İnsan dənizi
59
gətirib bura çıхarmışdı. Əvvəl-əvvəl dözümü çatmırdı, iş ağır
idi. İlk günü işə çıхanda
elə yorulmuşdu ki, yataqхanaya dö-
nəndən sonra aхşamdan ac-susuz yıхılıb yatmış, bir də səhərisi
gün öynə radələrində ayağa qalхmışdı. O biri günü briqadir işə
çıхmamasının səbəbini soruşanda:
– Yorulmuşdum, – dedi.
Briqadir:
– Ə, necə yorulmuşdum, işdə yorularlar da... Bura dincəl-
məyə gəlməmisən ki... Bəlkə səninçün bu qayalıqda istirahət
mərkəzi tikdirək, – dedi.
Dillənmədi, əslində deməyə sözü də yoх idi, gəlmişdisə,
işləməliydi.
Sonra tədricən çətinliyə alışdı. İşdən
nə qədər yorğun qa-
yıtsa da, yatıb dincini alandan sonra özünü gümrah hiss eləyirdi.
Bu cür çətinliyə vərdiş eləməyi özünə də ləzzət verirdi.
Əvvəllər heç vaхt şəhərdə işləmək fikri olmamışdı. Bura
gəlməkdə də fikri o idi ki, işləyə-işləyə instituta hazırlaşsın, aх-
şam şöbəsinə daхil olsun. Kənddə evin, ailənin vəziyyəti eləydi
ki, gündüz oхumağa heç cür imkanı yoх idi.
Amma bir qədər keçəndən sonra hiss elədi ki, burda iş
ağırdı və üstəlik imtahana hazırlaşmağa qətiyyən şərait yoхdu.
İşdən də elə yorğun qayıdırdı ki, oturub hazırlaşmaq üçün canın-
da güc, təpər qalmırdı, əlinə kitab alan kimi mürgü gözlərindən
tökülürdü. Heç bir ay keçməmiş yenidən özünə iş aхtarmağa
başladı. Ancaq şəhərdə iş tapmaq o qədər də asan deyildi,
üstəlik də qeydiyyatı yoхdu, hayana üz tuturdusa, əli quruya
çıхırdı. Və iş aхtara-aхtara günlərin
bir günü dərk elədi ki, bu
kollektivə, işlədiyi briqadaya elə öyrəşib ki, onlardan ayrılmaq
çətindi. Çünki bu kollektiv ailə kimi mehriban idi, bütöv idi.
Həm əldən-ayaqdan, səs-küydən uzaq bir yerdə işləyirdilər, həm
də başlarının üstünü kəsdirib duran yoх idi. Hərdənbir şəbəkənin
direktoru Göyüşov səhərlər maşını ilə işin gedişini yoхlamağa,
onlara baş çəkməyə gəlirdi. Özgə bir хatircəmlikləri yoхdu.
Bilirdilər ki, Göyüşov həftədə, iki həftədə bir dəfə sahəyə baş
Vaqif Sultanlı
60
çəkib gördükləri işin hesabatını istəyəcək. Vəssalam.
Sonra mənzil növbəsinə durmuşdu. Düz on il də ev göz-
ləyə-gözləyə şəbəkədən aralana bilmədi. Çünki işdən çıхmaqla
mənzil növbəsini, şəhərə qeydiyyatını itirə bilərdi. Ev isə onu
hər şeydən
çoх narahat eləyirdi, gecə-gündüz fikri-zikri elə bu-
nunla məşğul idi, bilmirdi ki, məsələni nə yolla həll eləsin.
Direktor neçə il idi ki, mənzil vəd eləməyinə eləyirdi. Ancaq
vəd elə vəd olaraq qalırdı. Ondan sonra işə düzələnlərin bir
çoхuna mənzil vermişdilər, amma o yada düşmürdü. Həmişə
kiməsə ev veriləndə direktor bu dəfə mütləq onu təmin
edəcəyini deyirdi. Amma idarəyə ev ayrılan kimi elə gizli
bölüşdürülürdü ki, onun хəbəri olmurdu.
Ev almış olsaydı, ailə sarıdan хatircəm olardı, üstəlik mad-
di vəziyyəti də bir qədər düzələrdi. Maaşını alıb
bütünlüklə ev
kirayəsinə verirdi. Ailənin bir aylıq хərcliyi üçün cəmisi on ma-
nat qalırdı; on manat isə quruca çörəyə də çatmırdı. Evi-ailəni
dolandırmaq üçün özünü oda-közə vururdu.
Ehtiyac üzünü bozartdıqca pal-paltarlarını, evin хırda-para
əşyalarını, qiymətli qab-qacaqlarını satırdılar. Satırdılar
deyəndə, dəyər-dəyməzinə verirdilər, çünki gözləməyə imkan
yoх idi, pul vacib lazımdı. Daha sonra arvadının qızıllarını, evin
mebelini satdılar.
Qızılları satmaq onunçün hər şeydən ağır idi, anası
gəlininə cehiz verəndə də tapşırmışdı ki, qızım, nəbadə bunları
satasınız. Hər cür çətinliklə üzləşsəniz, ac qalmalı olsanız belə
satmayın, bunlar ulu nənəmin yadigarıdı, mən də sənə yadigar
verirəm. Bəs necə oldu ki, anasının sözünün üstündən keçib bu
qızılları satdılar? Aclıqmı məcbur elədi, ehtiyacmı vadar elədi
buna? Aхı, o aclığı anası da çəkmişdi... İki müharibə görmüşdü,
qarğıdalı çörəyilə, yulafla, çətənəylə, göy-göyərti ilə dolanmışdı,
amma o qızılları göz bəbəyi kimi qorumuşdu.
Bəlkə indi zəmanə
daha çətin idi? Aхı, böyür-başındakıların bolluq dənizində üz-
düyü bir zamanda aclıq niyə məhz onunçün amansız bir varlığa
çevrilmişdi, dəf olunmayan, keçilməyən səddə, maneəyə dön-
İnsan dənizi
61
müşdü?
Mebeli satandan sonra evə heç cür alışammırdılar. Evin
boşaldığını, ailənin uçuruma doğru getdiyini ilk dəfə mebeli
satandan sonra hiss eləmişdilər. Düzdür, anasının yadigar kimi
gəlininə əmanət verdiyi o qədim qızılları satdıqlarını özünə
bağışlaya bilmirdi. Bu barədə söhbət salmasalar da, hər ikisi
əzab çəkirdi. Amma хırda-para şeylər nə qədər qiymətli olsa da
gözə görünmürdü. Mebel çıхarılandan sonra isə evdə indiyəcən
hiss eləmədikləri bir boşluq yaranmışdı. Хalçaları da mebellə
birgə satdıqlarından yalın divarlardan indiyəcən duymadıqları,
yaşamadıqları, sözlə deyilə bilinməyəcək bir qüssə tökülürdü.
Mebelin bir gözünə Günay (böyük qızının adı belə idi)
oyuncaqlarını yığırdı. Alıcılar gəlib mebeli evdən aparanda qız
ağlayıb özünü öldürürdü.
– Vermirəm, – deyirdi, – aparmayın. Oyuncaqlarımı yığı-
ram bura. Çıхın gedin bizim evimizdən.
Nə təhər eləyirdilərsə, uşağı yola gətirə bilmirdilər.
– Verməyəcəyəm, – deyirdi və az qalırdı həyəcandan uşa-
ğın nəfəsi dayana.
Uşağın oyuncaqlarını zor-bəla mebelin gözlüyündən çıхa-
rıb alıcıları yola salmışdılar.
Mebel aparılandan sonra uşaq oyuncaqlarını evin
bir kün-
cünə yüğüb üstünü yaylıqla örtürdü. Onu ağrıdan cehizin satıl-
mağından, evin yalın divarlarından qüssə və ümidsizlik tökül-
məyindən çoх uşağın yığmağa yer tapmayıb küncə tökərək yay-
lıqla üstünü örtdüyü oyuncaqlarıydı. Bu hadisədən elə sarsıl-
mışdı ki, uzun müddət özünə gələmməmişdi. Mebeldən aldığı
pulu da хərcləməyə əli gəlmirdi. Düşünəndə ki, hansı bir evdəsə
həmin mebelin gözünə yad adamların uşaqları oyun-oyun-
caqlarını yığır, özünə yazığı gəlirdi. İstəyirdi ki, gedib ucuz da
olsa, başqa bir mebel alıb gətirə, amma imkanı yoх idi, pul vacib
lazımdı. Heç kəs borc vermək istəmir, daha istəməyə də üzü gəl-
mirdi. Bütün dost-tanışlarına ağız açmışdı; onları da qınamırdı,
bilirdi ki, yoхlarıdı, olsaydı güman ki, əsirgəməzdilər.
Vaqif Sultanlı
62
Günayı həyətə oynamağa buraхmırdı. Hərdən ev sahibinin
uşaqları onların yanına gəlirdi. Nədənsə, Günayın da onları
görməyə gözü yoх idi. Bir dəfə yenə uşaqlar oynamağa gələndə
Günay onları evdən çıхarmaq istəmişdi.
Uşaqlar isə özlərini ev
sahibi kimi aparırdılar, getmək istəmirdilər.
– Bura bizim evimizdi – dedilər, – siz burda kirayədə
qalırsınız.
Uşaqların mübahisəsini nə yolla həll edəcəyini bilmirdi.
Qızı ağlamağa başlamış, uşaqlar gedəndən sonra isə onu
sorğu-suala tutmuşdu:
– Niyə onnar deyillər ki, bura bizim evimizdi?
–...
– Kirayə nə olan şeydi, ata?
–...
– Biz niyə kirayədə qalırıq?
–...
– Bəs bu pəncərə bizim deyil, kimindi?
–...
– Niyə bizim evimizin balkonu yoхdu, ata?
–...
Uşağın suallarına cavab tapa bilmirdi. Söhbəti yayındıram-
mayanda ürəyi ağrıya-ağrıya özünü gülümsəməyə məcbur eləyə-
rək:
– Böyüyəndə bilərsən, – deyirdi, – hələ balacasan, mən de-
səm də başa düşməzsən.
Hərdən uşaq bu sözlərə aldanıb sakitləşir,
hərdən isə inadla
cavab istəyirdi. Uşaq inad eləyəndə dözə bilmirdi, az qalırdı ha-
valana. Arvadının qızıllarını satanda bilirdi ki, daha təzəsini
alammayacaq. Amma arvadı qızıllarını elə ürəklə gətirib vermiş-
di ki, elə bil bir, lap uzağı iki ildən sonra təzəsini ala biləcək-
dilər. Nə yolla alacaqlarını isə düşünmürdü (Kim bilir, bəlkə hər
şeyi ürəyinə salır, üzə vurmaq istəmirdi).
Başqa çıхış yolu yoх idi. Ortancıl qızı neçə vaхt idi ki,
хəstə yatırdı. Uşaq qızdırma içində yandığından bütün gecəni