaşı olsa da, 
hamını  təəccübləndirəcək dərəcədə  ağıllıdır, oturuşu-
duruşu ilə yaşıdlarından fərqlənir. Hər iki əlifbanı bilir, 
sərbəst yazıb-oxuyur. 1000-ə  qədər sayır. Çoxlu şeir 
əzbərləyib, hətta rus, fransız, ingilis dilində də şeir bilir. 
Evdə böyük adamlar kimi saatlarla onu tək qoyub vacib 
işimin dalınca gedə bilirəm. Özünə görə idarəçilik 
qabiliyyəti var. Tez-tez “Məktəbə getmək istəyirəm” de-
yir. Evdarlığı çox sevir, özü bildiyi kimi “üfə” bişirir. 
Özünəməxsus onunçün canlı olan gəlinciklərinə  və 
heyvan oyuncaqlarına qulluq edir, hərdən onlara dərs 
keçir və öyrənmələrini tələb edir. 
Bu gün 2011-ci il aprelin 20-də  qızımı Azərbaycan 
Yazıçılar Birliyində keçirilən “Əsrlərdən  əsrlərə” adlı 
kitabın təqdimatına aparmışdım. Yığıncağa gələnlərə 
təqdim olunan kitabı əlimdən alıb vərəqlədi, kitaba olan 
qeyri-adi sevgisiylə onu sinəsinə  sıxıb saxladı. Sakitcə 


 
 
87
oturub çıxış edənləri dinlədi. Təqdimat bitəndən sonra 
isə kitabı avtoqraf yazdırmaq üçün hamı kimi tərtibçiyə 
apardı. O da “Əziz nəvəm Vüsaləyə” sözlərini yazdı. Bu 
qızımın ilk avtoqraflı kitabı idi. Evə  gələndə dedi: Bu 
kitabı mənə veriblər, məktəbə gedəndə aparacağam.” 
Hələ ki, hər  şeyi öz dərkinə, öz dünyasına görə edir. 
Mən isə  hər gün onu yaradana şükr edə-edə yaşayıram. 
Çalışıram ki, Allahın bu mükafatını  gələcəyin ləyaqətli, 
mərifətli, Allahını tanıyan, vətənini, xalqını, millətini se-
vən, insanlar üçün gərəkli olan bir insan kimi yetişdirə bi-
lim. 
 
 


 
 
88
 
 
NURANƏ AXUNDZADƏ 
 
Axundzadə Nuranə Rauf qızı 1989-cu il aprelin 18-də 
Bakı  şəhərində anadan olmuşdur. 2008-ci ildə Buzovna 
qəsəbəsindəki 125 saylı orta məktəbi, 2012-ci ildə Bakı 
Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. 
Hələ  məktəb vaxtlarından ictimai sektorda fəaliyyəti ilə 
seçilmiş, beynəlxalq seminar və forumlarda iştirak etmiş-
dir. Kiçik elmi məqalələri, esse və köşə yazıları internet 
səhifələrində  işıqlandırılmış  və universitet orqanlarında 
dərc olunmuşdur. “Paklıq” qəzetinin əməkdaşıdır. 
 
“RİO- 20”-yə məktub 
 
Ya insanlar elə edəcəklər ki, havada tüstü azalacaq; 
ya da tüstü elə edəcək ki, yer üzündə insanlar azalacaq. 
                                                               Lui Batton 
 
...Hələ kiçik yaşlarımızdan  əzbərlədiyimiz  şeirlərdə 
səma mavi, aydın idi. Bu şeirlərin romantikası gözümü-
zü elə qamaşdırdı ki, başımızı qaldırıb səmaya da bax-
madıq. Payızın ortalarında atam bizə səmada qatarlana-
raq dəstə-dəstə uçub gedən quşları göstərərdi. Quşlar 
gözdən itənə qədər qardaşımla onların arxasınca baxar-
dıq. Nədənsə onda heç səmanın rənginə diqqət yetirmə-
mişdim. Bəlkə də həqiqətən göz qamaşdıracaq dərəcədə 
mavi və aydın idi. Ömrümdə göy qurşağı görməmişəm. 
Göy qurşağı baharda yağışdan sonra aydın və təmiz sə-
mada görünən təbiətin palitrasıdır. Hansısa nağıldan 


 
 
89
oxumuşdum ki, göy qurşağının altından keçən insan 
əbədi xoşbəxt olurmuş. Biz böyüyə-böyüyə dünya kiçil-
di və bu paradoksu “qloballaşma” adlandırdıq. “Qlobal 
dünyanın” səması boz rəngdə idi, boz sərçələri isə qatar-
lanıb uçmurdular. Böyüyəndən sonra anladım ki, təmiz 
səma elə xoşbəxtlik deməkdir. Bizim qlobal dünyamız-
da göy qurşağını görmək, nağıllarda deyildiyi kimi, 
onun altından keçmək qədər mümkünsüz olub... 
Tarixə iki dəhşətli dünya müharibəsi bəxş etmiş XX 
əsr insan və onun daxil olduğu  ətraf mühitdə silinməz 
izlər buraxdı. Ümumiyyətlə, hər ötən əsr, il planetimizin 
normal inkişaf qanunauyğunluqlarının pozulmasına bu 
və ya digər dərəcədə  təsirsiz ötüşmür. BMT-nin məlu-
matlarına görə, hər il dünya meşələrinin 25 milyon hek-
tar (Fransanın  ərazisinin yarısı  qədər) sahəsi qırılıb 
məhv edilir. Meşələrin qırılması biosferin davamlılığı-
nın və atmosferdə oksigenin azalmasına, quraqlığın, tor-
paq eroziyasının, deflyasiyasının və sürüşmələrin əmələ 
gəlməsinə, səhralaşmanın sürətlənməsinə, daşqınlara, 
güclü selə, qasırğalara, torpağın və suyun eroziyasına, 
iqlimin və relyefin kəskin dəyişilməsinə  və s. səbəb 
olur.  Əvəzində isə bu meşələri qıran insanlar özlərinə 
böyük evlər tikir, bu evlərdə rahat mebellərdən istifadə 
edir, üstündə bir daha ağac kəsməyəcəklərinə dair razılı-
ğa gəlib imza atmaq üçün kağız istehsal edirlər. Şimali 
Afrikada hər il səhraların sahəsi 100 min hektar artır. 
Kosmosdan çəkilən  şəkillərin vasitəsilə müəyyən olu-
nub ki, qumlu səhralar savanna zonasına doğru 200 
km.ə qədər genişlənib. Son proqnozlara əsasən, XXI əs-
rin əvvəlində okean suyunun səviyyəsi 0,5-1 m, sonun-
da isə 2 m qalxmaqla qurunun bir hissəsinin su altında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə