Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə11/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

23 
 
FİZİKA DƏRSLƏRİNDƏ  
TƏLİM METODLARININ DİDAKTİK SİSTEMİ 
 
İxtiyari didaktik sistemə  aşağıdakı elementlər daxildir: təlimin məqsəd və  vəzifələri
təlimin məzmunu, təlimin üsul və vasitələri, təlimin təşkilinin formaları, təlim nəticələri.  
Didaktika tarixində  təlim metodlarının müxtəlif təsnifatı verilmişdir. Onlardan ən geniş 
yayılanı yeni materialın qavranılmasında şagirdlərin təlim fəaliyyətinin xarakterinə əsaslanır.  
Bu təsnifat 5 metoddan ibarətdir: 
1) izahedici-illüstrativ metod; 
2) reproduktiv metod; 
3) təlim materialının problemli izahetmə metodu; 
4) evristik metod; 
5) tədqiqat metodu. 
Sadalanan metodlar iki qrupa bölünür: 1) reproduktiv (1 və 2-ci metodlar) – şagirdlər 
hazır bilikləri mənimsəyir və onları olduğu kimi istifadə (reproduksiya) edir; 2) produktiv (4 
və 5) metodlar – şagirdlər yeni bilikləri yaradıcılıq fəaliyyəti nəticəsində  əldə edirlər.  
Problemli izahetmə metodu isə aralıq vəziyyətdədir: o həm hazır biliklərdən istifadəni, həm 
də yaradıcılıq fəaliyyətinin elementlərini birləşdirir.   
 
1. İzahedici-illüstrativ metod 
Təlimin izahedici-illüstrativ (bəzən  informasiya-reseptiv metod da adlandırılır) metodu 
müəllimin hazır informasiyanı şagirdlərə müxtəlif təlim vasitələrinin köməyi ilə çatdırmasın-
dan, şagirdlərin isə həmin informasiyanı qavrayıb dərk edərək yadda saxlamasından ibarət-
dirMüəllimin rolu informasiyanın  qavranılmasının, yaxud müxtəlif fəaliyyət formalarının 
(məsələn, tapşırıq həlli, təcrübə aparılması və s.) təşkilindən ibarətdir. Şagird ona çatdırılan 
informasiyanı qavrayıb anlayırsa, onu öz bilik və  təsəvvürləri ilə  əlaqələndirə bilirsə, bu 
zaman biliyin  mənimsənilməsindən danışmaq olar. 
Müəllim informasiyanın çatdırılmasını  şifahi izahatların (söhbət, mühazirə, müzakirə), 
çap (dərslik, müntəxəbat, sorğu və  məlumat kitabı) və digər  əyani tədris vasitələrinin 
(nümayişlər, kino-, video-, diafilmlər, sxemlər, cədvəllər, plakatlar), fəaliyyət formalarının 
nümayişi (laboratoriya işlərinin aparılması, tapşırıqların həlli, cavab planının tərtib edilməsi 
və s.) vasitəsilə həyata keçirir. 
İzahedici-illüstrativ metod biliklərin ötürülməsinin iqtisadi baxımdan  ən qənaətcil 
üsullarından biridir. Onun effektliliyi çoxəsrlik praktika ilə təsdiq edilmişdir.  
Təlimin izahedici-illüstrativ metodundan fizika dərslərində daha çox yeni mövzunun
yaxud öyrənilmiş materialın yeni hissəsinin tədrisinə başladıqda, başqa sözlə,  şagirdlərin 
yeni materialı mənimsəmək üçün zəruri bilikləri olmadıqda istifadə edilir.  
Əsas məktəbdə izahedici-illüstrativ metod həmişə digər metodlarla birlikdə istifadə 
olunur. 
Şagirdlərin yaş  və psixoloji xüsusiyyətləri təlim materialının qavrama və  mənimsəmə 
keyfiyyətini artırmaq üçün fəaliyyət formalarının tez-tez dəyişməsini tələb edir. Yuxarı 
siniflərdə yeni materialın  şərhi mühazirə formasında aparılarsa, izahedici-illüstrativ 
metoddan bütün dərs boyunca da istifadə etmək olar.  
Beləliklə, izahedici-illüstrativ təlim metodu ən geniş yayılmış metodlardan sayılır. Son 
illər təlimin məqsəd və vəzifələri dəyişmiş, tərbiyəedici və inkişafetdirici vəzifələrə daha çox 
üstünlük verilməyə başlanmışdır. Bununla əlaqədar nüfuzlu psixoloqlar informasiyanın 
mənimsənilməsinin elə təşkil olunmasını təklif edirlər ki, şagirdlər təkcə biliyin özünü deyil, 


24 
 
onun strukturunu da qavramış olsunlar. Bu məqsədlə fiziki dünyagörüşün formalaşması 
tarixinin və metodologiyasının şərh edilməsi böyük əhəmiyyət daşıyır.  
 
2. Reproduktiv metod 
Bu metoddan şagirdlərin bacarıq və vərdişlərinin formalaşdırılması üçün istifadə edilir. 
O, biliyin təkrarlanmasına, onun nümunə üzrə müxtəlif situasiyalarda tətbiq edilməsinə 
əsaslanır. Müəllim müxtəlif tapşırıq sistemi vasitəsilə biliklərin, onların tətbiqinin, yaxud fəa-
liyyət formalarının dəfələrlə təkrarlanmasını təşkil edir. 
Metod yalnız şagirdin deyil, həmçinin müəllimin də təşkilati, həvəsləndirici fəaliyyətini  
nəzərdə tutur. Burada şifahi izahatlardan, çap və əyani tədris vasitələrindən istifadə edilir.  
Tədris prosesində, bir qayda olaraq, reproduktiv metodla izahedici-illüstrativ metod 
birlikdə istifadə olunur. Müəllim dərs boyunca yeni mövzunun bir hissəsində izahedici-illüs-
trativ metoddan, digər hissəsini isə nəzəri materialı reproduksiya etdirməklə möhkəmləndirir.  
 Hər iki metod şagirdlərdə bilik, bacarıq və vərdişlərin zənginləşdirilməsinə, əsas idraki 
bacarıqların (müqayisə, analiz, sintez, ümumiləşdirmə və s.) formalaşdırılmasına xidmət edir. 
Ancaq bu metodlar şagirdlərin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə, yaradıcı 
təfəkkürün planlı surətdə  və  məqsədyönlü olaraq formalaşdırılmasına yardım etmir. Bu 
məqsəd üçün isə produktiv təlim metodlarından istifadə olunmalıdır. 
 
3. Təlim materialının problemli izahetmə metodu 
Təlim materialının problemli izahetmə metodunun mahiyyəti ondan ibarətdir ki, müəllim 
təkcə informasiyanın çatdırılmasını təşkil etmir, həm də şagirdləri bu və ya digər problemin 
həllinin axtarışına cəlb edir. Müəllim problemin həlli zamanı idrak prosesinin müxtəlif 
mərhələlərində yaranan fikir ziddiyyətlərini nümayiş etdirir.  
Başqa sözlə desək, müəllim problemi qoyur, onu özü həll edir, yəni elmi təfəkkürü 
nümayiş etdirir. Şagirdlər isə bu prosesin düzgünlüyünü və  məntiqliyini müşahidə edir, 
problemin həlli mərhələlərini öyrənirlər.  
Orta məktəb fizika kursunda problemli izahetmə metodunun istifadəsi məqsədəuyğun 
sayılan çoxlu nümunələr vardır. Məsələn, işığın təbiəti haqqında biliklər bir yanaşmadan 
digərinə (işığın korpuskul nəzəriyyəsindən dalğa nəzəriyyəsinə) keçidi nümayiş etdirir. Fikir 
ziddiyyətləri işığın korpuskulyar-dalğa dualizminin yaranmasına səbəb olmuşdur.   
Beləliklə, problemli izahetmədə problem qoyulur, alimlərin hipotezləri izah edilir
müxtəlif fərziyyələr irəli sürülür və  nəticələr çıxarılır. Texniki imkanı olan siniflərdə bu 
nəticələri təsdiq edən təcrübələr qoymaq daha məqsədəuyğundur.  
Nəticədə problemli izahetmə metodunun aşağıdakı quruluşu yaranır: 
1) ziddiyyətlərin aşkar edilməsi və problemin qoyuluşu; 
2) fərziyyələrin irəli sürülməsi; 
3) həll planının tərtib edilməsi; 
4) həll prosesi, həll zamanı yaranan və yaranması ehtimal olunan çətinliklər
ziddiyyətlər; 
5) hipotezin düzgünlüyünün sübutu; 
6) gələcək fəaliyyət sahələrinin inkişafında həllin əhəmiyyətinin şərhi. 
Beləliklə, problemli izahetmə metodunun özünəməxsusluğu ondadır ki, şagirdlər infor-
masiyanı təkcə qavramırlar. Onlar fərziyyələrin doğruluğunu müəllimin izahını, mühakimə-
lərini və ya nümayiş  təcrübələrini izləmədikdən sonra növbəti addımı proqnozlaşdırmağa 
cəhd edilir. Beləliklə, şagirdlər əvvəlcə müəllimin fəaliyyətini müşahidə edir, sonra isə tədri-
cən ona qoşularaq birgə  iştirak edirlər.  Şagirdlər inkişaf etdikcə onların bu prosesdə 
iştiraklarının səviyyəsi də tədricən artır. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə