Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə38/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   34   35   36   37   38   39   40   41   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
93
xanasında saxlanılan qaçaqmalların reallaşdırılması üçün yerli kooperasiya 
təşkilatına təhvil verilməsinə razılıq verilməsi haqqında Cənubi Qafqaz Baş 
Siyasi İdarəsinə müraciət edilmişdi [167, 13]. 
1927-ci ildə Bakı Gömrükxanasının strukturuna istintaq, pakhauz, 
gəmi, müsadirə, inzibati-təsərrüfat və mühasibat şöbələri daxil idi. 
Gömrükxana müntəzəm olaraq müsadirə edilən malların hərracda satışını 
təşkil edirdi. 
Bütövlükdə Azərbaycan SSR ərazisindəki gömrükxana və gömrük 
postlarının şəxsi heyətinin sayı 86 nəfər idi. Ayrı-ayrı gömrük müəssisələri 
üzrə göstəricilər aşağıdakı kimi idi: 
Bakı gömrükxanası üzrə 61 nəfər, o cümlədən: 
Gömrükxana rəisi – 1 nəfər 
Rəis müavini – 1 nəfər 
Nəzarətçilər – 3 nəfər 
Ekspert-əmtəəşünas – 5 nəfər 
İnzibati-təsərrüfat müdiri – 1 nəfər 
Dəftərxana müdiri – 2 nəfər 
Kargüzarlar  (1-ci dərəcəli) – 2 nəfər 
Makinaçılar – 2 nəfər 
Maliyyə nəzarəti hissəsinin müdiri – 1 nəfər 
Mühasibatlıq şöbəsinin müdiri – 1 nəfər 
Mühasibatlıq şöbəsinin müdir müavini – 1 nəfər 
Mühasiblər – 2 nəfər 
Böyük hesabdarlar – 3 nəfər 
Hesabdarlar – 4 nəfər 
Xəzinədar – 1 nəfər 
Pakhauz bölməsinin müdiri – 1 nəfər 
Anbar müdiri – 2 nəfər 
Anbar müdirinin müavini (1-ci dərəcəli) – 3 nəfər 
Anbar müdirinin müavini (2-ci dərəcəli) – 3 nəfər 
Gəmi şöbəsinin müdiri – 1 nəfər 
Gəmi nəzarətçisi – 3 nəfər 
Gəmi nəzarətçisinin müavini (1-ci dərəcəli) – 3 nəfər 
Gəmi nəzarətçisinin müavini (2-ci dərəcəli) – 3 nəfər 
Kuryerlər – 3 nəfər 
Sanitariya işçiləri – 1 nəfər 
Yeniyetmə öyrəncilər – 2 nəfər 
Təsərrüfat müdiri – 1 nəfər 
Biləsuvar gömrükxanası üzrə 6 nəfər, o cümlədən: 
Rəis – 1 nəfər 
Ekspert-əmtəəşünas – 1 nəfər 
Dəftərxana müdiri – 1 nəfər 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
94
Baş hesabdar – 1 nəfər 
Anbar müdiri – 1 nəfər 
Gözətçi – 1 nəfər 
Astara gömrükxanası üzrə 8 nəfər, o cümlədən 
Rəis – 1 nəfər 
Ekspert-əmtəəşünas – 1 nəfər 
Anbar müdiri – 1 nəfər 
Dəftərxana müdiri – 1 nəfər 
Mühasib – 1 nəfər 
Gəmi nəzarətçisi – 1 nəfər 
Gəmi nəzarətçisinin köməkçisi – 1 nəfər 
Kuryer – 1 nəfə 
Lənkəran gömrükxanası üzrə 6 nəfər, o cümlədən 
Rəis – 1 nəfər 
Ekspert-əmtəəşünas – 1 nəfər 
Baş hesabdar – 1 nəfər 
Dəftərxana müdiri – 1 nəfər 
Gəmi nəzarətçisi – 1 nəfər 
Kuryer - 1 nəfər 
Cəbrayıl gömrükxanası  üzrə 3 nəfər, o cümlədən
Rəis – 1 nəfər 
Dəftərxana müdiri – 1 nəfər 
Anbar müdiri köməkçisi – 1 nəfər 
Bəhramtəpə gömrük postu üzrə 2 nəfər: 
Rəis – 1 nəfər 
Anbar müdirinin köməkçisi – 1 nəfər [25, 2; 183,89]. 
1928-ci ildə Bakı gömrükxanasının strukturuna əmək haqqı dövlət 
büdcəsindən ödənilən 9 nəfər heyətdən ibarət yoxlama-baxış aparatı, 
İnzibati-təsərrüfat şöbəsi (15 nəfər), Mühasibatlıq (9 nəfər), Pakhauz şöbəsi 
(9 nəfər) və Gəmi şöbəsi (10 nəfər)  daxil idi. Bundan əlavə, xüsusi vəsait 
hesabına dəyirmanlara 6, Pakhauz şöbəsinə 12, Gəmi  şöbəsinə 15, digər 
şöbələrin hərəsinə 1-3 nəfər gömrük məmuru təyin edilmişdi. Gömrük 
nəzarətini həyata keçirən 98 nəfər gömrük əməkdaşının cəmi 52 nəfəri 
gömrükxananın ştat cədvəlinə daxil idi [86, 1-2]. 
Bakı gömrükxanası su və  dəmiryolu nəqliyyatının kəsişdiyi coğrafi 
mövqeyinə və xarici ticarət əməliyyatlarının ölçüsünə görə Cənubi Qafqazın 
əsas gömrük müəssisəsi idi. Buradan İrana və  əksinə, həmçinin Orta 
Asiyaya böyük miqdarda sənaye və  kənd təsərrüfatı malları, neft və neft 
məhsulları daşınırdı. Bakı limanı vasitəsilə Rusiyaya neft və neft məhsulları 
daşınırdı. Xarici ticarət balansı artdıqca Bakı gömrükxanasında qaçaq-
malçılıq üzrə açılan təhqiqat işlərinin sayı da artırdı.  Əgər 1920-1923-cü 
illərdə  hər il orta hesabla yüzə yaxın qaçaqmalçılıq halları baş verirdisə, 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
95
1927-ci ildə bu hallar üzrə açılan cinayət işlərinin ümumi sayı artmaqda idi. 
Belə ki, 1925-1927-ci illərdə gömrükxanalarda qaçaqmalçılıq faktlarına 
görə 1653 halda cinayət işi açılmış və təhqiq olunmuşdu [20, 59, 59
arx.
]. 
1927-1929-cu illərdə sovet dövlətinin gömrük müəssisələri sırasında 
Bakı gömrükxanası aparıcı rolunu saxlamaqda idi. 1929-cu ildə Bakı 
gömrükxanası  aşağıdakı idarəetmə strukturuna malik idi: 1. İdarəetmə 
aparatı (rəis, pakhauz - gəmi  şöbəsinə  rəhbərlik edən rəis müavini); 2. 
Nəzarət aparatı (müfəttişlər, ekspert-əmtəəşünaslar, və ekspert-texnik); 3. 
İnzibati-təsərrüfat  şöbəsi; 4. Mühasibatlıq; 5. Pakhauz - gəmi  şöbəsi (şöbə 
müdiri, anbar müdiri, gəmi nəzarətçiləri) [17, 26]. 
Bakı gömrükxanasında siyasi rejimin tələbinə uyğun kadr və struktur 
dəyişiklikləri aparılırdı. Məsələn, Azərbaycan KP (b) MK Bakı  şəhər 
Komitəsinin 1928-ci il iyulun 15-də keçirilən yığıncağında Bakı gömrük-
xanasının rəisi Sumbatov-Topuridzenin hesabatı dinlənilmiş  və gömrük-
xanada partiya və dövlət intizamının möhkəmləndirilməsinə “xidmət edən” 
və gömrük işinə heç bir müsbət təsiri olmayan qərar qəbul edilmişdi: 1) 
Bakı gömrükxanasının rəhbərliyi  əməkdaşların  əmək haqqının artırılması 
təklifi ilə Bakı partiya təşkilatına müraciət etsin; 2) gömrükxananın  şəxsi 
heyətində kadr təmizliyi aparılsın; 3) azad edilən işçilər partiya üzvləri ilə 
əvəz edilsin; 4) yeni işə  qəbul edilən kommunistlər üçün gömrükxananın 
təcrübəli işçilərini cəlb etməklə  təcrübə kursları açılsın; 5) Şəhər partiya 
komitəsinin təşkilat  şöbəsinə tapşırılırdı ki, gömrükxananın həmkarlar 
komitəsinin tərkibində bir nəfər də olsun partiya üzvü olmadığı  nəzərə 
alınsın və sovet ticarət işçiləri ittifaqı yerli özəyinin tərkibinin yenidən 
seçilməsi məsələsinə baxılsın [44, 1]. 
1929-cu ildə Bakı gömrükxanasında malların yüklənməsini sürətlən-
dirmək üçün yükvurma Bürosu təşkil edildi. Həmin ilin sonunda işdə apa-
ratın saxlanılması xərclərinin azaldılması üçün ixtisarlar aparıldı, idarəetmə 
aparatı yenidən quruldu. Gömrükxanada bir neçə böyük, o cümlədən hər 
birinin texniki personalı, katerləri, aksiz və  əmtəə mühasibatlıqları olan 
Avropa, Asiya, İran mallarının mühafizə olunduğu anbarlar yaradıldı [18, 
15]. 
Beləliklə, 1930-cu illərdən başlayaraq SSRİ-nin xarici ticarət 
dövriyyəsinin kəskin surətdə azalması (1930-cu ildəki 2 mlrd. rubldan 1935-
ci ildə 608,7 mln. rubladək) gömrükxanaların sayının ilbəil ixtisar edilməsi 
ilə nəticələndi. Əgər 1922-ci ildə bütün SSRİ üzrə 290 gömrük müəssisəsi 
fəaliyyət göstərirdisə, kütləvi ixtisarla əlaqədar 1925-ci ildə gömrük-
xanaların sayı 266, 1926-cı ildə 218, 1927-ci ildə isə 160-a qədər azal-
dılmışdı. Artıq 1935-ci ildə bütün dərəcələr üzrə cəmi 67 gömrükxana möv-
cud idi. Bununla yanaşı, Azərbaycan SSR-in sərhədlərinin nisbətən yaxın-
lığında yerləşən Dərbənd, Taqanroq, Mahaç-Qala, Soçi, Rostov, Həştərxan 
kimi gömrükxanaların fəaliyyəti dayandırmışdı. Bu vəziyyət SSRİ-nin 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə