Microsoft Word Geo-6 mv az-capa doc


Coğrafiya dərslərində fəal təlim üsulları



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə9/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

 
24
Coğrafiya dərslərində fəal təlim üsulları 
 
Fəal təlim üsullarını  dərs prosesinə  səmərəli  tətbiq etmək üçün müəllimdən ilk 
növbədə üsulun dərsin məzmununa və  mərhələsinə uyğunluğunu nəzərə almaq 
tələb olunur. 
Müzakirələr (diskussiyalar). Müzakirələr və ya diskussiyalar şagirdlərin dərs pro-
sesində: a) bir-biri və müəllim ilə qarşılıqlı ünsiyyətinə yardım göstərir; b) infor-
masiyanın təhlili üçün açıq mühit yaradır; c) məsələnin öyrənilməsində alternativ 
fikirlər söyləməyə təkan verir; d) informasiyaların görünməyən tərəfləri barədə dü-
şünməyə məcbur edir; e) şagirdlərin hüquq bərabərliyini təmin edərək demokratik 
mühit yaradır; f) şagirdləri passiv dinləyicilərdən aktiv iştirakçıya çevirir. 
Müzakirənin təşkil edilməsində aşağıdakılar nəzərə alınmalıdır: 
1. Müzakirə (diskussiya) qaydaları  tərtib edilməlidir. Bu qaydalar dərs ilinin 
əvvəlində sinif şagirdlərinin  ümumi razılığı  ilə qəbul olunmalıdır:  
  –  eyni  vaxtda  yalnız bir nəfər danışmalıdır;  – danışanı diqqətlə dinləmək, ona 
cavabı yalnız nitqi tamamladıqdan sonra vermək olar; – tənqid yalnız danışanın 
fikrinə yönəlməlidir; – vaxt nəzərə alınmalıdır; – söz üçün icazə istənilməlidir.                   
Qaydalar iri vərəqdə yazılmalı və divarda görünən yerdə  asılmalıdır.                                          
2. Sinifdə şagirdlərin müzakirə üçün münasib formada oturmasına (dairəvi, yarım-
dairəvi, üz-üzə və s.) nail olunmalıdır. 
3. Müzakirə üçün mövzunun adı ilk baxışdan sadə, şagirdin başa düşəcəyi şəkildə 
təqdim edilməlidir. 
4. Müzakirə “Nə baş verdi?”, “Nə üçün baş verdi?”, “Bu haqda siz nə düşünürsü-
nüz?”, “Başqa cür ola bilərmi?” və bu kimi inkişafetdirici suallar verməklə başlayır. 
Məsələn: 
                                                             
                     Ənənəvi təlim 
                           Fəal təlim 
1.  Çayın mənbəyi nə ola bilər? 
     
1. Nə üçün okean və onun hissələri çaylara 
mənbə ola bilməz? 
  2.  Çayların çirklənməsi hansı  səbəblərlə 
əlaqədardır? 
3. Yaşayış məntəqələrinin əksəriyyətinin çay 
kənarlarında salınmasının nəticəsi nə olur? 
                   
Diskussiyanın gedişinin düzgün qiymətləndirilməsi də onun müvəffəqiyyətlə  hə-
yata keçirilməsinə təsir edən amillərdən biridir. 
Müəllim: 
– şagirdlərin düzgün, əsaslandırılmış fikirlərinə, sanballı dəlillərinə diqqət yetirmə-
lidir;  
– fikirləri ümumiləşdirərkən, yekun vurarkən müzakirələrdə iştirak edən şagirdlərin 
fikrindən  nümunələr gətirməli, onlara qarşı diqqətli olmalıdır; 
– söylənilən fikirlərə  səbirlə qulaq asmalı, fikirlər səhv olduqda belə  şagirdin sö-
zünü kəsməməli, digər şagirdlərdən həmin fikrə qarşı hansı münasibətdə olduqla-
rını soruşmalı və sonda özünün düzgün mülahizələrini söyləməlidir. 
Beyin həmləsi.  Şagirdlərin hər hansı konkret problemin həlli və ya suala cavab 
tapmaq üçün yaradıcı  təfəkkürünü üzə  çıxarmağa təkan verir, onların müxtəlif 


 
 
25
vəziyyətlərdən çıxış yolu tapmaq, qərar qəbul etmək səviyyəsini və eləcə də fikirlə-
rini konkret ifadələrlə  söyləmək  bacarığını üzə çıxarır. 
Bu üsulun aşağı siniflərdə həyata keçirilməsi çox sadə ola bilər: müəllim sualı löv-
hədə yazır və sinif şagirdlərinə  həmin sualın cavabına dair ideyalarını söyləməyi 
təklif edir. Şagirdlərin verdiyi (düşünülmüş, təsadüfi və s.) cavablar heç bir şərh 
verilmədən lövhəyə yazılır. Yalnız bundan sonra yazıya alınmış ideyalar təhlil edi-
lir, qruplaşdırılır, mübahisə doğuran, yaxud orijinal fikirlər ayrılır və sualın cava-
bını əks etdirən ideyaların şərhi və müzakirəsi aparılır. 
ZİQZAQ üsulu qısa vaxt ərzində mövzunu əhatəli keçməyə imkan verir. Bu üsulu 
tətbiq etmək üçün şagirdlər “doğma” qruplara bölünür. Sonra qrupdakı  hər bir şa-
girdə  təklif olunur ki, hərəsi bir rəqəm söyləməklə saysınlar. Öyrəniləcək mətnin 
həcmindən asılı olaraq o, müəyyən hissələrə ayrılır (məsələn, 4 hissəlidirsə; 1-dən            
4-ə kimi sayırlar). Beləliklə, hər bir şagirdin söylədiyi rəqəm onun nömrəsi olacaqdır. 
Sonra şagirdlərin diqqəti öyrəniləcək mətnə yönəldilir. Qısa şəkildə mövzunun adı və 
məzmunu müzakirə edilir. Müəllim izah edir ki, əsas vəzifə mətni araşdırmaq, məğ-
zinə varmaqdır.  
Məşğələnin sonunda hər bir qrup mətni tam başa düşməlidir. Şagirdlərin diqqətinə 
çatdırılır ki, mətn dörd hissəyə bölünmüşdür. Hər bir qrupdakı 1 nömrəli iştirakçı 
birinci hissə, 2 nömrəli iştirakçı ikinci hissə (3 və 4 nömrəli iştirakçılar da bu qayda 
ilə) üçün cavabdeh olacaqlar. Sonra eyni nömrəli oyunçular bir yerə toplaşırlar. 
İzah olunur ki, 1, 2, 3, 4 nömrəli  şagirdlərdən ibarət olan qruplar indi “Ekspert 
qruplar” adlanır.  
“ZİQZAQ” sxemi 
 
Onların vəzifəsi mətnin öhdəsinə düşən hissəsinin məzmununu diqqətlə öyrənmək-
dən ibarətdir. Onlar həmin hissəni oxumalı, tərəfdaşlar kimi onun məzmununu mü-
zakirə etməli və materialı lazımınca qavradıqlarına əmin olmalıdırlar. Sonra onlar 
“doğma” qruplarına qayıdan zaman mətnin tədqiq etdikləri hissəsini həmin qrupun 
üzvlərinə hansı qaydada təqdim edəcəklərini qərarlaşdırmalıdırlar. Ekspert qrupla-
rın işi başa çatdıqdan sonra onlar öz “doğma” qruplarına qayıdaraq öyrəndiklərini, 
materialın məzmununu həmkarlarına izah edirlər. Nəticədə bütün qrup üzvləri mət-
nin məzmununu tam mənimsəməlidirlər.  
Növbəli suallar üsulu şagirdlərin materialı diqqətlə oxuyub tərəf-müqabilləri ilə 
birlikdə çalışmasına kömək edir. Şagirdlər müəyyən edilmiş mətni hissələr şəklində 
növbə ilə oxuyur. Birinci şagird bir hissəni bir başlıqdan digərinə kimi yüksək səslə 
oxuyur. Digər tərəf-müqabili mətn haqqında suallar verir. Birinci şagirdin sualları 
cavablandırmasına çalışılır. Sonra rollar dəyişilir. Əvvəl sual vermiş olan tərəf-mü-
qabili növbəti abzası oxuyur, digəri isə suallara cavab verir. 
Oxu və sualvermə üsulu cütlüklər şəklində tətbiq edilən sual vermək üsuludur. Şa-
girdlər müəyyən edilmiş mətni hissələr şəklində növbə ilə oxuyur. Sonra bu hissə-


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə