9.İS qurulma əsasları. Layihə və onun idarə olunması



Yüklə 119,01 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix23.09.2023
ölçüsü119,01 Kb.
#123530
  1   2   3
muh




.İS qurulma əsasları.
 
Layihə və onun idarə olunması 
İS bir layihə kimi yaradılır. 
Layihə- əvvəlcədən dəqiq təyin olunmuş, məqsədlərə çatmaq üçün ayrıca sistemin vaxta, 
nəticələrə , riskə ,şərtlərə və təşkilati struktura qoyulmuş tələblərə cavab verən məqsədyönlü 
dəyişmələr başa düşülür.Qoyulmuş məqsədlərə nail olduqda layihə bitmiş hesab olunur.İdarə 
olunan obyekt kimi layihə aşağıdakı xüsusiyyətlərə malikdir 

dəyişkənlik – sistemin mövcud vəziyyətindən tələb olunan vəziyyətə məqsədyönlü keçirilməsi 

son məqsədin məhdudluğu 

vaxtın məhdudluğu 

maliyyənin məhdudluğu 

tələb olunan resursların məhdudluğu 

layihə reallaşdırılan müəsisisə üçün yenilik 

kompleslik – 
layihənin nəticələrinə və inkişafına birbaşa və dolayısı ilə təsir edən amillərin 
çoxluğu 

hüquqi və təşkilati amillər – layihənin reallaşdırılması ərəfəsində xüsusi təşkilati struktur 
yaradılır 
İS aşağıdakı xüsusiyyətlərə malik olan texniki layihə kimi yaradılır 

layihənin əsas məqsədi dəqiq təyin olunur, ayrı-ayrı məqsədlər isə müəyyən nəticələrin 
alınma ərəfəsrində dəqiqləşdirilir 

layihənin müddəti və tamamlama vaxtı əvvəlcədən təyin edilir və onlara əməl edilməsi 
tələb olunur. 
İS-nin qurulma prosesinin mərhələləri 
1.
konsepsiyanın formalaşdırılması 
2.
texniki tapşırığın tərtib edilməsi 
3.
layihələndirmə 
4.
hazırlama 
5.
sazlama və testləmə 
6.
sistemin istismara verilməsi 
7.
sistemin müşayiət edilməsi 
2-
ci və 3-cü mərhələləri adətən sistem layihələndirməsi, 4,5,6-cı mərhələləri isə reallaşdırma 
adlandırırlar. 
Konseptual mərhələdə işlərin əsas mahiyyəti layihənin təyin edilməsi və onun konsepsiyasının 
hazırlanmasıdir.Burada əsasən aşağıdakı işlər yerinə yetirilir 

ideyanın formalaşdırılması və məqsədlərin təyini 

layihənin əsas komandasının formalaşdırılması 

sifarişçinin və digər iştirakçıların tələblərinin və dəlillərinin öyrənilməsi 

mövcud vəziyyətin təhlili və ilkin informasiyanın toplanması 

əsas tələblərin və məhdudluqların , tələb olunan material, maliyyə və əmək resurslarının 
təyini 

təkliflərin hazırlanması,ekspertizadan keçirilməsi və təsdiq edilməsi 
Texniki tapşırığın tərtib edilməsi mərhələsində əsasən aşağıdakı işlər yerinə yetirilir 

layihənin əsas məzmununun və baza strukturunun işlənib hazırlanması 

layihənin baza struktur modelinin planlaşdırılması və dekompozisiyası 

layihənin smetasının və büdcənin tərtib edilməsi, resurslara olan tələbin təyin edilməsi 

işlərin təqvim planlarının hazırlanması 

sifarişçi ilə müqavilənin təsdiq edilməsi 


Layihələndirmə mərhələsində alt sistemlər və onlar arasındakı əlaqələr təyin edilir. Bu mərhələdə 
görülən əsas işlər aşağıdakılardır 

xüsusi texniki tapşırıqların hazırlanması 

konseptual lay
ihələndirmənin aparılması 

təlimatların hazırlanması 

layihənin təqdim edilməsi və təsdiqi 
Hazırlama mərhələsinin əsas işləri

proqram təminatının hazırlanması 

sistemin testlənməsi və sınaq istismarı üçün hazırlıq işlərinin görülməsi 
Sazlama və testləmə mərhələsində aşağıdakılar yerinə yetirilir 

ayrı-ayrı proqram modullarının hazırlanması 

alt sistemlərin inteqrasiyası və sistemin bütövlükdə sazlanması 
Sistemin istismara verilməsi mərhələsində əhatə olunan əsas işlər bunlardır 

İS-in fəaliyyət göstərəcəyi real şəraitdə sınaq istismarı 

Yaradılan sistemin istismarı üçün kadrların hazırlanması 

Işçi sənədlərin hazırlanması, sistemin istifadəçiyə təqdim olunması 
Sistemin müşayiət edilməsi mərhələsində İS istismara verildikdən sonra müəyyən müddət ərzində
icraşı tərəfindən müşayiət olunmalıdır.Bu mərhələdə aşağıdakılar görülür 

Sisteminin 
sifarişçinin tələblərinə tam cavab verməsinə nəzarət edilməsi

Aşkarlanan pozuntularının icraçı tərəfindən aradan qaldırılması

Istismar müddəti ərzində sifarişçi tərəfindən yeni fikirlər və tapşırıqlar irəli sürüldükdə 
onların təhlil edilməsi 

Yığılan təcrübə və alınan yeni təkliflər əsasında sistemin təkmilləşdirilməsi və inkişaf 
istiqamətlərinin təyin edilməsi.

Yüklə 119,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə