Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə57/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
228 
 
"Zənd" - atəşpərəstlərin peyğəmbəri Zərdüştün kitabının adıdır. Buna 
"Zənd-Avesta" da deyilir. Nizami isə təbini "Zənd" oxuyan Zöhrəyə, şeirlərini 
də Zöhrənin cəzbedici nəğmələrinə bənzədir. 
38
  
Sehirli 
nəğməmdən Zərdüşt xar oldu, 
Söndü çox "Zənd"lərin alovu, odu. 
Yəni mənim sehrə - qüvvətə malik sözlərimin müqabilində Zərdüştün sözləri 
kölgədə qaldı, çox "Zənd"lər rövnəqdən düşdü. 
39
 
 
Dəryaya dürr saçsm qətrə buradan, 
Qoy xurma daşısın Bəsrə buradan. 
Məlumdur ki, qətrə dəryada sədəfin ağzına düşüb, dürr olar. Nizami deyir ki, 
qətrələr məndən dəryalara dürr saça bilər, yəni mən sözlərdən dürr yaradan bir 
şairəm. 
İkinci misra Bəsrənin bol və  əla xurma yeri olduğuna işarədər. Nizami 
özünün Bəsrə xurmasından da şirin və bol sözlər yaratdığını söyləyir. 
40
  
Bu 
altıkünc tağda bir buludam mən
Səpərəm hər yana su ciyərimdən. 
Mən bu altıcəhətli (sağı, solu, önü, arxası, yuxarısı, aşağısı olan) aləmdə elə 
bir sənətkaram ki, sözlərimin şöhrəti hər yana gedib çatır. 
41
  
Bitkitək pay alıb hamı suyumdan, 
Yağışım sərvlər becərir hər an. 
Mənim  əsərimdən ilham alan şairlər damcı ilə bitən otlara bənzərlər, onlar 
mənim böyük bəhrələr verən sənətimə möhtacdırlar. 
42
  
Kölgətək işıqdan kim çəksə zərər, 
Əlbəttə, həmişə ondan çəkinər. 
Çeşməmdən feyziyab olsa da çoxu,  
Getmir gözlərinə həsəddən yuxu. 
Bu beytlərdə Nizami özünu işığa və onun poetik istedadına həsəd aparan 
şairləri kölgəyə bənzədir. 
Mənim meyxanamdan içərlər şərab...  
Yəni mənim əsərlərimdən istifadə edərlər. 
Bu feyzi onunçün qazandım ki, mən  
Əsla su içmədim yad bir çeşmədən. 
Mən özgəyə göz dikmədən öz əməyimlə belə bir dərəcəyə çatdım. 
45
 
 
Xəlvətdə poladdan sildim ki, pası, 
Yaqut rəngi alsın onun aynası. 
Bu və başqa beytlərdə Nizami öz yaradıcılığının tamamilə orijinal olduğunu, 
heç kəsi təqlid etmədiyini və heç kəsdən söz almadığını göstərir və deyir ki, mən 
zəhmət və əziyyətimlə öz yaradıcılıq xəyalımı güzgü kimi parlatdım. 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
229 
 
  


               _______________  
Milli Kitabxana
  ________________ 
230 
 
Hələ can almamış əcəl turactək:  
"Dad, məni tutdular!" - çığırıb dad çək, 
Dad, məni tutdular! - Turacın oxumasına, təqlid yolu ilə düzəldilmiş 
ifadəyə işarədir. 
Fələk - yeddibaşlı qorxunc əjdaha,  
Bircə zərbə vursa, məhv oldım daha. 
Əsatirə görə, güya göy əjdahası olan fələk Ayı udurmuş, həm də onun 
tutulmasına səbəb olurmuş. 
48
 
 
Xəlbirə bənzəyən teştdir asiman, 
Sən bir xəlbir torpaq, o da bir teşt qan. 
Birinci misra ulduzlarla dolu göyə işarədir, İkinci misrada isə insan bir ovuc 
torpağa, çərxi-fələk isə məhv olmuşların qanı ilə dolmuş bir teştə bənzədilir. 
49
 
 
Bu göy rəngli küpün çox hiyləsi var, 
İçindən görərsən yüz cür rəng çıxar. 
Göy rəngli küp - fələk, səma deməkdir. Beytin mənası: bu fələk cadularla, 
füsunlarla doludur, ondan yüz növ hiylə baş verir. 
50
  
Küpə bir cadugər minər, deyərlər, 
Bu küpə minmişdir yüz min cadugər. 
Əfsanələrə görə, küpə bircə cadugər minir, amma göyün küpünə bax ki, 
üstündə yüz minlərlə cadugər və sehrbaz, yəni bədbəxtlik və  nəhslik ulduzları 
dolaşır. 
51 
 Tülkütək geydirər qırmızı papaq, 
Sonra qara itə yedirdər ancaq. 
"Dərzi tülkü" adlı Azərbaycan nağılına işarədir. Yəni bu çərxi-fələk bu gün 
bir adama qırmızı tülkü dərisindən papaq geydirsə, sabah onu tülkü kimi qara 
itlərə yem edər; bu gün güldürər, sabah ağladar. 
52
 
 
Nədir dörd yol üstə məskən düzəltmək? 
Dörd yol - dörd ünsürdən, yəni su, od, torpaq və havadan ibarət dünya 
deməkdir. Mənası: nə vaxta qədər bu kəşməkeşli dünyada yaşayacağı? 
53  
Dörd balış qeydindən qurtaranda biz, 
Asudə yatanq səssiz-səmirsiz. 
Dörd balış - yenə də dörd ünsürdən ibarət olan dünya deməkdir. Yəni yalnız 
öləndən sonra asudə olmaq mümkündür. 
54 
 
Hər pərdədə yalnız o adam çalar 
Ki, ola pərdədən yaxşı xəbərdar. 
Musiqidə  işlənən pərdə  sözü  burada  məcazi mənadadır. Beytdə deyilir ki, 
həyatın qanun-qaydalarını bilməyən, onlarla hesablaşmayan adam daim 
çətinliklərə rast gələr. 


               _______________  
Milli Kitabxana
  ________________ 
231 
 
55
  
Belə dörd müxtəlif yol ayrıcından, 
Çıxmaram, ya qoca olum, ya cavan. 
Dörd müxtəlif yol - sağa, sola, irəli, geri gedən yollar, dünyəvi həyatın 
yollarıdır. Yəni cavan da, qoca da olsam, bu bir-birinə zidd yollardan keçməyə 
məcburam. 
56 
 
Dəniz dalğalanıb gələrsə feyzə, 
Sədəfdən dürr alıb çıxardar üzə. 
Padşahın səxavəti dəniz kimi hərəkətə  gəlsə, mənim təbimdən de dürr kimi 
sözlər çıxar. 
57
  
Bir 
şəhər yaratsam, baxtım olsa yar, 
Kim olsun bəs ona sonra şəhriyar? 
Nizami  əsərini bir şəhərə benzədib deyir ki, onu tikib qurtarsam, yəni 
"İqbalnamə"ni müvəffəqiyyətlə yazıb başa çatdırsam, ona sahib çıxan, onun 
"şəhriyarı" kim olar? 
58
  
Qoyma 
qoca 
şaha gənc üstün gələ
Şiraye Pərvizi öldürdü belə. 
Nizaminin "Xosrov və  Şirin" poemasında Pərviz öz sağlığında  şahlığı  oğlu 
Şirayəyə vermiş, onu həddindən artıq yüksəltmişdir. Şiruyə də yolunu azıb atası 
Xorsov Pərvizi öldürmüşdür. 
59
  
Qocaman 
ağaca mişar çəkmə sən, 
Zöhhak bunun üçün düşdü təxtindən. 
Qocaman ağac sözlərinden Pişdadiyan sülaləsinin guya yeddi yüz il 
padşahlıq etmiş dördüncü şahı  Cəmşid nəzərdə tutulur. Zöhhak onu taxtdan 
saldığı üçün öz taxt-tacını itirdi. 
60 
 Çoxları istədi "İqbalnamə"ni, 
Tək ona həsr etdim mən bu nameni. 
Namə sözü "İqbalnamə"yə, ona sözü isə İzzəddin Məsuda işarədir. 
İzzəddin Məsud - Nurəddin Arslan şahın oğlu, Məsul atabəylərinin yeddinci 
hökmdarı olmuş, 1218-ci ilə  qədər hakimiyyət sürmüşdür. Nizami 
"İskəndərnamə"də bir neçə dəfə İzzəddin Məsudun adını çəkmiş, "İqbalnamə"ni 
də ona ithaf etmiş  və  oğlu Məhəmməd vasitəsilə  əsəri Məsula göndərmişdir. 
Onun hakimiyyətdə olduğu dövr (1214-1218) nəzərə alındıqda, görünür ki
Nizaminin vəfatı bizim qəbul etdiyimiz 1209-cu ildən sonra olmuşdur. 
61
  
Deyirlər o xoruz banlar hər səhər, 
Yerdəki xoruzlar ona səs verər. 
Nizami özünü guya göydə yaşayan və hər səhər ilk banlayan xoruza, o biri 
şairləri isə onu təqlid edərək, yerdə banlayan xoruzlara bənzədir. 
 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə