Mühazirə 1 Mövzu: İnformasiya nəzəriyysi, onun əsas məqsədi və tapşırıqları



Yüklə 20,01 Kb.
səhifə1/3
tarix25.04.2023
ölçüsü20,01 Kb.
#106915
növüMühazirə
  1   2   3
muhazire 1 (4221a)


Mühazirə 1
Mövzu: İnformasiya nəzəriyysi, onun əsas məqsədi və tapşırıqları
Bəşəriyyətin bütün fəaliyyəti Materiyanın, Enerjinin və İnformasiyanın emalı və çevrilməsi ilə bağlıdır. F. E. Temnikov müvəffəqiyyətlə qeyd etmuşdi "Bütün dünya MEİ dən ibarətdir " Yəni materiyayla və enerjiylə yanaşı informasiya da bizim dünyamızın ilkin anlayışıdır.
Kompüter – istifadəçidən aldığı məlumatları riyazi və məntiqi emal edən və gördüyü işlərin nəticəsini yaddaşda saxlaya bilən,lazım gəldikdə saxladığı məlumatlara müdaxilə etməyə icazə verən bir elektronik qurğudur. Kompüterin necə çalışdığını anlamaq üçün onun verilənlərdən necə istifadə etdiyini bilmək lazımdır. Hərflər və rəqəmlər kompüterdə kodlar şəklində ifadə edildikdən sonra istifadə edilir. Kompüterdə kodlar siqnal şəklində gərginliyin olub olmaması ilə ifadə olunur.Gərginlik varsa, lampa yanır: məntiq olaraq 1. Gərginlik yoxdursa lampa yanmır, 0 kodlarını alır.
İnformasiya nəzəriyyəsi riyaziyyat elmləri ilə, xüsusən də onun riyazi əsası olan ehtimal nəzəriyyəsi ilə sıx bağlıdır. Öz növbəsində, informasiya nəzəriyyəsi rabitə nəzəriyyəsi üçün riyazi əsasdır. Çox vaxt informasiya nəzəriyyəsi ehtimal nəzəriyyəsinin bir qolu kimi və ya rabitə nəzəriyyəsinin bir sahəsi qəbul edilir.
.Beləliklə, “İnformasiya nəzəriyyəsi”nin sahəsi çox dardır, çünki təmiz riyaziyyat və rabitə nəzəriyyəsinin tətbiqi sahələri arasında sıxışdırılıb.
İnformasiya nəzəriyyəsi bölməsi Kibernetikanın əsas hissəsi sayılır. Kibernetika – informasiyanın almasının, saxlanmasının, ötürülməsinin və emalının ümumi qanunları haqqında elmdir. Kibernetikanın tədqiqat obyekti idarə olunan sistemlərdir.
Kibernetika sistemlərinin nümunələri: texnikada avtomatik tənzimləyicilər, EHM, insanın və ya heyvanların beyini, bioloji artım, sosial mühit. Tez-tez kibernetikanı süni intellekt metodlarıyla bağlayırlar, çünki o əqli əməyin avtomatlaşdırması sistemlərinin yaradılması prinsiplərini hazırlayır.
Kibernetikanın əsas bölməsi olaraq : informasiya nəzəriyyəsi, alqoritmlər nəzəriyyəsi, avtomatlaşdırma nəzəriyyəsi, əməliyyatların tədqiqi, optimal idarə etmə nəzəriyyəsi və obrazların tanınmasının nəzəriyyəsi hesab edilirlər.
Kibernetikanın banisi amerika alim Norbert Viner və Klod Şennon hesab edilirlər. Klod Şennon – informasiya nəzəriyyəsinin banisidir.
Norbert Viner amerikanın görkəmli riyaziyyatçısı və filosofudur. O Kibernetikanın və süni intellekt nəzəriyyəsinin yaradıcılarındadır.
O tam orta məktəbi bitirməyib, 11 yaşında Taft kollecə daxil olub, oranı fərqlnmə diplomu ilə bitirib 3 ildən sonra bakalavr diplomu alıb. 18 yaşında Harvard universitetində məntiqi riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
Viner Kibernetikanın qarşısında informasiya anlayışından istifadə edərək informasiyanın ötürülməsi və çevrilməsi qanunlarını öyrənmək vəzifəni qoydu.
1948 ci ildə Klod Şennon Rabitənin riyazi nəzəriyyəsi adlı iki məqalə çap etdirdi. Bundan sonra informasiya nəzəriyyəsi geniş yayılmağa başladı. Dünyanın bir çox məhşur universitetlərində informasiya nəzəzriyyəsi haqqında mühazirələr oxunmağa başlandı. Ondan sonra elmin bu sahəsində Kolmoqorov, Dobruşina və başqaları elmin bu sahəsinə öz töhvələrini verdilər. Bəzən informasiya nəzəriyyəsinə ehtimallar nəzəriyyəsinin və yaxud rabitə nəzəriyyəsinin bir hissəsi kimi baxırlar. İnformasiya nəzəriyyəsi onun riyazi əsası sayılan riyazi statistika ilə də sıx bağlıdı.

Yüklə 20,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə