75
...Məndən xoşbəxt varmı dünyada, deyin?!
Ey telli yavrusu Süleyman bəyin!
Bəxtim tərlan imiş, yeyindən yeyin,
Heç kəsə bu bəxti vermərəm sənsiz!
...Sonatək göllərdə üzsən də mənsiz,
Quş olub göylərdə süzsən də mənsiz.
Sən Əsli qalsan da, dözsən də mənsiz,
Alışıb yanaram mən Kərəm, sənsiz!
Şükriyyə taleyim, şükür xudaya!
Gördüyüm doğrumu, yoxsa pək röya?!
Dolub ürəyimə bu dadlı xülya,
Şirin günlərimi sürmərəm sənsiz!
...Şerimin sözüsən, sözün ahəngi!
Üzündə bərq vurur güllərin rəngi!
Xəyalın, camalın gözəl çələngi!
İlham yetim qalar, ağıl−kəm, sənsiz!
Şer 1917-ci ildə Gəncədə qələmə alınmışdır. Məlum oldu-
ğu kimi, Ə.Cavad öz sevgilisini götürüb qaçanda buraya gətirmiş,
birgə ailə həyatının ilk əsrarəngiz şirinliyini də məhz bu zaman
duymuşdu. İctimai gerçəkliyin gözlənilməz təlatümləri, oduna-
alovuna Ə.Cavadın özünün də düşdüyü müharibə keşməkeşləri,
doğma elində əməlpərvər məsləkdaşları ilə birgə istiqlaliyyət uğ-
runda gah gizli, gah açıq apardığı mübarizə - bütün bunlar bir-bi-
rini dünyalar qədər sevən yüksək əxlaqlı, mədəni, qeyrətli iki ca-
vanın səmimi münasibətlərinin qarşısını ala bilməmişdi. Bu bən-
dlər təkcə Ə.Cavadın özünün yox, elə Şükriyyə xanımın da qəl-
76
binin dərinliklərindən süzülüb gəlirdi. “Sevdasız həyatın mənası
yoxdur!” qənaətinə tapındığı üçündür ki, o, öz ağır ellərini, saylı-
sanballı qohumlarını, böyük nüfuz və sərvət sahibi olan əziz
atasını qoyub, uzaq yollar keçərək Ə.Cavadla birgə Gəncəyə gəl-
mişdi. “Sənsiz” rədifli qoşmadakı ruh, onun mahiyyətini təşkil
edən əsas motiv bu qəbildən olan şerlərin demək olar ki, hamısı
üçün səciyyəvidir. Onların hər birindən birinci şerlə səsləşən bu
cür gözəl nümunələr seçib misal gətirmək olar:
Mən hey göyə baxdım... göy mənə baxdı,
Yollara baxmaqdan gözlərim axdı.
Şimşək oldu, ancaq bir kərə çaxdı,
Baxdı qurbanına, qurban olduğum!
O, mənim şerimin ruhu, rəvacı,
Bütün gözəllərin başının tacı,
Bilməzmi ki, onsuz ömrüm çox acı,
O haqq divanına qurban olduğum?!
Bu qədər sevən, sevilən lirik qəhrəmanın öz kamına çatdı-
ğı, arzusuna qovuşduğu məqamlar da az olmamış və etiraf edək
ki, həmin əhval-ruhiyyənin təsvirində Ə.Cavadın qələmi daha
inamlı, kəlamı daha rəvan və axıcıdır:
Ey tanrının cənnət uman qulları,
Mən cənnəti bu dünyada tapmışam!
Aramaqdan bezdiyiniz yolları
Axtarmadan mən sevdada tapmışam!
Vaxtilə ən müxtəlif münasibətlərlə, əhval-ruhiyyəsinin çe-
şidli vəziyyətlərində Ə.Cavadın Şükriyyə xanıma bədahətən söy-
77
lədiyi, yaxud yazdığı parçalardan bir qismi, yuxarıda dediyim ki-
mi, öz ünvanının yaddaşında əbədilik həkk olub:
Üç qərənfil verəyim,
Aç qoynunu girəyim.
Sən ordasan, mən burda,
Soyuqdanmı öləyim?!
Armud dalda ballanır,
Yerə düşər xallanır,
Oğlan padşah olsa,
Yenə qıza yalvarır.
Yazı yazdım yaz idi,
Qələmim bəyaz idi,
Qınama, bəy əfəndim,
Mürəkkəbim az idi.
Gedəlim əlinizdən,
Qurtulum dilinizdən.
Yaşılbaş ördək olsam,
Su içməm gölünüzdən.
Qədim türk bayatılarının ətrini verən bu parçalar da bir da-
ha göstərir ki, dönə-dönə zamanın sərt sınaqlarına məruz qaldıq-
larına, özlərindən asılı olmayaraq dəfələrlə ümid qığılcımının gö-
rünməz olduğuna baxmayaraq, Ə.Cavadın Şükriyyə xanım haq-
qında duyğuları axıradək dəyişməmişdir. Beləliklə də bir sənət və
vətənpərvərlik mücəssəməsi ilə bir ismət və səmimiyyət mücəs-
səməsi bütün şüurlu ömürləri boyu bir-birini son nəfəslərinə
qədər sevmiş, tanış olduqları ilk xoşbəxt çağlarında etdikləri əhd-
78
peymana həmişə sadiq qalmışlar. “Gözüm yoldadır” şeri də bu
həqiqəti daha yaxşı dərk etməyə dəstək verir. Bu şer 1930-cu ilin
yayında Slavyanka yaylağında yazılmışdır. Qalan bütün motivlər
əsərin özündə çox aşkar təqdim edildiyi üçün onu burada eyni ilə
verməyi məqsədəuyğun sayıram.
A dostlar, bir qumral tərlanım uçdu,
Yollarda yolçum var, gözüm yoldadır.
On beş gün ayrılıq on beş il keçdi,
Öldürdü intizar, gözüm yoldadır.
Hanı mənim arxam, qolum-qanadım,
Hörmətim, izzətim, şöhrətim, adım?!
Qardaş bərabəri gözəl arvadım,
Söyləyin, durnalar, gözüm yoldadır!
Getmişdi on günə, çıxdı on beşə,
Neçin saldı məni belə təşvişə?
Demədimmi, saqın! Könül bir şüşə,
Gec gəlirsən, sınar, gözüm yoldadır.
O ki, verdi sənə həp var-yoxunu,
Qəlbimə sapladın hicran oxunu,
Yastığından aldım gözəl qoxunu,
Yastığın gül qoxar, gözüm yoldadır.
Ey vəfasız, sənin ürəyin daşdan,
Neyçin söyləmədin, gülüm, bu başdan:
“Yarı az sevirəm qohum-qardaşdan”
Qohumlu baxtavar, gözüm yoldadır!