Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə22/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

62  
 
 
 
3.
 
Budları irəliyə aparmaq üçün gövdənin yuxarı hissəsi azacıq qaldırılır. Və 
beləliklə bədən yerəenmə nöqtəsindən irəliyə keçirilir. 
4.
 
Çanaq enmə sahəsinə toxunmur. 
5.
 
Hər iki ayaq eyni xətt üzrə enmə  səthinə toxunur. Əgər siz yerəenmə 
zamanı  bədəninizi düz istiqamətdə  hərəkət etdirə  və ya enmə nöqtəsindən irəlidə 
yan tərəfə aşa bilirsinizsə, o halda yerəenmə uğurlu sayılır (Şəkil 14, Vəz. 3). 
6.
 
Yerəenmənin  əvvəlində qollar aşağıya-arxaya hərəkət etdirilir, sonra isə 
irəliyə holaylandırma ilə gövdənin hərəkətinə kömək edir. 
7.
 
Enmə sahəsindən yalnız irəli istiqamətdə çıxmağa icazə verilir. 
 
 
1  
 
2  
 

 
Şəkil 14. Uzunluğa tullanmada yerəenmə fazası 
 
Qaçaraq uzunluğa tullanmanın təkmilləşməsi üçün hərəkətlər: 
-
 
xüsusi hazırlayıcı hərəkətlər (Şəkil 15, vəz. 1) 
-
 
qaçaraq müxtəlif hündürlüklü sədlər üzərindən tullanmalar (səddin 
hündürlüyü və aralarındakı  məsafə  şagirdlərin hazırlıq səviyyəsinə müvafiq 
seçilir); 
-
 
qaçaraq platforma üzərindən təkan (Şəkil 15, vəz. 3); 
-
 
qısa qaçışdan təkanlar (Şəkil 15, vəz. 2); 
-
 
təkan yerindən əks istiqamətə qaçaraq maksimal sürət əldə etmək məsa-
fəsini təyin etmək; 
-
 
bir addımdan tullanma; 
-
 
tullanaraq «addım» vəziyyətində sərbəst ayaq üzərinə enmək; 
-
 
üç addımdan tullanmaq; 
-
 
müxtəlif  əşyalardan istifadə etməklə  təkan bucağını  dəyişməklə tullan-
malar (Şəkil 15, vəz. 4); 
-
 
9,11,13 qaçış addımından qaçışlarla təkanın imitasiyası; 
-
 
13-15 qaçış addımından uzunluğa tullanmanın tam icrası. 
 
 
Çap üçün deyil


 
63 
 
 
 
Şəkil 15. Uzunluğa tullanmada sürət-güc qabiliyyətinin inkişafı üçün oyun 
nümunələri 
 
 
 
Şəkil 16. Müxtəlif tullanma hərəkətləri (oyunları) 
 
Çap üçün deyil


64  
 
 
 
A, B  
 
 –  Xüsusi  hazırlayıcı  hərəkətlər,  yanlara  və  arxaya  əyilmələr, 
dönmələr. 
1.
 
Döşəklər üzərindən tullanmalar (6-8 dəfə). 
Sürətli qaçışdan sonra döşəklər üzərindən tullanaraq keçmək. döşəklərin 
arasında məsafə elə seçilməlidir ki, onların üzərində yalnız bir aralıq addım icra 
edilsin. 
2.
 
Körpülər üzərindən tullanmalar. Əvvəlki hərəkət kimi yerinə yetirilir, 
lakin körpülərin arasındakı məsafəni artırdıqda ehtiyatlı olmaq lazımdır. 
3.
 
Bir «adadan» digərinə tullanmaq (6-8 dəfə). Bu hərəkət  əvvəlki iki 
hərəkətin sadələşdirilmiş formasıdır. Döşəmədə aralarında müxtəlif məsafələr olan 
«adalar» çəkin və aralarında «su səthini» qət etməyə imkan verən «adacıqları» 
tullanaraq keçin. 
1.
 
Dartılmış rezin iplər üzərindən tullanmalar (6-8 dəfə). 
İki və daha çox rezin ipi qaçış yolundan 25-30 sm hündürlükdə  və biri-
birindən 1,5-2 m məsafədə, yolda köndələn dartaraq qoyun və onların üzərindən 
sürətlə qaçaraq keçin. Maneənin eni onun üzərindən tullanaraq keçməyə imkan 
verməlidir. 
2.
 
Qaçış yolunda düzülmüş qumbara cərgəsi üzərindən tullanaraq keçmək 
(6-8 dəfə). Cərgələr arası məsafə hazırlığa müvafiq seçilir. 
3.
 
Körpülər üzərindən tullanmalar (6-8 dəfə). 
Bu halda siz körpünün üzərinə deyil, tullanaraq körpü üzərindən keçməklə 
məsafəni qət edirsiniz. Körpülər arasında məsafə sürətlə qət olunmalıdır. 
 
 
Qaçaraq nəzarət xəttindən tullanmalar. 
A, B – gimnastika hərəkətləri: şpaqat vəziyyətində yayvari enib qalxmalar, 
«körpü» vəziyyəti almaq. 
1.
 
Şəkildəki  şagirdlər (idmançılar) müxtəlif cür tullanırlar. Sağ  tərəfdəki 
şagird düzgün tullanır, çünki o hərəkət istiqamətinə, irəliyə baxır. Sol tərəfdəki 
şagird səhfə yol verir. O bütün diqqətini təkan yerinə yönəltmişdir. 
2.
 
Körpü üzərinə tullanmalar (8-10 dəfə). 
Əvvəlcə körpüdən 0,7-1 metr məsafədən çəkilmiş  nəzarət xəttindən 
körpünün üzərinə tullanılır. Sonra nəzarət xəttini tədricən körpüdən uzaqlaşdırın və 
həmişə körpünün ortasına düşməyə çalışın. 
3.
 
Bir nəzarət xəttindən digərinə tullanmaq (10-15 dəfə). 
Təkan yerinin eni 40-50 sm olmalıdır, enmə sahəsi isə ondan bir qədər kiçik 
çəkilir. Bu sahələr arasında məsafə elə seçilməlidir ki, siz onu kiçik qaçış 
məsafəsindən sürətlə qaçaraq dəf edə biləsiniz. Tədricən bu məsafəni artırmaq 
lazımdır. 
 
 
Çap üçün deyil


 
65 
 
 
 
Şəkil 17. Tullanma hərəkətləri 
 
 
Qaçaraq «fosbyuri-flop» üsulu ilə hündürlüyə tullanma 
 
«Fosbyuri-flop» üsulu (sadəcə «flop») hündürlüyə tullanmanın  ən səmərəli 
üsulu hesab olunur. Hərəkətin icra texnikası tullanma zamanı hündürlük plankasına 
daha yaxından keçməyə imkan verir ki, bu da hündürlüyə tullanmanın digər 
üsulları ilə müqayisədə daha əlverişlidir. Bu üsulla tullanma zamanı  hər bir id-
mançı (şagird) öz hazırlığına müvafiq hərəkət trayektoriyası seçir. Sürət qabiliyyəti 
nə  qədər yüksəkdirsə, qövsvari qaçış hissənin radiusu da bir o qədər böyükdür. 
«Fosbyuri-flop» üsulu ilə tullanmada qaçış hissəsi 9-11 qaçış addımı məsafəsindən 
icra olunur. 
İcra texnikası: 
(Şəkil 18) Qaçışın  əvvəlində gövdə xeyli irəliyə  əyilmiş, 
pəncə «dırmaqvari» (yuxarıdan- aşağıya-geriyə) olaraq dayağa qoyulur. Qaçış ad-
dımları sərbəst, elastik və yüksək pəncə üzərində yerinə yetirilir. Qaçış məsafəsinin 
sonuna yaxın sürət artır. Yüksək dərəcəli idmançılarda bu göstərici 7,5-8,3m. san. 
çatır. Qaçış  məsafəsinin sonuncu 3-5 qaçış addımı qövsvari xətt üzrə yerinə 
yetirilir. Pəncə dayağa bütün səthi ilə qoyulur, qollar asimmetrik olaraq işləyir: 
holaylanma qolu bir az daxilə olmaqla irəliyə  hərəkət edir, təkan qolu isə arxaya 
hərəkət etdikdə kürəyə yaxınlaşdırılır. 
Hündürlüyə tullanmanın ən mühüm elementindən biri təkana hazırlıqdır. Bu 
sonuncu iki qaçış addımında icra olunur. Sərbəst qıç çox yumşaq dayağa qoyulur 
və idmançı  (şagird) sanki onun üzərindən yuvarlanaraq bədənini təkan ayağı 
üzərinə  fəal itələməklə onun dayaq yerinə effektli qoyulmasını  təmin edir (Şəkil 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə