İqtisadi nəzəriyyə
ECONOMICS
12
XIX əsrin əvvəllərində Azərbaycan parçalanaraq Rusiya tərəfındən işğalından
başlayaraq, XX əsrin ilk iyirminci illərinə qədər olan dövrdə burda gedən ictimai-siyasi,
iqtisadi-sosial, mədəni-mənəvi proseslər xalqımızın M.F.Axundov, A.Bakıxanov, Q.B.Zakır,
H.B.Zərdabi, N.B.Vəzirov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Ə.Rəsulzadə, N.Nərimanov
kimi görkəmli simalarının yaradıcılığında tapmışdır. Onların bədii əsərlərində, mətbuatdakı
yazılarında, publisist məqalələrində, müsahibələrində, çıxışlarında və əməli fəaliyyətbrində
çar Rusiyasının müstəmləkə siyasəti, xalqın hüquqsuz vəziyyəti, rəsmi məmurlann
rüşvətxorluğu, cəmiyyətin sosial təbəqələşməsi, zəhmət adamı – fəhlənin, kəndlinin,
sənətkarın ağır həyati, pulun ağalığı, insanların haqq və hüquqlarının tapdalandığı,
sələmçiliyin yaratdığı bəlalar, ölkənin şəristəsizliklə idarə olunması, əhalinin savadsızlığı,
dini-xürafat mühitinin formalaşdırdığı həyat tərzinin nəticələri, milli qeyrət, vətəndaşlıq
məsuliyyəti mövqeyindən tənqid edilmişdir. Eyni zamanda onlar Azərbaycanın təsərrüfat
həyatındakı canlanmanı, yeni iqtisadi münasibətlərin özünə yol açmasmı, ölkənin daxili-
xarici iqtisadi əlaqəbrinin genişlənməsini, xalqın iqtisadi-sosial vəziyyətindəki dəyişiklikləri
və ümumi inkişaf, habelə milli şüurun formalaşması istiqamətindəki obyektiv meylləri
düzgün dəyərləndirmişlər.
Bütün Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə daxil olmuş
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illəri əhatə etmiş 23 aylıq hakimiyəti
dövrü, onun M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, H.B.Ağayev, N.B.Usubbəyov
və digər xadimbrin iqtisadi-sosial görüşləri, Musavat hökümətinin hazırladığı iqtisadi siyasət
tədbirləri platforması bu xəttin özünəməxsus xüsusiyyətləri, həyata keçirilən ilk uğurlu
addımlar, xalqımızın iqtisadi fıkir, habelə təfəkkürünün formalaşması prosesində mühüm
mərhələ olmuşdur.
Hökumətin mülkiyyət münasibətlərindəki Şərq ölkələrinin xüsusiyyətlərini nəzərə alan
çevik iqtisadi siyasət taktikası, bir neçə variantda hazırlanmış aqrar proqramı, sənayenin
inkişaf yolları xətti, maliyyə valyuta siyasəti, inflyasiyaya qarşı mübarizə üsulları, xarici
ticarət
əlaqələrinin
genişləndirməsi
səyləri,
iqtisadiyyatın
dövlət tənzimlənməsi
istiqamətindəki addımları, əhalinin həyat səviyyəsini yaxınlaşdırmaq, təhsil, səhiyyə və digər
sahəbrdəki dünya təcrübəsinə əsaslanan düşünülmüş tədbirlər sistemi, Azərbaycan Xalq
Cümhuriyyətinin lideri M.Ə.Rəsulzadənin «fıkri, milli və siyasi istiqlalın kökü iqtisadi
istiqlaldır» ideyasına söykənmişdir.
71 il (1920-1991) davam etmiş işğalçı bolşevik rejimi şəraitində müəyyən istisnalarla
Azərbaycanda iqtisad elmi və iqtisadi fıkrin inkişafı, hakim ideologiya olmuş marksist-
leninçi nəzəriyyənin doqmatik-sxolastik ehkamçı iqtisadi müddəalarının öyrənilib tədqiq,
habeb tədris olunmasına tabe edilmişdi. Lakin həyat sübut etdi ki, xüsusi mülkiyyət
hüququnu qadağan edən, sahibkarlıq-biznes fəaliyyətinə yol verməyən, insanların iqtisadi
maraq və təşəbbüslərini boğan, rəqabət prinsiplərinə əməl etməyən bir təsərrüfat sistemi
məhvə məhkumdur.
Sovet hakimiyyəti illərinin obyektiv çətinlik və məhdudiyyətlərinə baxmayaraq,
Azərbaycanda iqtisad elminin nəzəri-praktik məsələlərinə dair Məmmədhəsən Vəlili
(Baharlı), Bəkir Həsənbəyov, Həsən Dadaşov, Əliqulu Fərəcov, Bəhmən Axundov,
Əlisöhbət Sumbatzadə, Əhməd Mahmudov, Mədət Allahverdiyev Muxtar Mustafayev,
Ələsgər Qasımov, Mahmud Tağıyev, Yusif Məmmədov, Mirağa Musayev, Balaca
Əbdürrəhmanov, Əbdülqafür Zərgərov, Ərəstun Axundov, Fərid Fərəcov, Teymur Vəliyev,
İqtisadi nəzəriyyə
ECONOMICS
13
Ağayar Həsənov, habelə başqaları müxtəlif istiqamətlərdə tədqiqatlar aparmış,
monoqrafıyalar, dərsliklər, kitablar, məqalələr nəşr etdirmiş, iqtisadçı kadrların
hazırlanmasına xidmət gostərmişlər.
XX əsrin 90-cı illərində keçmiş Sovet İttifaqının siyasi-ictimai və iqtisadi-sosial sistem
kimi ifasından sonra imperiya ərazisində formalaşmış müstəqil dövlətlərdən biri olan
Azərbaycan Respublikasında iqtisad elminin, о cümlədən də onun tərkib hissəsi sayılan
iqtisadi nəzəriyyənin, habelə təlimlər (fıkir) tarixinin obyektiv sürətdə öyrənilib tədris
olunmasına geniş imkanlar açılmışdır.
Sinfı mübarizə zəruriliyi, ideoloji təzyiq, inqilabi çevrilişlərin labüdlüyü
konsepsiyalarından, mərkəzləşdirilmiş totalitar planlı sosialist sistemindən keçən bir ölkədə,
müasir mərhələdə qarşıya çıxan mürəkkəb və ziddiyyətli problemləri, nisbətən qısa müddət
ərzində daha az itkilərlə, yüksək sosial-iqtisadi səmərəlilik meyarları ilə həll etmək üçün
iqtisad elminin həm elmi-nəzəri, həm də əməli-praktik axtarışlarına, tövsiyələrinə ciddi
ehtiyac vardır.
Müstəqil Azərbaycan Respublikasının rastlaşdığı gündəlik cari qayğılar ilə hökmən
məşğul olmaqla yanaşı, müasir dünya təcrübəsi və iqtisad elminin son nailiyyətlərindən
yaradıcılıqla faydalanmaq əsasında milli iqtisadiyyatımızın gələcək uzunmüddətli inkişaf
perspektivlərini işləyib hazırlamaq, iqtisadçılar qarşısında zəruri bir vəzifə kimi
durmaqdadır.
İqtisadi inteqrasiya və qloballaşma şəraitində, ölkənin yaxın, orta, uzun-müddətli
inkişaf perspektivlərinin daxili-xarici bazarın tələblərinə uyğun prioritet istiqamətlərini milli
təhlükəsizlik, beynəlxalq iqtisadi-ticarət əlaqələri, istehsal-xidmət dairələrinin son
səmərəliliyi baxımından yalnız iqtisad elminin müxtəlif sahələrinin ahəngdar inkişafı, alim-
mütəxəssislərin peşəkar məsləhətləri təməlində aparmaq mümkündür.
1.2. Biz yaşadığımız cəmiyyəti, onun ümumdünya anlayışının tərkib hissəsi kimi
keçdiyi böyük inkişaf yolunu, çətinlikləri və ziddiyyətlərini, gəlib çatdığı müasir dövrün
mürəkkəb problemlərini, həmin problemlərin həlli yollarını, habelə iqtisadi-sosial yüksəlişin
perspektivlərini elmi biliklər əsasında öyrənirik.
Ümumiyyətlə elm dedikdə, – təbiət, cəmiyyət və insan təfəkkürünün inkişaf qanunları
haqqında tam biliklər sistemi başa düşülür.
Hələ qədim dövrlərdə elm öz tədqiqat və öyrənmə sahələrinə görə təbiət elmlərinə və
cəmiyyət elmlərinə ayrılmışdır. Müasir dövrdə elm-ictimai (sosial), təbiət və texniki elmlərə
bölünür.
Öyrənməyə başladığımız iqtisad elmi, yaxud iqtisadi nəzəriyyə fənni, ictimai elmlər
qrupna daxil blub, onun mühüm tərkib hissələrindən birini təşkil edir.
Bu geniş əhatəli və bir sıra sahələri özündə birləşdirən iqtisad elmini, onun müxtəlif
səpgili məsələlərini bilmək, qarşıya çıxan gündəlik, habelə gələcək problemləri səriştəli həll
etmək dövlət xadimlərinə də, siyasətçilərə də, diplomatlara da, sahibkarlara da, işgüzar
biznes adamlarına da, sadə insanlara da lazımdır.
Təsadüfi deyildir ki, tanınmış iqtisadçı N.Qreqori Mənkyü (ABŞ) özünün
«Economicsin prinsipləri» adlı əsərində yazır ki, iqtisad elmi insanlara şirkətlərin, bankların,
mehmanxanaların işini idarə edəndə də, televiziya verilişlərinə baxanda da, ölkənin ən
məsuliyyətli vəzifələrini tutanda da lazımdır. Çünki, bu sahələrdə qarşıya çıxan problemləri
Dostları ilə paylaş: |