Microsoft Word fiz-9 mv az capa docx


MÜASİR TƏLİM TEXNOLOGİYALARI



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə13/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

27 
 
MÜASİR TƏLİM TEXNOLOGİYALARI 
 
Mətnlərlə işin təşkili 
 
Müasir dövrdə  məktəbdə fizika fənninin məqsədi təkcə müəyyən informasiyanı 
mənimsətmək deyil, həm də  şagirdlərdə universal bacarıqlar olan  kommunikativ, idraki, 
reflektiv bacarıqları formalaşdırmaqdır.  
Mətn tədris prosesində  əsas təlim materialıdır. Ona görə  də  mətnlə  işin düzgün təşkili 
mühüm  əhəmiyyət kəsb edir. İnformasiyanın tam mənimsənilməsi üçün şagirdlər 
oxuduqlarını başa düşməlidirlər. Mətnlə iş üsullarının öyrənilməsi şagirdlərə mətnlə müstəqil 
işləmək bacarıq və vərdişlərinə yiyələnməyə imkan verir. Bununla yanaşı, verilən metodlar 
şagirdlərdə çox vacib vərdişlərdən biri olan ünsiyyət vərdişlərini formalaşdırır.  
Mətnlə aşağıda təsvir olunan iş üsulları bu bacarıqların formalaşdırılmasına yardım edir. 
Qeyd olunan üsulların tətbiqinə aid nümunələr metodik vəsaitdə dərslərin tədris materialları 
ilə iş texnologiyalarının şərhində verilmişdir.  
1. 
Seçmə oxu. Mətnin ayrı-ayrı abzasları seçilərək nəzərdən keçirilir, yəni  şagirdlərin 
diqqəti mətnin yalnız onlar üçün zəruri olan hissələrinə yönəldilir. Oxu üçün 
informasiyanın seçilməsi dərsin məqsədindən asılıdır.  
2. 
Mətni öz sözləri ilə danışma. Şagird mətni oxuyur və ciddi elmi terminologiyadan istifadə 
etmədən, anladığı kimi öz sözləri ilə danışır.   
3. 
Mətnin planının tərtib edilməsi. Plan sadə və ya mürəkkəb ola bilər. Sadə plan mətnin 
əsas hissələrinin siyahısıdır. Şagirdlər mətnin abzaslara bölünməsinə diqqət etməlidirlər. 
Hər abzasın məğzi qısa qeyd olunur. Onlar ardıcıllıqla dəftərə yazılır. Abzaslar həmişə 
mətnin məzmun bölgüsünü tam əhatə etmir. Şagirdlər mətnin hansı hissələrini 
birləşdirmək, hansı hissələrini ayırmağa diqqət etməlidirlər. Bunu mətnin həcminə diqqət 
yetirməklə  həll etmək olar: adətən, böyük abzaslar bir neçə  əsas fikri birləşdirir, kiçik 
abzaslar isə birlikdə vahid məzmun fraqmentinin yaranmasına tabe olur. Mürəkkəb 
planın tərtibi zamanı şagirdlər təkcə əsas hissələrin qısa icmalını vermir, həm də onları 
daha kiçik hissələrə bölərək məzmunu daha ətraflı ifadə edirlər.  
4. 
Konspekt tərtibetmə. Mətnin məzmununun ifadə olunması. Konspektləşdirmə müxtəlif 
formalarda ola bilər: 
а) xətti konspektləşdirmə. Mətnin məzmununun tezislər şəklində qısa ifadəsi;  
b)  klaster qurulması. Metodik ədəbiyyatda bu strategiyanın dərsin müxtəlif mərhələ-
lərində, məsələn, motivasiyada, yaxud müəyyən mövzunu öyrəndikdən sonra ümumiləşdirmə 
və refleksiyada tətbiq edilməsi tövsiyə olunur. Lakin o həmçinin, də informasiyanın kons-
pektləşdirilməsi üçün də səmərəlidir; 
с) cədvəl formasında konspektin tərtibi.  Sual-cavab formasında tərtib edilir;  
d)  dayaq siqnallar əsasında konspekt tərtibi.  Dayaq siqnallar hər bir insanın beynində 
müəyyən şəxsi assosiasiyalar yaradan işarələr – simvollardır. Fərqli insanlar üçün bu işarələr 
fərqli ola bilər. Konspekt tutarkən bir çox sözlərin  əvəzinə  şəkil, sxem, simvol və ya 
işarələrdən istifadə olunur; 
е) məntiqi konspektlərin tərtibi. Burada mətnin aşağıdakı məzmun elementləri göstərilir: 
anlayış və onların əsas xassələri; səbəb-nəticə əlaqələri; səciyyələndirilən obyektlərin ümumi 
xüsusiyyətləri; hər hansı prosesin inkişaf istiqamətləri; fiziki  obyektləri, hadisə və prosesləri 
səciyyələndirən ən vacib faktlar.  
5. 
Mətndə  əsas sözlərin çıxarılması üsulu (açar sözlər, anlayışlar, terminlər).  Əsas 
sözlər və söz birləşmələri təlim materialını yadda saxlamağa kömək edir. Adətən, əsas 


28 
 
sözlər mətndə yağlı şriftlə ayrılır. Bu sözlərin köməyi ilə mətnin əsas məzmununu bərpa 
etmək olar. Şagirdlər mətni oxuyaraq onları dəftərlərinə yazırlar. Şagirdlərə seçdirilmiş 
sözlər əsasında mətnin məzmununu danışmağı və ya lüğət tərtib etməyi tapşırmaq olar.  
6. 
Mətnə sualların hazırlanması:  
а)  ardıcıl suallar üsulu. Bu üsulu cütlərlə  həyata keçirmək daha məqsədəuyğundur. 
Şagirdlər növbə ilə öyrənilən mətni abzaslar üzrə ucadan oxuyurlar. Bir abzası oxuduqdan 
sonra ikinci şagird oxunan abzasa aid sual verir, birinci isə onları cavablandırır. Sonra onlar 
rollarını dəyişir. Sual verən şagird mətni oxumağa davam edir, ikinci isə oxunan abzasa aid 
ona suallar verir;  
b) açar sözlər əsasında mətnə suallar hazırlamaq. Bu üsulu da cütlərlə həyata keçirmək 
daha məqsədəuyğundur. Cütlərə daxil olan şagirdlər mətni növbə ilə abzaslar üzrə oxuyurlar. 
Birlikdə hər abzasda açar sözlər müəyyən edilir və dəftərə qeyd olunur. Sonra hər bir şagird 
fərdi olaraq bu sözlərə aid suallar tərtib edir və sualları öz dəftərinə yazır. Cütlərə daxil olan 
şagirdlər tərtib etdikləri sualları bir-birinə verməklə sorğu keçirirlər: növbə ilə şagirdlərdən 
biri sualı oxuyur, digəri isə onu cavablandırır; 
с)
 
mətndə anlaşılmayan fikirləri müəyyən etmək və onlara aid suallar hazırlamaq.  
7. 
Mətndə səbəb və nəticə əlaqələrinin aşkar edilməsi.  
 
 
 
8. 
İnformasiyanın müxtəlif təqdimetmə formalarından istifadə edərək mətnin 
dəyişdirilməsi. Mətnin məzmununu sistemləşdirici və təsnifedici cədvəllərin, sxemlərin, 
qrafik və diaqramların köməyi ilə vermək.  
9. 
İNSERT.  “İnsert”  sözünün ingilis dilindən tərcüməsi “səmərəli oxu və düşünmə üçün 
interaktiv qeydetmə sistemi” deməkdir. Onun tətbiqi bir neçə mərhələ üzrə aparılır.  
Birinci mərhələdə  şagirdlər mətnin nişanlanma sistemi ilə tanış olurlar. Dərsin 
məqsədindən, sinfin hazırlıq səviyyəsindən, şagirdlərin yaş xüsusiyyətindən asılı olaraq bu, 
müxtəlif cür aparıla bilər.  
 “

 ” qeyd işarəsi şagirdlərə məlum olan informasiya qarşısında qoyulur.  
“–“ işarəsi onlara məlum olan biliklərə zidd olan məlumatlar aşkar edildikdə qoyulur.  
“+” işarəsi şagirdlər üçün maraqlı, yeni və gözlənilməz bir məlumat olduqda qeyd edilir 
“?” işarəsi aydın olmayan informasiya olduqda, nəyisə öyrənmək zərurəti yarandıqda 
qoyulur.  
İkinci mərhələdə şagirdlər mətni oxuyaraq ayrı-ayrı abzas və cümlələri onların kənarında 
uyğun işarələrlə qeyd edirlər.  
Üçüncü mərhələdə  şagirdlər informasiyanı sistemləşdirir, öz sözləri ilə onu İNSERT 
cədvəlinə yazırlar.  

  
 (məlumdur) 
– 
 (əvvəlki biliklərimə 
ziddir)  
+  
 (maraqlı və yeni 
məlumatdır) 
?  
 (aydın deyil, 
öyrənmək istərdim)  
... ... ... ... 
... ... ... ... 
Dördüncü mərhələdə şagirdlər ardıcıl olaraq cədvəlin hər qrafasını müzakirə edirlər.  
SƏBƏB 
Müəyyən dəyişkənliyə səbəb 
olan hadisə və ya prosesdir. 
NƏTİCƏ 
Bu hadisə və ya prosesin  səbəb 
olduğu nəticədir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə