İqtisadi nəzəriyyə
ECONOMICS
14
həll edərkən, «iqtisad elminin sərt qayda-qanunlarına bələd olmağınız» sizə köməkçi,
yardımçı rolunu oynayacaqdır.
Mütəxəssislər qeyd edirlər ki, iqtisad elmi özünün uzunömürlülüyü ilə öyünə bilməz.
Çünki, həyat inkişaf edib irəlilədikcə, iqtisadi sistemlər bir-birini əvəz etdikcə, elm-texnika
sahəsində yeni nailiyyətlər qazanıldıqca, təzə materiallar və resurslar meydana çıxdıqca,
istehsalın və insanların tələbatlan, zövqləri dəyişdikcə, şübhəsiz iqtisad elminin
(nəzəriyyənin) qarşısında duran problemlər də yeniləşir. Lakin iqtisadiyyatın əsas vəzifəsi –
insanların müxtəlif təyinatlı tələbatlarını ödəmək üçün maddi (mənəvi) nemətlər istehsal
etmək və müxtəlif təyinatlı xidmətlər (servis dairəsi) göstərməkdir.
Bu iqtisadi vəzifə isə təbii resursların müəyyən məhdudluğu və insanların maddi,
habelə mənəvi tələblərinin artması, hətta sonsuzluğu ilə bağlıdır.
Müasir anlamda iqtisad elmi mövcud resursların məhdudluğu və tələblərin sonsuzluğu
şəraitində, maddi nemətlərin (xidmətlərin) istehsalı, bölgüsü, mübadiləsi, istehlakı
prosesində insanların iqtisadi fəaliyyətinin təhlilidir.
Cəmiyyətdə baş verən geniş əhatəli iqtisadi proseslər təbiidir ki, ümumi tələblə təklifin
qarşılıqlı əlaqəsi, qiymətlər mexanizmi vasitəsiylə, bazar rəqabəti şəraitində müəyyən enib-
qalxmalarla həyata keçirilir.
Ona görə də, müxtəlif istiqamətli iqtisadi nəzəriyyələrin qarşısında belə bir cəmiyyət
üçün son dərəcədə vacib əhəmiyyətə malik olan suala ən səmərəli cavab tapmaq durur: «nə
istehsal etməli, necə istehsal etməli, kim üçün istehsal etməli?» Deməli, iqtisad elmi və
nəzəriyyəsi qısa şəkildə «kim, nə, necə?» sualına cəmiyyət miqyasında optimal cavab axtanr.
bu isə o qədər də asan bir məsələ deyildir.
Müxtətif istehsalçılardan, çoxsaylı alıcılardan, ümumi və fərdi maraqlardan, daxili və
xarici amillərdən asılı olaraq, iqtisadi nəzəriyyə öz qarşısında duran vəzifələri uğurla həll
etmək üçün, şübhəsiz bir çox səbəblərlə, subyektiv-obyektiv maneələrlə, ciddi əngəllərlə
rastlaşır. Lakin iqtisad elmi, bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində həmişə bu
problemlərə cavab axtarmışdır.
Cəmiyyətin təsərrüfat həyatı problemlərinə yanaşıb, onları konkret şəraitə uyğun həll
etmək yolunda iqtisad elminin rolunu yüksək qiymətləndirən amerika iqtisadçısı
P.Samuelson, iqtisadi nəzəriyyəni elmlərin şahı adlandırmışdı. Başqa bir Nobel mükafatı
laureatı M.Fridmen (ABŞ) iqtisadi nəzəriyyəni insanı heyran edən maraqlı elm
adlandırmışdı.
Riyazi məntiqin banilərindən biri B.Rassel (İngiltərə) iqtisad elmini xeyli asan hesab
edərək, bu sahədə məşğul olmaq istəməmişdi. Əksinə, alman fıziki M.Plank iqtisad elminin
çətin olduğunu söyləyərək, fizika-riyaziyat sahəsinə keçmişdi.
İqtisadçı A.Heylbronner bu peşə üçün «dəvə dözümü və müqəddəs adamlara xas səbr»
lazım olduğunu qeyd etmişdi. Belə bir fıkir də vardır ki, iqtisadçı daim öyrənməli və öz
üzərində çalışmalıdır. Belə olmasa, iqtisadçı musiqi əsərini qiymətləndirən kar adama
oxşayacaqdır.
Müasir mərhələdə, planlı sosialist inzibati amirlik iqtisadi sisteminin dağılıb, bazar
münasibətlərinin formalaşdığı postsosialist və postsovet ölkələrində, o cümlədən də
Azərbaycan Respublikasında iqtisad elmi, habelə onun ayrı-ayrı sahələri qarşısında mühüm
vəzifələr durur.
İqtisadi nəzəriyyə
ECONOMICS
15
Bütövlükdə bir sistem halında iqtisad elminin həm nəzəri, həm də əməli (təcrübi)
istiqamətləri vardır.
İqtisadi nəzəriyyə pozitiv və normativ kimi hissələrə ayrılır.
İqtisadi nəzəriyyə əksər hallarda cəmiyyətin başlıca iqtisadi problmlərirıin həlli və
bunun üçün necə fəaliyyət göstərildiyi ilə məşğul olub, izah edir. İqtisadi nəzəriyyə bir elm
kimi ilk növbədə cəmiyyət həyatında gedən prosesləri hərtərəfli təhlil edir, faktları izah edir
və yaranmış vəziyyətin dolğun mənzərəsini yaradır. Lakin obyektiv yaxud subyektiv
səbəblər üzündən apardığı təhlil əsasında öz məsləhət və tövsiyyələrini vermır. Cəmiyyət
həyatında baş verən iqtisadi proseslərə belə yanaşma üsuluna pozitiv mövqe deyilir və bu cür
təhlil pozitiv nəzəriyyəyə aid edilir. Məsələn pozitiv iqtisadi nəzəriyyə konkret bir ölkənin
timsalında istehsalın azalması, işsizlik səviyyəsinin artmasını gostərə bilər, lakin bu mənfi
proseslərin necə aradan qaldrılması yolları haqqında öz tövsiyyələrini vermir.
Pozitiv nəzəriyyədən fərqli olaraq, normativ iqtisadi nəzərıyyə yaranmış vəzıyyətı
təsvır etməklə yanaşı, ondan çıxış yollarını da göstərir. Normativ nəzəriyyə iqtisadi hadisə və
proseslərin gələcək meyllərini, inkişaf istiqamətlərini görərək, öz konkret məsləhətlərini,
tövsiyyələrini verir.
Təbiidir ki, normativ iqtisadi nəzəriyyə pozitiv iqtisadi nəzəriyyəyə nisbətən
iqtisadçilar və mütəxəssislər arasında daha çox mübahisələrə səbəb ölur. Çünki həmin
proseslər (iqtisadi artım, yığım norması, yeni iş yerləri açılması) birmənalı qarşılanmır,
müxtəlif qrupların yaxud şəxslərin maraqlarına toxunur.
Tarixən bəşəriyyətin keçdiyi inkişaf yolu boyunca mövcud olmuş cəmiyyətlərin həyatı,
ictimai-siyasi, iqtisadi-sosial və mədəni-əxlaqi sahələrin vəhdəti kimi səciyyələnir.
Doğrudur, qarşılıqlı əlaqə və təsir nəticəsində tam bir sistem kimi fəaliyyət göstərən
cəmiyyət həyatında bu cəhətlərin hansınınsa çatışmaması, yaxud nöqsanı, bütövlükdə
cəmiyyət həyatına öz mənəvi təsirini gostərəcəkdir. Deməli, bütün cəhətlərin normal və
ahəngdar fəaliyyəti sahəsində iqtisadi sistem yaşayıb inkişaf edə bilər.
Lakin bu da danılmaz faktdır ki, cəmiyyət həyatının sahələri arasında iqtisadiyyat,
həyatın davamı və insanların yaşayıb inkişaf etməsi üçün həqiqətən həlledicidir.
İqtisadiyyat anlayışı geniş mənada cəmiyyət həyatının təməlini təşkil etdiyindən,
iqtisad elmi də bütün iqtisadi bilik dairələrini əhatə edir.
İlk mərhələdə təsərrüfat və onun idarə olumnası qanunları mənasını daşıyan bu anlayış,
hazırda mürəkkəb, habelə çoxcəhətli bir fəaliyyət dairəsini, yəni bütövlükdə iqtisadiyyatı
əhatə edir.
Məlumdur ki, insan cəmiyyəti formalaşdığı ilk addımlarından başlayaraq indiyədək
həmişə iqtisadiyyatla, təsərrüfatla bağlı olmuşdur. Vaxtilə yalnız təbiətin hazır
məhsullarından, təbii nemətlərindən istifadə etməklə kifayətlənmiş insanlar, tədricən
əkinçilik və maldarlıqla məşğul olmuş, sənətkarlıq şeyləri hazırlamış, müxtəlif emalatxanalar
təşkil etmiş, fabrik və zavodlar tikmiş, nəqliyyat vasitələrini təkmilləşdirmiş, elektrik və
atom enerjisindən istifadə etməyi öyrənmiş, kosmosu fəth etməyə başlamışlar.
İnsan cəmiyyəti və onun yaşayışının əsası sayılan təsərrüfat həyatı sahələri
genişləndikcə, iqtisadiyyatı daha səmərəli yollarla inkişaf etdirmək üçün elmi-nəzəri biliklərə
ehtiyac artmışdır. Həyat irəliləyib inkişaf etdikcə, insanların təsərrüfat əlaqələri
genişləndikcə, ayrı-aurı ölkələr arasında ticarət münasibətləri yeni sahələri əhatə etdikcə,
şübhəsiz bu proseslər haqqında olan iqtisadi nəzəriyyələr də dəyişmişdir.
Dostları ilə paylaş: |