Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə5/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   2   3   4   5   6   7   8   9   ...   145

__________________________________________ 

16

bax, elə çadırlarda, ağır vəziyyətdə yaşayırlar. Onların bir 



arzusıı var - işğal olunmuş torpaqlar azad edilsin və onlar öz 

torpağına qayıtsınlar. Cənab Qribkov dedi ki, onlar Allaha da 

müraciət edir, Allahdan da bunu istəyirlər. Onlar hər gün Allaha 

müraciət edirlər. Amma onlar eyni zamanda sizə müraciət 

edirlər, bizə müraciət edirlər. Bilirlər ki, əgər biz sizinlə bir iş 

görməsək, onlar bu vəziyyətdən çıxa bilməyəcəklər. 

Cənab Kavano, çox məmnunam, siz bir faktı qeyd etdiniz ki, 

çadırda, uşaq doğulub, böyüyub və  məktəbə gedir, çadırdan 

savayı heç bir şey görməyibdir Məlumdur ki, məktəbə getmək 

üçün də  uşağın gərək  ən azı 6-7 yaşı olsun. İndi gör, bu uşaq 

necə dözümlüdür, onun valideynləri necə dözümlüdürlər. 

Amma onlar hamısı ümidlə yaşayırlar və ümid də sizin, bizim 

fəalliyyətimizlə bağlıdır.  İstəyirəm siz biləsiniz, - onlar mənim 

sözlərimə inanırlar. Mən isə 1994-cü ilin may ayında atəşkəs 

haqqında saziş bağlanandan indiyə  qədər, beş ildən artıqdır ki, 

bütün vətəndaşlarımıza, o cümlədən çadırlarda yaşayanlara daim 

vəd verirəm, söz verirəm ki, məsaləni sülh yolu ilə həll edəcəyik 

və siz öz yerinizə-yurdunuza qayıdacaqsınız. Mən onlara daim 

minnətdaram. Onların dəyanəti, dözümlülüyü qarşısında, bu 

qədər vətənpərvər insan olmaları qarşısında daim baş əyirəm. 

Siz oranı bir dəfə görmüsünüz, özü də iki düşərgədə 

olmusunuz. Amma bu düşərgələr bizdə onlarcadır, mən bunları 

çox görmüşəm. Hər bir görüş  məndə o qədər ağır hissiyyatlar 

yaradır ki, bəlkə ondan sonra on gün özümə  gələ bilmirəm. 

Birincisi, ona görə ki, indi dünyada heç yerdə o vəziyyətdə 

yaşayan insanlar yoxdur. Burada, şəhərdə bir yerdə, hansısa 

evdə bir gün işıq yanmayanda, yaxud da istilik olmayanda 

şlkayət edirlər. Amma onlar nə şaraitdə yaşayırlar?.. 

İkincisi də, məni sıxan, mənə  əziyyət verən odur ki, mən 

məsuliyyət daşıyıram. Mən onlara söz vermişəm ki, bu məsə- 

  

 

 




__________________________________________ 

17

bni sülh yolu ilə həll edəcəyəm. Onlar mənə inanırlar, amma bu 



inam da sonsuz deyildir. Allah eləməsin bir gün gəlsin ki, onlar 

bu inamı itirsinlər. Ona görə onlara minnətdaram ki, mənə 

inanırlar və dözürlər. Amma vəziyyət dözülməzdir. 

Cənab Qayard bildirdi ki, məsələnin sülh yolu ilə  həll 

olıınmasına hər iki tərəfdən müsbət münasibət var. Mən 

məmnunam ki, artıq Ermənistan tərəfində  də  məsələnin sülh 

yolu ilə  həll olunması fikri formalaşıbdır. Ancaq biz 

Azərbaycanda 1994-cü ilin may ayından indiyə  qədər daim 

masələnin sülh yolu ilə həll oiunması məqsədini bəyan etmişik 

və mən bu gün də onu bəyan edirəm. Yəni sülh məsələsi bizim 

siyasətimizdə bu gün meydana çıxan  şey deyildir. Biz nə üçün 

Minsk qrupundan tutmuşuq, nə üçün onun daha da fəal olmasını 

istəyirik? Çünki biz sülh istəyirik. 

Doğrudur, bizdə  də eb qüvvələr var, hesab edirlər ki, biz 

torpaqlarımızı müharibə yolu ilə itirmışik və müharibə yolu ilə 

də almalıyıq. Ancaq mən həmişə bunun əleyhinə çıxmışam, bu 

gün də  əleyhinəyəın.  Əminəm ki, cəmiyyətimizin  əksəriyyəti 

mənim bu siyasətimi bəyənir, dəstəkləyir. Ancaq bunlar da 

sonsuz deyildir. Məsələnin həll olunması üçün artıq çox vaxt 

keçibdir. Buna görə də sizin indiki missiyanız, Minsk qrupunuıı 

tarixində demək olar ki, yeni bir mərhələ açır. 

Düzdür, sizdən qabaq da Minsk qrupunun nümayəndələri 

dəyişibdir. Amerikanıkı da, Rusiyanınkı da, Fransanınkı da 

dəyişibdir. Ancaq masələ sadəcə, insanın insanla əvəz 

edilməsində deyildir. Məsələ ondadır ki, yeni təyin olunmuş 

insanlar köhnə fikirlə yaşayırlar, yoxsa yeni fikir irəli sürürlər? 

Mən görürəm ki, siz bu işə yeni əhval-ruhiyyə ilə yanaşırsınız. 

Arzu edirəm ki, sizə bəslədiyimiz ümidlər qırılmasın. 

Bir sözlə, bizim səbrimiz - həm dövlətin, həm xalqın, həm də 

yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətənaşlarının 

səbri tükənibdir. Məhz ona görə  də Ermənistan prezidenti 

Koçaryanla danışığımız zamanı eyni fikrə gəlmişik 




__________________________________________ 

18

ki, məsələnin sülh yolu ilə həll olunması üçün ciddi atılmalıdır 



və müəyyən kompromislərə getmək lazımdır. 

Doğrudur, kompromislər haqqında mənim bəyanatım 

Azərbaycan cəmiyyətinin bir çox hissəsi tərəfindən müsbət 

qarşılanmayıbdır. Onlar deyirlər ki, biz nə  qədər kompromisə 

gedə bilərik? Torpaqlarımız yeddi-səkkiz ildir işğal altındadır, 

işğal edilmiş torpaqlar dağıdılıb, viran olunubdur, bir milyondan 

artıq vətəndaşımız didərgin düşüb, ağır vəziyyətdə yaşayır. 

Bunlar hamısı bizə vurulan zərbələrdir və bizim 

kompromislərimizdir. Amma Ermənistanda Azərbaycan 

tərəfindən heç bir torpaq işğal olunmayıb, Ermənistan ərazisində 

yaşayan ermənilərdən heç biri öz yerindən çıxarılmayıbdır. Ona 

görə  də bu sözləri deyərək mənim kompromislərə getmək 

fikrimin əleyhinə çıxanlar da haqlıdırlar. Mən bunları anlayıram. 

Amma eyni zamanda bilirəm və düşünürəm ki, vəziyyətdən 

çıxmaq lazımdır. 

Ona görə  də sizin indiki missiyanız, hesab edirəm, bizim 

sürətlə irəliyə getməyimizin başlanğıcı olacaqdır. Mən sizin 

fikirlərinizlə razıyam ki, Ermənistan və Azərbaycan 

prezidentlərinin birbaşa görüşləri Minsk qrupunun fəallaşmasına 

və  işin konkretləşməsinə müəyyən  əsas yaradıbdır. Ancaq mən 

sizdən xahiş edirəm ki, bu yaranmış  şəraitdən səmərəli istifadə 

edəsiniz, vaxt itirməyəsiniz. Bizim qaçqınlar öz torpaqlarına nə 

qədər tez qayıtsalar, bir o qədər də rahat olacaqlar. 

Doğrudur, o vaxt onları yeni bir faciə gözləyir. Onlar gəlib 

görəndə ki, evləri dağıdılıb, hər şey viran olubdur, yenidən ağır 

hissiyyatlar keçirəcəklər. Ancaq birincisi, torpaqlarına 

qayıtmaları onları rahat edəcəkdir. İkincisi isə, siz burada bəyan 

edirsiniz ki, dağıdılmış yerlərin bərpa olunması, ümumiyyətlə 

yolların, başqa infrastrukturun bərpası barəsində  də 

düşünürsünüz, bu sahədə də yardımlar ediləcəkdir. 

Mən ATƏT-in istanbul sammitindəki görüşləri və 

ümumiyyətlə ondan sonra yaranmış vəziyyəti müsbət qiymətlən- 

  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə