Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
18
4-cü  tədris vahidi  
Səhifə 79. Atmosferin quruluşuna aid illüstrasiya əsasında belə iş təklif oluna bilər. 
Şagirdlərə bu şəkli yenidən dəftərə  çəkməyi, sxem üzərinə bulud, hava şarı, 
televiziya qülləsi, mobil əlaqə üçün peyklərin təsvirini  əlavə etmək təklif oluna 
bilər. Bunun üçün şagirdlərə əvvəlcə mətnlə tanış olmaq, sonra isə adıçəkilən ob-
yektlərin sxemdə yerini düzgün qeyd etmək tapşırılır. Tapşırıq cütlərlə  iş forma-
sında verilə bilər.   
5-ci  tədris vahidi 
Səhifə 99. Bu şəkillər okean resurslarından istifadəni əks etdirir. Müəllim bu möv-
zunu Azərbaycanın iqtisadiyyatında Xəzər dənizinin rolu ilə müqayisəli  şəkildə 
apara bilər. Bu müqayisədə şagirdlər sərbəst olaraq müzakirələrə qatılırlar.  
6-cı tədris vahidi 
Səhifə 117, 118, 119. Müxtəlif təbii komplekslərdən şəkil  nümunələri  verilmişdir. 
Şagirdlərlə birlikdə onlardan hansının sizin yaşadığınız təbii kompleksə uyğun 
gəldiyini müəyyən etməyə çalışın. Əgər şagirdlərdən kimsə bu təbii komplekslər-
dən birini Azərbaycanın digər rayonlarında görmüşsə, ondan bu barədə danışmağı 
xahiş etmək olar.  
7-ci tədris vahidi  
Səhifə 140. Gül və bayquşun fotolarına baxın.  Şagirdlərə  həyat tərzində gecə  və  
gündüzün fərqləri aydın hiss olunan digər bitki və canlı aləm (günəbaxan, yarasa, 
kirpi və s.) haqqında məlumat verməyə imkan yaradın. Onlardan bioloji ritmlər 
haqqında nə bildiklərini, gündəlik rejimlərin pozulmasının hansı xoşagəlməz ha-
disələr yaratdığını soruşmaq da mümkündür və s.  
 
Dərslikdə ümumiləşdirici tapşırıqlarda verilmiş  
illüstrasiyalarla işə dair bəzi tövsiyələr 
 
Səhifə 27, tapşırıq 4.  
Abidə ekvator xətti üzərində qurulmuşdur. Bu o deməkdir ki, onun yerləşdiyi ölkə 
ekvator xətti ilə kəsilmişdir. Şagirdlərdən xəritə üzərində bu ölkələrin adlarını təyin 
etməyi xahiş edin və onları düzgün cavabı seçməyə istiqamətləndirin. Əlbəttə, bu 
ölkə Ekvadordur.  
Səhifə 76, tapşırıq 1. 
Şəkildə uşaqlar tabaşirlə (tabaşir – çökmə süxurdur) şəkil çəkir. Arxa fonda, adə-
tən, mərmər və qranitdən hazırlanan abidə (hər iki cavab düzgün qəbul edilə bilər) 
vardır. Parkdakı cığıra plitə döşənmişdir – bu, qranit, qumdaşı və ya əhəngdaşı ola 
bilər. 
Səhifə 132, tapşırıq 4. 
Böyük Səhranın sahəsi təsvir edilmişdir. Açıq-boz rəng səhranın 2012-ci il üçün  
sahəsini  əks etdirir. Şəklin təhlili  şagirdlərə belə bir nəticə  çıxarmalarına imkan 
verir:   
1. Böyük Səhranın sahəsi genişlənmişdir. 
2. Səhralaşma prosesi sürətlə gedir.  


 
 
19
Səhifə 132, tapşırıq 5. 
Fotoşəklə baxıb onu təhlil etməyə çalışın.   
А) Suvarma kanalına  əsasən “Suvarma nədir?” (bitkiyə  əlavə su verilməsi), “Nə 
üçün Azərbaycanın  əksər  ərazilərində vacibdir?” (çünki rütubət çatışmır), “İlin 
hansı dövründə əkinlər suvarılır?” (yayda) və s. suallar verilir. Daha sonra “iqlimin 
xüsusiyyətləri”nə dair nəticə çıxarmaq mümkündür: yay ayları quraq keçir və ona 
görə də suvarma tətbiq olunur.  
В) Yaylaq – dağlardakı otlaqlardır.  Şagirdlərə ilk növbədə “Nə üçün heyvan 
sürülərini yayda dağlara aparırlar?” (ora daha rütubətli olduğuna görə yem ehtiyatı 
bol olur) və ya “Qışda sürülərin düzənliklərə gətirilməsi nə ilə əlaqədardır?” (dü-
zənliklərdə qış daha mülayim keçir) sualları verilir. Bu isə  iqlimin digər bir xüsu-
siyyətinin üzə çıxarılmasına imkan verir.  
 
Kiçik summativ qiymətləndirmə üçün nəzərdə 
tutulan tapşırıqlarda verilmiş illüstrasiyalarla işə dair bəzi tövsiyələr 
 
MV, 1-ci tədris vahidi. Tapşırıq 3. 
Azərbaycan və Hindistan iki yarımkürədə yerləşir. Ekvador, Böyük Britaniya, Brazi-
liya isə üç yarımkürədə yerləşir. Lakin Böyük Britaniya Şimal, Şərq və Qərb yarım-
kürələrində, Braziliya və Ekvador isə Qərb, Şimal və Cənub yarımkürələrindədir.   
MV, 3- tədris vahidi. Tapşırıq 3. 
Şəkildə vulkanları hündürlüyünə, forma və püskürmə məhsullarına görə müqayisə 
etmək olar. Çünki şəkildən aydın görünür ki:  
1) palçıq vulkanının zirvəsi dairəvi formadadır, yamacları maqmatik vulkan ilə 
müqayisədə dik deyil; 
2) maqmatik vulkanın kraterindən lava axır, palçıq vulkanından isə palçıq. Bundan 
əlavə,  şagirdlər mətnə  əsasən onların hündürlüklərinin fərqli olduğunu yada sal-
malıdırlar.    
MV, 1-cü tədris vahidi. Tapşırıq 7.  
Şəkildə suyun içində qalmış ev və bağ  təsvir edilmişdir. Bu orada daşqının baş 
verdiyini göstərir. Mussonlar yayda leysan yağışları ilə müşayiət olunur – bu 
dövrdə  çaylar  öz  məcrasından çıxır və daşqınlar yaranır. Nəticə:  şəkil yayda 
çəkilmişdir.   
MV, 4-cü tədris vahidi. Tapşırıq 9. 
Bu tapşırıq şagirdlərdən mətndəki yeni məlumatları seçmək, təhlil etmək və mətn 
materialı ilə qrafik materialı müqayisə etmək bacarıqlarını  tələb edir. Dərslikdə 
Bofort şkalasına aid material yoxdur. Ona görə də şagirdlər məlumatları təhlil edə-
rək küləyin gücünün 9–10 bal ilə təyin olunduğunu müəyyən etməlidirlər. Çətinlik 
olarsa, müəllim onların diqqətini  şəkildəki dağılmış evə yönəldə bilər və  ağacın 
kökü ilə birgə aşması üçün 9–10 ballıq küləyin olmasının vacibliyi göstərilə bilər.  
MV, 5-ci tədris vahidi. Tapşırıq 10.  
a)  şəklindəki göl təxminən dairəvi formada və dağın zirvəsində  təsvir edilmişdir. 
Belə formalar vulkan kraterində yerləşən vulkanik mənşəli göllər üçün səciyyəvidir.   


 
20
Digər fotoşəkildə iki əlamətə diqqət yetirilməlidir: 1 – gölün formasının at nalına 
bənzər olması; 2 – birbaşa çayın sahilində və ona çox yaxın yerləşməsi (fotoşəkildə 
çay arxa planda  təsvir edilmişdir). Bu iki əsas xüsusiyyət  axmaz göllərə aiddir.   
MV, 6-cı tədris vahidi. Tapşırıq 6.  
Bu tapşırıq inteqrativ tapşırıqdır: suala cavab vermək üçün təkcə coğrafi biliklər 
deyil, riyazi biliklər də tələb olunur. Şagirdlər dairəvi diaqramı "oxumağı" və faizlə 
göstəricini üzə çıxarmağı bacarmalıdırlar.  
Mərtəbəlilik – yarusun təsvir edildiyi şəkildə ekvatorial meşələrin əsas xüsusiyyəti 
göstərilmişdir. Hər bir yarus müəyyən dərəcədə  işıq alır. Diaqrama görə, ikinci 
yarus 75%, üçüncü yarus  50% günəş işığı alır.   
MV, 6-cı tədris vahidi. Tapşırıq 7. 
Bu  şəkildə qida çatışmazlığı    səbəbindən keçinin uyğunlaşması  təsvir edilmişdir. 
Quraq ərazilərdə (şəkil Şimali Afrikada çəkilmişdir) yaşayan canlılar qida tapmaq 
üçün ağaca dırmaşa bilirlər.   
MV, 7-ci tədris vahidi. Tapşırıq 3. 
Ayda atmosferin olmaması onun əsas əlamətlərindən biridir. Havasızlıq isə küləyin 
olmamasının  əsas göstəricisidir. Külək yoxdursa, bayrağın dalğalanması mümkün 
deyil. Birinci şəkildə də məhz bu faktın üzə çıxarılması nəzərdə tutulmuşdur. 
 
XƏRİTƏ İLƏ İŞ BACARIQLARININ FORMALAŞDIRILMASI 
 
Coğrafiyanın tədrisi prosesində xəritə üzərində aparılan işlərin məqsədi şagirdlərə 
onu başa düşməyi, oxumağı  və bilməyi öyrətməkdir. Onlardan hər biri xəritə 
üzərində müxtəlif istiqamətdə aparılan işlərə xidmət edir. Müəllim onların hər 
birini ayırmağı və onlara rəhbərlik etməyi bacarmalıdır. 
Xəritəni başa düşmək – kartoqrafik biliklərə malik olmaq deməkdir. Bura – xəritə 
nədir, onun xüsusiyyətləri, tərkibi, məzmunu,  şərti işarələr və  xəritədə onların 
əhəmiyyətinin nədən ibarət olması – daxildir.  
Xəritəni oxumaq – şərti işarələri oxumaqla hər hansı ərazinin coğrafi xüsusiyyətlə-
rinə dair nəticə  çıxarmaq, məhəlli necə varsa elə  də “görmək”, cəmiyyətdə  və 
təbiətdə baş verən proseslərin qarşılıqlı  əlaqəsini xəritənin köməyi ilə öyrənmək 
bacarıqlarıdır. Xəritəni oxumaq onu başa düşməkdən  daha  yüksək bacarıqlar tələb 
edir. Xəritənin əlifbasını (şərti işarələr, miqyas və s.) bilmək hələ ki onu oxumağı 
bacarmaq deyil. Xəritənin oxunması üçün ilk növbədə kartoqrafik və  xəritə 
biliklərinə malik olmaq və onun üzərində tapşırıqları  həll etməyi bacarmaq üçün  
biliklər tapşırıqlar vasitəsilə bacarıqlara çevrilməlidir. 
Xəritəni bilmək – coğrafi obyektlərin yerləşməsini, onların formasını  təsəvvür 
etmək deməkdir.  Şagirdlərin xəritədə  nəyin təsvir edildiyini anlamaları üçün onu 
bilmələri kifayət deyil; məsələn, onlar hər hansı coğrafi obyekti xəritədə digər ob-
yektlərə nəzərən əzbərdən göstərə bilərlər. Belə olan halda onlar xəritəni reallıqdan 
uzaq olan bir şəkil kimi təsəvvür  edirlər. 
VI sinifdə  şagirdlər məhəldə günəşə görə  cəhət təyininə aid ilkin bacarıqlar  əldə 
edir, məhəllin planı ilə tanış olur, qlobus, dünya və yarımkürələr xəritəsində 
Azərbaycanın mövqeyinə dair ilkin kartoqrafik biliklər alır. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə