baxışından nə istədiyini bilərdi. Ona görə də heç vaxt qoymazdı ki, babamın bir
sözü iki olsun.
1960-cı illərdə bir dəfə babam bir nəfər tanışla Xankəndinə nə isə almağa
gedirlər. Orada gecələməli olurlar. Həmin adam bir nəfər erməni tanışının burada
yaşadığını deyir. Onda razılaşırlar ki, gedib o tanışı gildə qalsınlar.
Babam görür ki, o erməni babama çox baxır. O, babamdan adını soruşanda
babam adını səhv deyir.
Gecədən xeyli keçir. Birdən babam bir səs eşidir. Eşidir ki, evlərində
qaldıqları erməni kimə isə deyir:
- Mən soruşdum, ancaq o adını düzgün demədi, mütləq o Qaytarandır. Heç
vaxt səhv etmərəm, özüdür ki, var.
- Onda qoy gecə yarıdan sonra ikisini də öldürüb səhərə yaxın Şuşa yoluna
atarıq. Qoy elə bilsinlər ki, öz Azərbaycanlısı öldürüb. Heç kim bizdən
ş
übhələnməz.
Bunları eşidən babam tez o biri kişini yuxudan oyadır. Məsələni olduğu kimi
ona danışır. Elə o saatda da yorğanı, yerlərinə bükülü qoyub, başa düşməsinlər
deyə oradan uzaqlaşırlar.
Babam erməni xəyanətini o qədər çox görmüşdü ki, saysız-hesabsız əhvalatlar
danışardı. Hamısı da erməni xəyanətindən. O, söyləyərdi ki, ermənilər xaricdən
Azərbaycana gətiriləndə və onlar yerləşdirəndə onların hər pis üzlərinə mən yaxşı
bələdəm. Yeri düşəndə yaltaqlıq, yeri düşəndə yazıq olmaq, yeri düşəndə biclik
yeritmək, siyasətə əl atmaq, insanı qətlə yetirmək, sui-qəsd hazırlamaq, iğtişaş
salmaq və.s.
Babamın son dövrlərə qədər Qubadlıda yaşayan qohumlarından çoxunun belə
faciələrə düçar olması bunu sübut edirdi. Babamın söhbətlərinə görə xalası
uşaqlarının ikisinin belinə qaynar samovar bağlayıb işgəncə ilə öldürüblər. Xalası
nəvələri isə erməni qızları vasitəsilə aldadılıb tarla kənarına gətirilib və oradaca
güllələniblər. Bu qədər ermənilərdən yanıqlı olan babam ölən günə qədər
ermənilərlə barışmadı.
Laçının bir böyük rayon və 133 kəndi ilə birlikdə orada cəmisi rayon
mərkəzində üç erməni ailəsi yaşayırdı. Bu ailələrdən ikisi babamgilə qonşu idi. Bu
bir təsadüf idimi, ya düşünülmüş idi, onu deyə bilmərəm. Onu deyə bilərəm ki,
babam həyətdə olanda onlar çölə çıxa bilmirdilər. Bir gün onlardan biri olan,
bazarda bir mağazada satıcı işləyən Tamara adlı erməni anama deyir:
- Ay bacı, sənin atanın əlindən biz çölə də çıxa bilmirik. Məhlədə su kranı
ola-ola gözləyirik ki, axşam olsun, gedib evimizə su gətirək. Bizə elə bil ki, bu
geniş dünyanı başımıza dar eyləyib. Mən bilmirəm ki, dərdimizi kimə deyək.
- Ay Tamara, axı danış görək nə olub? Atam sizə neyləyib?
- Axı neyləyəcək? Bizi görən kimi əlinin hərəkəti ilə deyir ki, başınızı
kəsəcəyəm. Biz də vallah qorxudan bilmirik ki, nə eyləyək. Onsuz da biz bilirik ki,
sənin atan ermənilərdən yanıqlıdır. Biz buna neyləyək? Bizim də ermənilərdən
zəhləmiz gedir. Ona görə də ömürlük sizə bağlanmışıq. Biz yazıq adamlarıq, axı
kimə neyləyəcəyik?
Anam Tamaranı sakitləşdirdi:
- Ağlama, ay Tamara. Mən özüm atamla danışaram. Görüm, bu qoca
yaşlarında axı o niyə belə edir?
Ertəsi gün anam babamgilə getdi.
- Ay ata, sən bu yazıq ermənilərdən nə istəyirsən? Onlarla nə işin var.
Qoymursan rahat nəfəs alsınlar.
Babam bir az duruxdu. Sonra dedi:
- Mən onların iç üzünə yaxşı bələdəm. Səni görən kimi başlayırlar yazıq-
yazıq ağlamağa. Amma, yadında saxla. Onlar burada elə-belə yaşamırlar. Mütləq
onların bir pis niyyətləri var ki, onlar da bu pis niyyətlə burada yaşayırlar. Mən
onları bir gecənin içərisində hamısını öldürərəm, of demərəm. Ancaq bir şeydən
qorxuram ki, həbsə düşəm, balalarımın başına töhmət olam. stəmərəm ki,
övladlarım başıaşağı gəzsinlər.
Anam dedi:
- Deyəsən qocalmısan, birdən pis fikirlərə düşərsən! Onda biabır olarıq.
Onlarla işin olmasın.
Babam dedi:
- Ay balam. Mən qocalmışam. Ölüb gedəcəyəm. Bir böyük rayonda yaşayan
bu üç erməni ailəsi nə niyyətlə burada yaşayırlar onu sonra biləcəksiniz. Bir vaxtlar
olacaq. Onlar bu yerləri də sizin əlinizdən alıb sizi çöllərə salacaqlar. Əgər sağ
qalanınız olsa, onları məndən yaxşı tanıyan yoxdur.
llər ötüb keçdi. Babamın dedikləri hamısı öz yerini tutdu.
Alınmaz qala olan Şuşa, Laçın Sovet siyasətinin, erməni hiyləsinin, başsız
Azərbaycan hökumətinin qurbanı oldu. Eləcə də o biri rayonlarımız.
«Daşnaksütun» partiyasına sədaqətlə xidmət göstərən bu 5-6 yazıq erməni
millətçiləri sən demə gizlin-gizlin Laçının xəritəsini hazırlayırmışlar. Həm də
bütün məlumatları gizlincə o partiyaya ötürürlərmiş.
Atam və anam hələ kiçik yaşlarından Rəsmzidə bir dağlar oğluna məxsus
qürurluq, bir qorxmazlıq görürdülər. O, böyüdükcə həm ailənin, həm də qohum və
qonşuların sevimlisi olurdu. Qarabuğdayı çöhrəsində sanki bir şirinlik vardı. Bəzən
özünə, yaşına yaraşmayan sözlərlə danışardı. Öz tay-tuşlarından çox özündən
böyük oğlanlarla, kişilərə meyl göstərirdi. Birdən də özünü yekə kişilər kimi
aparırdı.
Atam işi ilə əlaqədar kəndlərə və bölgələrə tez-tez gedərdi. O zaman atam
ilə bərabər Rəmzi də gedərdi. Bəzən soyuq olardı, bəzən yağış yağardı. Atam səs
eşitməsin deyə sakitcə durub getmək istəyərdi. Deyərdi ki, qoy hələ yatsın. Bir də
baxardı ki, Rəmzi oyanıb və paltarlarını da geyinb hazır dayanıb. O, bəlkə də
gecəyarıdan oyanıb və səhəri gözləmişdi…
Rəmzinin maraq dünyası o qədər böyük idi ki, sual verməkdən doymazdı.
Hətta suallarına cavab almasa belə əl çəkməzdi. Özündən böyük işləri görməyə can
atardı. Gücü çatmasa belə ürəyindəki təpər buna imkan verirdi.
Artıq məktəb yaşı çatmışdı. Məktəbə getdi. 1-ci sinfi bitirəndə çox sevinirdi.
Bir gün ondan soruşdum:
- Rəmzi, nə üçün bu qədər sevinirsən?
Cavab verdi:
- Bacı, artıq məktəbi bitirmişəm. ndi də atamla işləyəcəyəm.
Mən güldüm:
- ndən belə 9 il oxuyacaqsan.
- Eybi yox bacı, həm oxuyaram, həm də yay tətilində işləyərəm.
Ş
irin xaktirəli məktəb illəri onun üçün daha da gözəl idi. Sinif yoldaşlarına,
məktəb uşaqlarına o qədər qaynayıb-qarışmışdı ki, hansı şagirdi soruşsan o tez
cavab verərdi ki, mən onu tanıyıram. 8-ci sinifdə oxuyanda müəllim müstəqil inşa
üçün mövzu yazdırmışdı. Mövzu belə idi: «Sən böyüyəndə kim olmaq istəyirsən?»
O gecə Rəmzi çox fikirləşdi. Axırda üzünü mənə tutub dedi:
- Bacı, mənə kömək et, bu inşanı yazım.
Dedim:
- Mən inana bilmərəm ki, sən bu inşanı yaza bilməyəsən.
Cavab verdi:
- Bilirsən məni çətinliyə salan mənim kim olmağımdır. Yalandan yaza
bilmirəm.
- Yalandan niyə. Düzünü yaz.
Dedi:
- Əgər mən desəm ki, mən hərbçi olmaq istəyirəm, onda mənə heç kim
inanmaz. Amma yalan demirəm, doğurdan da arzum hərbçi olub vətənimi
qorumaqdır.
Mən ona kömək etdim. Çox gözəl bir inşa yazdı. Sabahısı gün sevincək
gəldi.
Doğrudan da hərbçi olmaq yaxşıdır. Onun üçün də mən inşadan 5 qiyməti
almışam – dedi.
Rəmzi çox qoçaq idi. Hansı işin dalınca gedirdisə, hökmən o iş həll olunmalı
idi. Hərdən elə olardı ki, anam onu evə bazarlıq etmək üçün göndərərdi. O qədər
Dostları ilə paylaş: |