Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə58/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   54   55   56   57   58   59   60   61   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
232 
 
62 
 
Bir ov vurubsansa, çıxar meydana, 
Bir əsər yazmısansa, ortaya qoy. 
63 
 Vurabsan 
qızıla şah sikkəsini. 
Pulun üstündə  şahın adı  həkk edilən kimi sən də bu qızıl kimi əsərin 
("İqbalnamə"nin) üstünə şahın adını yazmısan, əsəri ona ithaf etmisən. 
64
  
Almış fərmanını Mahmudilərdən, 
Həsəbi, nəsəbi Davudilərdən. 
Mahmud - Sultan Mahmud Qəznəvi və ya Səbuktəkin Qəznəvilər dövlətinin 
banisidir. 997-ci ildən 1030-cu ilə qədər hakimiyyət sürmüşdür. Mahmudilər - 
Mahmud nəsli, sülaləsi deməkdir. Davud - Selcuq hökmdarlarından Qılınc 
Arslanın böyük qardaşı idi. Məlikşah Səlcuqinin fərmanı ilə 20 il hakimiyyətdə 
olmuş, 1107-ci ildə ölmüşdür. Şair İzzəddin Məsudun Səlcuq sülaləsindən olan 
Qılınc Arslanın böyük qardaşı Davud ibn-Süleymanla əsil-nəsəbcə bağlı 
olduğunu göstərir. 
65
  
Tünd 
şərab qədəhə tökülsə əgər, 
Ləl lacivərdə şəbxun eyləyər. 
Ləl - qırmızı şərab, lacivərd isə tünd göy rəngli qədəh mənasında işlənmişdir. 
Ləl lacivərdə şəbxun (basqın) eyləyər - yəni qırmızı şərab göy qədəhin rəngini 
dəyişdirər. 
66
 
 
Fəzada uçarsa əgər üqabı.. 
Üqab - qaraquş, ulduz adı. 
67
  
Ayı göydə fətir eləyib güman, 
Çoxları quyuya düşüblər, inan. 
Şair Ayın quyu suyunda əks olunan şəklini fətirə, şahın çöhrəsini isə həmin 
şəkle oxşadır; şaha təmənna ilə yanaşanlar Ayın quyudakı şəklini fətir bilib ona 
can atanlar kimi özlərini fəlakətə salırlar. 
68
 
 
Mələyə bənzəyər divlər kənardan, 
Div zülmətdən törər, mələksə nurdan. 
Əsatirə görə, div qaranlıqdan, mələk isə nurdan yaranmışdır. 
69
  
Neçün 
Bişkin demiş ona bu dövran? 
O ki, mehribandır bütün şahlardan. 
Bişkin kəlməsini dürüst yazsalar, 
Ona layiq bir ad Keypişin olar. 
Bişkin - sözünün lüğəvi mənası çox kinli deməkdir. Nizami bu ləqəbin 
əsərdə mədh edilən şahın xasiyyətinə uyğun olmadığını bildirir və deyir ki, onun 
kini deyil, Əksinə, mehribanlığı bütün şahlardan artıqdır. Buna görə  də  şair 
Bişkin (yaxud Pişkin) sözünün hərflərinin yerini deyişməklə, onu Keypişin 
şəklinə salır və bu adı  şaha daha layiq bilir; çünki Keypişin  İranın  əfsanəvi 


               _______________  
Milli Kitabxana
  ________________ 
233 
 
padşahı  və Keylər sülaləsinin birinci şahı olan Keyqubadın oğlu Keykavusun 
adıdır. 


               _______________  
Milli Kitabxana
  ________________ 
234 
 
70 
 
Qopdu bir zəlzələ, göyü oynatdı, 
Şəhərlər dağılıb yerlərə batdı. 
XII əsrdə Azərbaycanda və o cümlədən, Gəncədə bir neçə zəlzələ olmuşdur. 
Bunların  ən böyüyü 1139-cu il zəlzələsidir ki, rəvayətə görə, bu vaxt Gəncədə 
230 minə  qədər adam həlak olmuşdur. Kəpəz dağı zirvəsinin çökməsi 
nəticəsində Göygölün əmələ gəlməsinə səbəb olan bu dəhşətli zəlzələni Nizami 
həyəcanla təsvir edir. 
71
  
Surun 
gur 
səsindən balıq qorxaraq 
Atıldı öküzdən bir xeyli uzaq. 
Sur - buynuzdan qayrılan iri çalğı borusudur. Əsatirə görə, güya yer öküzün
öküz də balığın üstündə durmuşdur. Beytin mənası: suran, yəni zəlzələ vaxtı 
qopan gurultunun səsi o qədər güclü oldu ki, yer kürəsini titrətdi, balıq öküzün 
altından sıçrayıb uzağa düşdü. 
72
  
Yusiflər gözünə sanki batdı mil, 
Sanki aşıb-daşıb Misri basdı Nil. 
Nizami burada Gəncəni əfsanəvi gözəl Yusifə və Misrə bənzədir. Mil Yusifin 
gözünü kor və Nil Misri viran etdiyi kimi zəlzələ də Gəncəni viran etmişdir. 
73
  
Bircə sap gövhəri sağ gördü səhər, 
O düzdü yenidən saplara gövhər. 
Gəncənin zəlzələdən sonra şah tərəfindən bərpasına işarədir. 
74
  
Yeddi 
firuzəli bu qəsrdə sən 
Haqqa, ədalətə vüsət vermisən. 
Yeddi firuzəli qəsr  - yeddi göy təbəqəsini bildirir; məcazi mənada isə 
dünyaya işarədir. Yəni sən bu dar dünyanı hünərin və ədalətinlə genişləndirdin. 
75
  
Bir 
qədəh mey verir sənə Nizami, 
Gərək nuş edəsən Keykavus kimi. 
Bu tusi qədəhlə Mahmuda bildir 
"Şahnamə"nin qədri, qiyməti nədir! 
Bir qədəh mey dedikdə, "İqbalnamə" nəzərdə tutulur. Şair deyir ki, gərək bu 
qədəhdəki meyi nuş edib, ona qiymət vərəsən. Başqa sözlə, bu tusi qədəhlə, yeni 
Firdovsi Tusinin "Şahnamə"si qiymətində olan bu əsərə layiqli qiymət verməklə, 
Sultan Mahmuda bildirəsən ki, şairin qədrini necə bilərlər. 
76
 
 
İki xəzinənin varisi, hökmən, 
Səxavətdə sənsən, söz deməkdə mən. 
İki xəzinə - Sultan Mahmudun xəzinəsi ilə Firdovsinin "Şahnamə"  əsərini 
bildirir. Nizami deyir ki, "Şahnamə" şairinin varisi mənəm, Mahmud xəzinəsinin 
varisi sən. Məndən böyük əsər yazmaq, səndən böyük səxavət göstərmək... 
 


               _______________  
Milli Kitabxana
  ________________ 
235 
 
77 
 Borc 
əgər vaxtında ödənilməsə. 
Qaydadır: varisdən çatar varisə. 
Rəvayətə görə, Sultan Mahmud Firdovsiyə "Şahnamə"ni yazdırmış, lakin vəd 
etdiyi mükafatı verməmişdir. Nizami şaha deyir ki, Firdovsinin varisi mənəm. 
Mahmud xəzinəsinin varisi sən. Qanun-qaydaya görə ödənilməmiş borcu bu 
varis o varisə verməlidir. 
78 
 O 
gövhər kanını yox edib ruzgar, 
Bircə "İntiyaxis" qalıb yadigar. 
"İntiyaxis" - İskəndərdən sonra İranda hakimiyyət sürmüş sultanlar 
nəslindən birinin adıdır. Bu söz eyni zamanda həmin hökmdarların adına 
yazılmış bir kitabdır ki, Nizami burada qalıb yadigar dedikdə, onu nəzərə alır. 
79
  
Yoxsa 
ram 
papaqlı bir türk nə sayaq 
Çinə, Hindistana basardı ayaq? 
Rum papaqlı türk sözləri ilə Hindistanı alıb, Çini özünə tabe etmiş olan 
İskəndər Zülqərneyn nəzərdə tutulur. 
80 
 
Əfsunda Harutu vurub keçənlər, 
Neçə əfsun quran, neçə cadugər. 
İskəndər Zülqerneyn öz yanında Harutdan da mahir cadugərlər aparırdı. 
81
 
 
Madam ki, o rami ipək bir rəngmiş, 
İçdən belə çirkin, üzdən qəşəngmiş, 
Gümüş məcməyidə gərək biz nahaq, 
Bir qara ud kimi coşub daşmayaq. 
Rum çeşnili ipək - üzdən gözəl naxışlı, astardansa çirkin olur. Bu ipəyin 
astar tərəfini açıb eybini göstərmək lazım olmadığı kimi, biz də bu gümüş 
məcmeyidə, yəni bu göy altında (məcazi: bu dünyada) yaxşı qoxu verməyən qara 
ud kimi yanaraq eybimizi üzə  çıxarmayaq (ud ağacı yanarkən xoş qoxu verir, 
amma qara ud, əksinə, yandıqda yaxşı iy vermir). 
82 
 "...Ud, 
söyüd 
külüylə yoxsa gözəllər 
Dişini ağardıb bizə gülərler..." 
Keçmişdə ud və söyüd ağaclarını yandırıb külü ilə diş yuyarlarmış.  Dişini 
ağardıb ifadəsi həm həqiqi mənada, həm də gülmək mənasında işlənmişdir. 
Nizami deyir ki, qara ud yananda külü ilə diş yuduqlan kimi, biz də coşub-
daşsaq, eyblərimizi üzə çıxararıq və xalq gülüb bizə iztehza edər. 
83 
 
"İki qərn sahibi" qoymuş namını, 
Çünki Şərqdən, Qərbdən almış kamını. 
Ərəb dilində  qərn sözü Şərq ve Qərb mənasında da işlənir.  İskəndər 
Zülqemeynə "İki qərn sahibi" ləqəbini ona görə vermişlər ki, o, Şərqi də, Qərbi 
də fəth etmişdir. 
84
  
Deyirlər ki, qoşa hörüyü varmış, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə