Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə63/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   56   57   58   59   60   61   62   63   64

               _______________  
Milli Kitabxana
  ________________ 
253 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
254 
 
188
  
Vaxtında evindən çıxarsan əgər, 
Qapına müşktək ətir səpilər. 
Bundan  əvvəlki beytdən də aydın olur ki, xəsislik edib yeməyi evində 
saxlasan, onun üfunəti çox evlərə yayılacaq. Əliaçıq olub onu qonşulara versən, 
onların məhəbbətini qazanarsan, haqqında yaxşı sözlər yayılar. 
189 
 
Tək bircə fətirə, gəl, qane ol sən, 
Düşün, Günəşdən ki, artıq deyilsən. 
Burada fətir yuvarlaq Günəş qürsü ilə müqayisə edilir. Yəni dünyada acgöz 
olma, bir çörəklə kifayətlən, düşün ki, parlaq Günəş  də bir qürs (dairə) ilə 
kifayətlənir. 
190
  
Quraqlıq olanda, bilmirsən bunu, 
Zirəyə verərlər zirə suyunu? 
Rəvayətə görə, guya zirə bitkisinə su verilmir. Quraqlıq vaxtı: zirə - sənə su 
verəcəyəm, - deyən sahibinin vədilə, ümidlə yaşayır. Buna görə  də zirə suyu 
ifadəsi aldadıcı, yalançı vəd və ümid mənasını daşıyır. 
191
  
EIə sür kəcavə çəkən dəvəni, 
Filin ayağına salmasın səni. 
Az qan tök, az zülm elə, işini elə ehtiyatla apar ki, şahlığın bərbad olmasın; 
dəvə  (ədalət, qanun) səni filin (xalqın, rəiyyətin) ayağı altına salıb pay-mal 
etməsin. 
192 
 Bu 
harın göy atdan daim et həzər, 
O bir əjdahadır, gəlinə bənzər. 
Burada harın göy at - fələk, asiman mənasındadır. Yəni bu dünyanın gərdişi 
aldadıcıdır, əslində o, kinli bir əjdahadır, lakin zahirdən gozəl bir gəlinə bənzər. 
193 
 Bağla torpaq kimi dinclik kəməri. 
Sokratın dilindən deyilən bu sözlər yerin sabit, hərəkətsiz olması barədə 
idealist fəlsəfi nəzəriyyəyə işarədir. 
194
   
Mən “Xosrovnaməni” yazmaqçün rəvan... 
"Xosrovnamə" - "İqbalnamə" (yaxud "Xirədnamə") deməkdir. Xosrov 
- böyük Şah.  Əsər  İskəndərə  həsr edildiyi üçün onu "Xosrovnamə" də 
adlandırmaq olar. 
195
  
Yuxudan 
məhrumdu o nərgiz gözlər, 
Sərvimdə görmədim gənclikdən əsər. 
Bənövşə üstünü basmış yasəmən, 
Öz qızılgülümii solğun gördüm mən. 
Şair öz bədəninin üzvlərini müxtəlif bitkilərə bənzədir: nərgiz - gözəl, sərv - 
boy, qamət;  bənövşə üstünü basmış yasəmən - yəni saçlar ağarmışdır. 
Qızılgülün solğun gördüm - al yanaqlarımı, üzümü solub-saralmış gördüm. 
Demək, daha qocalmışam. 


               _______________  
Milli Kitabxana
  ________________ 
255 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
256 
 
196  
 Sikkəni bu qədər sürtülmüş görcək...  
Sifətimi rövnəqdən düşmüş görəndə... 
197 
 Dövlət divanından pozdu adım, 
Zəhmət divanına yazdı adım. 
Dövlət divanı - hakimiyyət mövqeyi, şahlıq; zəhmət divanı - peyğəmbərlik. 
198
  Bisrək - güclü dəvə, qıvraq və tez yeriyən olur. 
199 
Büxti - Xorasan dəvəsi. 
200
  Naqə - dişi dəvə. 
201 
 Qaldırdı balıqdan Aya bayrağı. 
İskəndər bayrağını qaldırıb yola düşdü. 
202 
 Yunanlar 
Okyanos 
deyərdi ona. 
Nizami Okyanos sözünü bilavasitə yunancadan götürmüşdür. 
203
  Müəyyəb - eybəcər. Müəlləq - asılı, asılmış. 
204
  
Örtüyə bürünər bir az gedərək
Çunki yer altından keçsin o gərək. 
Guya Günəş əvvəl dənizdən keçdiyi üçün onun ipək sularına bürünər, sonra 
da yerin altından keçdiyi üçün yerin örtüyünü örtər. 
205 
 
Alim cavab verdi: "Həmin İsti su 
Çoxunun abrını tökmüş, doğrusu". 
Bu sirri çox adamlar gəzib axtarmış, tapa bilmədikləri üçün biabır olmuşlar. 
206
  Qəssasə - bir cins mifik, dəhşətli dəniz nəhəngi. 
207 
 O 
çıxsın, ətəkdə qoysun oğlanı, 
Balası zəncirtək saxlar aslanı. 
Aslan üçün balası zəncir kimidir: balası harada olsa, özü də orada olmalıdır. 
Burada atanın öz övladına məhəbbətinin qüdrətindən söhbət gedir. 
208
  Ziyəhat - diri, yaşayan. 
209
  
Ulduzlu 
gecənin od tutub canı, 
Sanki əqrəb çalıb xallı ilanı 
Nizami yay gecəsindəki səmanı xallı ilana, ulduzların sayrışmasını isə əqrəb 
vurmuş ilanın hərarətdən çırpınmasına oxşadır. 
210 
 Gecənin camına gün axıb doldu 
Gün batıb axşam oldu. 
211
  
Bu 
yeddi 
xalvarlıq təbli çaldıran 
Xoruza əmr edib verdirəndə ban... 
Yeddi xalvarlıq təbli çaldıran - yeddi təbəqəli göyləri işıqlandıran günəş 
deməkdir. 
Beytin mənası: səhər olub Günəş doğanda, xoruzlar banlayanda... 
212
  
Tutiyə dönübsən, ey şad könül, sən, 
Yadına Hindistan düşüb deyəsən... 


               _______________  
Milli Kitabxana
  ________________ 
257 
 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
258 
 
Tutuquşu  əsasən isti ölkələrdə, xüsusən, Hindistanda yaşayır. Oradan başqa 
ölkələrə aparılan tutuquşu daima öz vətənini arzularmış. Bu beytdə  şair öz 
qəlbini tutuquşuna, eşq və gənclik dövrünü Hindistana bənzədir. 
Beytin mənası: tutuquşu Hindistana uçmaq istədiyi kimi, könlüm də 
gəncləşmək, sevinmək istəyir. 
213 
 Yolları cəhənnəm istisi sardı, 
Gündən balığın da beli qızardı. 
Hava Günəşdən o qədər qızmışdı ki, istilikdən (məlum əfsanəyə görə) yerin 
altında olan balıq da qızardı. 
214 
 Padişah buyurdu: o gözəl dilbər 
Yaqut sandığından saçsın saf gövhər. 
İskəndər əmr etdi ki, o gözəl qız yaqut kimi qırmızı dodaqlarını (ağzmı) açıb 
gövhər kimi sözlər söyləsin. 
Nur alır gözümüz gündən, gündüzdən, Rəvamı gözləri gün ala bizdən? 
Bütün gözlər Günəşdən nur aldığı halda Günəş (yəni  İskəndər) necə bizim 
gözümüzü bizdən uzaqlaşdırar? Burada gözümüzü sözü, haqqında söhbət gedən 
bütün, heykəlin üzündəki iki parlaq gövhəri bildirir. 
216 
 
Sabah öz möhrünü göstərən zaman 
Atəşpərəst oldu hindli Qaraxan. 
İkinci gün günəş  çıxanda  hindli Qaraxan atəşpərəst oldu - gecənin 
gündüzlə əvəz olunmasına işarədir. 
217 
 Beytlər yayılır bəhrdən çölə, 
Heç kəs bu bəhrdə yazmayıb hələ. 
Burada birinci misrada bəhr sözü dənizi, ikinci misrada əruz vəzninin bəhrini 
bildirir. 
Yəni bu dənizdən sahilə elə xoş nəğmələr yayılır ki, bunlan heç bir şair heç 
bir bəhrdə (vəzndə) deməmişdir. 
218 
 
Bəzədi göyləri ağ Çin ipəyi
Yer açdı üzündən qara örpəyi. 
Ağ Çin ipəyi - burada Günəşin işığı,  qara örpək - gecənin zülməti 
mənasında işlənmişdir. 
Beytin mənası: Günəş çıxdı, yerin üstündən qaranlıq çəkildi. 
219 
 
Kim görüb ki, dəniz gəmiyə minə! 
Burada dəniz (dərya) sözü gəmiyə minib gedən İskəndərə işarədir. 
220 
 
Dəniz dünyasında bir dünya getdi. 
Bu misrada ikinci dünya sözü İskəndəri bildirir. 
221
  
Gecənin hindusu bu göy çadırdan 
Yeddi rud boyunca ip çəkən zaman... 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə