Mövzu 7, 8, BÖYÜk yaşda qender sosiALİzasiyasi. CİNSİn yeni psixologiyasi



Yüklə 112,78 Kb.
Pdf görüntüsü
tarix20.09.2017
ölçüsü112,78 Kb.
#629


MÖVZU 7, 8, 9.

   BÖYÜK   YAŞDA   QENDER   SOSİALİZASİYASI.   CİNSİN   YENİ   

PSİXOLOGİYASI 

 

Məşəğələlərin planı 

 

1. Cins-rol stereotiplərinin formalaşması və möhkəmlənməsi 

2. Cins-rol stereotiplərinin psixoloji sosial funksiyaları 

3.  Ənənəvi qadın rolu. Ailədə rol gözləmələri.  İşləyən qadının rolla bağlı 

münaqişəsi. 

4.  Ənənəvi kişi rolu. Kişi rolu ilə bağlı məhdudiyyətlər 

5. «Cinsin yeni psixologiyası» nəzəriyyəsinin yaranma əsasları 

 

«Ana, axı niyə bir mahnıda deyilir ki, 

oğlanlar ilbizdən, balıqqulağından və yaşıl 

qurbağadan, qızlar isə  şirnidən,  ədviyyatdan və 

lütfkarlıqdan düzəldilib? Demək istəyirlər ki

oğlanlar lütfkar olmamalıdır?» Ken, 6 yaş 

Şon Bern. Qender psixologiyası. 

 

Yaşadığımız aləm çox sayda insanla, cürbəcür  əşya və müxtəlif vəziyyətlərlə 



doludur. Yəqin ki, aldığımız informasiyanı istisnasız şəkildə görsəydik və qəbul etsəydik, 

ağlımız çaşardı. Bu rəngarəng zahiri aləmi koqnitiv qəbul edilən şəklə salmaq üçün biz 

biz daxil olan informasiyanı ayrı-ayrı kateqoriyalara bölürük. Beləliklə, sxem adlandırılan 

xüsusi koqnitiv strukturlar yaranır. Həmin sxemlər daxil olan informasiyanın qəbulu, 

saxlanması və yenidən təkrarlanmasına təsir göəstərir. Adətən biz bir çox sosial şərait 

(hadisə sxemləri) üçün, bizə tanış olan insanlar (şəxsiyyətlər sxemi) üçün, qender, etnik 

mənsubiyyət və fəaliyyət növü əsasında eyniləşdirilən sosial qruplar (rol sxemləri) üçün  

hazır koqnitiv kateqoriyalara malik oluruq. Bu kateqoriyalar insanlar və şərait barəsində 

daxil olan informasiya üzərində aparılan işi idarə edir. Hazırda əksər sosial psixoloqlar 

stereotipləri sosial qrupların koqnitiv kateqoriyaları (sxemləri) kimi nəzərdən keçirir. 

Stereotiplər – eyniləşdirilən qrup üzəvlərinin bir-birinə  bənzədiyi və  həmin qrupların 

qavranması zamanı sxem kimi işləyən geniş yayılmış fikirlərdir. Stereotiplər həddindən 

artıq ümumiləşdirilmiş, qeyri-dəqiq və yeni informasiyaya rezistetnt ola bilər.  Əksər 

tədqiqatların nəticəsi göstərir ki, bizdəki sxemlərə müvafiq gələn informasiya ona 

müvafiq olmayandan daha tez nəzərə çarpacaq və onu qəbul edərkən, yadda 

saxlayarkən və bizim stereotip təsəvvürlərlə  şərh edərkən daha tez yadda qalacaqdır. 

İnformasiya üzərində hazır sxemlər vasitəsi ilə iş aparmaq ona görə daha cəlbedicidir ki, 

Qərb psixoloqları Markus və Zayonsun fikrincə, o, «qənaətedici» sayılır, çünki 

«bütünlükdə çox mürəkkəb sosial ətrafı  məna kateqoriyalarının nəzərdə saxlanan 

miqdarına bağlayır. Onlar informasiya azlığını  əvəz etməyə  və daxil olmuş infomasiya 

çərçivəsindən kənara çıxmağa imkan yaradır; lakin insan kateqoriyaları barədə  əldə 

olunmuş ümumi bilik şəxsiyyətin ayrılıqda unikallığı haqda ədalətli mühakimə yürütməyə 

imkan vermir». 

Qender qavrayışa təsir göstərən mühüm sosial və koqnitiv meyardır. Amerika 

psixoloqu L.Teylorun apardığı  tədqiqatlar (Taylor & Fiske, 1988) göstərdi ki, müəyyən 

şəraitdə insanlar, məsələn, sosial qrupda üzvlüyü daha nəzərə çarpacaq edən amil 

mövcuddursa, çox zaman qenderə görə kateqoriyalaşma aparır. Belə ki, qender 

stereotipinə uyğun olan paltar yaxud xarici görünüş  yəqin ki, insanla bağlı informasiya 

üzərində iş apararkən qenderə böyük diqqət yetirilməsinə öz təsirini göstərir. Həmçinin 

qender o halda daha tez nəzərə çarpır ki, kişi yaxud qadın eyni bir işi yerinə yetirənlər 

arasında azlıq təşkil etsin. Hansısa bir işi icra edənlər arasında kişi yaxud qadın az 

sayda olarkən onların cinsi daha tez nəzərə çarpır. Bu isə onlara diqqəti daha çox cəlb 




edir və onların fəaliyyət nəticəsinin daha ciddi qiymətləndirilməsinə təsir göstərir. Əgər 

tədris müəssisəsində  cəmi bir kişi varsa, onun cinsi ətrafdakıların diqqətindən heç 

zaman yayınmayacaq. Qender sxemləri öz təsirini və qarşı-qarşıya durmaq bacarığını 

ona görə saxlaya bilir ki, üç mənbədən güc alır. Birincisi, onlar sosial cəhətdən 

mükafatlandırılır və  cəmiyyət bu sxemlərə riayət olunmasına məcbur etməklə 

əməllibaşlı  təzyiq göstərir.  İkincisi, adama elə  gəlir ki, özünəhörməti qender eyniliyi 

əsasında qazanmaq olar. Üçüncüsü, bizim qender stereotiplərimiz sxem kimi hərəkt edir 

və informasiyanın qavranmasını elə idarə edir ki, müşahidə etdiyimiz davranış bizim 

gözlədiyimizə müvafiq olaraq şərh edilir. Lakin qenderdən digər insanları qavrayarkən 

əhəmiyyətli bir informasiya «tikəsi» kimi istifadə olunmasında fərdi fərqlər də 

mövcuddur. Bemə (Bem, 1981) görə, insan qender sxemindən o zaman istifadə edən 

sayılır ki, digər insanların fərqləndirici keyfiyyətlərini və onlar barəsindəki informasiyanı 

qender  əsasında növlərə bölə bilsin; əks halda o qender sxemindən  istifadə etməyən 

fərdlərə aid olajaqdır. Bemin fikrincə, kişi yaxud qadın başlanğıcına tam şəkildə mənsub 

olan insanları daha böyük ehtimalla qender sxemindən istifadə edən fərdlərə aid etmək 

olar. 

Cəmiyyətdə qender stereotiplərinin qaynaqlandığı  bəzi amilləri diqqətinizə 



çatdıraq. 

 



  Öz cinsinin sxemi (own-sex schema) (Martin & Halverson, 1997) – qenderə 

müvafiq gələn davranış üçün lazım olan hərəkət ssenarisi və planlarından ibarət 

sxemdir. Uşaqlar öz cinsini eyniləşdirə bilən kimi onlarda öz qrupunun üzvlərinə 

oxşamaq motivi yaranır və onlar həmin qrupda qəbul olunmuş davranış modelini 

daha diqqətlə müşahidə etməyə başlayır. 

  Davamlılıq effekti (Perseverance eggekt) (Taylor & Fiske, 1988) – şəxsiyyətin 



sxemə zidd olan informasiyanı yadda saxlasa belə öz stereotiplərini mütləq 

dəyişəcəyi demək olmadığından ibarət bir hadisədir. Sxemlərin təbiəti belədir ki, 

onları inkar edən dəlillə qarşılaşdığı vaxt da öz möhkəmliyini saxlayır. Çox vaxt insan 

onun sxemindən kənar olan fərd üçün cavab olaraq qaydadan istisna kateqoriyası 

yaradır. 

  İllüzor korrelyasiya (Illusory correlation) (Taylor & Fiske, 1988) – anlayışlar 



arasında  əlaqə möhkəmliyinin həddindən yüksək qiymətləndirilməsi yaxud həmin 

əlaqəni onun ümumiyyətlə olmadığı bir yerdə müəyyən etmək cəhdidir. Qenderlə 

bağlı uydurulmuş yaxud şişirdilmiş  əlaqə çox zaman qender və müəyyən 

keyfiyyətlər, vərdiş və davranış arasında görsənir. 

  Özlüyündə reallaşan peyğəmbərliklər  (self-fulfilling prophecy) (Taylor & Fiske, 



1988) -  gözlənilənlərin onları  təsdiq edən davranışı yaratması ilə ifadə olunan 

meyildir. Özlüyündə reallaşan peyğəmbərlik təhsil proqramları yaxud gələcək ixtisas 

seçimi ilə bağlı olarsa xüsusilə diqqəti cəlb edir. Tədqiqatlar göstərir ki, valideynlər 

müxtəlif cinsə aid olan övladları məktəbdə eyni qiymət alarkən və standartlaşmış test 

verəndə bərabər miqdarda bal toplayarkən belə uşaqların qabiliyyətini qender-fərqli 

şəkildə qavrayır. O cümlədən valideyn hesab edir ki, qızlar dil sahəsində, oğlanlar 

isə riyaziyyatdan  daha güclü olmalıdır. Hətta uşaqların faktiki nailiyyətləri statistik 

cəhətdən nəzarətdə saxlanıldıqda belə ananın övladında riyazi bacarıq qavrayışı ilə 

uşağın özünün riyazi bacarığı arasında nəzərə çarpan korrelyasiya qeyd olunurdu 

(Eccles,  1990). Nəhayət, sonradan «özünüdərkdəki və  mənimsənmiş  vərdişlərdəki 

bu fərq kişi və qadının axtardığı və bundan ötrü  lazımi kvalifikasiyaya malik olduğu 

iş növünə təsir edir» (Eccles, 1990). 

Qender psixologiyasına dair kitabların birində müəllifin fikrincə kişi və qadınların 

əmək haqqının qeyri-bərabər ödənişinin səbəblərini tam əks etdirən kiçik bir şəkil 

verilmişdi.  Şəkildə büküldükləri  əskinin içərisinə baxan balaca oğlanla qız təsvir 

olunmuşdu.  Şəklin altındakı yazıda deyilirdi: «Sən demə bizim məvacibimizdəki fərqin 




səbəbi bu imiş!» Kişi ilə qadının əmək haqqındakı fərqin səbəbinə həsr olunan bir çox 

tədqiqatlar mövcuddur. Məsələn, hətta qadın əhalisinin üstünlük təşkil etdiyi məşğulluq 

sahələrində belə orta əmək haqqı kişi kateqoriyasına aid işçilərdə olduğundan aşağıdır. 

Beləliklə, BMT məlumatına  əsasən, Azərbaycanda  əməkdaşların 81 faizinin qadınlar 

olduğu səhiyyə sahəsində orta əmək haqqı kişilərin əmək haqqının 61 faizini təşkil edir. 

İşçilərin 65 faizinin qadın olduğu təhsil sahəsində orta əmək haqqı kişilərin məvacibinin 

79 faizini təşkil edir (Human Development Report, 2000). Avropa mənşəli amerikan 

qadınlar il ərzində tam iş  həftəsi çalışaraq Avropa mənşəli amerikan kişilərin 

qazandığının 68 faizini qazanırlar. Afroamerikan qadınların  əmək haqqı isə daha da 

aşağıdır və ağdərili kişilərin məvacibinin 61, ağdərili qadınların məvacibinin isə 90 faizini 

təşkil edir. Latın-amerikalı qadınlar ağ kişilərin  53, ağdərili qadınların  isə 78 faizi qədər 

məvacib alır. 

Kişi və qadınların məvacibi arasındakı  fərqin iki geniş yayılmış izahı mövcuddur: 

birincisi, qadınların məvacibi ona görə  aşağıdır ki, onlar özləri azödənişli işi seçirlər; 

ikincisi, qadınların təcrübəsi və kvalifikasiyası lazımınca olmadığı üçün bir işçi kimi daha 

az qiymətləndirilir. Belə ehtimal da mövcuddur ki, qadınlara onlar az qazanca razı 

olduğu üçün daha aşağı maaş verilir. Bu izahlardan hər birini ayrılıqda nəzərdən 

keçirək. 

Ənənəvi olaraq qadın əsasən «qadına aid» hesab olunan və ənənəvi olaraq «kişi» 

işi sayılan işdən daha az ödəniş verildiyi işlə  məşğul olur. Kompensasiya fərqləri 

əsasında izah nəzərdə tutur ki, qadınlar az ödənişli olsa da, əvəzində daha yüksək 

əmək şəraiti, daha yaxşı sosial iqlimi, başqalarına yardım etmək imkanı, daha çevik iş 

qrafiki yaxud daha çevik işi  olan fəaliyyətə üstünlük verir. İşçi qüvvəsi cinsi əlamətə 

görə bölünür, yəni ixtisasların  əksəriyyəti  əsasən bu və ya digər cinsə  məxsus olur. 

Məsələn, hamıya məlumdur ki, katibələrin 90 faizi qadın olur. Belə ki, Azərbaycanda 

mədəniyyət, tibb, təhsil və sosial müdafiə sahələrində çalışanların 60 faizini qadınlar 

təşkil edir. Ən yüksək siyasi və inzibati dövrələrdə isə qadınlar çox seyrək təmsil 

olunmuşdur. Siyasi və inzibati sahələrdə qadınların sayı cəmi 30 faizdir, lakin həmin 30 

faizdən əksəriyyəti ən aşağı mövqelərdə çalışır. Parlament üzvləri arasında qadınlar 12 

faiz, nazir vəzifəsində isə 9 faiz təşkil edir; 9 faiz bölgə inzibati orqanların başçısı 

vəzifəsini yerinə yetirir. Hüquq sistemindəki Azərbaycan qadınlarının cəmi  15,4 faizi 

qulluqçu vəzifəsində  və yalnız  11 faiz isə  səfir və konsul kürsüsünü tutur. Nazirlər 

Kabinetində qadınlar  əsasən katibə  və texniki işçilərdir ki, orada işləyənlərin 83 faizini 

təşkil edir (Azerbaijan Human Development Report, 2000). 

Doğrudan da qadınlar ənənəvi olaraq kişilərə aid sayılan işlərdə çox seyrək şəkildə 

çalışır; və «qadın» işində  məvacibin aşağı olması da doğrudur. Bu o deməkdirmi ki, 

qadınlar bu cür işi yüksəködənişli «kişi» işindən ona görə üstün sayır ki, onlar qadın 

üçün daha xoşagəlimlidir və paralel funksiyaların yerinə yetirilməsinə daha müvafiqdir? 

Statistik məlumatlara əsasən, bu heç də belə deyil. «Qadın» işində nə daha çevik qrafik, 

nə daha az gərginlik nə də valideyn vəzifəsini yerinə yetirməyə yardım edən başqa bir 

şey nəzərdə tutulmur. Əslində Qlassın və Kamaricin söylədikləri kimi, əksinədir: hansısa 

bir ixtisas sahəsində qadınların çox sayda cəmlənməsi həmin işdəki daha az çevikliklə, 

müdiriyyətin daha dəqiq nəzarəti ilə  və  işin yerinə yetirilməsi ilə bağlı üsul və müddət 

seçimindəki daha məhdud müstəqilliklə müşaiyət olunur. ABŞ-da aparılmış  1600 

ixtisasın təhlili (Glass & Camarigg, 1992)  göstərir ki, «kişi» işindən fərqli olaraq, 

«qadın» işi başqa, amma heç də daha yüngül olmayan iş  şəraiti ilə  səciyyələnir. 

«Qadın» ixtisasları daha çətin müştərilərlə  işi, başqalarından qalan çirkli işi, mexaniki 

şəkildə  təkrar olunan və daha az avtonomluğa malik işi (öz işini özünün idarə etmək 

hüququnun olmaması) nəzərdə tutur. Üstəgəl həmin təhlildən məlum olur ki, 

xoşagəlməz iş  şəraiti həm «kişi», həm də «qadın» fəaliyyət sahələrində  məvacibə 

neqativ təsir göstərir, çünki həmin xoşəgəlməz iş bir qayda olaraq daha aşağı sosial 



statusa malik olan və pis iş  şəraiti  əvəzində maaşın artırılmasını  tələb edə bilməyən 

insanlar tərəfindən yerinə yetirilir. 

«Kompensasiya fərqləri» konsepsiyası    qadınların azödənişli işi seçdiyini ehtimal 

edir. Məsələ burasındadır ki, qadının «kişi» işinə gedən yolda qarşısına bir çox 

maneələr qoyulur. Buraya qadının malik olmadığı xarakteristika və professional hazırlıq  

vəzifələri üçün əhəmiyyəti olmayan tələblər və kişi kollektivində işləyən qadını müşaiyət 

edən özünə inamsızlıq və  əsəbi  şərait daxildir. Araşdırmalar göstərir ki, qadını  onun 

üçün qeyri-ənənəvi olan işə həmin kvalifikasiyada malik kişidən daha seyrək götürürlər. 

Qlik və başqaları (Glick, 1991) müəyyən etmişlər ki, işə götürərkən ayrı-seçkilik həm 

qadın ənənəvi «kişi» işinə qəbul olunmaq istəyəndə, həm də kişi ənənəvi «qadın» işinə 

düzəlmək istəyəndə baş verir. Onlar güman edir ki, işə götürənlər çox vaxt namizədin 

bacarığı barədə özlərinin həmin ixtisasda məhz kişi yaxud qadının lazımi keyfiyyətlərə 

malik olması  zənninə  əsaslanaraq bu fərziyyəni təsdiq edir. Eyni zamanda sosioloqlar 

hesab edir ki, əgər sahibkar namizədin lazımi keyfiyyətlərə malik olduğunu dəqiq bilirsə, 

o, özünün ayrı-seçkilik meylini dəf etməyə qabildir. Problem ondadır ki, qadınlar çox 

vaxt məhz həmin namizədin onun stereotiplərinə uyğun gəlmədiyinə sahibkarı 

inandıracaq müvafiq təcrübəyə malik olmur. Üstəlik də əgər qadın bundan qabaq artıq 

ayrı-seçkiliyə məruz qalmışdırsa, sonradan da bunun olacağını gözləyir və öz hüququnu 

müdafiə etməkdə çətinlik çəkir. 

Lakin qadınların əksəriyyəti ənənəvi «kişi» işinə düzəlməyi heç istəmir və ya buna 

cəhd etmir. Qadınlar özünü onlara daha yaxın olan və onların daha yaxşı bildiyi «qadın» 

işində daha yaxşı hiss edir. Statistik tədqiqatlar (Prost & Fiore, 1990)  da göstərir ki, 

əgər qadın «qadına aid olmayan» işlə məşğul olarsa insanlarla münasibətindən neqativ 

nəticələr gözləyir; çünki həm kişi, həm də qadın hesab edir ki, «kişi» sənəti qadını 

romantik şərəfdən məhrum edir və onun cəlbediciliyini azaldır. 

Ola bilər ki, qadın onu iş yerində gözləyə biləcək xoşagəlməz psixoloji şəraiti 

qabaqcadan hiss etdiyi üçün «kişi» işindən qaçır. Yoder və Aniakudo (Yoder & 

Anicuado,  1994) kişi kollektivində qadını çox vaxt müşaiyət edən «sərin iş iqlimini» 

təsvir etmişlər: onlara fikir verilmir, onların professional keyfiyyətləri aşağı 

qiymətləndirilir, səhvləri isə şişirdilir, onlara münasibətdə ikili standart tətbiq edilir, onlar 

hər addımda arzuolunmaz seksual şərhə yaxud tam biganəliyə məruz qalır, bəzən hətta 

lazımi avadanlığa yaxın düşə bilmirlər. Digər tədqiqatçılar işçinin fəaliyyətinə qiymət 

verilərkən  xurafatın təsiri ilə bağlı məlumatlara müraciət edir. Robins və De Nizi (Robins 

& Denisi, 1993) işinə qiymət verilənin fəaliyyətinin onun ənənəvi qender roluna müvafiq 

olmasını  və  həm də qiymət verənin öz mühakimələrində ayrı-seçkiliyə  nə  dərəcədə 

meyilli olmasını vacib amil hesab edir. Tarla şəraitində aparılan və real işçiləri və onların 

rəislərini araşdıran tədqiqatlar göstərir ki, qiymət meyarları subyektiv, informasiya isə 

minimaldırsa, qadın  ənənəvi olaraq kişiyə aid işi yerinə yetirirsə  və  rəhbər vəzifəyə 

namizədlər müqayisə edilərkən doğrudan da qabaqcadan  yanlış qənaətə yol verilir. 

Kişi və qadınların müxtəlif xidmət sahələrində bölünməsində qeyri-müvafiqliyi izah 

edən geniş yayılmış fikirlərdən biri də insan kapitalının qiymətləndirilmə prinsipinə 

əsaslanır. Bu prinsipə əsasən, fərdin öz işinin əvəzində aldığı mükaafat onun təhsilə və 

professional hazırlığa qoyduğu sərmayədən asılı olur. Hesab olunur ki, qadınlar daha az 

qazanır ona görə ki, onların bacarığı daha azdır, onlar daha aşağı təhsil almışlar yaxud 

daha az təcrübəyə malikdirlər və  nəticədə daha aşağı qiymətə malik işçidirlər. 

Azərbaycan cəmiyyətinin nümunəsində  həmin qeyri-mütənasibliyi göstərmək 

mümkündür. Dövlət Statistika Komissiyasının 2000-ci ildə apardığı sorğuya əsasən, tibb 

fakultəsi tələbələrinin 94,8 faizi, pedaqoji fakultədə 95,6 və iqtisadiyyat fakultələrinin 50 

faizini qızlar təşkil edir. Bundan başqa, akademiklərin 97 faizi kişi cinsinin 

nümayəndələri və müvafiq olaraq yalnız 3 faizi qadınlardır; 85 faiz kişi elmlər doktoruna 

qarşı – 15 faiz qadın elmlər doktorudur; kişi cinsinə aid 75 faiz aspiranta qarşı 25 faiz 



qadın cinsinin nümayəndəsidir (State Statistical Committee of Azerbaijan Republic, 

2000) 


Qadınlar az maaş alır ona görə ki, onlar az alacaqlarını gözləyir. Ehtimal var ki, 

qadın kişidən az məvacib alacağını qabaqcadan gözləyir.  Əgər qadın az alacağını 

əvvəlcədən gözləyirsə, demək ona həmin kvalifikasiyalı kişi ilə müqayisədə daha az 

maaş da təklif olunacaq. Təcrübələrdən birində müəyyən edilmişdi ki, sahibkar rolunda 

çıxış edən iştirakçılar iş yerinə iddia edən namizədlərə onların gözlədiyi maaşı  təyin 

edirdilər: kim az maaş gözləyirdisə, ona daha yüksək məvacib iddiasında olan həmin 

kvalifikasiyalı işçi ilə müqayisədə daha aşağı maaş təklif olunurdu. Belə məlum oldu ki, 

hətta kişi və qadınların daha yüksək maaş iddiasında olduğunu bilmədikləri  şəraitdə 

belə qadınlar daha aşağı məvacib tələb edirdi (Jackson, 1992). Meycor və Forsi (Major 

& Forcey, 1993) yenicə karyera qurmağa hazırlaşan cavanlar arasında sorğu keçirərək 

aydın etmişdilər ki, qızlar özlərini oğlanların almaq istədiyi məvacibdən daha az əmək 

haqqına layiq hesab edir. Biznes sahəsində ixtisaslaşan ali təhsil müəssisələri tələbələri 

arasında da gələcək məvaciblə bağlı mühüm fərq müşahidə olunur. Jekson və onun 

həmkarları (Jackson, 1992) aşkar etdilər ki, gələcək fəaliyyətin sahəsindən asılı 

olmayaraq kollecin yuxarı kursunda təhsil alan tələbə  qızlar sinif yoldaşları olan 

oğlanlarla müqayisədə  gələcək qazancları ilə  əlaqədar daha az  məbləğə iddiaçıdır, 

halbuki bir qayda olaraq qızlar oğlanlardan daha yaxşı oxuyur. 

Aldığımız məvacibin nə dərəcədə müvafiq olduğu məsələsini həll etmək üçün biz 

adətən özümüzü başqaları ilə müqayisə edirik. Ədalət nəzəriyyəsinin mahiyyəti elə 

bundan ibarətdir.  İlkin olaraq insan münasibətləri nəzəriyyəsi adlanan bu nəzəriyyə 

insanların işə çəkdiyi zəhmətin və bundan əldə etdiyi qazancın başqalarının zəhmətinə 

və qazancına bərabər olmasını istəməyindən ibarətdir. İşə aid etsək bu o deməkdir ki,  

nəsə bir zəhmət çəkir (vaxtımızı, enerjimizi, kvalifikasiyamızı və s.) və bunun əvəzində 

nəsə  də (maaş, vəzifə pilləsi ilə irəliləyiş  və s.) qazanırıq. Aldığımızın çəkdiyimizə  nə 

dərəcədə müvafiq olmasını  həll etmək üçün biz «müqayisə qrupu» adlanan insan 

kateqoriyasının nə  çəkdiyi və  nə aldığı ilə    uzlaşmasını müşahidə edirik. Və bizim 

özümüzü razı yaxud narazı hiss etməyimiz özümüzü kiminlə müqayisə etməyimizdən 

çox güclü dərəcədə asılı olur. Nisbi mağmunluq nəzəriyyəsi bənzər ideyalara əsaslanır. 

O hesab edir ki, mağmunluq və küskünlük hissi təkcə obyektiv faktlar yaxud hadisələr 

üzündən yaranmır, bu güclü şəkildə bizim özümüzü müqayisə etdiyimiz qrup yaxud 

şəxsə nisbətən nə  dərəcədə «mağmun» hiss etməyimizdən asılı olur. Tədqiqatlar 

göstərir ki, adətən qadınlar kişilərdən müqayisə obyekti olaraq istifadə etmir (Chessier & 

Goodman,  1997). Bunun əvəzində onlar özlərini başqa qadınlarla müqayisə edir və 

qadının iş yerindəki zəhməti və qazancı digər qadınların zəhmətinə  və qazıncına 

təxminən uyğundursa, o hesab edir ki, ədalətə riayət olunur. 

Ədalət nəzəriyəsinə  əsasən,  əgər siz ödənişdə  ədalətsizlik gördünüzsə (yəni siz 

müqayisə qrupunuza mənsub olanlarla müqayisədə daha az kompensasiya alırsınızsa) 

sizdə ədaləti bərpa etmək meyli yaranır. Adətən kişilərin nə zəhmət çəkdiyi və nə aldığı 

ilə özünün çəkdiyi zəhmət və qazancı arasında qeyri-müvafiqlik tapan qadın üçün onun 

ruhi müvazinətini bərpa etməkdən ötrü bir neçə üsul mövcuddur. O, işdən çıxarsa və 

daha az zəhmət çəkərsə (yəni daha az işləsə) qeyri-bərabərliyi aradan qaldıra bilər, 

lakin bu qeyri-realdır. O, müqayisə qrupunu özünün vəziyyəti ilə müqayisədə daha 

ədalətsiz (məsələn, özünü yalnız qadınlarla müqayisə edərək) görünən başqa bir qrupla 

əvəz edərək özü üçün zahiri ədalət görünüşü yarada bilər. Daha bir mümkün yol – 

ədalətsizliyi rasional şəkildə  əsaslandırmaqdır («Ola bilsin mən onun qədər yaxşı 

işləmirəm»; «Yəqin ki, onun təcrübəsi məndən  daha çoxdur»). 

Karyera etmək istəyən qadınlar çox vaxt «şüşə tavan» hadisəsi ilə üzləşir. Bu 

metafora təşkilatlarda sanki qadının ondan o yana yüksələ bilmədiyi gözəgörünməz 

tavanın olması faktını ifadə  edir.  Bu  termin  ilk  dəfə ABŞ  Əmək naziri Linn Martin 

tərəfindən təklif olunmuşdu və  təşkilatların daxilində  «şüşə tavan»ı kvalifikasiyalı 




işçilərin vəzifə pilləsi ilə irəliləməsinə və öz təşkilatlarında rəhbər vəzifə tutmasına imkan 

verməyən süni maneə kimi izah edirdi  və kvalifikasiyalı qadın və  azlıq nümayəndələri 

çox vaxt həmin tavanın altında qalaraq oradan digərlərinin vəzifə pilləsi ilə necə 

irəlilədiyini müşahidə edirdi» (Ministerstvo truda SŞA,  1991, r.1). Bir vaxt vardı ki, 

psixoloqlar qadının onu rəhbər vəzifə üçün yararsız edən  şəxsi cizgilərə  və  şablon 

davranışa malik olduğu və məhz buna görə də yüksək vəzifələrdə  qadınların az olması 

fikrinə  tərəfdar çıxırdılar. Məsələn, Horner 1969-cu ildə kitablarından birində yazır ki, 

qadınlar işdəki uğurundan qorxur, çünki xidməti vəzifədəki nailiyyətləri qadınlıqla qeyri-

mütənasib hesab edir. Amma 70-ci illərin ortası – 80-ci illərin  əvvəlində sosial 

psixoloqlara və sosioloqlara aydın oldu ki, qadının hökmünün aşağı olmasını onun şəxsi 

keyfiyyətlərinə yazan yanaşma vasitəsi ilə  kişi və qadının hökmündəki böyük fərqi izah 

etmək mümkün deyil. 

Qadının lider rolu və  rəhbər iş üçün yararsız hesab olunmasının səbəbi yəqin ki, 

onun cəmiyyətdə hökm sürən stereotiplər əsasında qəbul olunmasıdır. Morrison və fon 

Qlinovun (Morrison & Von Glinov, 1990)  bir yerə topladığı bir neçə  tədqiqatla bağlı 

məlumatdan aydın olur ki, qadını lider rolu üçün yararsız  şəkildə  təsvir edən qender 

stereotipləri cəmiyyətdə o qədər güclüdür ki, qadın karyerası ilə bağlı  qərar qəbul 

edilərkən və kadr seçilərkən bunun əksini bildirən şəhadətlər heç nəzərə alınmır. 

Bizim  şüurumuzda qadın obrazı  rəhbər rolu üçün yox, başqa keyfiyyətlər tələb 

edən ənənəvi qadın rolu üstünlük təşkil etdiyi üçün biz qadında rəhbər işə yararlı  insan 

görməkdə  çətinlik çəkirik. Sonra Şeyn və Müller (Schein & Mueller, 1992)  Birləşmiş 

Ştatlarda, Almaniyada və Böyük Britaniyada kişilərin bu stereotiplərə eyni səviyyədə 

riayət etdiyinin şahidi oldular. Onlar həmçinin aşkar etdilər ki, alman qadınlar da alman 

kişilərindən az olmayaraq rəhbər vəzifəni «kişi» işi hesab edir; Böyük Britaniyanın 

qadınları da rəhbər vəzifələri kişiyə aid edir. amma alman qadınları  qədər də yox; 

amerikalı qadınlar isə  hər iki cinsin işə  rəhbərlik üçün vacib olan keyfiyyətlərə eyni 

dərəcədə malik olduğunu hesab edir. Məsələn,  bir çox insanlar qadının emosional və 

qətiyyətsiz (lider üçün olduqca xoşagəlməz kefiyyət) olması fikrinə tərəfdar çıxır. Biznes 

sahəsində ixtisaslaşan tələbələr  qadın rəhbərə yumşaq xasiyyət, insanlara qarşı 

diqqətcillik və asılılıq kimi cəhətlər aid edir (Frank, 1998); digərləri isə göstərir ki, bu 

cəhətlər pis rəhbər obrazı ilə eyniləşdirilir.  Əksinə, sərt və yarışqan rəhbərlik tərzi 

kişilərə xas sayılır. 

Kann və Ziqfrid (Cann & Siegrried, 2000)  bəzi tədqiqatlara əsaslanaraq təsdiq edir 

ki, «yaxşı menecer» və «tipik kişi» stereotipləri bir çox halda üst-üstə düşür. Onlar 

göstərir ki, bu zaman misalların və nəzəri tədqiqatların əksəriyyəti yaxşı liderin məqsədə 

doğru gedən, insanlarla ünsiyyət qurmağı bacaran olmasını və onlara layiqincə qiymət 

verə bilməsini (tipik qadın keyfiyyətləri) təsdiq edir. Alimlər aşkar etmişdir ki, uğur 

qazanan liderin davranışına ilk növbədə qadın davranışı üçün səciyyəvi olan əlamətlər 

də daxildir. Onlar bu nəticəyə  gəldi ki, lider kişi stereotipi liderin rolunu daraldır və 

rəhbərin müvəffəqiyyətli fəaliyyəti üçün mühüm olan bir çox keyfiyyətləri nəzərə almır. 

Şeyn və onun həmkarları yazır ki, menecer hazırlayan universitetlərin tədris proqramları 

yaxşı rəhbər üçün hansı kefiyyətlərin vacib olmasına diqqəti artırmalıdır. 

Qadının ev və ailə ilə bağlı vəzifəsi də ona vəzifə pilləsi ilə yüksəlməyə mane olur. 

Ola bilsin ki, qadının evdəki vəzifələri onun vəzifə pilləsi ilə irəliləməsindən ötrü işinə 

əlavə güc sərf etməsi üçün imkan yaratmır. Ehtimal ki, qadın üçün rəhbər olmaq 

çətindir, çünki o axşamlar işdə qalaraq bazar günləri də  işləyə bilməz, çünki uşaqlara 

qayğı onun vaxtını çox alır. Ola bilsin ki, o bilərəkdən daha aşağı karyera perspektivi 

olan işi seçir ki, bu, evdə onun üçün böyük problem yaratmasın (bu ehtimal sosial 

psixologiyada  şəxsi seçim hipotezi  adını almışdır). Bu mövzuya dair aparılmış 

tədqiqatlar ərləri ilə müqayisədə işləyən qadınların ev və ailə, uşaqla bağlı məsuliyyətin 

əsas hissəsini öz üzərinə götürməsinə şübhə yeri qoymur. (Bilar & Lichter, 1999). Bəzi 

qadınlar üçün bu, doğrudan da onların işə əlavə vaxt itirməsi və ezamiyyələrə getməsi 




(bunsuz vəzifə pilləsi ilə yüksəlmək mümkün deyildir) üçün səbəb deyildir. Valdets və 

Gütek (Valdez & Gutek, 1997) 827 nəfər işləyən qadını müqayisə edərək aşkar etmişlər 

ki,  qadın rəhbərlər arasında rəhbər vəzifə tutmayan qadınlarla müqayisədə ailəsiz 

olanlar daha çoxdur. Onlar həm də görmüşlər ki, həmin işlə  məşğul olan qadınların 

arasında övladı olmayan çox olduqca, üç və daha artıq uşağı olanların sayı daha aşağı 

olur. 


Qender münasibətləri sosial normaların insanlar tərəfindən necə mənimsənməsinə 

və onların davranışına necə  təsir göstərməsinə parlaq misaldır. Lakin sosial 

psixoloqların marağına səbəb olan bu deyil. Onların əksəriyyəti hesab edir ki, ənənəvi 

qender rolları şəxsiyyətin inkişafını çərçivəyə salır və sosial bərabərsizliyə aparır. 

İnsanlar çox zaman sual verir: «Kişi və qadının rolları müxtəlifdir, amma onlar 

bərabərdir – bunu dəyişdirmək nəyə  gərəkdir?». Onlar hesab edir ki, ənənəvi kişi və 

qadın rolları bir-birini tamamlayır və kişi ilə qadın arasındakı bioloji fərqə əsaslanmışdır. 

Bizim dövrümüzdə  ənənəvi qadın rolunun qoyduğu mühüm məhdudiyyətlərdən biri də 

odur ki, işləyən qadın ev qayğılarını və uşaqlarla bağlı məsuliyyəti öz üzərində daşıyır. 

Evdən kənarda iş gününü başa çatdıran qadın evə  gələndən sonra ikinci iş gününə 

başlayır. Bu «ikinci iş günü» kişi və qadınlarda «istirahət vaxtındakı qırılma»nın səbəbini 

təşkil edir (Chochild, 1989). Tədqiqatlar kişilərin son 10 il ərzində təsərrüfata sərf etdiyi 

vaxtın  əhəmiyyətli dərəcədə artdığını göstərsə  də, işləyən qadın  əvvəlki kimi orta 

hesabla ev işinin 69 faizini özü yerinə yetirir (Berardo, 1997). Qadının işə  sərf etdiyi 

vaxtın artması onun evdəki vəzifəsinin azacıq dərəcədə ixtisar olunmasına gətirsə də, 

uşaqlarla bağlı sərf olunan (uşaqların məktəbə hazırlanması, həkimə baş çəkmək və s.) 

vaxtın həcmi tamamilə dəyişməz olaraq qalır. 

ABŞ-da 3000 ailədə aparılan tədqiqatdan istifadə edən Bler və Lixter bu nəticəyə 

gəlmişlər ki, qadınlar evdə orta hesabla kişilərdən iki dəfə çox iş görür (həftədə 33 saat 

– 14 saata qarşı). Blerin, Lixterin və Hünterin araşdırmalarında da ğəsdiq olunur ki, ev 

işi sırf «cinsi mənsubiyyət»ə görə bölünür, özü də «qadın» işləri – bir qayda olaraq, hər 

gün, müəyyən saatlarda yerinə yetirilməli olan işdir (yemək hazırlamaq yaxud qab 

yumaq), «kişi» işi isə (bağçada iş görmək, evdə nəyisə təmir etmək) vaxtını daha azad 

bölüşdürməyə imkan verir (Bliar, 1991) (Gunter, 1990). 

İşlə  həddindən çox məşğul olmaq ənənəvi qadın roluna uyğun gəlmir, buna görə 

də işləyən qadın çox zaman narahatçılıq keçirir və özünü günahkar hiss edir. Ola bilsin 

ki, bu hisslər, həmçinin rəhbər işin ağırlığı ilə birlikdə qadının öz üzərində  çəkməli 

olduğu dağ boyda ev və ailə qayğıları bir çox qadınları karyerasını inkişaf etdirməkdən 

ötrü bütün bu ziddiyyətləri minimuma endirən yollar (buna çox zaman «ana yolları» 

deyilir)  axtarmağa məcbur edir. Nə  qədər gülməli görsənsə  də, qadın karyerası üçün 

minus sayılan ailənin mövcudluğu faktı kişi üçün plyus sayılır. 

Bizlərdən bir çoxumuz o etiqadla böyümüşük ki, qadının yeri oğacın başındadır. İlk 

baxışda bu nə  qədər yaxşı görünsə  də (hər gün işə getmək lazım gəlmir) bütün 

gününün evdə keçirən qadının az işlədiyini söyləmək yanlış olardı. Əslində ortastatistik 

ev xanımı ev işlərinə  həftədə 48 saatdan 70 saata qədər vaxt sərf edir (Hide, 1992). 

Üstəlik də ödənişli iş insanın tək iqtisadi deyil, həm də hörmətə, stimula ehtiyac kimi bir 

çox sosial problemlərini həll edir. Bütün gününü evdə keçirən insanın bu tələbatlarını 

ödəməsi çox mürəkkəb məsələdir. 

1963-cü ildə Betti Fridanın «Qadının xüsusi istedadı» (The Feminine Mystique) 

kitabı çapdan çıxdı. Fridan «qadının xüsusi istedadı» sözbirləşməsindən istifadə 

etməklə qeyd edirdi ki, şəhərkənarında yaşayan amerikan ev xanımının sosial cəhətdən 

təminatlı və uğurlu qadın olması ilə bağlı təsəvvür həmişə düzgün deyildir. Fridan qeyd 

edir ki, çətinlik bir çox qadınların həyatdan narazı olduğu və bundan sıxıntı 

çəkməsindən ibarətdir, axı onlar bəxtinin nə  qədər gətirdiyini hiss etməli olduqlarını 

bilirlər. «Ailə ocağının mühafizəçiləri» ilə apardığı söhbətdən Fridan aydın etdi ki, arzusu 

yalnız həyat yoldaşı  və ana olmaq olan qadınlar belə  həyatından narazılıq hiss edir. 




Onun  əldə etdiyi məlumatlara görə,  əsas problem qadının başqalarının ehtiyacına 

xidmət etməsindən, öz şəxsiyyətinə isə malik ola bilməməsindədir. Bəli, onların 

oynadığı rol vacibdir, çünki onların uşaqlarına və  ərinə  həyatda nəyəsə nail olmağa 

imkan verir; amma başqalarında yaşamaq heç də  sənin özünün yaşaması demək 

deyildir. Buna baxmayaraq hesab edilir ki, elə bu qadınlara xas olan «xüsusi istedad», 

qadın varlığının zirvəsidir. Fridanın sözlərinə görə, «ailə ocağının mühafizəçisi» rolu ilə 

bağlı başqa bir problem ondan ibarətdir ki, ev xanımı «bortdan atılan» kimi insanların 

həyatındakı  ən mühüm hadisələrdən kənarda qalır və özünü mükəmməl insan hesab 

edə bilmir. «Sevgi, uşaqlar və ev – yaxşı  şeydir, amma qadın üçün yazılan sözlərin 

əksəriyyətində belə deyilsə də, bu heç də bütün dünya demək deyildir» (Friedan, 1963, 

p.67). Fridanın kitabı 39 il əvvəl çap olunmuşdur, amma müəyyən dərəcədə «qadının 

xüsusi istedadı» barədə  təsəvvür və bununla bağlı olan problemlər bu gün də 

yaşamaqda davam edir. 

Azərbaycanlı ailəsində qıza öyrədirlər ki. o özünü layiqli aparmalı, yaxşı davranış 

tərzinə malik olmalı, hər şeylə razılaşmalı, mehriban olmalıdır, çünki məhz qız ənənə və 

etik normaların daşıyıcısıdır. Qızların asılılığı, qeyri-müstəqilliyi həvəsləndirilir, amma 

oğlanda isə müstəqillik və  məqsədə doğru irəliləmək, güclü iradə, iddiaçılıq rəğbətlə 

qarşılanır; təcavüzkarlığa və emosiyalarını boğmamağa ijazə verilir. Adətən  ənənəvi 

Azərbaycanlı ailəsində ana qızı  oğlandan daha çox nəzarətdə saxlayır. 2000-ci ildə 

aparılmış sosioloji sorğu gənc qız və oğlanlarla bağlı prioritetləri aydın şəkildə əks etdirir 

(Gender and Economy, 2000). «Sizin üçün həyatda  ən vacib olan nədir?» sualına 

qızların 53 faizi -  «ailə və uşaqlar», 18 faizi – «maddi firavanlıq», 19 faizi – «sevgi», 5 

faizi – «iş  və  təhsil», 3 faizi – «ictimai tədbirlər» və 2 faizi – «istirahət» cavabını 

vermişdir. 

Yeganə rolu ev xanımı olan bir çox qadının keçirdiyi frustrasiya üçün 1997-ci ildə 

Tavris xüsusi – ev sahibəsi sindromu (housewife syndrome) – adlanan termin icad 

etmişdi (Tavris & Offir, 1997). Ferri (Feree, 1980) qeyd edirdi ki,  ev xanımları çox vaxt 

öz sosial izolyasiyasını hiss edir. O hesab adirdi ki, hərəkət azadlığının məhdudluğu, 

şəhərdən kənardakı  həyat,  ətrafda işləyən qadınların olması  və kiçikyaşlı  uşaqların 

müntəzəm diqqət tələb etməsi kimi amillər həmin hissi daha da gücləndirir. İstehsalatda 

işləyən qadınların sayının artması evdə qalanların bayramvari və qayğısız həyat 

keçirdiyi barədə cəmiyyətdə geniş yayılmış təsəvvürü möhkəmləndirir və ev işlərinin bu 

cür aşağı qiymətləndirilməsi ev xanımlarının həyatdan narazılığını daşa da artırır. Yəqin 

ki, buna görə də bəzi tədqiqatçılar hesab edir ki, ev xanımlarının özünüqiyməti işləyən 

qadınlarla müqayisədə daha aşağıdır. Bəzi tədqiqatlarda hətta  evdə oturan qadının 

depressiyaya istehsalatda işləyənlərdən daha çox uğraması təsdiq olunur. Qouv (Goav, 

1992) ehtimal edirdi ki, ev xanımları depressiyaya daha çox uğrayır, çünki onların işi 

daha yeknəsəngdir və az qiymətləndirilir, razılıq mənbəyi isə yalnız birdir. Krouz 

(Krause,  1995) hesab edir ki, nə vaxtsa qadın rolunu qeyri-ənənəvi başa düşən, lakin 

ənənəvi dünyagörüşə malik kişiyə  ərə gedən ev xanımları öz rolundan daha çox 

narazıdır və  həmişə  ənənəvi etiqada malik olanlardan daha etz depressiyaya uğrayır. 

Perri-Censkins (Perry-Cenkins, 1992) qadının evdəki vəzifəsi və işindən razılığı ilə onun 

bu rola verdiyi qiymət arasında birbaşa asılılığın olduğunu söyləyir. Məsələn, öz gəlirinin 

ailə üçün ərinin qazancı  qədər vacib olduğunu hesab edən qadın onun gəlirinin 

ikincidərəcəli  əhəmiyyəti olduğunu görən yaxud onun gördüyü işin lazımlığına  əmin 

olmayan qadınlarla müqayisədə həyatından daha çox razı olur. 

Ev xanımı rolunun qadına necə təsir göstərdiyi barədə alimlərin fikri bölünür, lakin 

psixoloqların  əksəriyyəti rul qazanan qadının evdə daha böyük hakimiyyətə malik 

olması ilə razılaşır. Ailədə hakimiyyət nəzəriyyəsinə görə. daha böyük iqtisadi imkana 

malik olan ər yaxud arvad həmiq səviyyədə  də hakimiyyətə malik olur. Ev xanımının 

ərindən maliyyə asılılığı onu evdə daha az nüfuzlu fiquraya çevirir, çünki pul «onun» 

puludur və «əsil» işlə məşğul olan yeganə şəxs də odur (çünki qadının evdəki zəhməti 




ödənmir; insanlar onu ödənişli zəhmətlə müqayisədə daha az dəyərə malik sayırlar). 

İşləyən arvadın ailədə evdə oturandan daha yüksək hörmətə malik olduğunu təsdiq 

edən bir neçə  tədqiqat  əsəri mövcuddur. Erikson və  həmkarları (Erickson, 1999) bu 

nəticəyə  gəlmişlər ki, nüfuzlu ixtisasa malik ərlər ailə  həyatında öz dediyinin üstündə 

durmağa meyilli olur. Ailədə cinslərin bərabərsizliyi ailədən kənarda analoji qeyri-

bərabər şəraitin formalaşmasına təsir göstərir. Evdə ərlə-arvaddan birisinin daha üstün 

hakimiyyətə malik olmasının bilavasitə onun daha çox pul alması yaxud daha nüfuzlu 

işdə çalışması ilə bağlılığını ehtimal edən birmənalı sübut yoxdur. Amma hər halda əgər 

biz maliyyə  cəhətdən kimdənsə asılıyıqsa və  həmin  şəxs bizdən daha yüksək sosial 

statusa malikdirsə, bu insanın bizim üzərimizdə bizim onun üzərində olduğumuzdan 

daha artıq hakimiyyətə malik olması fikri ilə hamı razılaşar. 

Kişilərin bir qrup olaraq böyük təsirə malik olması qender fərqinin mövcudluğunu 

bizdən gizlədir və  dəyişikliklərə mane olur. Özü də qadın və kişi rollarının qarşılıqlı 

əlaqəli təbiəti onlardan birində dəyişiklik baş verərəsə bunun digərində də dəyişikliklərlə 

müşaiyət olunmasını  nəzərdə tutur. Tarixən formalaşmış kişilik və qadınlığın təyini də 

kişinin qadın üzərində müəyyən hakimiyyətə malik olması vəziyyətinə dəstək verir və bu 

vəziyyəti dəyişmək üçün qadın rolunda diqqəti cəmləmək azdır, kişi roluna da nəzər 

salmağın vacibdir; axı kişilər  ənənəvi kişi rolunun ucbatından çox şey itirirlər. Bundan 

savayı, kişilər də  həmişə  ənənəvi kişi rolunun yaratdığı  və  dəstəklədiyi çətinlik və 

məhdudiyyətlərlə qarşılaşır. 

Kilmartin (Kilmartin, 1994) hesab edir ki, müasir psixologiyanın  əsasını kişi 

psixologiyası  təşkil edir, çünki norma olaraq kişi davranışı araşdırılmışdır və uzun 

müddət tədqiqatlarda yalnız kişilər iştirak etmişdir. Buna baxmayaraq o söyləyir ki, 

psixologiya praktiki olaraq heç vaxt kişilərin qender mənsubiyyəti ilə bağlı spesifik 

duyğularına müraciət etməmişdir. Kilmartin kişi psixologiyasının öyrənilməsinin 

vacibliyini göstərən aşağıdakı səbəbləri belə şərh edir: 

 

1. Bütövlükdə kişilər qadınlardan daha artıq nüfuza malik olsa da, bu nüfuzdan 



məhrum olan kişilər də var ki, onların sayı o qədər də az deyil və  sərt kişi 

sosiallaşması onlara yalnız zərər vurmuşdur. Üstəlik də cəmiyyətdə nisbətən böyük 

hakimiyyətə malik olan kişilər dəyişiklərin həyata keçirilməsində intensiv rol oynayır. 

2. Güclü qadınla ünsiyyətdə olan kişi bəzən ciddi sıxıntı hiss edir. Axı uşaq yaşlarından 

oğlan o etiqadla böyüyür ki, məhz o güclü və hökmlü olmalıdır, buna görə də güclü 

qadın kişi başlanğıcı üçün təhlükə kimi qəbul olunur. Bu ziddiyyət öz həllini tələb 

edir, çünki güclü qadınların sayı gün-gündən artmaqdadır. 

3. Kişidə  ətrafdakılarla qarşılıqlı münasibətin keyfiyyəti o səbəbdən zərər çəkir ki, bu 

münasibətlər insanın ehtiyacı – əsas emosiyaların ifadəsi üçün yer tapılmayan 

çərçivədə baş verir. 

 

Bu gün ənənəvi kişi rolunun qoyduğu məhdudiyyətlərlə bağlı elmi tədqiqatların sayı 



çox deyil. Psixoloqlar qadının rolunu yalnız feminist hərəkatın cəmiyyətin diqqətini 

qadının aşağı sosial statusuna gəlb etməsindən sonra öyrənməyə başlamışlar. Son bir 

neçə ildə kişinin oynadığı rol da tədqiqatçıların diqqət mərkəzində qalmaqdadır. 

Kişi rolu da qadın rolu kimi modelləri güclü şəkildə  müşahidə etməklə  və  mədəni 



kanallar vasitəsi ilə, məsələn, kütləvi informasiya vasitələri ilə  mənimsənir. Rolun 

daşıyıcıları müntəzəm normativ və informativ təzyiq altında olur. Kişilərin başı onlara 

«kişiliyin» nə olduğu barədə bilik verən sosial informasiya okeanına qarışmışdır 

(informasiya təzyiqi); cəmiyyət onları qenderə müvafiq davranışına görə 

həvəsləndirməkdə və rol normaları çərçivəsinə yerləşməyən kiçicik bir hərəkətə görə isə 

cəzalandırmaqdan yorulmur (normativ təzyiq). Kişinin davranışı onun mədəniyyətdən 

qanına hopmuş kişilik bərədə təsəvvürünə əsaslanır. Kişinin necə olması və nə etməsi 

ilə bağlı etiqad Plek və onun həmkarlarının (Pleck, 1993) «kişilik ideologiyası» 




adlandırdığını  təşkil edir. Bu ideologiya həm də kişi qender rolu adı altında tanınan 

sosial normalar toplusundan başqa bir şey deyil. 

Tompson və Plek (Pleck, 1993) kişi rolunu «kişilərin nə hiss  etməli və  nə etməli 

olduğu barədə göstəriş və qadağalardan ibarət sosial normalar» kimi müəyyən etmişlər. 

1986-cı ildə kişilər, kollecdə oxuyan tələbələr arasında tədqiqat aparan Tompson və 

Plek  görmüşlər ki, həmin rol normalarının strukturu 3 amildən yaranır: 

 



  Müvəffəqiyyət / statusu norması (The Succes/Status Norm) – kişinin sosial 

dəyərinin onun qazancı  və  işdəki müvəffəqiyyəti ilə müəyyən olunduğunu təsdiq 

edən qender sterelotipidir. 

 Bern 



və Lever (Burn & Laver, 1994) böyükyaşlı kişi və qadınların kişinin karyeraya 

can atması ilə əlaqədar təəccüb doğuracaq qədər həmfikir olduğunu aşkar etmişlər. 

Onların  əksəriyyəti həm də kişinin çoxlu pul qazanmalı olduğu fikrinə  tərəfdar 

çıxmışlar. Devis gündəlik qəetlərdə tanışlaqla bağlı  dərc olunan elanların təhlilini 

aparmışdı. O, müəyyən etmişdir ki, kişilərdən fərqli olaraq qadınlar gələcək 

namizədin işi və maliyyə vəziyyəti ilə xüsusiylə maraqlanır (Davis, 1990). Romantik 

görüşlər bizim kişiyə onun qadını pulla təmin etmək imkanına  əsaslanaraq qiymət 

verməyimizə gözəl nümunədir. Kişilər üçün bir çox məhdudiyyətlər də həmin norma 

ilə bağlıdır. Birincisi, kişilərin  əksəriyyəti  100 faiz buna müvafiq gəlmir və bu 

səbəbdən də aşağı özünəqiymətə malikdirlər. Kilmartinin sözlərinə görə, «kişilər bir 

qrup olaraq qadınlardan daha böyük iqtisadi hakimiyyətə malikdir və kişilərin 

əksəriyyətinin iş yeri olacaq, amma karyera ilə məşğul olmayacaq» (Klimatrin, 1994, 

p. 171).  

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI  

 

1.  Майерс Д. Социальная психология.  Санкт-Петербург, 2000 

2.  Шон Берн. Гендерная психология. Санкт-Петербург, 2001 

3. Bem S.L., 1981. Gender schema theory: A cognitive account of sex typing.// 

Psychological review, # 88 

4.  CannA. & Siegfried W.D., 2000. gender stereotypes and dimensions of effective 

leader behaviour. //Sex Roles, # 23 

5.  Chessler P. & Gooedmann E.J., 1997. Women, money and power. N-Y: Morrow 

6. Davis S.,1990. men as success objects and womne as sex objects:A study of 

presonal advertisements.//Sex Roles, # 23 

7. Eccles J.S., 1990 Gender-role socialization. Social psychology. Forth Worth, TX:Holt 

Rinehart Winston 

8.  Fiske S.T. & Taylor S.E.,1994. Social cognition. N-Y: Random House 

9. Frank E., 1998. Business students’s perceptions of women in management. //Sex 

Roles # 19 

10. Friedan  B,  1963. The feminine mystique. N-Y: Norton 

11. Click  P.,  1991. Trait-based and sex-based discrimination in occupational prestige, 

occupational salary, and hiring.//Sex Roles, # 25 

12. Gunter  N.C.,  1990. Domestic divion of labor among working couples.//Psychology of 

Women Quarterly, # 14 

13. Ishii-Kuntz  M,  1993. Japanees fathers: Work demands and family roles. Newbury 

Partk, CA: Sage 

14. Kilmartin  C.T.,  1994. The masculine self. N-Y:Macmillan 

15. O’Neil  J.M.,  1990. Assesing men’s gender role conflict. VA: American Assosiation for 

Counceling and Development 

16. U.S. Department of Labor,1991. Areport on the Glass Sieling Initiative. Washington, 

DC:U.S. Depart,ment of Labor 



17. Azerbaijan Human Development Report, 2000 

18. UN Human Development Report, 1999 



 

Document Outline

  • M?s?g?l?l?rin plan?

Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə