Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə2/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   2   3   4   5   6   7   8   9   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 

 
Nizaminin ənənə üzrə yazdığı mədhiyyələr öz ideya məzmununa görə 
daha çox nəsihətnamə adlana bilər. Bunlarda şair itaətkar kimi yox, 
mərifət öyrədən müəllim kimi çıxış edir. Nizaminin şahlara itaətkarlığı ilə 
bağlı  ədəbiyyatşünaslıqda ara-sıra rast gəlinən fıkirləri isə  səhv hesab 
edirik. 
"İqbalnamə" orta əsr fəlsəfı poeziyasına məxsus tərzdə qurulub. 
Yüksək bədii formada yazılmış hekayələr bir-birilə əvəz olunur və əsərin 
süjetini açaraq oxucunu heyran edir. Burada mütəfəkkirin fəlsəfi 
konsepsiyasının məğzini insanın  əxlaqi və intellektual kamilliyinin 
cəmiyyətin sosial kamilliyi ilə tamamlanması ideyası təşkil edir. 
Ayrı-ayrı hekayələrdə bu ümumi konsepsiya ilə yanaşı, biz filosof 
şairin dünyagörüşunün muxtəlif cəhətlərini açan, nisbətən konkret 
məsələlərin qoyuluşunu və şərhini də tapırıq. Məsələn, Arşimed ilə çinli 
kənizin, Qibtli Mariyənin hekayələrində  əsas məqsəd elmin, ağlın 
təbliğidir. Eyni zamanda birinci hekayədə  şəhvət pislənir, həqiqi insani 
sevgiyə isə bəraət qazandırılır. 
Yoxsul çörəkçinin hekayəsi və onun varlanması haqda danışarkən 
Nizami taledən söhbət açır, taleyi maddi aləmin, ulduzların qanunauyğun 
hərəkətilə bağlayır və ulduzların sirrini açmağı poemada Valisə (qədim 
yunan filosofu Falesə) həvalə edir. 
Orta əsr dünyagörüşünə müvafiq olaraq Nizami tale və qəzavü-qədəri 
insan üzərində hökmran hesab edir. Qəzavü-qədərlə mübarizədə insan 
gücsüzdür. Məhz buradan da Nizami qəhrəmanının fələyə qarşı, bəlkə də 
özü tərəfindən tamamilə  dərk olunmamış, etirazı irəli gəlir. Məcnunun 
səhraya qaçması, İskəndərusun şahlıqdan imtinası fələyin zülmünə etiraz 
deyilmi? 
Poemada fələk "qəddar", "oyunbaz", "qaniçən", "təlxək" və başqa 
təşbehlərlə xarakterizə edilir. Fələyə qarşı  ən güclü etirazı  İskəndərin 
vaxtsız ölümü doğurur. Nizami öz qəhrəmanı ilə birlikdə yer üzerində 
heyatın çox qısa olduğundan  şikayətlənir.  İskəndərin ölümü səhnəsində 
oxucu qarşısında iki əzabkeş dayanır: İskəndər və Nizami özü. 
Şərq, eləcə  də dünya ədəbiyyatında Allah və  fələyin bir-birinə 
münasibəti problemi öz daxili ziddiyyətlərinə görə  ən maraqlı 
probemlərdən biridir. Fələyi adətən bütün şərlərin törədilməsində günah- 
  


               _______________  
Milli Kitabxana
  ________________ 

 
landırır, onu hətta çox vaxt şərlə eyniləşdirirlər, Allah isə pak təsəvvür 
edilir. 
"Alimlrəin Hürmüzü inkar etmələri və həlak olmalarının hekayəsin"də 
həsəd, alçaqlıq, yalan kimi mənfi sifətlər pislənir. Eyni ideyalar sonrakı 
"Əflatunun çalğı aləti qayırması" hekayəsində də təbliğ edilir. Burada da 
həsəd, özündən bədgümanlıq pislənir. Lakin bu hekayədə Ərəstu sonra öz 
səhvini başa düşdüyü üçün əfv edilir. Hekayə böyük insan hünərinin 
mədhinə həsr edilmişdir. Sokrat İskəndərə deyir: 
 
Kim qane olarsa bir ovuc dənə  
Dönməz dəyirmantək sənin dövrənə?  
Arpa çörəyinə edib qənaət,  
Buğda çörəyinə çəkmərəm minnət. 
 
Yəni dünya nemətlərindən  əl çəkmək insana zülm və zalımlıq hökm 
sürən dünyada öz mənliyini, insani ləyaqətini qorumaq üçün lazımdır. 
Nizami qəhrəmanlarında tərki-dünyalığa meyl də buradan doğur. Nizami 
qəhrəmanları  tərki-dünyalığa behişt naminə yox, bu dünyada insani 
ləyaqəti qorumaq, insan qürurunu itirməmək naminə meyl edir, aza qane 
olurlar. Eyni zamanda, hekayədə  əxlaqi paklıq, təmizlik, nəcabət 
ideyaları da Sokratın dili ilə təbliğ və tərənnüm edilir. 
İskəndərə mənəvi, əxlaqi paklıq öyrədən Sokratın hekayəsindən sonra, 
Nizami öz qəhrəmanını  və onunla bərabər saysız-hesabsız oxucusunu 
yenə  də  əqlin qulluğuna dəvət edir. İskəndərlə hind aliminin görüşü 
zamanı Nizami mahiranə bir şəkildə, sual-cavab yolu ilə, dövrü üçün bir 
sıra mühüm fəlsəfi və elmi məsələlər qoyur. Məsələn, din öyrədirdi ki, 
Allahın varlığı  ağılla dərkedilməzdir. Hindli alim isə  şahdan Allahın 
varlığı, mahiyyəti və yeri haqda ağıllı  dəlillərlə  əsaslandırılmış sübut 
tələb edir, bizim kainatdan başqa bir kainatın olması, o dünya, insanın 
canı, röya, bədnəzər haqda suallar verir. İskəndər hindliyə dini qane 
edəcək cavablar verir, bir tərəfdən "əqildə görünməz  şeyə yer yoxdur" 
deyirsə, digər tərəfdən din tərəfindən qəbul edilmiş təsəvvürlərdən kənar 
çıxanı  qılınc və teşt, yəni edam gözləməsini də onun və başqalarının 
nəzərinə çatdırır.  İskəndərin hindliyə cavabları Nizami dövründəki  Şərq 
elminin və bu elmə əsaslanan fəlsəfənin səviyyəsini əks etdirir. 
  


               _______________  
Milli Kitabxana
  ________________ 

 
Qədim yunan elminin Ərəstu, Bəlinas, Sokrat, Əflatun, Valis, 
Fərfuriyus kimi nümayəndələrini bir yerə toplayan böyük mütəfəkkir 
onları orta əsr fəlsəfə  və elminin ən ümdə  və mühüm məsələləri haqda 
fikir söyləməyə, qoca kainatın tarixindən danışmağa məcbur edir. 
Maraqlı burasıdır ki, Nizami qəhrəmanları - filosofları dilləndirərək 
onların fıkrini çox vaxt olduğu kimi yox, Şərq fəlsəfəsi cərəyanlarına 
uyğun  şəkildə verir. Orta əsr  ərəb dilli füosoflar, məlum olduğu kimi, 
qədim yunan fəlsəfəsinə dair əsərləri tərcümə  və  təfsir edərək, bu 
fəlsəfəni qədim və orta əsr  Şərq fəlsəfi fıkriylə birləşdirib, yeni orijinal 
keyfiyyətli təlim yaratmışlar. Nizami poemasındakı  məclisdə  də yunan 
alim və fılosoflarının adından söylənən fıkirlər, orta əsr klassik ərəb dilli 
fəlsəfə süzgəcindən keçirilən və böyük mütəfəkkiri bu və ya digər şəkildə 
xüsusilə maraqlandıran fıkirlərdir. Nizami qəhrəmanların dili ilə müxtəlif 
müddəaları sadalayıb qarşı-qarşıya qoyarkən, açıq və dolayı yollarla 
oxucusunu öz dünyagörüşünə bələd edir, ona feodal cəmiyyətində hökm 
sürən, ehkam kimi qəbul edilmiş  fıkirlərə qarşı öz şübhələrini, 
inamsızlığını aşılamağa çalışır. 
Poemada qoyulmuş  məsələlər, onların izahı, aydın və örtulü şəkildə
Nizami azadfıkirliliyini, onun elmi-fəlsəfı görüşlərinin, xüsusən dinə 
münasibətinin tarixən mütərəqqi olduğunu açıq nümayiş etdirir. Əgər 
hindli alim ilə söhbətdə  şah "haqqı düşüncədə olmaz axtarmaq" və onu 
sirriaçılmaz pərdə hesab edirdisə, yeni məclisdə  fələyin "sirrini" ortaya 
qoyur və onu açmağa cəhd göstərir: "Yaradılış necə olub? İlk tərkib 
nədir? Dünyadakı dəyişkənlik necə baş verib?" Yeni məclisdə söhbət bu 
məsələlər ətrafında gedir. 
İlk xilqət haqqında birinci Ərəstu söz açır. O, yaradılışın başlanğıcını 
və  əsasını  hərəkətdə görür. Alim hərəkətdən odun yaranmasını, oddan 
havanın, havadan suyun, suyun xıltından isə torpağın yaranmasını, 
bunların qarışmasından da nəbatat və heyvanatın  əmələ  gəlməsini 
söyləyir. Valis hər  şeyin  əsasında olan ilk cövhəri suda görür, su və 
hərəkət dörd ünsürü və dünyanı yaradır. Bəlinas əvvəl yerin yaranması və 
sonra onda hərəkət vasitəsilə dörd ünsürün əmələ  gəlməsini qəbul edir. 
Əgər Ərəstu, Valis və Bəlinas ilk yaradılışdan danışarkən hərəkət və dörd 
ünsürü  əsas götürür, Yaradandan söhbət açmırlarsa, Sokrat bunların 
içində birinci olaraq Yaradandan danışır. Yaradanın heybə- 
  


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə