Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə108/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   104   105   106   107   108   109   110   111   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

439 

 

Yəni baş  kəsilmiş olduğu üçün danışa bilməyən bir dil başı  ağılsız, 



biliksiz olanın dilindən yaxşıdır. Demək, yersiz danışmaq lal olmaqdan 

pisdir. 


 

136


                                 Məclis qur, ulduzlar nur verdi yerə, 

                                       Firiştə qapını açmış göylərə. 

Böyüklərlə məsləhətləş, müharibə və sülh məsələsini müzakirə və həll et. 

Tale ulduzları göydən baxır, qədər mələkləri asimanda qapıları açıb gözləyir. 

137 

                                               



Çəmşid tarixini oxu bir daha, 

                                       O ayı gör necə uddu əjdaha. 

İran mifologiyasında deyilir ki, çiyinlərində iki ilan bitmiş Zöhhak 

Cəmşidin taxtını  əlindən almışdı. Burada əjdaha - Zöhhak, ay isə  -

Cəmşiddir. 

138


                                Haman əjdahaya sonra Firidun

                                      Əjdaha gücüylə açdı nə oyun? 

Yəni sonra Cəmşidin nəvəsi Firidun böyük bir qüvvətlə hücuma keçib, 

Zöhhakı məğlub etdi. 

139

                               Öz mülkümdən mənə iqta göstərmə, 



                                     Süheylə baratı Yəməndən vermə. 

Burada  İskəndər Daraya cavab verir ki, öz ölkəmdən mənə pay vermə. 

Süheyl ulduzu özü Yəməndədir, yəni Yəmənə  məxsusdur, ona Yəməndən 

barat verilməz. 

140

                              Divlərlə oturub dursa Süleyman



                                    Qalmaz barmağında üzüyü, İnan! 

Ehtiras və tamah divi ilə dostluq etmə, yoxsa Süleyman kimi padşahlıq 

üzüyünü itirmiş olarsan. 

Şərq mifologiyasından məlumdur ki, Suleyman Bilqeysə aşiq olmuşdu və 

ona sonsuz dövlət və  sərvət verməyə hazır idi. Bilqeys də Süleymandan 

yalnız üzüyünü istəmiş (Süleymanın üzüyü "Möhri-Süleymani" adı ilə 

məşhurdur; güya o, bütün aləmə  həmin üzüyün vasitəsi və gücü ilə hökm 

edirmiş), o da üzüyü vermiş, Bilqeys isə onu alıb yanından keçən arxın içinə 

atmışdı. 

141


                                Çıxarkən bir sənlik, mənlik ortaya, 

                                      Ah, necə doymasın cana bu dünya?! 

Yəni dünyanın işləri ona görə düzəlmir, insanlar ona görə cana gəlmişdir 

ki, mən və  sən bir zamanda yaşayırıq, heç birimiz bir-birimizi bəyənmirik, 

xudbinlikdən əl çəkmirik. 

142 


                                               

Bilirəm, bax, budur, fikrinin canı: 




_______________  

Milli Kitabxana

  ________________ 

440 

 

                                       Tutmaz bir tərəzi iki batmanı. 



Yəni iki düşmən iki batmanlıq daş kimidir ki, hərəsi tərəzinin bir gözündə 

bir-birinə qarşı durmuş, biri o birisindən aşağı və ya yuxarı olmur. 

143

                                Məni öz daşınla gəl çəkmə daha, 



                                      Bəhməni bununçün vurdu əjdaha. 

 



_______________  

Milli Kitabxana

  ________________ 

441 

 

Yəni sən özünü mənimlə müqayisə etmə, sən mənə bərabər deyilsən; mən 



sənin nəzərində kiçiyəmsə də, sən belə imtahana girmə, çünki Bəhmən belə 

imtahanda  əjdaha tərəfindən uduldu. Bu, ehtimal ki, Bəhmən  Ərdəşir ilə 

yeznəsi və  sərkərdəsi Mekabizin əhvalatına işarədir. Qüdrət və  əzəmətinə 

güvənən Bəhmən ona qarşı üsyan edən Mekabizin əlində aciz qalmışdı. 

144 

                                                 



Cavabda daş, dəniz atsan ortaya

                                         Dağ kimi daşımı ataram suya. 

Yəni  əgər özünü dağ  və  dəniz kimi əzəmətli sayaraq mənə meydan 

oxusan, mən də daşdan olan kökümü dənizdə yerləşdirib, dağ kimi sənə qarşı 

duraram. 

145 


                                                 

Çin şahı şəhərə nəfəs verərkən, 

                                         Ulduzu Günəşə dəyişdi Ədən. 

Yəni səhər açılıb Günəş çıxınca, Ədən dənizinə bənzəyən göy ulduzlarını 

verib, onun əvəzinə Günəşi aldı. 

146


                                  Yollara töküldü dəmirdən tikan. 

Qədim  Şərqdə (hətta orta əsrlərdə Avropada da) müharibə zamanı 

düşmənin dəvələrini, atlarını  zəif salmaq üçün onların keçdiyi yollarda 

ayaqları altına üçkünc dəmir tikanlar tökərdilər. 

147

                                   Davullar gurlarkən dəhşət verərək



                                         Təbilin dodağından öpürdü fələk. 

Yəni təbillərin gurultusu göylərə qalxmışdı, fitnəkar fələk fitnə 

qoparmaqda öz havadarı olan davulların, təbillərin ağzından öpürdü. 

148


                                   O qədər toz qonmuş tərkə, yəhərə, 

                                         Yer göyə dönmüşdü, göy isə yerə. 

Yəni döyüş zamanı heyvanların ayaqları altından göyə o qədər toz 

qalxmışdı ki, göy yer kimi tozlu idi. Atlıların parıldayan əsləhə və yaraqları 

isə yeri ulduzlu göyə bənzədirdi. 

149


                                    Zənci öz tacına düzüncə gövhər,      

                                          Çin şahı taxtından düşdü dərbədər. 

Bu beytdə zənci - axşam, gecə; tac - göy, səma; gövhər - ulduz; Çin şahı 

- Günəş;  taxt (orijinalda: ağ taxt) - gündüz, yaxud gündüzün işıqlı  səması; 



düşdü dərbədər - (Günəş) batdı deməkdir. Yəni gündüz keçdi, axşam oldu. 

150


                                    Günəş yaqutunu oğru çalınca, 

                                          Bu dünya düşmüşdü yaqut dalınca,  

                                          Məhtabı tutaraq dedilər: "Oğru,  

                                          Günəşdən gövhəri oğurlamış bu!" 

Yəni Günəş batdı, insanlar onun işığını Aydan almağa başladılar.  Ayın 

Günəşdən gövhər oğurlaması - işığı Günəşdən almasına işarədir. 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə