Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə53/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   49   50   51   52   53   54   55   56   ...   61

 
129
biblioqrafiya orqanlarında tətbiq edilən təsnifat prinsipi əsasında 
təsnifləşdirilmişdir. 
Qeyd etdiyimiz kimi 1920-1940-cı illərin kitablarını əks etdirən  Azərbaycan  
kitabının II cildinin birinci kitabında sistemli qruplaşma əsas götürülmüşdür və 
bu da onun əhəmiyyətli cəhəti kimi qeyd olunmalıdır.  
1920-1940-cı illəri  əhatə edən Azərbaycan kitabının ümumi retrospektiv 
göstəricisində  ədəbiyyatın ayrı-ayrı elmlər üzrə qruplaşdırılması bu 
biblioqrafik göstəricidən istifadəni xeyli asanlaşdırır. Lakin bu biblioqrafik 
göstəricidə  səhvlərdən uzaq deyildir. Biblioqrafik göstəricidə  ən nöqsanlı 
cəhətlərdən biri burada bütün ədəbiyyatın biblioqrafik təsvirinin 
verilməməsidir.  
Ümumiyyətlə, köməkçi göstərici dedikdə biblioqrafik vəsaitin çap əsərləri 
haqqında ayrı-ayrı  məlumatları müvafiq biblioqrafik yazılara isnad etməklə 
vəsaitin  əsas mətndəkindən fərqli aspektdə  əks etdirən hissəsi kimi başa 
düşülür. 1920-1940-cı illəri  əhatə edən Azərbaycan kitabının ümumi 
retrospektiv göstəricisində köməkçi göstəricilərin 2 növü verilmişdir: 
 1.Fərdi müəlliflərin əlifba göstəricisi. 
   2. Müəllifsiz kitabların əlifba göstəricisi.   
«Azərbaycan kitabı» göstəricisinin 2-ci cildinin bu kitabı da biblioqrafik 
informasiyanın kommunikativ funksiyasının yerinə yetirilməsinin konkret 
vasitələrindən biridir. Bununla belə axtarış funksiyası imkanlarına da malikdir. 
Bu «Fərdi müəlliflərin  əlifba göstəricisi», «Müəllifsiz kitabların  əlifba 
göstəricisi» vasitəsilə əldə edilir. Lakin, bu yalnız göstəricinin əsas mətni üzrə 
axtarışa yardım edir. 
Təəssüflə qeyd etmək lazımdır ki, milli kitabımız haqqında repertuar tipli çox 
cildli biblioqrafik informasiya mənbələrinin nəşri bu kitabdan sonra 
dayandırılıb. Nə ikinci  kitabın, nə də 1941-ci ildən sonrakı nəşrlərlə əlaqədar 
cildlərin taleyi məlum deyil. Bu problem öz həllini gözləməkdədir. Bu məsələ 
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının da diqqət mərkəzində 
olmalıdır. 
Cənubi Azərbaycanda da Azərbaycan dilində olan və yayılan kitablar 
haqqında biblioqrafik əsər çap olunmuşdur. «İranda mövcud olan və çap 
edilmiş Azərbaycan türkcəsindəki sənədlərin biblioqrafiyası / Tərt. ed. Nuşin 
Musəvi. – Tehran, 1994.–248s.» adlanır. Biblioqrafik göstərici  İran  İslam 
Respublikası kitabxanası  tərəfindən hazırlanmışdır (4). Cənubi Azərbaycanda 
çap olunmuş bu biblioqrafik vəsait «Atama və vətənimin ədəbsevər igidlərinə 
ithaf edirəm» adlı  kəlamla başlayır. Bibiloqrafik götəricidə materiallar 
aşağıdakı ardıcıllıqla qruplaşdırılmışdır. 
Haqqında bəhs etdiyimiz biblioqrafik vəsait ümumi biblioqrafiyanın bir 
nümunəsi kimi tərtib olunarkən Azərbaycan türk dilində ərəb əlifbası ilə İranda 
nəşr olunması və yayılması məqsədi qarşıya qoyulmuşdur. 


 
130
Tədqiqat nəticəsində məlum olmuşdur ki, bu vəsaitin özünəməxsus cəhətləri 
vardır. Belə ki, burada başqa biblioqrafik göstəricidən fərqli olaraq bütün növ 
çap məhsulu bir yerdə bir göstəricidə verilmişdir.  
Bu biblioqrafik əsər Azərbaycanın iqtisadiyyatı, siyasəti, tarixi və 
mədəniyyəti haqqında informasiya əldə etmək istəyən araşdırmaçılar, 
tədqiqatçılar üçün yol göstəricidir. Biblioqrafik göstəricidə 934 mənbə vardır 
ki, burada da kitablar (892 adda), qəzetlər, jurnallar, dövlət müəssisələrinin 
nəşriyyatları tərəfindən Azərbaycan haqqında və Azərbaycan türkcəsində 
buraxılan əsərlər öz əksini tapmışdır. Həmin mənbələrdə Azərbaycanın məşhur 
coğrafiyası, tarixi, mədəniyyəti, dili, adət və ənənələri və digər xüsusiyyətləri 
haqqında geniş məlumat əldə etmək olar. 
Biblioqrafik əsərdə biblioqrafik göstəricilərin tərtibi metodikasına tam əməl 
olunmasa da nəzərdə tutulan dövrdə İran Azərbaycanında dərc olunmuş 
kitablar, dövri nəşrlər haqqında informasiya əldə etməyə imkan verir. Bu həm 
də Azərbaycan kitablarının coğrafiyasından xəbər verməklə mütəxəssislərin 
informasiya təminatına kömək etmiş olur.   
Tədqiqatlar göstərir ki, Azərbaycan mədəniyyətinin böyük qolunu təşkil edən 
Azərbaycan kitabının biblioqrafik göstəricisinin hazırlanmasının da çox böyük 
əhəmiyyəti vardır. Xalqın milli özünüdərki, milli ənənələrin yenidən həyata 
qayıtması milli biblioqrafik fəaliyyətin müasir inkişaf xüsusiyyətlərinə öz 
təsirini göstərir və onun qarşısında yeni istiqamətli vəzifələr qoyur. Bu vacib 
məsələlərdən biri «Azərbaycan kitabı»nın  əsaslı biblioqrafik repertuarının 
yaradılıb başa çatdırılması problemidir. 
 
 
 
ƏDƏBİYYAT 
 
1.  Аzərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət 
Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 
Sərəncamı // Azərbaycan. – 2008. – 11 aprel.  
2. Azərbaycan kitabı: Biblioqrafiya. 3 cilddə: C. 1. B., 1963. – 220s.  
3. Azərbaycan kitabı: Biblioqrafiya (1920 - 1940) 3 cilddə. C. 2. kit. 1. – B.; 
Yazıçı, 1982. – 752s. 
4.  İranda mövcud olan və çap edilmiş Azərbaycan türkcəsindəki sənədlərin 
biblioqrafiyası / Tərt. ed.: Nuşin Musəvi. – Tehran, 1994. – 248s. (fars dilində) 
5. Məmmədov Q. Azərbaycan kitabı // Azərbaycan müəllimi. – 1964. -1 mart.
 
6. Nəcəfova M.Y., Müsəddiq M. Azərbaycan kitabı // «Azərbaycan məktəbi».- 
1964.- № 5. – S. 79- 81. 


 
131
7.  Веревкина  А.М.  и  Керимова  З.А.  Библиография  до  революционной 
Азербайджанской  книги, (1780 - 1920) // Сов.  библиогр. – 1966. - № 2. –
С.90-97. 
8. Джаббарлы Т.Д. Создание библиографии «Азербайджанская книга» // 
Сов. библиогр. – 1961. - № 1. – С. 20-22. 
9.  Казимов  Р.А.  Первая  библиография  Азербайджанской  книги // Бак. 
рабочий. – 1964. – 23 июлья. 
10. Мирзоева В.Д. Опыт составления библиографии «Азербайджанская 
книга» // Сов. библиогр. – 1966. - № 1. – С. 19-23. 
11.  Халафов  А.А.  и  Казимов  Р.А.  Богатство  мудрости  и  добра // Бак. 
рабочий. – 1983. – 8 феврал. 
12. Эфендиев В. История Азербайджанской книги // Дружба народов. – 
1964. - №3. - С.293.     
 
 СОЛМАЗ САДЫГОВА 
 
БИБЛИОГРАФИЧЕСКИЕ ИНФОРМАЦИОННЫЕ ИСТОЧНИКИ, 
ПОСВЯЩЕННЫЕ АЗЕРБАЙДЖАНСКИМ КНИГАМ 
 
РЕЗЮМЕ 
 
В  статье  рассказывается  о  библиографических  источниках, 
посвященных  Азербайджанским  книгам,  которые  являются  богатым 
кладом  национальной  культуры,  и  считаются  нашим  самым  ценным 
богатством.  Также,  показываются  библографиечские  анализы  и 
проблемы в этой области.  
 
 
SOLMAZ SADIGOVA 
 
BIBLIOGRAPHIC SOURCES WHICH WERE DEVOTED TO  
AZERBAIJANI BOOK  
 
SUMMARY 
 
In article is talking about bibliographic sources which were devoted to 
Azerbaijani Book which is the rich treasury of our national culture. There has 
given the bibliographic analysis of them and has shown the problems on this 
area.   
 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə