Microsoft Word Elmi mecmue 15. doc



Yüklə 435,74 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü435,74 Kb.
#76434


 

 



 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 

ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 15 


 APREL (NİSAN) 2011 




İsmailiyyə təriqəti 

223 


 

 

İSMAİLİYYƏ TƏRİQƏTİ 

 

Nuranə Akif qızı HƏSƏNOVA  

AMEA-nın Məhəmməd Füzuli adına 

Əlyazmalar İnstitutunun dissertantı,  

nuranehesenova@rambler.ru 

 

Açar sözlər: İsmailiyyə, təriqət, inanc 



Ключевые слова: Исмаилизм. ветвь, вера 

Key words: Ismailizm, branch, belief 

İsmail b. Cəfər əs- Sadıqın adı ilə bağlı olub, imamiyyədən sonra bu gün 

də mövcud olan ən böyük  şiə məzhəbli təriqətdir. 

Bu təriqət: "Qurani-kərimin zahiri yəni anlaşılan mənası olduğu kimi, 

batini yəni gizli, daxili mənası da vardır. Batini mənası lazımdır, zahiri 

mənası lazım deyil" deyərək Məcusiliktə  və müxtəlif batil dinlərdəki 

inancları  İslam dinindənmiş kimi göstərməyə çalışdıqları üçün Batiniyyə, 

yeddinci imam olaraq Cəfər-əs- Sadiqin oğlu İsmaili qəbul etdiklərinə görə 

İsmailiyyə  və  şəriət sahibi yalnız yeddi peyğəmbərdir dediklərinə görə 

Səbiyyə; haramları mübah (halal) saydıqlarına görə Hurumiyyə; qırmızı 

geyindikləri üçün Muhammirə; həqiqətlərin sadəcə imamdan öyrəniləcəyinə 

inandıqlarına görə  Təlimiyyə; təriqətin yaradıcılarından Həmdan Kərmətin 

adına istinadən Kəramitə; Babək Hürrəmiyə tabe olduqları üçün Babəkiyyə; 

tiryək istifadə etdikləri üçün Həşhəşiyyə kimi adlarla tanınır. (1. səh 177) 

Ən birinci iranlı bir Məcusi olub, “Qəddəh” deyə tanınan Meymun bin 

Deysan tərəfindən ortaya qoyulan batini fikirlər  İranda yayılmağa başladı. 

Yeni müsəlman olanlar arasında tərəftar tapdı. Həzrəti Əlini sevdiyini deyib 

digər Əshabı- kirama söyən insanların altıncı imam olaraq qəbul etdiyi Cəfər 

əs-Sadiqin 765- ci ildə (h.148) vəfatından sonra yeddinci imamın, Cəfər əs-

Sadiqin böyük oğlu İsmail olduğunu iddia edərək, yeddinci imam Musa Əl-

Kazımın imamətini qəbul edən  İmamiyyə  (İsnə  aşəriyyə) təriqətindən 

ayrılaraq  İsmailiyyə  adını  aldılar.  

Altıncı imam Cəfər-əs-Sadiqin ogullarından  ən böyüyü İsmailin imam 

olması  əvəzinə Musa el- Kazımın imam seçilməsi mövzusunda müxtəlif 




Nuranə Akif qızı HƏSƏNOVA 

224 


səbəblər irəli sürülmüşdür. Bunların arasında iki fikir həqiqətə daha uyğun 

hesab edilir:  

1)

 

 İsmail atası Cəfər əs-Sadiqdən üç il əvvəl vəfat etmişdir.  



2)

 

Ismailin içki və qadın düşkünü olan və imamın (ə) lənətlədiyi Əbu 



Xəttab əl-Əsədi ilə dostluq etdiyinə görə imamətdən məhrum edilmişdir. 

Başqa bir rəvayətə görə isə  İsmail imam Cəfər  əs-Sadiqin vəfatından 

(765m.) beş il sonra Bəsrədə görünmüşdür. Ümumiyyətlə İsmailin imamətini 

iddia edənlər arasında onun ölüb-ölmədiyi ixtilaflıdır. Ölmədiyini irəli sürən 

az bir topluluğa qarşı onun babasından öncə öldüyünü, özü üçün olan 

imamət vəzifəsini övladlarına ötürdüyünü söyləyən və  İsmailin qulu 

Mübarəkə istinadən Mübarəkiyyə adlanan qrup daha çoxdur. Əsl 

İsmailiyyəni təşkil edən bu təriqətə görə İsmail bin Cəfər adına qurulan bu 

təriqət daha sonra oğlu Məhəmməd bin İsmail  əl-Məktum ilə davam 

etdirilmişdir. Məhəmməd bin İsmail Abbasi xəlifəsi Harun ər-rəşidin 

zamanında düşmənlərindən qorunmaq üçün Mədinədən uzaqlaşaraq Rey 

yaxud Dəyləmə getmiş, sonra Nişapura  yerləşmişdir. (2. səh 70) 

İsmailiyyə imamları  Cəfər  əs-Sadiqin ölümündən etibarən Ubeydullah 

el-Mehdinin  Şimali Afrikada meydana çıxmasına qədər gizlənmişlər. 

Məzhəb mənsubları bu dövrdə  Məhəmməd  əl-Məktumdan sonra  Abdullah 

əl-Vəfi, Əhməd b. Abdullah ət-Taqi və Hüseyn b. Əhməd ər-Radinin imam 

olduğunu və  vəzifənin ardıcıl olaraq davam etdiyini irəli sürsələr də bu 

imamların tarixi şəxsiyyətlər yoxsa hərəkatın qurucuları  tərəfindən 

uydurulmuş xəyali şəxsiyyətlər olması aydın deyildir. Çünki bu dövrdə “dai” 

lər tərəfindən idarə olunan bu təriqət bir çox qaranlıq mərhələlərdən 

keçmişdi. Təriqətin ranmasından sonrakı yarım əsr ərzində ismaili imamları 

gizləndilər. (2.səh.71) Ümumiyyətlə uzun çəkən bu gizlənmə dövrü, Fatimi 

xəlifələrinin nəsəblərinin Hz. Məhəmmədə çatıb, çatmaması mövzusunda 

müxtəlif şübhələrin yaranmasına  imkan yaratmışdır.  

Qurduqları gizli təşkilat olan “Dai”nin bu təriqətin yayılmasında rolu 

çox böyük olmuşdur. Dai təşkilatının üzvləri özlərini dailər adlandırırdılar. 

Bu dailər Kufə, Bəsrə,  İran, Yəmən, Bəhreyn və  Şimali Afrika kimi 

müsəlman ölkələrə gedərək fikirlərini gizlincə yayırdılar.  

Getdikləri yerlərdə  əvvəl ibadət və xeyir işlərlə  məşğul olaraq 

ətrafdakılara görə təsəvvüf camaatı kimi görünərək, cahil xalqdan ixtilaflı və 

şübhələndirici suallar soruşaraq fitnə toxumlarını  əkdilər. Təriqət Kufədə 



İsmailiyyə təriqəti 

225 


Həmdan Kəramət, Reydə  Xələf adlı bir dəvətçi, fars bölgəsində (Xorasan, 

Nişapur, Mərvəruz)  Əbdan qardaşllarından biri tərəfindən inkişaf 

etdirilmişdir. Sonralar bölgələrə görə müxtəlif adlar altında dövlətlər 

qurdular. 891- ci ildə (h. 278)  Bəhreyn bölgəsində Qarmatilər dövlətini 

qurdular.  Əhli-sünnə olan müsəlmanlara zülm və  işgəncə etdilər. 929 (h. 

317) cu ildə  Məkkəyi-mükərrəməni darmadağın edib Həcərul-Əsvədi 

yerindən sökərək Bəsrə yaxınlığında Hicr şəhərinə apardılar. 910 (h. 298) ci 

ildə Misirdə gizli yollardan iqtidarı  ələ keçirib Fatimi Dövlətini qurdular. 

Abbasilərə  və  Səlcuklara qarşı uzun zaman mübarizə edib, dövlətlərinin 

sərhədlərini genişləndirməyə çalışmışlar. (1.səh.177) 

İsmailiyyə  təriqətində olan fikir ayrılıqlarına görə müxtəlif firqələrə 

bölündülər. Bunların birincisi Bəhreyn qarmatiləridir. Sonralar isə Nizarilər 

və Müstaililər adlı iki böyük firqəyə ayrıldılar.  

Müstənsir öləndən sonra Fatimilər dövlətində hakimiyyət üstündə iki 

qardaş Nizar və Müstəbillah arasında mübarizə başlayır. Müstəbillah qardaşını 

zindana salır. Nizar zindandan qaçaraq Ələmut qalasına sığınır. Bu dövrdə  

Səlcuqlu vəziri Nizamülmülkün tələbəlik dostu olan Həsən Səbbah 

Nizamülmülkdən inciyəndən sonra Misirə gedir və ismaililiyi qəbul edir. 

İsmail-Daisi adını alır. İsmaililərin ikinci önəmli qolu olan Nizarilər təriqətinin 

başına keçir. Həsən Səbbahın liderliyindəki Nizarilər gizli-gizli İran və 

Suriyada fəaliyyət göstərməyə başladılar. Həsən Səbbah bir müddətdən sonra 

İrana qayıdıb, 1081 – ci ildə  İsmailiyyə dövlətini qurur.  Ələmut qalasını 

paytaxt etdi. Bəzi mənbələrdə onun hətta Fədayin adlı terror təşkilatı qurması 

barədə məlumatlar vardır. Bu mənbələrdə adı çəkilən terror təşkilatının çoxlu 

müsəlmanı, dövlət adamını  və alimi şəhid etməsi göstərilir.  Əhli-sünnət 

alimlərinin kitablarını oxumağı  və onlarla görüşməyi qəti  şəkildə qadağan 

edir. Nəhayət bu dövlətin hakimiyyətinə Moğol hökmdarı Hülakinin 1256 – cı 

ildə  Ələmut qalasını  zəbt etməsiylə son qoyuldu. Bundan sonra Nizarilər 

adıyla bilinən Səbbahilər öz aralarında ikiyə bölündülər. (1. səh 178) Azlıq 

təşkil edən qrup 18- ci əsrdə dağıldı. Böyük qrup isə birinci Ağa Xanın 

liderliyində 1840-cı ildə  İrandan Hindistana köçür. Bu gün Nizarilərin bu 

qolunun Hindistan, İran, Afrika və Suriyanın bəzi regionlarında milyonlarla 

tərəfdarı vardır. Hiindistanda Nizarilər Müəllimlər (Hocalar) deyə tanınır. Ağa 

Xanları isə rühani liderləri olaraq tanınırlar.  Bu gündə yaşayan son Ağa Xan 

yenə də müxtəlif fəaliyyətləri ilə məşhurdur.  



Nuranə Akif qızı HƏSƏNOVA 

226 


Əvvəllər Müştailər adı altında Yəmənə gedən İsmaililər fəaliyyət sahə-

lərini genişləndirib, Hindistan tərəfinə keçdilər və burada özlərinə çoxlu 

tərəfdar topladılar. Hal-hazırda Hindistanda Bohra və ya Bohara adıyla bili-

nən çoxlu tərəfdarı olan Hindistan İsmaililəri sonralar Davudi və Süleymani 

adı altında iki qrupa bölündülər. Davudilər Hindistanda qalır, Süleymanilər 

Yəmənə qayıdır. Bu gün Davudilərin mərkəzi Hindistanda, Süleymanilərinki 

Yəməndədir. Dövrümüzdə  təqribən on beş milyon İsmailiyyə  təriqətinə 

mənsub müsəlman vardır. Başçıları  məşhur Ağa Xandır. (6.səh.32).  Dün-

yada tanınmış şəxslərdən olan Pakistan dövlətinin qurucusu Məhəmməd Əli 

Cinah İsmailiyyə təriqətinə mənsub şəxslərdəndir.  

İsmaililərin görüşlərini yaymaq üçün qəbul etdikləri təməl prinsipləri və 

müxtəlif addımlardan meydana gələn təşkilatları vardır. Prinsipləri bunlardır:  

1.

 

Dini savadı olan şəxslərlə danışılmasın. Din alimi olan yerdə 



gizlənilsin.  

2.

 



Qarşındakı şəxsin arzusuna və istəyinə görə danışılacaq. 

3.

 



Müsəlmanlar islam dininin əmrləri və qadağaları mövzusunda 

şübhəyə salınacaq. 

4.

 

Sirlər yadlara deyilməyəcək və sirlər yalnız təriqəti qəbul edənə 



veriləcək 

5.

 



Aldatmaq üçün əvvəl hərkəsin inandığı şeyləri müdafiə edəcəklər. 

6.

 



İbadətlərə ehtiyac yoxdur, qəlbin təmiz olsun bəsdir deyiləcək 

İsmaililərin inancları aşağıdakılardır :  

1.

 

Yaradıcı yəni Allah nə vardır, nə də yoxdur. Nə alimdir, nə cahildir, 



nə qadirdir, nə acizdir. Bütün sifətləri  belədir. Çünki bunlar var desək 

məxluqlara oxşadılmış olar. Yoxdur desək, yoxluq adı  işlənər.Yaradan 

qadim,  başlanğıcı olmayan da deyidir. Hadis yəni sonradan olan da deyildir.  

2.

 



Qurani Kərimin bir zahiri mənası bir də batini mənası vardır. Batin 

daxili, öz mənası  lazımdır. Qozun qabığı deyil içini lazımdır deyərək Qurani 

Kərim ayətlərini özlərinə məxsus izah edirlər.  

3.

 



Yeddi rəqəmi onlar üçün müqəddəsdir. Çünkü aləmin nizamı  və 

tarixi hadisələr yeddi rəqəmi üstündə qurulmuşdur. Allah küllü ağıl, nəfs, 

əsli maddə, fəza, zaman, yerüzü aləmi və insanlıq olaraq yeddi təcəlli qəbul 

edirlər. Yer üzü aləminin özlərinə Natiq adı verilən din gətirmiş yeddi 

peyğəmbəri var. Hər peyğəmbər arasında yeddi imam, hər dövrdə olması 

vacib olan imamların sayı yeddidir.  




İsmailiyyə təriqəti 

227 


4.

 

Axirət həyatını inkar edən  İsmailillər; Cənnət, Cəhənnəm, yenidən 



dirilmə, həşr, məhşər, mizan və sirat olması mümkün olmayan şeylərdir. 

Cənnət bu dünyadakı nemətlər, cəhənnəm isə dünyada edilən, ibadətlərin və 

haramlardan çəkinmənin verdiyi sıxıntılar və əziyyətlərdir.  

5.

 



Namaz və zəkat kimi ibadət və haramlar Allahın yaxın dostları üçün 

deyildir. Bir çox haramları mübah hesab edirlər.  

6.

 

Yeddinci imam olaraq İsmail bin Cəfər Sadiqi qəbul edirlər. 



Təməl görüşləri bunlardır: 

1.

 



Vəlayət – islamın birinci dirəyidir.  

2.

 



Namaz – gündə üç dəfə qılınır.  

3.

 



Zəkat – Dailər tərəfindən alınır, camaatın işləri üçün Dai-mütləqə 

təslim edilir. 

4.

 

Oruc - Ramazan ayında 30 gün, hər ayın ilk və sonuncu cümə 



axşamları tutulur. 

5.

 



Həcc – Məkkəyə  həcc məcburidir, həmçinin Kərbəla və digər 

məşhur ziyarətgahları ziyarət edirlər. 

6.

 

Cihad – nəfsləri, malları  və  həyatları üçün cihad edirlər.  İmam və 



Dai istəyəndə fərzdir. 

Sünnülər kimi bunlarda muta nigahını qəbul etmirlər.  ( 5.səh.131) 

İsmaililərin kitabı Kitabul-Cinandır. Qurani – Kərimdən sonrra ikinci 

müqəddəs kitab sayılır. Kitabın içində sufi şerlər vardır. (7.net. səh) 

 

 

ƏDƏBİYYAT 



 

1.

 



Yeni Rehber Ansiklopedisi 10 Turkiye Gazetesi, İstanbul 1993.  

2.

 



İslam Ensiklopedisi, İslam Alemi Tarih, Coğrafiya, Etnoqrafiya və 

bioqrafiya luğati. 5/2. cilt. İstanbul , Milli Egitim Basınevi, 1993. 

3.

 

Turkiye Diyanet vakfi. İslam Ansiklopedisi , Cild 23.İstanbul 2001.  



4.

 

Turkiye Diyanet vakfi. İslam Ansiklopedisi , Cild 11..İstanbul 1995.  



5.

 

Ethem Ruhi Fığlalı, Çağımızda İtikadi İslam Mezhepleri, İzmir 2004 



6.

 

Şerafeddin Gölcük, Kelam Tarihi (Kişiler, Görüşler, Eserler), Konya 1992   



7.

 

 نم ةفئاط ةيرازنلاةعيشلا ةيليعامسلإا ىلإ ةبسن ﷲ نيدل ىفطصملا رازن دعم نب 



ّ َ َ

اب رصنتسملا. 

/http://ar.wikipedia.org/wiki/%D9%86%D8%B2%D8%A7%D8%B1%D9%

8A%D8%A9 / son bax: 14.07.2011  




Nuranə Akif qızı HƏSƏNOVA 

228 


 

SUMMARY 

 

THE ARTICLE IS DEVOTED TO THE ANALYSES OF THE 



BRANCH OF ISMAILISM 

 

It is the second largest branch of Shia Islam, after the mainstream  



Ithnaashariyya. The Ismaili get their name from their acceptance of Ismail 

ibn Jafar as the appointed spiritual successor  Imam to Jafar as- Sadiq. They 

differ from the Twelvers, who accept Musa al- Kazım, younger brother of 

Ismail, as  the  true Imam.   



 

 

 



РЕЗЮМЕ 

 

СТАТЬЯ ПОСВЯЩЕНА ИССЛЕДОВАНИЯМ ВЕТВИ 



ИСМАИЛИЗМА 

 

Это - вторая по величине ветвь Ислама шиа, после господствующе-



го Иснашария. Исмэйли получили своё название от принятия Исмэйла 

ибн Джафар, назначенный духовным Имамом, преемника к Джафар как 

- Садиг. Они отличаются от Иснашария (Twelvers), кто принимает Муса 

ал-Казима, младшего брата Исмэйла, как истинного Имама.    

 

 

Çapa tövsiyə etdi: f.e.d. Kamandar Kazım oğlu Şərifov 



 

 

 



Yüklə 435,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə