Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə22/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   18   19   20   21   22   23   24   25   ...   243

39 

 

AFƏT  CƏFƏROVA 



Filologiya üzrə fəlsəfə doktoru, dosent  

Azərbaycan Dillər Universiteti 

 

NİTQ PROSESİNDƏ SİFƏTLƏRİN FUNKSİONAL XÜSUSİYYƏTLƏRİ 



 

Açar sözlər: funksional qrammatika, qrammatik kateqoriya, sifət 

 

Functional morphology 



 

There are two directions in each language in – expression and maintenance. Traditional grammar usually lears 

the grammatical meaming of the words and parts of spreech, but functional grammar defines the expression of words 

and their role in the morphological of system of language and speech. 

Key words: functional grammar, grammatical category, pronoun. 

 

Dil vahidlərinin tətbiqi və inkişaf səviyyəsi fikrin ifadəsinə müxtəlif mövqelərdən yanaşmağa imkan 



verir. Bütün bunlar müəyyən kateqorial situasiyadan asılı olaraq müəyən bir funksional – semantik sahənin 

yaranmasına gətirib çıxarır.Bildiyimiz kimi, hər hansı bir qrammatik kateqoriyanın formal əlaməti mətndən 

və nitq situasiyasından asılı deyil, kateqorial mənanın mətnlə əlaqəsinin nəticəsi sözlərin leksik mənasının 

nitq situasiyasından asılı olaraq qrammatik formanın xüsusi mənası ilə əlaqəsindən asılıdır.Dil vahidlərinin 

mənası hər bir dildə məhdud dil elementlərindən ibarət qapalı bir sistem təşkil edir.Dil vahidlərinin 

xüsusiyyətləri isə dil sistemindən kənarda çox geniş,  əhatəli fikrin ifadəsini əks etdirir. Burada hər hansı bir 

nitq hissəsinin qrammatik kateqoriyasının formal əlamətinin dil sistemində ifadə etdiyi məhdud qrammatik 

məna yox, nitq prosesində həmin nitq hissəsinə məxsus leksik vahidin ifadə etdiyi məna müxtəlifliyi diqqəti 

cəlb edir. Yəni hər hansısa bir nitq hissəsinə məxsus leksik vahidlərin həmin nitq hissəsinin qrammatik 

kateqoriyalarının formal əlamətlərini qəbul edərək ifadə etdikləri məna xüsusiyyətləri, həmin nitq 

hissələrinin funksional səviyyəsi nəzərdə tutulur. Bu baxımdan Azərbaycan dilinin qrammatik quruluşunda 

özünəməxsus yer tutan, qrammatik məna xüsusiyyətləri ilə fərqlənən nitq hissələrindən biri olan sifətin 

funksional xüsusiyyətlərini nəzərdən keçirək. 

Funksional qrammatika baxımından fikrin ifadəsində istifadə olunan birləşmə və cümlələrin əmələ 

gəlməsində təbii ki, qrammatik kateqoriyanın rolu böyükdür.Sifət də əsas nitq hissələrindən olub “dilin lüğət 

tərkibində əsas təbəqələrdən birini təşkil edir.Sifət əşyanın əlamət və keyfiyyətini bildirir.Sifət əşyanı, 

hadisəni bir–birindən ayırmağa,onları fərqləndirməyə,beləliklə də,əşya, hadisə haqqında geniş, hərtərəfli 

məlumat verməyə xidmət edir”. (1.95) 

Sifət müstəqil nitq hissələri olaraq öz funksional xüsusiyyətləri ilə nitq prosesində maraqlı situasiyalar 

yarada bilir.Bu da onun əlamət,keyfiyyət, xüsusiyyət və s. Məna xüsusiyyətlərinin ifadə etdikləri 

rəngarənlikdir. 

Nitq prosesində sifətlər vasitəsilə müqayisə konteksdən asılı olaraq verilə bilər.Yəni cümlənin 

tərkibində olan sifətin əlaməti aid olduğu fikrə münasibətdə müqayisə yaradır və diqqəti həmin fikrə 

yönəldir.Məsələn: “Sualın düzgün qoyuluşu vacib məsələdir”, “Cəmilənin bu işə razılıq verməsi əsas şərtdir” 

tipli cümlələrdə sifətlər cümlədə ifadə olunan fikri ön plana çəkməyə,fikri dəqiqləşdirməyə xidmət edir.Yəni 

məsələnin vacibliyi–sualın düzgün qoyuluşu,əsas şərt isə Cəmilənin razılığı fikrini daha da dəqiqləşdirir. 

Sifətlərin digər bir funksional xüsusiyyəti də əlamətin müqayisəsi üçün obyektin əvvəlki halının 

təsviridir. Bu da təbii ki,kontekst daxilində aşkara çıxan bir xüsusiyyətdir ki, işlənmə tezliyi məişət 

üslubunda daha çox təsadüf olunur. “Dünən hava daha isti idi” (yəni bu gün hava dünənkinə nisbətən 

sərindir), “Son zamanlar Fərhad  daha fəal olub” (yəni əvvəllər Fərhad o qədər də fəal deyildi) və s. bu kimi 

cümlələrdə sifətin ifadə etdiyi əlamət əşyanın əvvəlki halı ilə müqayisədə öz ifadəsini tapır. Bununla yanaşı 

müqayisə mənasının ifadəsi üçün sintaktik üsuldanda istifadə olunur.Yəni müqayisə sifətin iştirakı ilə 

yaranan birləşmə vasitəsilə verilir.Məsələn: “O,özündən yaşca böyük olan” birləşməsi “yaşlı” sözünün 

ekvivalenti olmaqla müqayisə mənası ifadə edir. 

Bildiyimiz kimi,sifətin “adi dərəcəsi demək olar ki, qalan bütün dərəcələr üçün ölçü,meyar hesab 

olunur. Adi dərəcənin özünəməxsus heç bir morfoloji əlaməti yoxdur.Əslində morfoloji bir fakt kimi sifətin 

adi dərəcəsi yoxdur,o, başqa dərəcələri müəyyənləşdirmək üçün çıxış nöqtəsi hesab olunur”. (2.185) 

Adi dərəcədə olan sifətlər kontekst daxilində çoxaltma dərəcəsinin ifadə etdiyi mənanı  bildirə bilər ki, 

bu da onun funksional imkanlarından biridir.Məsələn: “Qorxudan üzü ağ kağız kimi oldu” cümləsindəki “ağ 

kağız” – “ağappaq” mənasını bildirir. 




40 

 

Bundan başqa, adi dərəcədə olan sifətlər vasitəsi ilə əlamətin çox və ya az olması situasiyadan asılı 



olaraq fikrin ifadəsində müqayisə ifadə edə bilər. 

Sifətlərin digər bir funksional xüsusiyyəti isə əlamətin müəyyən bir zaman kəsiyində əşyaya aidliyidir. 

“Bu gün bütün günü qəzəbli və susqun idi”, “O elə həmişə xəstədir”, “Lalə, sən dünən heç də həmişəki kimi 

gözəl görünmürdün” və s. 

Bundan başqa əşyaya və şəxsə aid bir əlamət və ya keyfiyyət bir – biri ilə antonimlik təşkil edən sözlər 

vasitəsilə verilə bilər.Bu tip cümlələrdə bölüşdürmə bağlayıcılarından istifadə olunur və təzadlı bir fikir 

yaranır. Məsələn: “Sən həm ağıllısan, həm də ki, səfil”, “Baş aça bilmirəm. Bu qız gah simic olur, gah da ki 

əliaçıq”.Bu cümlələr vasitəsilə müəyyən bir əşyanın ikili əlaməti müəyyən olunur. 

Sifətin xəbər formasının cümlədə məntiqi vurğu ilə daha da aktuallaşdırma yolu ilə də müəyyən 

əklamət ifadə etmək olar.Bu tip cümlələrdə fikir, məna məhz həmin ismi xəbərə yönəlir və onun ifadə etmiş 

olduğu məna ön plana çəkilir.Məsələn: “Sirlidir və ona görə də çox gözəldir yaşıl meşələr,dərin 

dənizlər,mavi səma”, “Sirlidir quşların səsi, yarpaqların pıçıltısı”, “Gözəldir mənim qızımın gözləri, iridir, 

parlaqdır,mənalıdır”. Misallardan da göründüyü kimi bu tip cümlələr daha çox bədii üslubda istifadə oluna 

bilər. Çünki,bu cümlələrdə baş verən inversiya hadisəsi bu üslub üçün,eləcə də məişət üslubu üçün 

xarakterikdir.Eyni zamanda,əlamətin daşıyıcısı ümumi isim və ya əvəzliklə ifadə olunursa bu zaman da 

sifətlər vasitəsilə müqayisə yaratmaq mümkündür.Məsələn: “Tək əldən səs çıxmaz” (Atalar sözü), “Yaralı 

heyvan qorxuludur” kimi cümlələrdə hər hansısa bir əşyaya və ya canlıya məxsus bir əlamət müqayisə yolu 

ilə verilir.Yəni burada sifətlər əşyanın əlamətini digər eynicinsli əşyalarla müqayisədə aşkara çıxarır. “Qız – 

gözəl qız”, “meşə - qalın meşə” və s. 

Bununla yanaşı sifətlərin semantikasında kontekst daxilində əlamətin,keyfiyyətin aid olduğu əşyanın 

əlamətini digər eynicinsli əşyalar müqayisədə bilinməlidir. Bu tip sifətlər mütləq özlərindən sonra əlamətini 

bildirdikləri ismi tələb edir. Məsələn: “təcrübəli”, “istedadlı”, “uzaqgörən” və s. bu tip sifətlər xüsusiyyətini 

və ya keyfiyyətini izah etdiyi eynicinsli əşyaları bir – birindən fərqləndirmək xüsusiyyətinə malikdir. 

Məsələn: “təcrübəli həkim”, “istedadlı tələbə”, “uzaqgörən insan” kimi birləşmələrdəki “həkim”, “tələbə”, 

“insan” kimi eynicinsli isimləri bir – birindən fərqləndirir. 

Sifətin digər bir funksional xüsusiyyəti əlamətin müqayisə yolu ilə ifadəsidir.Yəni hər hansısa bir 

əşyaya malik xüsusiyyətin ifadəsi ilə digər bir əşyaya malik olan eyni bir xüsusiyyətin ifadəsidir.Məsələn: 

“Bu gözlün suyu göz yaşı kimi dumdurudur”, “Şahin də Səlim kimi istedadlıdır”, “Lalənin təbəssümlü 

siması ay kimi aydın, gözləri ulduz kimi parlaq idi”. Bu cümlələrdə müəyyən bir əşyaya məxsus keyfiyyət, 

əlamət digər bir əşyaya da aid olduğu bu iki əşyanın bir – biri ilə müqayisə yolu ilə verilir. 

Bir qism sifətlər yalnız canlılara, digər bir qismi isə əksinə olaraq yalnız cansızlara aid xüsusiyyətləri 

bildirir.Məsələn: “ağıllı”, “savadlı”, “dəli”, “utancaq”, “gözəl” və s. sifətlər canlı varlıqlara aid 

xüsusiyyətləri, “küt”, “duzlu”, “geniş”, “enli”, “şirin” və s. sifətlər isə cansız isimlərin əlamət və 

xüsusiyyətlərini bildirir. “Səadət ağıllı qızdır”, “Nazlı utancaqdır”, “Bizim küçə enlidir”, “Uşaqlar şirin çayı 

çox sevir” və s. Bu nümunələrə nəzər saldıqda sifətin digər bir funksional xüsusiyyəti də aşkara çıxır. Belə 

ki,bu cümlələr şəxsə və ya əşyaya aid keyfiyyət xüsusi aidlik ifadə edir.Yəni,burada ifadə olunan məna 

ancaq Səadətin ağıllı və Nazlının isə utancaq olduğunu,digər küçələrin deyil yalnız bizim küçənin enli 

olduğu məlum olur.Lakin nitq prosesində sifətlərdən istifadə zamanı elə sifətlərə də təsadüf olunur ki, onlar 

eyni zamanda həm canlılara,həm də cansızlara aid xüsusiyyətləri ifadə edə bilirlər.Məsələn: “maraqlı”, 

“gözəl”sifətləri “maraqlı insan”, “gözəl qız” birləşmələrində canlı varlıqlara, “maraqlı film”, “gözəl 

çəmən”birləşmələrində cansız əşyalara xas xüsusiyyətləri sifətlərin nitq prosesindəki funksionallığını açkara 

çıxarır.Bu xüsusiyyətlərdən sifətlərin mətndə əvvəlki cümlədə olan ismin (əşyanın) əlamətinin növbəti 

cümlədə göstərə bilməsidir.Bu hal ən çox dialoqlarda təsadüf olunur.Məsələn: -O ki qaldı Hicrana, mənə elə 

gəlir ki, o çox mehribandır. - Hə,hə.Həm də hədsiz dərəcədə mehribandır. 

Bu nümunədə birinci cümlədə olan ismin əlaməti ikinci cümlədə verilir. Hətta burada sintaktik yolla 

çoxaltma dərəcəsi də diqqəti cəlb edir.Yəni çoxaltma dərəcəsinin ifadəsi dildə olan leksik vahidlərin ifadə 

etdikləri məna ilə də təzahür edə bilir. 

 

Ədəbiyyat 



1.

  Müasir Azərbaycan dili. II hissə (morfologiya). Bakı. 1980. 

2.

  H.Məmmədov. Azərbaycan dilçiliyinin nəzəri əsasları. Maarif. 1971 



3.

  Ф.Бондарко.  Функциональная грамматика. Ленинград. 1989 

 

 

 



 


Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə