132
Sima İSMAYILOVA
Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi
MÜSTƏQİLLİK İLLƏRİNDƏ FOLKLORŞÜNASLIQ
BİBLİOQRAFİK MƏNBƏLƏRDƏ
Xalqın yaratdığı şifahi yaradıcılıq nümunələri geniş və çoxcəhətlidir. Bu
bədii yaradıcılıqda xalq həyatının, mənəviyyatının müxtəlif cəhətləri bədii
şəkildə əks olunmuşdur. Ağızda yaranan, kollektivin köməyi ilə cilalanan
variantlarda yayılan nəğmə, nağıl, dastanlarımızla yanaşı, bədii təfəkkürün
erkən mərhələləri ilə bağlı törəyən inanc, fal, alqış, öyüd, təsəlli,
məsəl və
b. nümunələr də çox əski çağlardan mövcud olmuşdur. Bədii təfəkkürün
bütün bu hikmət dünyası-ağız ədəbiyyatı, xalq yaradıcılığı və yaxud folklor
adlandırılmışdır.
Yazıya qədərki bu ədəbiyyatın yaranmasından, onun növ, janr və forma
xüsusiyyətlərindən, nəzəri qayda və qanunlarından bəhs edən elm sahəsinə
folklorşünaslıq deyilir.
Folklorşünaslıq nisbətən cavan elm sahəsidir. Onun meydana gəlməsi
XIX əsrin ortalarına təsadüf edir. Hər bir xalq milli folklorunu araşdırmaqla
özlərinə məxsus
milli mədəniyyət tarixini, soy kökünü, yaranmasını, başqa
xalqların mədəniyyəti içərisində özünəməxsusluğunu müəyyənləşdirməyi
qarşıya məqsəd qoymuşdur.
Ayrı-ayrı tədqiqatlarda XIX əsrdə yarandığı göstərilən Azərbaycan
folklorşünaslıq məktəbi əslində XX əsrin əvvəllərində formalaşmışdır. XX
əsrə qədərki mərhələ isə milli folklorşünaslığın toplanma və nəşrinin
başlanğıc mərhələsi olmuşdur. Xalqımızın uzun əsrlər boyu yaratdığı,
yaddaşlarda yaşayıb zaman-zaman müxtəlif variantlara saldığı, yaşadıqca
cilalanıb gözəlləşən və yüksək mənəvi- əxlaqi dəyərlərə malik zəngin şifahi
sərvəti vardır. Bu sərvət qədim dövrlərdən yaranmağa başlamış,
müxtəlif
ictimai formasiyalara yoldaş olmuş, ayrı-ayrı dünyagörüş və təriqətlərlə
təmasda olub bu günümüzə gəlib çatmışdır.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra,
ədəbiyyatşünaslığın digər sahələri kimi Azərbaycan folklorşünaslıq elmi
yenidən tədqiq olunmağa başlandı.
Müstəqilliyin daimi və əbədi olduğunu elan edən Azərbaycan xalqı bu
yolla əzəmətli addımlarla addımladığı kimi, öz milli mədəniyyətini,
ədəbiyyat və incəsənətini özünün erkən milli mənəvi dəyərlərini daha
ardıcıl olaraq dünya elmi, ictimai fikrinə təqdim edir.
XX əsrin sonunda
belə böyük tədbirlərdən biri məhz «Kitabi-Dədə Qorqud»la bağlı oldu.
133
1997-ci ilin aprelin 20-də «Kitabi-Dədə Qorqud»un 1300 illik yubileyinin
keçirilməsi barədə sərəncam imzalandı. Bu sərəncam «Kitabi-Dədə
Qorqud»un və eləcə də milli şifahi sərvətimizin öyrənilməsi sahəsində
mühüm tarixi sənəd oldu. «Kitabi-Dədə Qorqud»un dünya miqyasında
tanınmasında 2000-ci il aprelin 1-də keçirilən yubileyin türk xalqlarının
böyük ənənəvi bayramına çevrilməsində eposla bağlı YUNESKO xətti ilə
tədbirlərin həyata keçirilməsində bu sərəncamın böyük rolu oldu.
Yubiley ərəfəsində «Kitabi-Dədə Qorqud»la bağlı onlarla dəyərli əsərlər
nəşr edildi. Tanınmış Qorqudşünaslardan Şamil Cəmşidovun, Flora
Əlimirzəyevanın,
Nizami Cəfərovun, Kamal Abdullanın, Oruc Əliyevin,
Bəhlul Abdullanın, Xalid Əlimirzəyevin monoqrafiyaları işıq üzü gördü.
«Kitabi-Dədə Qorqud»un Universitetdə tədqiqi» adlı biblioqrafik göstərici
tərtib olunmuşdur ( Tərtib edənlər: Ş.Tahirqızı, S.Sadıqova).
XX əsrin sonu folklorşünaslığın yeni mərhələyə yüksəlişi folklor
tədqiqatçılarının daha aktual problemlərin ön plana çəkilməsi, yeni folklor
mərkəzlərinin, elmi-tədqiqat laboratoriyalarının yaranması, milli kökə
güclü qayıdışla bağlı olmuşdur. 1989-cu ildə BDU-da Folklor kafedrası
yaradıldı. Folklorşünaslığın inkişafında, gənc kadrların yetişməsində, yeni-
yeni toplama və tədqiqat işlərinin aparılmasında Folklor kafedrası
mühüm
rol oynayır.
Azərbaycan Dövlət Pedaqoji Universitetində açılması, ədəbiyyatşünas alim,
AMEA-nın müxbir üzvü Y.Qarayevin təşəbbüsü ilə Nizami adına
Ədəbiyyat İnstitutu nəzdində Folklor mərkəzinin fəaliyyətə başlaması
respublikada folklor və folklorşünaslıq məsələlərinin öyrənilməsinə diqqətin
artırılmasına səbəb oldu. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda
«Şifahi xalq ədəbiyyatına dair tədqiqlər», BDU-nun Folklor kafedrasında çap
olunan «Folklorşünaslıq məsələləri» məcmuələri folklor irsinin
öyrənilməsinə mühüm kömək oldu. Folklor işinə kömək göstərən radioda
«Bulaq» verilişlərinin genişlənməsi, burada xüsusi şöbənin açılması,
respublika televiziyasında «Xalq yaradıcılığı» baş redaksiyasının (1999)
yaradılması bu sahədə mühüm hadisələr idi.
Müasir Azərbaycan filoloji fikrinin tanınmış nümayəndələrindən olan
Nizami Xudiyevin milli folklorumuzun toplanma və təbliğinə, qızıl fondlara
salınıb gələcək nəsillər üçün qorunub saxlanılmasında
çox böyük xidməti
oldu. O, Azərbaycan şifahi dili, onun müxtəlif dövrlərdəki inkişaf
xüsusiyyətləri, mif, nağıl, epos düşüncəsi, onların qarşılıqlı əlaqəsi, türkün
tarixi taleyi, bu gün yaşadığı ərazidə məskunlaşma məsələləri kimi mühüm
problemləri son illərdə araşdırmalara cəlb etmişdir.
Azərbaycan folklorşünaslarının yeni nəslinə mənsub olan Ramazan Qafarlı
son illərdə elmi- pedaqoji fəaliyyətini nəzəri və təcrübi aspektdə davam
etdirir. O, ən az işlənmiş
sahə olan uşaq folkloru, mifologiya, nağıl, əfsanə,