__________________________________________
29
lər yetişdirilməsi vəzifəsinin öhdəsindən bundan sonra da
ləyaqətlə gələcəkdir.
Bu əlamətdar gündə Sabirabad rayonundakı Nizami Gəncəvi
adına 5 nömrəli şəhər orta məktəbinin müəllim və şagirdlərinə,
məzunlarına, bütün sabirabadlılara böyük uğurlar, xoşbəxtlik və
səadət arzulayıram.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 1999-cu il
__________________________________________
30
NİGER RKSPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB MƏHAMƏN OSMANA
Hörmətli cənab prezident, Niger Respublikasının milli
bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizə və
dost Niger xalqına səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan Respulikası ilə Niger
Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri
xalqlarımızın mənəfeyi naminə inkişaf edib dərinləşəcəkdir.
Sizə möhkəm cansağlığı və səadət, ölkənizə sülh, əmin-
amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 1999-cu il
__________________________________________
31
RUSİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ
ALEKSANDR BLOXİN İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
17 dekabr 1999-cu il
Heydər Əliyev: Mən sizinlə yenidən görüşməyimə şadam.
Təəssüf edirəm ki, bu görüş Sizin bu rolunuzda axırıncı
görüşdür. Buna baxmayaraq, gələcəkdə də əməkdaşlıq
edəcəyimizə ümid bəsləyirəm, o mənəda ki, Rusiya
Federasiyasının səfiri kimi Azərbaycanda olduğunuz dövrdə Siz
Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı,
əməkdaşlığın genişlənməsi üçün az iş görməmisiniz. Buna görə
də mən Sizi salamlayıram.
Aleksandr Bloxin: Heydər Əliyeviç, məni qəbul etdiyinizə
görə çox sağ olun.
Bugünkü görüş həqiqətən qeyri-adi görüşdür. Burada
olduğum dörd il yarım ərzində biz bu salonda, qonşu salonlarda
kifayət qədər tez-tcz görüşmüşük və elə gorünürdu ki, bu,
normal haldır, növbəti görüş də olacaqdır, Lakin bugünkü görüş
hər halda mənim üçün kədərlidir. Çünki nə qədər və nələr
etdiyim barədə, necə deyərlər, mən mühakimə yürütməməliyəm.
Mühakiməni ən əvvəl siz yürütməlisiniz, azərbaycanlılar, ötən
bu dörd il yarımda burada tapdığım bir çox dostlar
yürütməlidirlər. Hər halda mənə elə gəlir ki, mən burada,
Azərbaycanda hamının gözünə vicdan rahatlığı ilə baxa bilərəm.
Çünki başa düşürəm ki, buradan gedərkən prezidentin gözlərinə,
xalqın gözünə baxmamaq, kiminsə üzünə baxmamaq, zənnimcə,
ən ağır cəza olardı. Mən deyirəm ki,
__________________________________________
32
buradan vicdan rahatlığı ilə gedirəm, çünki bilirəm, ötən dörd il
yarımda bu ölkədə nə etmişəmsə, həmişə elə qərarlar tapmağa
çalışmışam ki, onlar Rusiya üçün də, Azərbaycan üçün də
qarşılıqlı surətdə faydalı olsun.
Heydər Əliyeviç, o ki qaldı Sizin şəxsi xidmətlərinizə, mən
bu barəda bəlkə də çox gözəl danışa bilməmişəm. Lakin ona
görə yox ki, mən bu xidmətləri görmürdüm, yaxud
qiymətləndirmirdim. Nə etmək olar, bəlkə də təbiətim belədir.
Amma bu gün mən bunu açıq və vicdanla deyə bilərəm, çünki
çıxıb gedirəm və heç kəs məni qınaya bilməz ki, mən prezident
haqqında hansısa sözləri ona görə deyirəm ki, o, nə isə etsin.
Yox buna görə danışmıram. Mən tam səmimiyyətlə belə hesab
edirəm ki, Azərbaycanda olduğum bu dövr həyatımda yəqin ən
mühüm, ən məsul və maraqlı dövrdür. Bütün bu dörd il yarımda
bir prezident kimi, bir insan kimi Siz mənim həyatımda hər
hansı şəkildə həmişə iştirak etmisniz; elə bir insan ki, mən ona
təkcə səfir olaraq vəzifəmə görə deyil sadəcə ona görə hörmət
edirəm ki, kimlər nə desə də, Sizin Azərbaycan üçün böyük işlər
apardığmızı görmüşəm.
Mən görürdum ki, Siz nə işlər görmüsünüzsə, bunların hamısı
Azərbaycanın rifahına yönəldilmişdir. Mən bunun qaxşısında
baş əyir və Sizə səmimi-qəlbdən «Sağ olun» demək istəyirəm,
çünki bütun bu dörd il yarım mənim üçün böyük və həqiqi
məktəb olmuşdur. Çox şadam ki, vaxtilə məni məhz
Azərbaycana göndəriblər, həyat məni Sizinlə rastlaşdırdı, böyük
siyasətin nə olduğunu gördüm.
Mən Sizinlə işləyərkən Rusiya və Azərbaycan üçün nə isə
faydalı iş görməyə çalışır, eyni zamanda Sizin necə işlədiyinizi
görürdüm. Bu, həqiqətən də istənilən insana layiq olan həyatdır.
Mayakovskinin sözləri yadınızda olar: «Həyatı qurmağı kimdən
öyrənmək barədə düşünən gənc». Mən Mayakovskinin sözlərini
başqa şəkildə ifadə edərək belə deyərdim: “Bunu bir an da
düşünmədən, yoldaş Əliyevdən öyrənərdi”.
__________________________________________
33
Heydər Əliyeviç, Siz həqiqətən böyük siyasətçi və əsl
insansınız. Bunu deməkdən utanmıram və belə demək Mənə
xoşdur, çünki indi heç kim məni tərif söyləməkdə
təqsirləndirməz - çünki buradan gedirəm.
Heydər Əliyeviç, çox-çox sağ olun. Ümid edirəm ki, dekabrın
18-də mənim hələ bakılılarla görüşmək imkanım olacaqdır. Siz
həmin gün Musiqili Komediya Teatrına təşrif buyurmaqla bizi
şərəfləndirəcəksiniz. Mənim bakılılarla, Bakı ilə salamatlaşmaq
imkanım olacaqdır. Yesenin Bakı ilə salamatlaşarkən nə
düşündüyünü bilmirəm, amma yəqin ki, buna bənzər hiss
keçirmişdir. Ona görə ki, Bakı həqiqətən mənim həyatımın bir
hissəsi, yaddaşımın bir hissəsidir. Sonrakı taleyimdən asılı
olmayaraq, bunu həyatımdan, yaddaşımdan qoparmaq mümkün
deyildir.
Onu deyim ki, bu, mənim həyatımın xüsusi bir dövrüdür. Ona
görə də Sizə böyük minnətdarlıqla yanaşıram. Sizə müraciətlə
etdiyim xahişlər - həmvətənlərim olan konkret insanlardan
tutmuş hansısa siyasi məsələlərə qədər geniş dairəni əhatə edən
bu xahişlər diqqətdən kənrada qalmamışdır. Hər halda Sizə
şəxsən müraciət etdiyim xahişlər cavabsız qalmamışdır. Bu, hər
bir səfir üçün çox mühümdür. Çünki əgər səfirin sualları
cavabsız qalırsa, bu o deməkdir ki, nəyi isə axıradək götür-qoy
etmir. Bir sözlə, Sizin sayənizdə mən Rusiya Federasiyasının
prezidenti, ümumən ölkəm tərəfindən üzərimə qoyulmuş
vəzifənin öhdəsindən gəlmək imkanına malik olmuşam. Heydər
Əliyeviç, çox-çox sağ olun.
Heydər Əliyev: Mən də Sizə təşəkkür edirəm. Hesab edirəm
ki, Rusiya Federasiyasının səfiri kimi Azərbaycanda olduğunuz
dörd ildən artıq müddətdə Siz Rusiya-Azərbaycan
münasibətlərinin inkişafı üçün az iş görməmisiniz. Onu da deyə
bilərəm ki, Siz ölkənizi layiqincə təmsil etmiş, onun
mənəfelərini layiqincə qorumuş, Rusiya Federasiyasının səfiri
Dostları ilə paylaş: |