İqtisadi nəzəriyyə
ECONOMICS
18
VIII. Ölkə əhalisinin həyat səviyyəsi, onun hər nəfərinə düşən əmtəə və xidmətlər
istehsal etmək qabiliyyətindən aslıdır.
IX. Dövlət həddən artıq pul cap etdikdə və dövriyyəyə buraxdıqda qiymətlər qalxır,
inflyasiya baş verir.
X. İşsizlik problemi və cəmiyyətin infilyasiya ilə işsizlik arasında qısa müddətli
seçimlə üzləşməsi prosesi gedir
Bu 10 prinsipin mahiyyətini qisaca belə izah etmək olar. Birinci prinsip, insanların
həyatda və gündəlik əmək fəaliyyətlərində müxtəlif iqtisadi seçimlərlə rastlaşmalari ilə
bağlıdiır. Biz daha çox xoşlayib bəyəndiyimiz hər hansi bir şeyi (məhsulu-xidməti) əldə
etmək üçün, əvəzində konkret halda başqa şeylərdən (maddi-mənəvi nemətlərdən) istər-
istəməz imtina etməli oluruq. Necə deyərlər, pulsuz nahar olmur, xərcsiz və itgisiz nəsə əldə
etmək çətindir, nəhayət eyni vaxtda bir əldə iki qarpız tutmaq mümkün deyildir. Məsələn,
tələbənin öz vaxtini dərslərə hazırlaşmaq və əyləncə (idman məşqləri), ailənin gəlirlərini
ərzaq və paltar (təmir işləri), cəmiyyətin resurslarını əhalinin rifahı və hərbi-müdafiə xərcləri
arasında bölüşdürülməsi, onları həmişə müəyyən seçim etmək məcburiyyəti qarşısında
qoyur. Ayri-ayri fərdlərin, ailənin, bütövlükdə cəmiyyətin səmərəliliklə ədalətlilik arasındakı
seçimi nə qədər çətin və riskli olsa da, hökmən baş verməlidir. Ona görə də həm insanlar,
həm ailə təsərrüfatlari, həm korporasiyalar (şirkətlər), həm də cəmiyyət belə bir seçimin
zəruriliyini dərk edərək, həmin variantlar arasında ən optimalını seçərək, uyğun qərarlar
qəbul etmək məsuliyyətinə hazır olmalıdırlar.
İkinci prinsip, bir şeyin (əmtəənin-xidmətin) dəyərinin, onu əldə etmək üçün imtina
olunan başqa şeylərin (maddi-mənəvi nemətlərin) dəyəri ilə ölçülməsini aydinlaşdırır.
İnsanlar əvəzləyici seçimlərlə rastlaşdıqları halda, son söz demək üçün bir necə alternativ
(əks) qərarın gətirə biləcəyi fayda və xərclərin müqayisəsini aparmağa məcburdurlar. Hər
hansı bir nəticənin, yaxud məhsul və xidmətin alternativ dəyəri, onu əldə etmək üçün imtina
olunan digər şeylərin (əşyaların, xidmətlərin) dəyəri ilə ölçülür. Məsələn, hər bir gənc ali
təhsil almaq, yaxud peşə-sənət sahibi olamq, yaxud da tanınmış idmançı kimi yetişmək
şanslarını intelektual, iş imkanları, şöhrət, ad-san qazanmaq imkanlarını xərc və gəlirlərini
müqayisəli sürətdə hesablayaraq, şübhəsiz öz gələcəyi üçün daha əlverişli saydığı alternativ
variant haqqında qərar qəbul edəcəkdir.
Üçüncü prinsip
, rasional insanların marjinal, yəni son faydanı düşünərək öz
fəaliyyətlərində müəyyən dəyişikliklər, kiçik düzəlişlər aparmasını nəzərdə tutur. Həyatda
insanlar və şirkətlər elə konkret vəziyyətlərlə rastlaşirlar ki, onlar qərar verərkən öz marjinal
faydalari ilə marjinal xərclərini müqayisə edərək, daha rasional (səmərəli) varianta üstünlük
verirlər. Məsələn uçuşa hazirlaşan 200 yerlik və hər biletin qiymətinin 500 dollara (avroya,
manata) olan sərnişin təyyarəsində yerlərin bir neçəsi boşdursa, həmin reys üçün 300 dollar
ödəyib səyahətə çıxan adama imkan yaratmaq, güzəştə getmək (orjinal dəyişiklər etmək,
kiçik düzəlişlər aparmaq) mümkündür. İmtahanlara hazirlaşan tələbənin bu işə istirahəti
hesabına bir-iki saat əlavə vaxt ayırmasına, fermerin müəyyən səbəblər üzündən məhsulunun
bir hissəsini nisbətən aşağı qiymətə satmasına haqq qazandırıla bilər. Şübhəsiz, ağıllı,
rasional qərar verən şəxs və şirkət rəhbərliyi konkret halda öz iqtisadi hərəkətini
(fəaliyyətini, davranışını, əməliyyatını) bu işin marjinal (son) faydalılığının, yalnız onun
xərclərini (maya dəyərini) üstələdiyi halda həyata keçirəcəkdir.
İqtisadi nəzəriyyə
ECONOMICS
19
Dördüncü prinsip, ondan ibarətdir ki, insanların gündəlik yaşayış tərzi və iqtisadi
fəaliyyəti ilə bağlı müəyyən stimullar, həvəsləndirici amillər, bir sira şərtlər dəyişdikdə
onlarin davranişlari, düşüncə tərzləri, yaranmış yeni vəziyyətlə bağlı qəbul etdikləri qərarlar
da hökmən dəyişəcəkdir. Əlbəttə, bu hal təkcə iqtisadi tədbirlərdə deyil, eyni zamanda
hakimiyyətin siyasi iradəsi ilə məcburi qaydalarda həyata keçirilən rəsmi tədbirlərdə də
özünü göstərir. Məsələn, vergi dərəcələrinin dəyişdirilməsi və benzinin qiymətinin
artırılması, avtomobil sürücülərinin və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadə
olunması zəruriliyi, bazar qiymətlərinin vaxtaşırı enib-qalxması prosesi, bank faizlərinin
əmlak və mülkiyyətin sığortalanmasındakı yeniliklər, nisyə (kredit) mal satışında daha
əlverişli şərtlərin tətbiqi, – ilk vaxtlar əhalinin ayrı-ayrı təbəqələri tərəflərindən birmənalı
qarşılanmayıb, müxtəlif rəylər doğursa da, lakin zaman keçdikcə insanlar həqiqətən onların
mənafeyinə, maraqlarına uyğun saydıqları stimullara münasibətlərini yaxşılığa doğru
dəyişirlər.
Beşinci prinsip, iqtisadi ticarət əlaqələrinin müxtəlif ölkələr və xalqlar üçün faydalı ola
bilməsi fikrini əsaslandırır. Doğrudur, ölkələr və insanlar arasında fasiləsiz surətdə davam
edən iqtisadi-ticarət münasibətləri, habelə bu əlaqələrin müxtəlif formaları bazarda kəskin,
rəqabət mübarizəsi şəklində getsə də, bir sıra ziddiyətli cətinliklər yaransa da, lakin son
nəticə etibarilə bu alış-verişlərin istər dövlətlər, istərsə hər birimiz üçün faydalı olduğu,
hamılıqla qəbul edilir. Ticarət əlaqələrinin xalqlar arasında etimad körpüsü olması, onları
yaxınlaşdırılması meyli, qədim Şərq müdriklərinin belə bir hökmünü təsdiqləyir: «Hakim
siyasətsiz, elm mübahisəsiz, ölkə ticarətsiz yaşaya bilməz». Belə bir faktı qeyd etmək
zəruridir ki, XXI əsrin birinci oniliyində dünyada 60 trilyon dollardan artıq istehsal olunan
məhsul-xidmətlərini 28 trilyon dolları müxtəlif təyinatlı tələbləri ödəmək ücün, beynəlxalq
bazara (ixrac və idxal malları-xidmətləri şəklində) çıxarılaraq, satılıb-alınmışdır.
Altıncı prinsip, buna əsaslanır ki, bazarlar cəmiyyətin iqtisadi fəaliyyətinin, təşkili
üçün yaxşı, əlverişli bir üsuldur. Tarixi təcrübədə özünü doğrultmayaraq, iflasa uğramış
sosialist planlı tərüffat sisteminin əksi olan bazar iqtisadiyyatı şərtində mərkəzi planlaşdırıcı
orqanların, əmr xarakterli göstərişləri, sərbəst bazar münasibətləri reallğında milyonlarla
ailələrin və istehsal-xidmət təyinatlı şirkətlərinin tələb-təklif qanunu əsasında formalaşan
qərarları (arzu, hökmü) ilə əvəz olunur. Müəyyən qanunlar və bazar rəqabəti şəraitində
fəaliyyət, göstərmək, çoxsaylı ev təsərüfatları, şirkətlər, korparasiyalar nə istehsal etməkdə,
kimi işə qəbul etməkdə, satış bazarları seçməkdə sərbəstdirlər. Bu mənada bazar
münasibətləri iqtisadi sistemində mürrəkkəb qarşılıqlı əlaqələrdə olan ev təsərüfatları və
şirkətlər sanki A.Simitin adı ilə bağlı «gözəgörünməz əl» tərəfindən idarə olunaraq, tədricən
onların fəaliyyətini arzu etdikləri nəticələrə doğru yönəldilir. Həmin prosesdə qiymət amili
çox mühüm bir rol oynadığından dövlətin, müxtəlif iqtisadi, inzibati yollarla bu işə
müdaxiləsi, şübhəsiz bazar iqtisadiyyatının normal fəailiyyətiniə müəyyən əngəllər törədir.
Çünki bazar iqtisadiyyatı, coxsaylı ailə təsərüfatları və şirkətlərin verdikləri müstəqil qərar
əsasında fəaliyyət göstərən, eyni zamanda mövcud sərvətləri (iqtisadi resusları) bölüşdürən
bir sistemdir. Lakin müasir daxili-xarici əlaqələr sisteminin mürəkələşdiyi, iqtisadi
inteqrasiya proseslərinin genişlənib-dərinləşdiyi, qloballaşma istiqamətində vahid dünya
təsərrüfat
sisteminin
formalaşdığı
bir
şəraitdə
hakimiyyət
orqanlarının
dövlət
tənzimlənməsinin müxtəlif formalarından müəyyən hüdudlar çərçivəsində istifadə etməsi
tamamilə təbii və zəruridir.
Dostları ilə paylaş: |