Microsoft Word Mahmudova sebine doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/31
tarix07.04.2018
ölçüsü5,01 Kb.
#36426
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

71 
 
Azərbaycanın diversifikasiya siyasətində yeni prioritetlər : Texnoloji parklar, 
kosmik  məkanın mənimsənılməsi, müasir turizm kompleksləri, beynəlxalq tranzit 
koridorlar.    
Qeyri-neft sənayesində innovasiyalı məhsul istehsalının artırılması məqsədilə 
Sumqayıt Texnoloji Parkı yaradılmışdır. Burada 15 müasir zavod fəaliyyət göstərir 
və  yeni  bir  necə  müəssisənin  tikintisi  aparılır.  stehsal  məhsulları  yüksək 
keyfiyyətə  malikdir  və  xarici  bazarlara  ixrac  edilir:    günəş  panelləri, 
transformatorlar,  LED-  lampalar  və  alternativ  energetikada  istifadə  olunan  digər 
məhsullar. 
Sənaye  Parkları  həmçinin  Balaxanı,  Qaradağ  və  Gəncədə  planlaşdırılır. 
Burada  əsas  məqsəd  qeyri-neft  sektorunun  inkişafı  üçün  ölkəyə  investisiyalar  və 
texnologiyalar  cəlb  etmək,  innovativ  lahiyələri  stimullaşdırmagdır.  Yaradılan 
müəssisələr energetik resurslara tələbatı artırır. Bu tələbatın ödənılməsi məqsədilə 
ölkədə 11 yeni elektik stansiyası tikilmişdir. Həmçinin alternativ və bərpa olunan 
energi  mənbələri  üzrə  də  geniş  miqyaslı  işlər  həyata  keçirilməkdədir.  Günəş 
batareyalarının  istehsalına  başlanılmışdır.  qtisadiyyatın  diversifikasiyasında  əsas 
üstünlük    KT  sektoruna  verilmişdir.  Bu  istigamətdə  əsas  tədbirlər  kimi  e-
hökümətin  formalaşdırılması;  2013-çü  ildə  sputnikin  orbitə  buraxılması;  IKT 
sektorunun  yaxın  on  illik  ərzində  neft  sektorundan  sonra  ikinci  gəlir  mənbəyinə 
cevrilməsi və s. qeyd etmək olar.  
  Azərbaycan  Respublikasının  tədiyə  balansı.  2013-cü  ildən  başlayaraq 
tədiyə  balansı  Beynəlxalq  Valyuta  Fondunun  Yeni  (6-cı  nəşr)  Təlimatının 
tələblərinə  uyğun  formatda  tərtib  edilmişdir.  Yeni  Təlimatda  dəyişikliklər  əsasən 
tədiyə  balansının  struktur  komponentlərini  əhatə  edir.  Belə  ki,  balansın 
strukturunda  Kapital  və  Maliyyə  hesabında  əməliyyatların  əvvəlki  kimi 
kredit/debet  formatında  deyil,  “xalis  maliyyə  aktivləri”  və  “xalis  maliyyə 
öhdəlikləri”  kimi  qeyd  edilməsi  tövsiyə  olunur.  Bundan  əlavə  yeni  Təlimatda bir 
sıra digər dəyişikliklər də əksini tapmışdır. 


72 
 
 2013-cü  ildə  ölkənin  əlverişli  xarici  mövqeyi  qorunmuş,  tədiyə  balansı 
müsbət  saldoya  malik  olmuşdur.  l  ərzində  xarici  iqtisadi  əməliyyatların  müsbət 
saldosunun  əldə  olunmasında  neft-qaz  sektoru  mühüm  rol  oynamışdır.  Neft-qaz 
sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu sektora 
cəlb edilən xarici kapitalın hesabına formalaşır. 
Bu  sektor  üzrə  ödənişlər  isə  mənfəətin  və  investisiyaların  repatriasiyasını, 
avadanlıqların  və  xidmətlərin  idxalını  əks  etdirir.  2013-cü  ildə  neft-qaz  sektoru 
üzrə yaranmış ümumi müsbət saldo 22.4 mlrd. $ olmuşdur. 
Kapitalın  və  maliyyənin  hərəkəti  hesabının  kəsiri  cari  hesabın  profisiti  ilə 
tam  örtülür  və  hazırda  ümumi  balansda  ÜDM-in  1/6  hissəsi  qədər  profisit 
mövcuddur  
2013-cü  ildə  ilkin  gəlirlər  üzrə  daxilolmaların  və  ödənişlərin  ümumi 
dövriyyəsi 6.2 mlrd. $-a çatmışdır. Bunun 83.3%-ni (5.1 mlrd. $) Azərbaycandan 
ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (4.1 mlrd. $) beynəlxalq neft-
qaz  konsorsiumları  üzrə  xarici  investorların  payına  düşən  gəlirlərin  repatriasiyası 
(əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqqları (222.9 mln. 
$) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (419.3 mln. $) təşkil edir. 
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 3.3 
mlrd.  $  məbləğində  qiymətləndirilmişdir.  Bu  məbləğin  50.1%-ni  ölkəyə 
daxilolmalar təşkil edir. 
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 95.8%-ni xarici ölkələrdən fiziki 
şə
xslərin pul baratları, 1.9%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 
2.3%-ni isə digər daxilolmalar təşkil edir. 
Bütövlükdə,  təkrar  gəlirlər  üzrə  əməliyyatların  saldosu  müsbət  6.7  mln.  $ 
təşkil  etmişdir.  l  ərzində  xalis  maliyyə  aktivlərimiz  11.8  mlrd.  $  təşkil  etmişdir. 
Bu  göstərici  əsasən  xaricə  yönəldilmiş  birbaşa  investisiyalar  (1477.9  mln.  $), 
portfel  investisiyaları  (322.8  mln.  $)  və  digər  investisiyalar  (9958.6  mln.  $) 
hesabına formalaşmışdır. 


73 
 
Birbaşa  investisiyalar  formasında  xaricdən  cəlb  olunmuş  sərmayələrin 
ümumi  məbləği  6.3  mlrd.$  olmuşdur.  Bu  investisiyaların  strukturunda  neftqaz 
sektorunun xüsusi çəkisi 82.4% təşkil etmişdir. 
Cədvəl 12.  
Azərbaycan Respublikasının 2013-cü ildə xalis maliyyə aktivləri və 
öhdəlikləri, mln. $ 
 
Aktivlər  
Öhdəliklə
Birbaşa investisiyalar 
1477.9  
2617.1 
- neft–qaz sektoru  
1039.0  
1629.8 
- digər sektorlar  
438.9  
987.3 
Portfel investisiyaları 
322.8  
1041.3 
Digər investisiyalar 
9958.6  
1609.7 
- ticarət kreditləri və avanslar  
4832.3  
180.0 
- kreditlər və ssudalar  
256.0  
408.9 
- depozitlər və nağd valyuta  
4870.3  
1020.8 
Neft bonusu 

2.4 
Mənbə: AMB 
Cəlb  olunmuş  sərmayələr  iri  neft-qaz  layihələrinin,əsasən  BP  Eksploreyşn 
(Şah  Dəniz)  Ltd.  layihəsivə  Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkətinin  Azəri-
Çıraq-Günəşli  yatağında  görülən  işlərin  maliyyələşdirilməsi  ilə  əlaqədar  ölkə 
iqtisadiyyatında istifadə olunmuşdur. 
Qiymətləndirmələrə  görə  qeyri-neft  sektoruna  cəlb  olunmuş  birbaşa 
investisiyaların  ümumi  məbləği  1107.7  mln.  $  olmuşdur.  2013-cü  ildə 
Azərbaycandan  xarici  iqtisadiyyata  yönəldilmiş  birbaşa  investisiyalar  isə  1534.3 
mln. $ təşkil etmişdir. 
2013 –cü ildə  kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 256 mln. $, 
xalis  maliyyə  öhdəlikləri  isə  408.9  mln.  $  artmışdır.  Xalis  maliyyə  öhdəlikləri 
birbaşa dövlət və dövlət təminatlı kreditlər (409.7 mln. $), habelə banklar hesabına 
(362.8 mln. $) artdığı halda, digər müəssisələr və firmalar hesabına (363.5 mln. $) 
azalmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə