Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə20/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   16   17   18   19   20   21   22   23   ...   243

35 

 

rahat başa düşsün. Bunu o zaman etmək mümkündür ki, vahid əlifbadan-latın qrafikalı əlifbadan hər bir türk 



xalqı istifadə etsin. (2. s.65) 

b) latın qrafikalı əlifbanın həyata keçirilməsi ilə bağlı görülmüş müsbət işlər sırasında Türkiyənin, 

Azərbaycanın təcrübəsindən istifadə etmək lazımdır. 

 Türk xalqları tarix boyu  müxtəlif əlifbalardan istifadə etmişlər. Orxon-Yenisey, uyğur, soğdi, tibet, 

çin, mani, brahmi, ərəb, passepa, latın, yunan, kirill və s. 

I Türkoloji qurultay türk xalqlarının latın qrafikalı əlifbaya keçmələrini qətiləşdirmişdir. Latın 

qrafikalı əlifbaya keçən zaman Əlifba Komitəsi xeyli iş aparmışdır. Əlifba komitəsinin 1927-1930-cu illərdə 

dörd plenumu keçirilmişdir. Birinci plenum 1927-ci ilin iyun ayında (3-7 iyun) Bakı şəhərində, ikinci 

plenum 1928-ci ilin yanvar ayında (7-12 yanvar) Daşkənddə, üçüncü plenum 1928-ci ildə dekabr ayında (18-

23 dekabr) Kazan şəhərində, dördüncü plenum 1930-cu ilin may ayında (6-13 may) Alma-Ata şəhərində 

olmuşdur. Hazırda latın qrafikalı əlifbanın türk xalqlarının hamısı tərəfindən həyata keçirilməsi üçün belə 

plenumların keçirilməsinə ehtiyac vardır.  

I Türkoloji qurultayda A.R.Zifeldtinin “Türk dillərində elmi terminologiyanın formalaşmasının 

prinsipləri”, B.Çobanzadənin “Elmi terminologiyanın əsasları”, H.Zeynallının “Türk dillərində elmi 

terminologiyanın nəzəri əsasları”, X.O.Odabaşın “Türk dillərində terminologiya”, A.B.Baytursunun “Qazax 

dilinin terminologiyasının prinsipləri” məruzələri dinlənilmişdir.Qəbul olunmuş qətnamə çağdaş 

türkologiyamız üçün də aktualdır: (3. s.58) 

a) tez-tez təsadüf olunan və mənası aydın olan terminləri qəbul etmək lazımdır. b) türk dillərinin 

qrammatikasına tabe olmuş ərəb-fars mənşəli terminləri qəbul etmək lazımdır. c) Avropa mənşəli terminlər 

türk dillərinin təbiətinə uyğun artikulyasiya edilməli və qəbul olunmalıdır. 

ç) mənası çətin mənimsənilən terminlərdən qaçmaq lazımdır. 

d) hər bir respublikada daimi terminologiya komissiyası yaradılmalıdır. Terminologiya komissiyası 

sahəsində Azərbaycanın təcrübəsi vardır. Bu komissiyanın müəyyən dərəcədə xidmətləri də mövcuddur. 

Terminoloji komissiya terminlər lüğətinin yaradılmasında müəyyən işlər də görmüşdür. Bu işləri 

koordinasiya etməklə türk dilləri üçün vahid elmi terminlər lüğəti hazırlamaq mümkündür.  

I Türkoloji qurultayda M.Köprülüzadənin “Türk xalqlarının ədəbi dilinin inkişafı” adlı məruzəsi 

müzakirə olunmuşdur. Bu gün türkdilli respublikalarda mövcud olan dillərin hər biri ədəbi dil səviyyəsində 

işlənir. 

Türk xalqlarını birləşdirən tellər onların tarixidir, yaratdıqları ənənələrdir, mədəniyyətdir, dildir, kök 

və etnik mənsubiyyət birliyidir. Dil türk xalqlarını birləşdirən ən incə və vacib teldir Türk xalqları arasında 

olan dil əlaqələri zamanı aşağıdakılara xüsusi önəm verilməlidir. (4. s.74) 

a) türk xalqlarının əminlik və tərəqqi içində olmaları üçün müstəqil türk dövlətləri bir-biri ilə 

işlətdikləri ədəbi dil vasitəsilə əlaqə qurmalıdırlar. 

b) türk xalqlarının ədəbi dili ortaq dil məsələsi barədə də düşüncələri üzə çıxarır. Ortaq dil istər-

istəməz ortaq tarixin, mədəniyyətin, ədəbiyyatın öyrənilməsinə dərin maraq yaradacaqdır. Artıq bunun 

işartılarını indi də görmək mümkündür. Türk xalqları sonsuz bir maraqla Nizami Gəncəvini, Mövlanə 

Cəlaləddin Rumini, Rəşad Nuri Güntəkini, Çingiz Aytmatovu, Bəxtiyar Vahabzadəni və başqalarını oxuyub 

öyrənirlər. 

c) ingiliscə, fransızca, almanca, ispanca danışanlar eyni dil vasitəsilə bir araya gəlirlər. Bu gün 

dünyanın qəbul etdiyi beynəlxalq dillər vardır. Elə onu da demək yerinə düşər ki, türkdilli dövlətlər də öz 

birliyini və beynəlxalq səviyyədə xalqlarımızın mənafeyini qorumaq üçün ortaq türk dilinin yaradılması 

istiqamətində çalışmalıdırlar. Biz ortaq türk dilinə yiyələnməklə xalqımızın inkişafına, bölgələrimizin 

rifahına xidmət etmiş olacağıq. 

 

Ədəbiyyat 



1. 

Tanrıverdiyev Ə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı  2010. s.67 

2. Qurbanov. A. Müasir Azərbayacan ədəbi dili. Bakı 1967. s.97 

3. Zeynalov F. Türkologiyanın əsasları. Bakı 2002. s.39  

4. Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı 2000. s.53 

 

 



 

 



36 

 

DİLÇİLİK 



 

 

 



AFƏT ABBASOVA 

Filologiya üzrə elmlər doktoru, professor 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

TEXNİKİ PROSESLƏRİN İNKİŞAFI PROSESİNDƏ KONVERSİYANIN DERİVASİYA YOLU 



İLƏ NEOLOGİZMLƏRİN ƏMƏLƏ GƏTİRMƏSİNİN METOD VƏ ÜSULLARI 

(İngilis və Azərbaycan dilləri materialları əsasında) 

 

Açar sözlər: İngilis dili, neologizmlər, Azərbaycan dili, təsnifat, konvensiya, dil tarixi, arxaizmlər. 



 

The article speaks about the classification of neologisms formed in English at the second part of  XX century, 

their comparative characteristics with Azerbaijani, also their roles and meanings in  the simple and compound sentens. 

The article deals with grammatical specialties of some neologisms and the usage of them on the English and the 

Azerbaijani language. The article deals with the usage of the neologisms, also it trains thermes and their apparences in 

English. 

Key words: English, neologizm, Azerbaijani, classification, conversion, history of the language, archaism. 

 

Arxaizmlərə əks olaraq neologizmlər dilə müasir dövrdə daxil olan və ya yenicə daxil olan yeni 



sözlərdir. Onlara münasibətdə dildə yaranan sözlərin neologizmlərə aid olduğunu müəyyən edən xronoloji 

səddin çəkilməsində müəyyənlik yoxdur. Dil tarixi bu termindən ayrı-ayrı tarixi dövrlərdə lüğət tərkibinin 

zənginləşməsilə xarakterizə edərək istifadə edir. Stilistik münasibətdə neologizmlər üçün sözün yeniliyinin 

danışanlar tərəfindən nə dərəcədə mənimsənildiyi, bizə yaxşı məlum olan, adət etdiyimiz sözlərin fonunda 

qeyri-adiliyi ön plana çəkilir. 

Geniş, məişətdə, eləcə də qəzet və radioverlişlərdə gündəlik işlənən sözlər tez bir zamanda öz 

yeniliyini itirir və «yaz qrupu olmayan» sözlərin əsas hissəsinə qarışır. Onların ifadə etdiyi əşyaların yaxın 

dövrlərdə yaranması haqqında xatirə hələ də onların yaxın onilliklərdə onların dilə daxil olması haqqında 

bəzi təsəvvürləri saxlayır: bus, trolleybus, radio, TV-program, TRT və s. Xüsusi terminologiya, elm və 

istehsalatın ayrı-ayrı sahələrində uzun müddət mövcud olmasına baxmayaraq çox hallarda yalnız 

mütəxəssislərə və sonra, tədricən geniş dairələrə məlum olur. Bununla əlaqədar, bu və ya digər termin geniş 

işlənərsə, çox hallarda onun yeni söz oduğu və ya digər ixtisası işlətmədən ümumişlək dilə keçən sözün 

çoxdan mövcud olduğu qeyri-müəyyən qalır. Buna görə də yenidən yaranan terminlər xüsusi 

terminologiyanın geniş dairəsinə qarışır, elmi və işgüzar üslub xarakteri alır. Onların yeniliyi, istisna 

hallarda, zəif mənimsənilir. Məsələn, XX əsrin ikinci yarısında istifadəyə daxil olan “akrilin, aspirin, 

steptosid, vitamin” kimi dərman maddələri adlarının əvvəllər işlənən antipirin (1891), atropin (1847), 

qlükoza (1875) sözləri ilə müqayisədə elə də böyük yeniliyi nəzərə çarpmır. 

Konversiyanın derivasiya yolu ilə yeni sözlərin düzəldilməsi metodu kimi aktivliyi aşağı düşmüş və 

sözdüzəltmənin digər növlərindən geri qalmışdır. Aparılan tədqiqatların nəticələrinə əsasən, konversiya 

olunmuş vahidlər neologizmlərin ümumi sayının 3%-ni təşkil edir. 

Əsas model kimi yeni terminlərin böyük hissəsini yaradan N 

→ V modeli olmaqda davam edir: to 

hack-stroke, to lesion, to polyrapz və s. İsimlərin böyük hissəsi mürəkkəb isimlərdən yaranır, soft-dock 

sözündən yaranan to soft-dock sözü mexaniki üsulların köməyi olmadan orbital stansiyanın birləşməsi; 

carpool sözündən yaranan to carpool sözü işə, mağazalara və s. gedərkən maşının növbə ilə sürülməsi; red-

line sözündən yaranan to red-line sözü borc, sığorta vasitəsilə mülkiyyətin sahiblərinə verilməsinə etiraz yolu 

ilə şəhərin ayrı-ayrı rayonlarının hüquqlarının tapdalanması. 

Dilin inkişafının əvvəlki mərhələlərində olduğu kimi fellərdən isimlərin yaradılması hal-hazırda daha 

az məhsuldardır. Məlum olduğu kimi, bu, ingilis dilində isimlərin affiksasiya yolu ilə fellərdən çox asanlıqla 

yaranması ilə əlaqədardır. 

Konversiya edilmiş isimlər arasında qoşmalarla işlənən fellərdən yaranma tendensiyası güclənir, 

məsələn: to rip-off – oğurlamaq felindən yaranan rip-off – oğurluq sözü; workaround (kosmonavtika termini) 

– uğursuz uçuş hadında alternativ metod; give-back, flowback, passalong, buy-off yeni isimlərin çox hissəsi 

konversiya yolu ilə sifətlərdən düzəlr, məsələn: collectihles – kolleksiya toplamağa aid olan, əsasən qədim və 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə